149
Romalılar Hannibala istədikləri təsiri göstərdilər. O, düşərgəsini xeyli araladı və
Apennin yarımadasının cənubuna yollandı. Romada Hannibalın geri çəkilməsini
möcüzə kimi qəbul etdilər. Roma yürüşü Hannibal üçün ağır hərbi-siyasi
məğlubiyyətlə nəticələndi, baxmayaraq ki, şəhər divarları yanında ciddi bir döyüş
getməmişdi. Kapuyanı da karfagenlilər taleyin ümidinə qoydular.
Stsipionun vəd etdiyini heç olmazsa oğlu həyata keçirdi, Hannibal isə
Romanı işğal etməyi vəd etmişdi, heç nə əldə edə bilmədi. Axı karfagenlilər Alpı
hansısa kiçik İtaliya şəhərinə görə deyil, Romaya görə aşmışdılar. Baxmayaraq ki,
Hannibala hələ 10 il İtaliya ərazisində vuruşmaq qismət oldu, müharibənin
nəticələri artıq müəyyən olunmuşdu. Kapuyanın süqutu Hannibalın müttəfiqlərinə
ən güclü təsir göstərdi. Roma komandanlığının Kapuya əhalisi ilə qəddarlıqla
davranması, Roma ilə ittifaqa xəyanət ehtiyatsızlığının həmin şəhərlərə nələrə başa
gələcəyini göstərirdi.
210-cu il kampaniyası da Hannibal üçün əlverişsiz başladı. Onun
“müttəfiqlərindən” çoxu Romanın tərəfinə keçirdi. İspaniyada da Puniya
komandanlığı, ümumən Barkidlər siyasəti ağır uğursuzluğa düçar oldu. Yeni
Karfagen romalıların əlinə keçdi, bu şəhər Pireney yarımadasında Karfagenin
dayaq nöqtəsi idi. Maqon bütün qarnizonu ilə təslim oldu. Oğul Stsipion Finikiya-
Puniya koloniyalarının vətəndaşları kimi bütün əhali qarşısında özünü işğalçı kimi
deyil, Karfagen ağalığından xilaskar kimi təqdim edirdi. İtaliyada Tarentin
tutulması Hannibalın vəziyyətini bir qədər də çətinləşdirdi. İndi Hannibal və Fabi
öz rollarını dəyişdirmişdi. Yaz başlananda Hasdrubal kömək üçün Alpı keçdi. O,
Hannibala birləşməyə can atırdı. Neronla döyüşdə Hasdrubal həlak oldu.
Qardaşının ölümü Hannibal üçün ağır xəbər idi.
207-ci il kampaniyası Hasdrubalın həlak olması ilə Pireney yarımadasında
romalıların xeyrinə xeyli yüngülləşmişdi. Bir az sonra bura digər Karfagen
sərkərdəsi Qannon gəldi. 206-cı ilin yazında mübarizə təzələndi. Lakin
karfagenlilər artıq İspaniyada Roma ağalığına qarşı uğurlu mübarizə aparmaq
iqtidarında deyildi. Karfagenlilərin buradakı müttəfiqləri Stsipionun tərəfinə keçdi.
Sonra Qades şəhəri Roma komandanlığına təslim oldu. Beləliklə, Pireney
150
yarımadasında Pireney-Karfagen müharibəsi bütünlüklə Romanın xeyrinə başa
çatdı. İndi Stsipion öz niyyətlərini gizlətmədiyi kimi, müharibəni də Afrikaya
keçirməyə çalışacaqdı.
205-ci ilin yazında Maqon Barkid İtaliyada sahilə çıxdı. O, 12 min piyada və
2 min atlı gətirmişdi. O, döyüşsüz Genuya şəhərini tutdu. Lakin Hannibal artıq baş
verənlərə heç bir reaksiya göstərmirdi, yəqin, həm də ona görə ki, əsgərlər taun
xəstəliyindən və aclıqdan əzab çəkirdi. Maqonun gəlib çıxması romalıların
Afrikaya ekspedisiyasını təxirə salmadı. Lakin Stsipion İspaniyadan qayıtdıqdan
sonra senatda münaqişə başlandı. Stsipiona zəfər keçirməyə razılıq vermədilər,
lakin bu Stsipionun nəhəng populyarlığını azalda bilməzdi. O, 205-ci ilə konsul
seçilmişdi. Digər konsul isə Publi Livini Krass idi. Müharibəni davam etdirmək
üçün deyil, başa çatdırmaq üçün gəldiyini deyən Stsipion elan etdi ki, buna nail
olmaq üçün onun özü Afrikaya üzüb keçməlidir və senat buna etiraz etsə, o, xalqın
köməyi ilə buna nail olacaqdır. Senat Stsipiona İtaliyadan özünə qoşun toplamağa
imkan vermədi. Dövlət xəzinəsindən də ona pul verilmədi. Deməli, ekspedisiyanı
o, özü maliyyələşdirməli idi və bu tədbirdən tam qələbə və Romanın taleyi asılı idi.
