131
romalılar belə dəhşət hissi keçirməsəydilər, bəlkə də belə tez birləşib
vətənpərvərlik hissi ilə alovlanmazdılar. Bəlkə də Hannibalın real təhlükəsini
romalılar görməsəydi, onlar orduya, hərb sənətinə belə ciddi fikir verməzdilər.
Sonralar hərbi islahatlara əl atmazdılar, nəhayət, belə qüdrətli və əslində rəqibi
olmayan böyük imperiya yaratmazdılar. Onlar zəiflikdən meydana gələn
məğlubiyyətin acısını dadmışdılar və miladdan əvvəl V əsrdə qallar romalılara
etdiyi ayıqlaşdırma təsirini, indi Hannibal daha qorxulu şəkildə təkrar etmişdi.
Hannibalın romalıların başının üstünə asdığı Damokl qılıncı onları xülyalardan
uzaqlaşdırdı, təhlükənin gözünün içinə baxmağa məcbur etdi. Karfagenin
bütünlüklə tarixi tərk etməsində öz “xidmətləri” olan Hannibal, həm də Romanın
qüdrətinin böyüməsinə əsaslı “köməklik” göstərdi. Romalılar qalların şəhərə daxil
olub Kapitoliyə çıxmasını, etruskların Romanı mühasirədə saxlamasını unutsalar
da, Kanndakı məğlubiyyəti heç vaxt unutmurlar. Kann xatirəsi Romanın
məğrurluğunu nə qədər alçaldırsa, Hannibalın sərkərdə dühasını bir o qədər
böyüdür və əlçatmaz edir.
Bütün zəfərlər, acı məğlubiyyət və dəhşətli sonluq öz başlanğıcını sadə bir
ritualdan götürmüşdü. Doqquz yaşlı uşaq atasının təhriki və israrı ilə mehrab
qarşısında and içirdi, bu and onu sönməyən şərəfə də çatdırdı, ömrünün son
dəqiqəsinə qədər müşayiət də etdi.
Miladdan əvvəl 247-ci ildə Karfagenin böyük hərbi və siyasi xadimi
Hamilkar Barkanın ailəsində oğlan uşağı doğuldu, bu Hannibal idi. Bu ailə
Karfagen kübarlığına mənsub idi və bu nəsil özünün şəhərin əfsanəvi banisi olan
Elissanın silahdaşlarından birinə gedib çıxdığını deyirdi. Uşağın adı da çox
yayılmış puniyalı adı idi və Hannibal “mənə qarşı mərhəmətli” mənasını verirdi. O,
doğulanda Karfagen I Puniya müharibəsində Romanın qələbəsini onun əlindən
çıxartmaq istəyirdi.
Tir şəhərindən çıxan adamlar Karfageni m.ə. 825-ci ildə salmışdılar və iki
əsr sonra artıq bu şəhər Aralıq dənizi ticarətinin ən mühüm mərkəzlərindən birinə
çevrildi. Karfagenin faydalı coğrafi vəziyyəti onun bu regionda ağalıq iddialarının
yaranmasına səbəb oldu. Siciliyadakı, Liquriyadakı və Pireney yarımadasındakı
132
yunan kolonistləri ilə, həmçinin qədim ispan dövləti Tarteslə qızğın mübarizədə
Karfagenə, etrusklarla ittifaqda Tartesi məhv etmək, Şimali Afrika, Siciliya,
Sardiniya və Pireneydəki Finikiya koloniyalarını öz ətrafında birləşdirmək
müyəssər oldu. Karfagenlilərə məxsus olan torpaqlarda ən ağır vəziyyət Şimali
Afrikanın yerli əhalisinin – liviyalılarınkı idi. Liviyalılar ağır vergilər ödəyirdi.
Karfagen siyasi həyatında qoşunların formalaşma sistemi mühüm rol
oynayırdı. Burada çoxdan xalq könüllülərindən imtina edilmişdi və Puniya
ordusunun əsasını muzdlu hərbi hissələr təşkil edirdi. Bunun zəifliyi göz
qabağındadır: muzdlu döyüşçülər vətən uğrunda deyil, ideya uğrunda deyil, maaş
üçün, məğlub olmuşları qarət etmək üçün vuruşurdular. Belə orduya yalnız
qalibiyyətli
yürüşdə
bel
bağlamaq
olar,
çətinliklər,
məğlubiyyətlər,
məhrumiyyətlər, maaşın verilməsinin gecikməsi onları olduqca etibarsız edirdi.
Hannibalın belə bir ordunu tabelikdə saxlaması nisbi intizamla yanaşı, İtaliyadakı
parlaq qələbələrlə əlaqədar idi, yeni uğurlara bəslənən ümidlə əlaqədar idi. Lakin
burada Hannibal şəxsiyyətinin rolunu və təsirini azaltmaq olmaz. Çünki o, əsgərlər
arasında olduqca populyar idi.
