134
gəzirdi ki, öz oğlanlarını romalılar üzərinə qızışdıraraq, şirlər kimi tərbiyə edirdi.
Bunun apofeozu isə doqquz yaşlı oğlanın and içməsi oldu. 237-ci ildə Hamilkar
Barka öz fəaliyyətini İspaniyaya keçirmək istədi və oğlundan onunla Pireney
yarımadasına getmək istəyib-istəmədiyini soruşdu. “Hə” cavabını eşitdikdə, ata
Hannibalı mehraba gətirdi və onu Romaya əbədi nifrət bəsləyəcəyi barədə and
içməyə məcbur etdi. Bu hadisə gələcək sərkərdənin yaddaşında dərin iz qoydu.
Vətənindən qaçandan sonra Selevkid dövlətinin çarı III Antioxun sarayında bu
yaşlı adam ona xüsusi ehtiram göstərməklə yanaşı, onun xəyanətkar olmasına
inandırmaq üçün dəridən qabıqdan çıxan romalılarla görüşdürdükdən sonra,
Hannibal ondan şübhələnən çara öz uzaq uşaqlığının andını söylədi. Bu and onun
həyatını işıqlandıran mayak və onu faciəyə aparan tale qisməti oldu. Bu andla elə
bil ki, onun uşaqlığı da başa çatdı. Əsgər düşərgələrində düşmənə qarşı yürüşlərdə
Hamilkar Barkanın oğlu möhkəmlik universiteti keçməli, atasının ardıcılına və
onun fikirlərinin varisinə çevrilməli idi.
Hamilkar Barka İspaniyaya yürüş etməyi təsadüfi seçməmişdi. Bu ölkə
finikiyalılara yaxşı tanış idi və onlar Pireney yarımadasında iri ticarət-sənət
mərkəzləri olan şəhərlər salmışdılar. İspaniya həm də İtaliyaya müdaxilə üçün
yaxşı platsdarm idi. Hamilkar on il ərzində İspaniyada Karfagen ağalığının
dairəsini genişləndirdi. İspaniyanın qarət edilməsi Hamilkar Barkaya böyük qazanc
gətirdi, o, bu gəlirdən əsgərlərinə də paylayırdı. İspaniyanın cənubunda Barkanın
hərəkətləri Pireney yarımadasındakı yunan koloniyalarının təbii narazılığına səbəb
olurdu və onlar müdafiə üçün Romaya müraciət etdilər. Burada Roma ilə Karfagen
arasında danışıqlar başladı və onların arasında nüfuz zonasının sərhədi İber çayı
müəyyən edildi. Çəkiclə zindan arasında qalan yunan şəhərləri öz siyasi
müstəqilliyindən bu dəfə Romanın xeyrinə əl çəkdi. Hamilkar Gelina şəhərini
tutmağa cəhd edəndə, puniyalılar şəhərin müttəfiqlərinin qəfil zərbəsinə dözə
bilməyib, qaçmağa başladı. Hamilkarın oğlanları döyüş mövqelərində
olduqlarından onlar üçün təhlükə yarandı. Bu təhlükəni aradan qaldırmaq üçün
Hamilkar zərbəni öz üzərinə qəbul etdi. Düşmən onu təqib edəndə o, çayda batıb
öldü. Bu vaxt onun uşaqları xilas edilib təhlükəsiz yerə köçürülmüşdü.
135
Puniya qoşunlarının komandanlığını Hamilkarın kürəkəni Hasdrubal öz
üzərinə götürdü. Hasdrubalı “xalq” və karfagenlilər strateq elan etmişdi. Bu vaxt
Hannibalın 17 yaşı var idi və o, atasının ölümündən sonra qardaşları ilə birlikdə
İspaniyanı tərk edib, Karfagenə döndü. Atasının yanında o, sərkərdə və dövlət
xadimi kimi formalaşmağa başlamışdı. Öz təhsilinə görə də o, atasına borclu idi,
məhz atasının təsiri ilə o, yunan dili və ədəbiyyatı ilə tanış olmuş, yunan dilində
yazmağı öyrənmişdi. Lakin beş il sonra, 224-cü ildə o, İspaniyaya qayıtdı və
süvarilərə komandanlıq etməklə, yeznəsinin rəhbərliyi altında hərbi xidmətini
keçməyə başladı.
Hasdrubal bu vaxt Akra Levkedə böyük qüvvə toplamışdı – 200 fili, 50 min
təcrübəli piyadası və 6 min süvarisi var idi. O, Hamilkarın həlak olmasının
baiskarları olan orissləri darmadağın etdi. O, çox sayda oriss şəhərlərini tutdu. O,
Pireney yarımadasında Karfagen ağalığının sərhədlərini xeyli genişləndirdi və
onun siyasi uğurları romalıları ciddi narahat edirdi. İberdən cənuba olan bütün
ispan əraziləri faktiki olaraq Karfagenin əlində idi. Bu vaxt Karfagen dövləti öz
üzərinə heç bir formal təəhhüd götürməmişdi.