Ona görə də o, öz vəsaitindən və özəl adamlardan borc götürməklə ekspedisiyanın
baş tutmasına müyəssər oldu. Senat isə hər şeyi edirdi ki, Stsipionun bu
əməliyyatına hər cür maneçilik göstərsin. Stsipion çox arzu edirdi ki, Hannibalı və
Karfagenin özünü darmadağın etsin. Lakin Fabi təbii ki, Hannibalın qalibinin
Stsipion olmasını istəmirdi.
Stsipion Afrika ekspedisiyasına hazırlıq görmək üçün Siciliyaya gəldi. Roma
donanması Afrikaya gələndə bu Karfagendə ağır təəssürat oyatdı. Perspektiv
adamları həyəcana gətirirdi. Bu vaxt Massanasa romalıların köməyi ilə
Numidiyada öz vəziyyətini bərpa etmək istəyirdi. Stsipion qoşunlarını 440 gəmiyə
yerləşdirib Afrikaya gəldi. Böyük Roma ordusunun Afrikada görünməsi gələcək
üçün karfagenlilərin həyəcanını artırırdı. Stsipion birbaşa Karfagenə yollanmaq
istədi, lakin donanmasını Utikaya göndərdi. O, yaxındakı Liviya şəhərlərini tutdu.
O, numidiyalıların başında Romaya borclu və itaətkar olan Massanası çar etdi.
Axırıncının köməyi ilə Hamilkarın oğlu Qannonu aldadıb şəhərdən çıxardı və
151
Roma süvarisi karfagenliləri mühasirəyə aldı. Stsipion Utikanı mühasirəyə adlı və
onu dənizdən və qurudan əsas dayaq məntəqəsi etməyi planlaşdırırdı. 204-203-cü
illərin qışında Afrikada hərbi-siyasi fəallıq xeyli artdı. Numidiyalılar və
karfagenlilər qısa müddətdə sülh qurulacağını güman edərək, öz sayıqlıqlarını
zəiflətdilər. Yaz başlayanda gəmilərini suya salan Stsipion özünü elə aparırdı ki,
elə bil ki, dənizdən Utikaya yanaşmaq istəyir. Gecə yarısı isə romalılar düşmənin
mövqelərinə yaxınlaşdılar. Stsipion öz qoşunlarına numidiyalıları yandırmağı əmr
etdi. Alov komaları ağzına aldı, onlar yanğını söndürmək üçün çıxıb qaçanda,
Massanasın döyüşçülərinin zərbəsi altına düşdülər. Alov bütün düşərgəyə yayıldı.
Diri-diri yanmayan, xilas olan Karfagen döyüşçülərini romalılar öldürdülər. 203-cü
il kampaniyasında Stsipion iki ordunu məhv etdi. Karfagen hökuməti çoxlu
mübahisələrdən sonra öz donanmasını Utikaya göndərməyi və orada romalılara
hücum etməyi, həm də Hannibalı İtaliyadan geri çağırmağı qərara aldı. Utika
yaxınlığında dəniz döyüşü karfagenlilərin qələbəsi ilə başa çatdı, lakin bu həlledici
qələbə deyildi.
Stsipionun düşərgəsinə Karfagenin bütün siyasi həyatına rəhbərlik edən ali
hakimiyyət orqanının – 30-lar Şurasının üzvləri gəlib çıxdılar və ondan acizanə
xahiş etdilər ki, şəhərə aman versin, onu dağıdılmaqdan və məhvdən azad etsin.
Ststipion cavab verdi ki, Afrikaya müqavilələr bağlamağa gəlməmişdir. Onun
məqsədi Karfagen üzərində qələbə çalmaqdır. Buna baxmayaraq, Stsipion sülhdən
imtina etmir və bu şərtləri təklif edir: əsirlər, düşmən tərəfə keçənlər və qullar
qaytarılsın, Karfagen qoşunları İtaliyadan və Qalliyadan çıxarılsın, İspaniyadan
imtina edilsin, İtaliya və Afrika arasındakı bütün adalardan uzaqlaşsınlar, 20-si
müstəsna olmaqla bütün hərbi gəmilərini, 500 min modiya buğda və 300 min
modiya arpanı, həm də xeyli məbləğdə pulu romalılara versin. Karfagenlilər bu
tələbləri rədd etmək istəmədilər, Stsipionla atəşkəs yaradıb Romaya elçilik
göndərmək istədilər. Bu danışıqlar davam etdiyi müddətdə Hannibal Afrikaya
qayıdacaqdır və o vaxt romalılarla başqa cür danışmaq olar.
Afrikaya geri dönmək əmrini ilk dəfə Maqon qəbul etdi, Karfagenin
vəziyyəti elə idi ki, İtaliya və Qalliya uğrunda mübarizəni davam etdirə bilmədi.
Dostları ilə paylaş: |