Karfagen aristokratiyası içərisində də birlik yox idi. Onun ayrı-ayrı
qruplarının iqtisadi vəziyyətindəki fərqlərin mövcudluğu, bu parçalanmanı
yaratmışdı. İri torpaq mülkiyyətinə sahib olan Puniya varlıları aktiv siyasətin
aparılmasını heç də arzu etmirdi. Onları Karfagenin böyük dövlət olması da o
qədər maraqlandırmırdı. Həm də müharibələrin onlar üçün əlavə xərc çəkməyə
səbəb olacağını da unutmurdular. Aristokratiyanın digər qrupu isə iri tacirlərdən
ibarət idi. Onların rifahı bütünlüklə Aralıq dənizi ölkələri və ondan kənarda olan
ölkələrlə dəniz ticarətindən asılı idi. Onlar o vaxtkı məlum dünyada Puniya ticarət
monopoliyasının qoyulmasını Karfagenin xarici siyasətinin əsas məqsədi hesab
edirdilər. Başqa sözlə, əgər rəqibləri məhv etmək və ya tabe etmək zəruriyyəti
nəzərə alınsa, söhbət “dünya” dövlətinin yaranmasından gedirdi. O vaxtkı dünyanı,
oykumenanı əhatə edən bir dünya dövləti yaratmaq lazım idi və Karfagenin onun
mərkəzi kimi nəzərdə tutulurdu. Bu vəzifəni də Hamilkar Barka və Hannibal həll
etməyə girişmişdi. Bu yolda isə onlar Roma ilə üz-üzə gəldilər.
133
I Puniya müharibəsinin (264-241-ci illər) başlanğıcından, onun nəticəsi həll
edilmişdi. İlk illərdə Sirakuza çarı II Hieron Puniya müttəfiqliyindən Romanın
tərəfinə keçdi, bu yolla Karfagen siyasi izolyasiyaya məruz qaldı. Karfagen təkcə
dəniz qüvvələri ilə qələbə əldə edə bilməzdi. Romalılar ikinci dəniz döyüşündə
qalib gəlib, Puniya donanmasının yarısını və ya 50 gəmini batırdı. İndi romalılar
Karfageni Afrika torpağında təslim etməyə cəhd etməli idi. On üç illik
mübarizədən sonra 262-ci ildə mövcud olan vəziyyətə qayıtdılar və bu heç də
romalılara qəti qələbələr yaxınlaşdırmırdı. Bu vaxt, 247-ci ildə Siciliyada Karfagen
donanmasına Hamilkar Barka komandan təyin edildi, elə bu vaxt da onun oğlu və
Romanın daha təhlükəli düşməni olan Hannibal doğuldu.
Barka – “ildırım” ləqəbini daşıyan Hamilkar hələ gənc vaxtı öz üzərinə
Roma ilə müharibənin nəticəsi üçün məsuliyyəti götürmüşdü. Yeni vəzifəsi ona
dövlətdə bütün hakimiyyəti ələ keçirməyə yol açmışdı. Lakin Karfagendən ayrı
salınan Hamilkar Barka bir döyüşdə də (Eqatada) məğlub edildikdə, ona Roma ilə
sülh müqaviləsi bağlamaq tapşırıldı. O, şəraitə boyun əyməli oldu. Karfagenlilərin
sülh təklifi romalıların ürəyindən idi, çünki xəzinə boş idi. Hamilkarın təklifi
sevinclə qəbul olundu. Roma tərəfindən danışıq aparan Katul tələb etdi ki,
Hamilkarın döyüşçüləri Siciliyanı silahsız tərk etsin. Hər adama adadan
getməmişdən əvvəl 18 denari verməli idilər, lakin onlar iqo deyilən alçaldıcı
şərtdən azad oldular. Hamilkar çalışırdı ki, Karfagenin döyüş qabiliyyətinə xətər
toxunmasın. Romalılara karfagenlilər 20 il ərzində 2200 gümüş Evbeya talantı
verməli idilər, bütün əsirləri qaytarmalı idilər. Özəl əllərdə olan karfagenli əsirlər
isə satın alınmalı idi. Karfagenə İtaliya ərazisindən muzdlu əsgər toplamaq
qadağan olundu. Məğlub Karfagen Siciliyadan bütünlüklə əl çəkdi. Romalılar
təzminatı artırıb 3200 talanta çatdırdılar və bu məbləğ on il müddətində ödənməli
idi. 241-ci ildə bu sülh imzalandı və Hamilkar Barka istefa verdi.
Bu vaxt Hannibalın beş yaşı var idi. O, atasının igidlikləri barədəki
əhvalatların dillərdə gəzdiyi bir mühitdə yaşayırdı. Hamilkar romalıları məğlub və
məhv etməyi çox arzulayırdı. Bu hisslərini və ehtirasını o, oğlanları Hannibala,
Hasdrubala və Maqona da təlqin etmişdi. Romadan ağızdan ağıza onun sözləri
Dostları ilə paylaş: |