158
də, bütün digər sərkərdələrdən də üstün hesab edərdim”. Bu söhbət Hannibalın ruhi
genealogiyasını aydınlaşdırır: o, öz tərbiyəsinə, bütün əməllərinə, düşüncə tərzinə
görə başdan ayağadək əsgər-işğalçı idi, o, yalnız muzdlu döyüşçülərə bel
bağlamağı düşünürdü, bu döyüşçülər isə öz sərkərdələrinə və onun uğuruna
inanırdı. Hannibal deyirdi ki, gənc vaxtı İspaniyanı işğal etmiş, ilk dəfə Alpı
keçmiş (əlbəttə ki, Herakldan sonra ilk dəfə olaraq və yerli tayfalar nəzərə
alınmasa), İtaliyada isə Karfagendən heç bir kömək almadan 400 şəhəri işğal
etmişdi. Hannibal özündə sərkərdə ləyaqətini qiymətləndirirdi. O, öz qorxusu və
risqi ilə müharibəni başlamış və aparmış, bu müharibənin bütün qələbə və
məğlubiyyətləri də bölünmədən ona məxsusdur.
Roma elçiləri öz qarşılarına qoyduğu məqsədə nail oldular – Antiox
Hannibalın satqınlığından şübhələnirdi və ona açıq inamsızlıqla yanaşırdı.
Hannibal öz başı üzərində yığılmış buludu dağıda bildi, o, çara öz andını xatırlatdı
və bildirdi ki, Hannibal Romanın ən ardıcıl və barışmaz düşmənidir. Nə qədər ki,
Antiox Roma ilə mübarizə aparır, o Hannibalın dəstəyinə və sədaqətinə bel
bağlaya bilər.
192-ci ilin payızında Antiox Fessaliyaya qoşun çıxardı və əslində Hannibalın
məsləhətini qulaq ardına vurdu. Elə 191-ci ilin aprelində o, vaxtilə (b.e.ə. 480-ci
ildə) Sparta çarı Leonidin başçılıq etdiyi dəstənin igidliyinə şahid olmuş
Fermopildə darmadağın edildi və öz ordusunun kiçik qalığı ilə Kiçik Asiyaya,
Efesə qaçdı. Antiox Yunanıstandan gözlədiyi köməyi almamışdı. Çarın kölgədə
saxladığı Hannibal döyüş əməliyyatlarında iştirak etməmişdi. Məğlubiyyətdən
sonra Antiox ondan istifadə etməyi qərara aldı və tələsiklə yığılmış donanmanın
komandanı təyin etdi. Ona tanış olmayan donanma başçılığı Hannibala bir uğur
gətirmədi və romalıların müttəfiqi olan rodoslular tərəfindən məğlub edildi.
Hannibal hücuma davam gətirməyib qaçdı və o vaxtdan (avqust 190-cı il)
müharibədə fəal iştirak etmədi.
III Antioxun darmadağın edilməsi Şərqi Aralıq dənizində şəraiti bütünlüklə
dəyişdi. Bu məğlubiyyət Hannibal üçün də böyük həyat fəlakəti idi. Onun sonuncu
ümidləri də dağıldı. Kiminləsə artıq ittifaq axtarmaq mümkün deyildi, Roma
159
üstünə getməyə sövq etməyə də heç kəs yox idi. Nifrətamiz düşmən Hannibalın
qarşısında sərt qaya kimi dururdu, onu heç bir qüvvə dağıda bilməzdi. Ahıl yaşlı
sərkərdəyə (onun bu vaxt yaşı 60-a yaxın idi) yəqin ki, özünə sığınacaq
axtarmaqdan başqa heç nə qalmırdı. Lakin romalıların hökmranlıq etdiyi dünyada
ona sakitlik və təhlükəsizlik şəraiti mümkün deyildi. Ancaq Hannibal da təslim
olmaq istəmirdi. O, Krit adasına gəldi, lakin burada az qaldı. Sonra o, Vifiniyaya
yollandı və çar Prusiyanın sarayına gəldi. Hannibal burada Perqamla aparılan
müharibədə iştirak etdi. Dəniz döyüşündə o, Perqam gəmilərini qaçmağa məcbur
etdi, onların göyərtələrinə ilanlarla dolu qablar atmışdı.
Bu vaxt Prusiyanın yanına Roma elçisi gəldi və Hannibalı romalılara
verməyi tələb etdi. Vifiniya çarı elan etdi ki, o, qonaqpərvərlik qanunlarını poza
bilməz, lakin romalılar özləri çətinlik çəkmədən Hannibalı tuta bilərlər. Çar
bununla Romaya xidmət göstərmək istəyirdi. Hannibal birdən evinin hər tərəfdən
Vifiniya əsgərlərinin mühasirə aldığını gördü. O, xilas olmağa cəhd etdi. Onun
binasının yeddi, o cümlədən gizli çıxış qapısı var idi. Lakin bütün qapılarda
döyüşçülər dayanmışdı. Evə əsgərlərin nə vaxt hücum edəcəyini gözləməyib,
Hannibal zəhər içdi. Bəzi versiyalara görə onu Vifiniya çarı zəhərləmişdi. Belə
deyirlər ki, ölümündən əvvəl o, demişdi: “Əgər onlar qocanın ölümünü gözləməyə
dözmürlərsə, qoy romalıları köhnə qayğılarından azad edək”. Hannibalı Bosforun
Avropa sahilində, Libissada dəfn etdilər, daş sarkofaqın üstündə nəqş edilmişdi:
“Hannibal burada dəfn edilmişdir”.