221-ci ildə Hasdrubal ovda bir kelt tərəfindən öldürüldü. Bu qul ağasının
edamına görə Karfagen strateqindən qisas almışdı. Onun ölümündən sonra vaxt
itirmədən İspaniyada olan Puniya ordusu Hannibalı özlərinin baş komandanı elan
etdi. Bir qədər sonra Karfagen Xalq yığıncağı və şura bu seçkini təsdiq etdi.
Burada təəccüblü bir şey yox idi, Hannibalın mənşəyi bu qərarda heç də kiçik rol
oynamamışdı. Atasının və yeznəsinin yaratdığı ordu, heç şübhəsiz, onu müdafiə
etməli idi. Burada Hannibalın siyasi mövqeyi də mühüm rol oynadı. O, Romanın
barışmaz düşməni kimi tanınmışdı. O, Karfagendə olan dostlarının yadına
hakimiyyəti ələ keçirdikdə, romalıların düşməni olacağı barədəki andını salmışdı.
Köhnə döyüşçülər onun şəxsində gənc Hamilkarın onların yanına qayıtdığını
güman edirdilər. Doğrudan da o, atasına çox oxşayırdı. Lakin tarixçi Livinin
yazdığı kimi, o, başqalarının xoşuna gələn xüsusiyyətlərindən atasına bənzəməyin
rolunu xeyli azaltdı və müxtəlif işlərə yararlı olduğunu – tabe olmağa və
136
komandanlıq etməyə qadir olduğunu göstərdi. İlk addımlarından Hannibal sübut
etdi ki, onun tərəfdarları öz seçimində yanılmamışlar.
Hannibal hakimiyyətə gələndə onun 26 yaşı var idi. İspaniyada
karfagenlilərin
ağalığı
onun
sələflərinin
xidmətləri
hesabına
xeyli
möhkəmlənmişdi. Onun özünün də İberiya dünyası ilə əlaqəsi möhkəmlənmişdi, o,
Karfagenə müttəfiq olan Kastulona şəhərindən olan iberiyalı qızla evlənmişdi.
Yeni Puniya komandanı özünü elə göstərirdi ki, elə bil ki, Roma ilə müharibə
məsələsi artıq həll olunmuşdur və ona həvalə edilmişdir. Onun fəaliyyət dairəsi
kimi isə İtaliya təyin edilmişdir. Ona görə də o, romalıların müttəfiqi olan Saqunta
hücum etmək və bununla Romanı birbaşa münaqişəyə cəlb etmək niyyətini
gizlətmirdi. 220-ci ilin yazında o, Duris çayının orta axınında məskunlaşmış
vakkeyaların mühüm şəhərlərini tutdu. Sonra o karpetanlara qalib gəldi. Beləliklə,
Karpetaniya da Karfagenin hakimiyyəti altına keçdi. Bu döyüşdə (Taq çayı
yanındakı döyüş adlanır) Hannibalın qeyri-adi taktiki qabiliyyəti, cəsarətli qərar
vermək bacarığı, ilk anda hökmən məğlubiyyət vəd edən yerin xüsusiyyətlərini öz
xeyrinə çevirməklə, müharibə qanunlarına məhəl qoymaması üzə çıxdı. Puniya
komandanı düşməni özü üçün ən əlverişli şəraitlərdə vuruşa cəlb etdi və qalib
gəldi.
Bu hadisədən sonra Hannibalın Pireney yarımadasındakı siyasətinin
bilavasitə məqsədi Saqunt şəhərini tutmaq oldu. Saqunt dəniz ticarətindən və
əkinçilikdən çox varlanmışdı. Bu var-dövlətdən daha çox Hannibalı bu şəhərin
üzərinə yürüşə cəlb edən, onu tutduqdan sonra şimala doğru hərəkət etmək
məqsədi cəlb edirdi. Roma Saquntun itirilməsi ilə heç vaxt barışmazdı və bu,
Roma hökumətini Karfagenə müharibə elan etmək labüdlüyünə gətirəcəkdi. Bircə
tələsmək lazım idi ki, Roma legionları Saquntun köməyinə gəlib çatmasın ki,
Hannibal İspaniyada müharibəyə sövq edilməsin. Ona Pireneydəki işləri
yekunlaşdırmaq və sonra İtaliyanın işğalına yollanmaq lazım idi. O, hiyləgərliyə əl
atdı ki, formal olaraq Karfagen-Roma müqavilələrinə xətər dəyməsin, bunun üçün
Saquntla qonşu İberiya tayfaları arasında toqquşmalar yaratdı. O, Saqunta elə şərti
qəbul etdirmək istəyirdi ki, şəhər Karfagenin tabeliyinə düşsün, həm də Romaya
Dostları ilə paylaş: |