Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   63   64   65   66   67   68   69   70   ...   120

 
200 
qoşunun tərkibi sayılanda heç min nəfər adamın da olmadığı bilindi. Onlardan da 
yüz döyüşçünün silahı var idi, cəmisi isə iki yüz atlı toplandı. Bu rəqəmlər şəhər 
divarları  arxasında  düşməni  gözləmək  qərarına  haqq  qazandırdı.  Bu  vaxt 
Məhəmməd  razılaşmadı:  “Yox,  əgər,  peyğəmbər  qılıncını  çıxartmışdırsa,  onu  bir 
də qınına qoya bilməz. Əgər o çıxmışdırsa, geri qayıda bilməz, nə qədər ki, Allah 
onun düşmənlərini onunla mühakimə etməmişdir!” Bu sözlə o, könüllülərini döyüş 
meydanına  çıxardı.  Onların  bir  hissəsi  xəzrəclilərdən  və  yəhudilərdən  ibarət  idi. 
Məhəmməd yəhudilərdən islamı qəbul etməyi tələb etdi və o, onları geri Mədinəyə 
göndərdi.  Onların  himayəçisi  Abdullah  ibn-Ubeyy  da  öz  xəzrəcliləri  ilə  getdi. 
Qoşunda yalnız 700-yə yaxın döyüşçü qaldı. 
Bu  kiçik  qoşunla  Məhəmməd  Ühüd  təpəsində  dayandı,  buradan  Mədinəyə 
iki saat yarımlıq məsafə var idi. Təpə dik olduğundan daş yamac buradakı mövqeyi 
qoruyurdu.  Məhəmməd  özü  dəbilqə  taxmışdı  və  iki  qat  zireh  geyinmişdi.  Onun 
qılıncında  bu  sözlər  nəqş  edilmişdi:  “Qorxu  öz  arxasınca  biabırçılıq  gətirir,  şərəf 
irəlidədir.  Qorxaqlıq  heç  kəsi  öz  taleyindən  xilas  edə  bilməz”.  O,  özü  döyüşdə 
iştirak  etmək  istəmədiyindən  öz  qılıncını  cəsur  döyüşçü  Əbu  Dücanəyə  verdi. 
Məhəmməd  sərkərdələrin  qaydasına  uyğun  olaraq  bütün  çölü  müşahidə  etməyə 
imkan  verən  yüksəklikdə  dayanmışdı.  Qüreyşlilər  sayca  çox  olduqlarından 
ruhlanıb  təpənin  ətəyinə  yaxınlaşırdılar.  Əbu  Süfyan  orta  dəstəni  aparırdı, 
flanqlarda hər tərəfdən yüz atlı var idi. Sol cinaha Əkrəmə, sağ cinaha isə əl-Vəlid 
başçılıq edirdi. Onlar irəliləyəndə Hind və onun rəfiqələri döyüş mahnısı oxumağa 
başladılar.  Nəqarət  əvəzinə  onlar  Bədir  döyüşündə  həlak  olanların  adlarını 
sadalayırdılar. 
Məhəmməd  öz  alaylarını  döyüşə  girməkdən  saxlayırdı,  öz  mövqeyinin 
üstünlüklərindən  istifadə  edib  döyüşə  başlamırdı.  Xüsusən  ox  atanlara  öz 
yerlərində dayanmaq tapşırılmışdı. Onlar düşmən süvari dəstəsinin təpəni dövrəyə 
alıb  arxadan  hücum  etmələrinə  imkan  verməməli  idilər.  Əkrəmənin  süvarisi 
müsəlmanlara  yandan  hücum  etmək  istəyəndə  oxatanlar  onları  geri  oturtdular. 