Hannibalın son illərdəki sərgərdanlığı və faciəli sonu onun coşqun,
macəralarla, parlaq qələbələr və acı məğlubiyyətlər və əsgər həyatının ümidsizliyi
ilə dolu həyatının təbii yekunu idi. Məğlubiyyət nə qədər acı olsa da II Puniya
müharibəsindən sonra Karfagen iqtisadi cəhətdən elə də tənəzzülə uğramadı. III
Puniya müharibəsi ərəfəsində - m.ə. II əsrin 50-ci illərində Karfagendə 700 min
adam yaşayırdı. Varlıların dəbdəbəli, yaşıllıq içərisində itib batan villaları ilə
yanaşı, yoxsullar məhəllələri və “orta təbəqəyə” məxsus olanların yaşadıqları çox
mənzilli və bir neçə - hətta altı mərtəbəyə qədər olan böyük evlər və dar,
yarıqaranlıq küçələr, səs-küylü bazar və qədim məbədləri və akropolu olan
160
yüksəklik əcnəbiləri heyran edirdi. Lakin Romada bu dövlətə qarşı kin heç də
azalmırdı. Trazimen gölü yanındakı döyüşdən Zama döyüşünə qədər Hannibala
qarşı vuruşmuş Mark Portsi Katon Karfagenə qarşı barışmaz düşmənçilik
partiyasına başçılıq edirdi. Katon Karfagenin qüdrətinin çox böyüməsindən
qorxaraq onu yer üzündən silməyi tələb edirdi və fürsət düşən kimi Karfagenə yeni
müharibə elan etməyi tələb etdi. Katon bu fikrə gəldi ki, əgər şəhər tutulmasa,
romalılar əvvəlki bədbəxtliklərlə yenidən üzləşməli olacaqdır. O, deyirdi ki, nə
qədər ki, Karfagen mövcuddur Roma özünü arxayın hiss edə və öz azadlığına görə
qorxmaya bilməz. “Karfagenlilər artıq bizim düşmənimizdir, çünki kimsə istədiyi
vaxt mənim əleyhimə müharibəni başlamaq iqtidarında olmaq üçün hazırlaşırsa,
artıq mənim düşmənimdir, hətta, əgər silahını işə salmamışdırsa”. Katon senatdakı
hər çıxışını bu sözlərlə bitirirdi: “Bundan başqa, mən düşünürəm ki, Karfagen
dağıdılmalıdır”. Senatda nəhayət Katonun nöqteyi-nəzəri qalib gəldi. Senatın
Karfagenə etdiyi və romalıları qənaətləndirməli kimi olan tələbi düşmənə
yönəldilən siyasətin əsas formulu oldu. Əvvəlcə Utika – Şimali Afrikadakı ən
qədim Tir koloniyası romalılara təslim oldu. 150-ci ilin hadisələrindən ilhamlanan
Katon döyüş əməliyyatlarını başlamağı, Karfageni dağıtmağı və məhv etməyi daha
təkidlə tələb edirdi. Senat qərar verdi ki, müqavilənin əksinə olaraq Karfagen
donanma saxlamış, qoşunlarını sərhədlərindən kənara çıxarmış və silahını
Romanın müttəfiqi olan numidiyalıların başçısı Massanasaya qarşı qaldırmışdır.
Bütün bunlara görə Karfagenə müharibə elan edildi. Karfagenlilər bilmirdilər ki,
senat Katonun israrına görə konsullara köhnə tapşırığını vermişdi – işi müharibə və
Karfagenin məhv edilməsi istiqamətində aparmaq. Karfagenlilər bütünlüklə
tərksilah edildilər. Onlara şəhərdən çıxmaq və 80 stadi aralıqda olmaqla digər
onlara məxsus olan yerdə məskunlaşmaq tələb edildi. Şəhərin gerusiyaları -
ağsaqqalları itaət hesabına amansız düşmənin mərhəmətini qazanmaq istəyirdi.
Dənizdən aralanan karfagenlilər dəniz ticarəti ilə yaşadıqlarına görə qarşısı alınmaz
məhvə məhkum edilirdilər. Adamlar dəhşətli bir şeyin baş verdiyini anladılar.
Ümidsizlikdən həqiqətən dəlicəsinə orgiya başlandı. Şura şəhər divarlarından
arxasında olan qoşunların komandanlığına bu yaxınlarda ölüm cəzasına məhkum
Dostları ilə paylaş: |