173
etmək Onun üçün çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!” (255-ci ayə).
Həmin surənin 284-cü ayəsində isə deyilir: “Göylərdə və yerdə nə varsa, hamısı
Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız, çıxarmasanız da, Allah
ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini bağışlar, istədiyinə də əzab
verər. O, hər şeyə qadirdir!”.
Beləliklə, Allah heç bir varlıqla müqayisə oluna bilməz və heç bir varlıq
qüdrətinə görə Allaha yaxınlaşa bilməz. Allahın böyüklüyü qarşısında hətta onun
yaratdığı kainat da kiçik görünür. Quranın “Əl-İxlas” surəsində deyilir: “O, Allah
birdir... Allah (heç kəsə, heç nəyə) möhtac deyildir... Onun heç bir tayı-bərabəri,
bənzəri yoxdur” (1-2 və 4-cü ayələr). Ona görə də bu ehkamların təkrar olunması
yolu ilə onların insan şüuruna təlqin olunmasına, inamın sarsılmazlığını əldə etmək
üçün bu ibadətlərin can-başla icra edilməsinə Məhəmməd çox böyük əhəmiyyət
verirdi. Axı mələklər Allaha insanların ibadət etdiyini xəbər verirlər. İslam elmində
Allahdan başqa heç kəsə, nə hansısa obraza və ya nişanəyə sitayiş edilmir.
Məhəmmədə peyğəmbərliyinin ilk dövrlərində əleyhdarlarının istehzaları ilə
mübarizə aparmaq çətinlik törədirdi. Uşaqlıqdan tanıyanlar indi küçədən keçəndə
onu göstərib deyirdilər: “Baxın! Bu Əbdül-Müttəlibin nəvəsi elə bil ki, göydə baş
verənlərin hamısını bilir!” Bəziləri dəli hesab edirdi, digərləri cadugər və sehrkar
adlandırırdı. Küçədə lağa qoyanlar onu təqib edir, təhqir edirdilər. Axı o, hamının
adət etdiyi həyat tərzindən aralanmışdı. Əmrə adlı gənc isə bütün Ərəbistanın ən
sevimli şairlərindən biri olmaqla Məhəmmədə həcvlər yazırdı. Bu şeirlər dildən
dilə gəzirdi və islamın yayılmasına ciddi maneçilik törədirdi. Məhəmməddən
möcüzə tələb edənlər də az deyildi, çünki adamlar Moisey və İisusun (Musa və İsa
peyğəmbərlərin) möcüzələri barədə çox şey eşitmişdilər. Bu tələblərə Quranda da
əksini tapmış Məhəmmədin sözləri ən tutarlı cavab idi: “Quranın özündən artıq nə
möcüzə ola bilər?... Quranın özü artıq möcüzədir!” Məhəmməd ondan Quranın ona
necə gəlib çatmasını və ya onu gətirən mələyi göstərməsini tələb edənlərə etiraf
edirdi ki, o, Allahın seçdiyi apostol (həvariyun) olan sadə adamdır. O, deyirdi ki,
mənim elçi seçildiyimi möhkəmləndirmək üçün Allaha mələk lazım deyildir. Bəzi
hallarda isə möcüzənin adamların bir qrupunun məhv olması hesabına başa
174
gələcəyini bildirməklə, yaxasını zəhlətökən adamlardan qurtara bilirdi. Axı ondan
Səfa təpəsini bütünlüklə qızıla döndərmək kimi möcüzə göstərməyi xahiş
etmişdilər.
Məhəmmədin bütpərəstliyə qarşı kəskin hücumları bir qədər Kəbəyə sitayişə
də mənfi təsir göstərdiyindən, bu Qüreyşliləri ciddi surətdə narahat etmişdi. Onlar
Əbu Talibdən xahiş edirdilər ki, öz qardaşı oğlunu susmağa məcbur etsin və ya onu
uzaqlaşdırsın. Onlar qocaya bildirdilər ki, səhvən güman etdikləri saxta peyğəmbər
və onun ardıcılları küfrdən dönməsələr, buna özlərinin həyatları ilə cavab
verəcəklər. Əbu Talib bu hədələri Məhəmmədə xəbər verməyə tələsdi və ona
yalvardı ki, öz əleyhinə belə çox sayda və güclü düşmənləri qaldırmasın.
Məhəmmədin ruhu bu sözlərdən daha güclü qaydada alovlandı. O, dedi: “Əmi,
əgər onlar mənim üstümə günəşi sağ tərəfdən, ayı sol tərəfdən silahlandırsalar belə,
mən öz yolumdan dönməyəcəyəm, nə qədər ki, Allah əmr etməmişdir və ya məni
buradan harasa aparmamışdır”. Qocanı onun yenilməzliyi heyran etdi və o, bildirdi
ki, nəyi moizə etməsindən asılı olmayaraq Məhəmmədi onun düşmənlərinə
verməyəcəkdir. Əbu Talib digər Haşim nəslindən olanları Məhəmmədi müdafiə
etməyə çağırdı. Əbu Ləhəbdən başqa hamı qocanın təklifi ilə razılaşdı,
baxmayaraq ki, bu özlərinin qorxulu hesab etdikləri küfrü müdafiə etmək demək
idi.