Onların  arasında  qarışıqlıq  düşdü.  Bu  vaxt  Həmzə  müsəlmanlara  haray  çəkdi: 
“Ölüm! Ölüm!” və öz dəstəsini düşmənin ortadakı alayının üstünə atdı. Onun sağ 


 
201 
tərəfindəki  Əbu  Dücanənin  başındakı  qırmızı  parçada  “Allahdan  kömək!  Qələbə 
bizimdir!” sözləri yazılmışdı, əlində isə Məhəmmədin qılıncı idi. 
Düşmən bu hücumdan bir qədər özünü itirdi. Əbu Dücanə özünü düşmənin 
içərisinə  soxub  ölümcül  zərbələr  vururdu  və  qışqırırdı:  “Allahın  və  onun 
peyğəmbərinin  qılıncı!”  Düşmənin  yeddi  bayraqdarı  bir-birinin  ardınca  yerə 
sərildi, orta alay sarsılmışdı. Bu vaxt müsəlman oxatanları qələbənin başa çatdığını 
güman edib Məhəmmədin əmrini pozdular və qənimət götürməyə cumdular. Xalid 
isə  bunu  görüb  səpələnmiş  süvarisini  topladı,  oxatanların  boş  qoyduğu 
yüksəklikləri tutdu və müsəlmanlara arxadan hücum edib, onları qaçmağa məcbur 
etdi.  Atlılardan  biri  bu  vaxt  qışqırırdı:  “Məhəmməd  hardadır?  Nə  qədər  ki,  o, 
sağdır dinclik yoxdur!” Məhəmməd silahdaşlarının əlindən nizəni qapıb müşrikin 
boğazına  sancdı  və  ölən  süvari  atından  yerə  sərildi.  Ölən  hələ  bir  neçə  il  əvvəl 
peyğəmbəri  hədələyərək  demişdi:  “Mən  səni  nə  vaxt  öldürmək  lazım  olan  günü 
tapacağam!” Məhəmməd isə ona belə cavab vermişdi: “Özünü qoru! Əgər Allaha 
xoşdursa, sən özün mənim əlimlə öləcəksən!” 
Bu  qarışıqlıqda  kiminsə  sapandla  atdığı  daş  Məhəmmədin  üzünün  aşağı 
tərəfinə  dəydi,  dodağını  yardı  və  bir  qabaq  dişini  qırdı.  Bu  vaxt  o,  həm  də  oxla 
xəsarət aldı, oxun ucu onun yarasında qalmışdı. Həmzə də bu Qüreyşlini öldürəndə 
bir  qulun  nizəsi  onun  bədənini  deşib  keçdi.  Bu  qula  Həmzənin  Bədir  döyüşündə 
öldürdüyü sahibinin qisasını almaq  əvəzində azadlıq vəd edilmişdi.  Məhəmmədin 
bayraqdarı  da  öldürüldü.  Lakin  Əli  müqəddəs  bayrağı  qaldırdı  və  bütün  döyüş 
boyu  bayraq  onun  əlində  yüksəkdə  dalğalanırdı.  Ölən  bayraqdar  sifətdən 
Məhəmmədə  çox  oxşayırdı,  ona  görə  də  düşmən  qoşununda  səs  yayıldı  ki, 
peyğəmbər öldürülmüşdür. Bu vaxt Qüreyşlilər iki qat cuşə gəldilər. Müsəlmanlar 
ümidsizlikdən  qaçırdılar  və  yaralanmış  Əbu  Bəkri  və  Öməri  çiyinlərində 
aparırdılar.  Lakin  Məlikin  oğlu  Rahab  Məhəmmədi  yaralananlar  arasında  görüb 
onu silahlarından tanıdı. O, qışqırdı: “Dindarlar! Allahın peyğəmbəri hələ sağdır! 
