176
qorxmuram və öz düzgün inamımdan geri çəkilməyəcəm”. Və hirsli qaydada əlavə
etdi: “Lailahəilləllah, Məhəmmədin rəsul Allah”. Ömər, indi öz işini gör, qurtar!”
Ömər dayandı, peşiman olub dizini Seyidin döşündən götürdü. Sonra o, bacısından
kağız lüləsini ona göstərməyi xahiş etdi, yalnız əlini yuduqdan sonra o, Quranın
surəsini oxudu. Quranın sözləri onun ürəyinin dərinliklərinə nüfuz etdi. Sonra o,
dirilmə və Qiyamət günü haqqında oxuduqda, yeni dinə meyl etdi. Sonra o,
Orhamın evinə gəldi və özünü Allaha və onun peyğəmbərinə inananların siyahısına
daxil etməyi xahiş etdi. Onun xahişi ilə Məhəmməd onu Kəbəyə apardı və orada
islamın ibadətlərini təntənəli qaydada icra etdi. Ömər peyğəmbərin sol tərəfində,
Həmzə isə sağ tərəfində gedərək onu təhqir və hücumlardan qoruyurdular.
Məhəmmədi qırxa qədər şagirdi müşayiət edirdi. Günün günorta çağı onlar
sakinlərin heyrətinə səbəb olan bir qaydada Məkkə küçələrindən keçirdilər. Onlar
Kəbə ətrafına yeddi dəfə dövrə vurdular, hər dəfə əlləri ilə Qara daşa toxundular və
digər ibadətləri icra etdilər. Qüreyşlilər bu hadisəyə dəhşətlə tamaşa edirdilər.
Onlar nə yaxınlaşa, nə də peyğəmbəri təhqir edə bilirdilər, çünki Həmzə ilə
Ömərin heybətli baxışlarından qorxurdular. Beləliklə, Ömərin qəribə qaydada yeni
dinə keçməsi
baş verdi, o, islamın ən şərəfli tərəfdarlarından biri oldu.
Əbu Talibin Haşimilərin başçısı kimi Məhəmmədə və onun ardıcıllarına
himayədarlığı Qüreyşlilərdə onlara qarşı kəskin nifrət yaratdı və tayfanı parçaladı.
Əks qolun başçısı olan Əbu Süfyan peyğəmbərin küfrünü əsas götürərək təkcə
onun qohumlarını, yeni dini qəbul edənləri deyil, bütün Haşim qolunu şübhəyə aldı
və nifrət ünvanına çevirdi. Baxmayaraq ki, onlar rəylərində fərqli idilər və ona
ancaq qohumluq hisslərinə görə himayədarlıq edirdilər. Yəqin ki, Əbu Süfyanın
düşmənçiliyi təkcə şəxsi nifrətdən və dindarlıq qısqanclığından deyil, həm də nəsil
düşmənçiliyindən yaranmışdı. O, çoxdan Haşimilər nəslinə mənsub olan şəhərin
başçılığını öz nəslinin əlinə keçirməyə can atırdı. Əbu Talibin Məhəmmədi
təqiblərdən qorumaq üçün gizlətməsi və öz qəsrində ona yer verməsi Əbu Süfyan
və onun tərəfdarları üçün bütün rəqib tayfanı məhkum etməkdən ötəri bəhanə oldu.
Ona görə də onlar qərara gəldilər ki, əgər öz qohumları Məhəmmədi edam etmək
üçün verməsələr, bütün digər Qüreyşlilərlə Haşimilərin qız alıb verməsi, hansısa iş
177
və ya ticarət aparması qadağan edilsin. Bu hökm peyğəmbərin elçi fəaliyyətinə
başladığının yeddinci ilində baş verdi. Bu hökm yazılıb Kəbədən asılmışdı. Bu
Məhəmmədi və onun şagirdlərini çətin vəziyyətdə qoydu, onlar gizləndiyi qəsrdə
bəzən qidasız qalırdı. Bəzən Qüreyşlilər qəsri əhatə edib hökmü bütün ciddiyyəti
ilə icra etmək istəyirdilər.
Məhəmmədin şagirdləri ilə birlikdə Əbu Talibin qəsrində gizləndiyi vaxtdan
üç il keçmişdi. Onların barəsindəki hökm Kəbədən asılı olaraq qalırdı və tayfanın
digər hissələri ilə əlaqələrinə mane olurdu. Həmişə olduğu kimi, təqibdən bu sekta
daha da böyüyürdü. Çoxları ona qoşulurdu, Məkkədə Qüreyşlilər arasındakı
düşmənçilikdən narazılıq edirdilər. Əbu Süfyan öz qohumlarına qarşı bu nifrətdən
utanmalı idi. Bir qədər sonra hökmü ləğv olunmuş hesab etdilər və Məhəmmədə öz
tərəfdarları ilə Məkkəyə sərbəst qayıtmağa icazə verdilər. Onlar qayıdandan sonra
Məkkədə çoxları
bu dinə keçdi, Məkkəyə uzaqdan da çoxlu zəvvarlar gəlirdi.
Bu dövrdə persiyalılarla yunanlar arasında müharibə gedirdi. Əbu Bəkr dəvə
verməklə mərc gəlmişdi ki, perslərin qələbəsinə baxmayaraq üç ildən sonra
yunanlar qalib gələcəkdir. Məhəmməd onun qulağına pıçıldadı: “Mərci artır və
müddəti uzat”. Əbu Bəkr yüz dəvədən mərc gəldi, müddəti isə doqquz il müəyyən
etdi. Bu proqnoz doğruldu və mərc uduldu.
Səksən yaşlı Əbu Talib öldü və onun gözlərini Məkkəyə bu yaxınlarda
qayıtmış Məhəmməd bağladı. Öz əmisinə ölüm ərəfəsində məsləhət gördü ki, dinə
sitayiş etdiyini tələffüz etsin, çünki bu, islama görə sonradan müqəddəs dirilmə
üçün vacibdir. Əbu Talib dindar kimi öldü. Əbu Talibin ölümündən iki ay əvvəl
Məhəmmədin vəfalı və sadiq arvadı Xədicə dünyasını dəyişmişdi. Qadının bu vaxt
65 yaşı var idi. Məhəmməd onun tabutu üzərində acı göz yaşı axıdırdı. Arvadının
və əmisinin yasına görə o, matəm paltarında idi. Məhəmmədlə arvadının yaş
fərqinə baxmayaraq onlar bir-birini qızğın sevirdilər. Arvadı da qadın
cazibədarlığını saxlaya bilmişdi və Məhəmməd nikahın bütün dövründə öz
rəfiqəsinə sadiq qalmışdı və dinin icazə verməsinə baxmayaraq başqa arvad
almamışdı. Onların qarşılıqlı məhəbbəti əfsanəyə çevrilmişdi. Bu qadın nəinki
onun peyğəmbərliyinə ilk olaraq inanmış, bu missiyanı yerinə yetirməkdə ona