Qüreyşlilərin düşmənçiliyi günbəgün artırdı, bir gün isə bu hədədən fiziki
həmləyə keçdi. Onlar Kəbədə Məhəmmədin üstünə atıldılar, əgər Əbu Bəkr xilas
etməsəydi, onu boğub öldürə bilərdilər. Əbu Bəkr özü bu savaşda xəsarət aldı.
Məhəmmədin ailəsinə də nifrət edirdilər, xüsusən onun qızı Ruqiyyəyə və onun
yeni əri Osman ibn-Əffana. Qüdrətli himayəçiləri olmadığından şagirdlərinin
həyatı təhlükə altında idi. Məhəmməd onlara bir müddət qorxulu həmrəyliyi
dayandırmağı və Abissiniyaya yollanmağı məsləhət gördü. Qırmızı dənizlə həmin
ölkəyə getmək çətin deyildi. Orada nestorian xristianları yaşayırdı. Məhəmmədin
qızı və şagirdləri burada sığınacaq tapmalı idi.
Abissiniyaya 15 nəfər yollandı, onlardan dördü qadın idi. Onlar liman şəhəri
olan Ciddəyə gəldilər və oradan gəmidə sığınacaq nöqtəsinə getdilər. Bu
175
Məhəmmədin peyğəmbərliyinin beşinci ilində baş verdi, ilk qaçış və ya birinci
hicrət adlanırdı. İkinci hicrət isə peyğəmbərin özünün Məkkədən Mədinəyə
köçməsi idi. Qaçqınlar Abissiniyada qonaqpərvərliklə qəbul olundu. Bir qədər
sonra onların sayı 101 nəfərə çatdı, bunlardan 18-i qadın idi. Onlardan əlavə
uşaqlar da var idi.
Məhəmməd özü də təhlükəsizliyinin qayğısına qaldı. O, Orham adlı
şagirdinin Səfa təpəsində yerləşən evində sığınacaq tapdı. Bu təpəyə ərəblərin
rəvayətinə görə Adəm və Həvva da cənnətdən qovulandan sonra düşmüşdülər.
Məhəmməd burada bir ay yaşadı və aldığı vəhyləri elan etməyi davam etdirirdi.
Ərəbistanın hər tərəfindən onun yanına ardıcılları gəlirdi. Qüreyşlilərin də
düşmənçiliyi səngimirdi. Bu tayfadan olan və ən qorxulu müşrik hesab edilən Əbu
Cəhl adlı ərəb Məhəmmədi axtarıb tapdı, söyüşləri ilə onu təhqir etdi və hətta
döydü. Bu xəbər onun əmisi Həmzəyə çatdı. Əbu Cəhl öz qoçaqlığından söhbət
aparanda Həmzə onu tapdı və başına ağır zərbə vurub, ona ağır xəsarət yetirdi. Elə
bu vaxtdan da Həmzə yeni dini qəbul etdiyini və bu dinin möhkəm ardıcılı
olacağını bildirdi.
Həmzə onu yaraladıqdan sonra Əbu Cəhlin peyğəmbərə nifrəti daha da
artdı. Onun Ömər adlı cavan və çox güclü bir qohumu var idi. Əmisinin təhriki ilə
o, Məhəmmədin Orhamın evindəki sığınacağına girməklə, orada peyğəmbəri
xəncərlə öldürməyi qət etmişdi. O, bura gəlib çatanda rastlaşdığı bir qüreyşliyə öz
niyyətini bildirdi. Bu qüreyşli isə islamın gizli tərəfdarı olduğundan, onu bu qanlı
işdən çəkindirməyə cəhd etdi və dedi: “Məhəmmədi öldürməmişdən əvvəl onun
qohumlarının qisasına tuş gələcəksən. Bax gör, sənin qohumların arasında küfr
edəni yoxdurmu?” – Ömər adlı həmin oğlan soruşdu: “Məgər mənim
qohumlarımdan kimsə dindən üz döndərmişdir?” Qüreyşli “hə” deyə cavab verib,
əlavə etdi: “Sənin bacın Əminə və onun əri Seyid!” Ömər bacısının evinə gələndə
onu və ərini Quran oxuyan yerdə gördü. Dəli kimi o, Seyidin üstünə cumdu,
qılıncını onun köksünə sancmaq istəyəndə, buna bacısı mane oldu. Seyidin
üzündən qan axırdı. Bu vaxt Əminə qışqırdı: “Allahın düşməni! Vahid, həqiqi
Allaha iman gətirdiyimə görəmi vurursan? Nə səndən, nə sənin qəzəbindən
Dostları ilə paylaş: |