Köməyə!  Köməyə!”  Məhəmmədi  xəndəkdən  çıxardılar  və  qayanın  üstünə 
apardılar,  burada  müsəlmanlar  son  müdafiəyə  hazırlaşırdılar.  Qüreyşlilər 
Məhəmmədin  ölməsinə  əmin  olub  müsəlmanları  daha  təqib  etmək  istəməyərək 


 
202 
qarət etməyə, ölüləri eybəcər hala salmağa başladılar. Hind və rəfiqələri isə onları 
qisasa  səsləyirdi.  Quduz  Hind  Həmzənin  ürəyini  meyidin  köksündən  çıxardıb, 
yemək istəyirdi. Əbu Süfyan bu eybəcər hala salınmış cəsədi atının üstündə fəxrlə 
gəzdirirdi  və  sevinclə  qışqırırdı:  “Müharibənin  taleləri  dəyişdi!  Bədir  savaşından 
sonra Ühüd qələbəsi!” 
Qüreyşlilər  geri  çəkiləndə  Məhəmməd  qayadan  endi  və  döyüş  meydanını 
nəzərdən  keçirməyə  başladı.  Öz  əmisi  Həmzənin  pis  günə  salınmış  cəsədini 
gördükdə  70  düşməni  belə  hala  salacağına  and  içdi.  Həlak  olanların  cəsədini  iki 
bir,  üç  bir  öldükləri  yerdə  basdırdılar.  O,  yalnız  adamlara  həlak  olanlara  görə 
ağlamağa  icazə  verdi.  Gecə  düşəndə  Qüreyşlilərin  yenidən  hücum  etməsindən 
qorxub  ləngimədən  Mədinəyə  getdilər.  Səhərisi  gün  Məhəmməd  Mədinəyə 
gedəndə düşmənin yanından keçirdi, gecə isə çoxlu gözətçi tonqalları yanırdı. Əbu 
Süfyana  xəbər  çatdı  ki,  Məhəmməd  hələ  sağdır.  Lakin  o,  şəhərə  hücum  etməyə 
cəsarət  etmədi,  çünki  Məhəmməd  özünü  köməyə  yetirə  bilərdi.  Digər  tərəfdən 
mədinəlilər  də  Məhəmmədə  qoşula  bilərdilər  və  o  vaxt  say  üstünlüyü  onun 
tərəfində olardı. Öz qələbəsi ilə kifayətlənib, Əbu Süfyan müsəlmanlarla bir illiyə 
atəşkəs bağladı və təntənə ilə Məkkəyə döndü. 
Məhəmməd bu acı uğursuzluğu özünə böyük dərd etdi. Bu dəfə o, Mədinədə 
böyük  nüfuzu  olan  Ümeyyənin  qızı  Hind  ilə  evləndi.  Hind  iyirmi  beş  yaşlı  dul 
qadın  idi,  əri  ilə  Abissiniyada  qaçqın  olmuşdu.  Onun  Sələmə  adlı  oğlu  olduğuna 
görə  onu  Ümmü  Sələmə,  ərəbcə  Sələmənin  anası  adlandırırdılar.  O,  çox  gözəl 
olduğundan  Ömər  və  Əbu  Bəkr  də  onu  almaq  istəmişdilər,  lakin  bir  şeyə  nail 
olmamışdılar. Hətta Məhəmməd özü də bir qədər çətinliklə üzləşdi. Qadın demişdi: 
“Necə böyük səadətdir ki, Allahın peyğəmbəri məni gözləyə bilər. Mən artıq cavan 
deyiləm, oğlum var, həm də qısqancam”. Məhəmməd cavab vermişdi: “Yaşda sən 
məndən  cavansan.  Sənin  oğluna  mən  ata  olacağam.  Qısqanclığa  qaldıqda  mən 
Allaha dua edəcəyəm ki, onu sənin ürəyindən bütünlüklə çıxarsın”. 
Təzə  gəlinə  məscid  yanında  ayrıca  mənzil  hazırladılar.  Buradakı  təsərrüfat 
bir  kisə  arpa  unundan,  kirkirədən,  piy  və  yağ  üçün  qazan  və  tavadan  ibarət  idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə