197
Məkkə sakinləri içərisində bu məğlubiyyətdən daha çox məyus olan Əbu
Süfyan idi. O, Bədir məğlubiyyətini özünün şəxsi bədbəxtliyi kimi qəbul edirdi. O,
Məkkəyə sağ-salamat gəlib çatmışdı, lakin nifrət etdiyi bir adamın onun üzərindəki
qələbəsi Əbu Süfyanı sarsıtmışdı. Onun evinin də üstündən bədbəxtlik küləyi
əsmişdi. Arvadı Hind onu hönkürtü ilə qarşıladı, axı onun atası, əmisi, qardaşı
döyüşdə həlak olmuşdu. Onun dərdi açıq dəliliyə keçirdi. Qadın gecə və gündüz
əzizlərini öldürmüş Həmzə və Əlidən qisas almaq barədə qışqırırdı.
Əbu Süfyan iki yüz atlı yığdı, onlar özləri ilə qida ehtiyatı kimi bir kisə un
götürdülər. O, Mədinədən üç mil məsafədə bütün əyaləti viranə qoydu,
peyğəmbərin iki ardıcılını öldürdü və xurma ağaclarını qırdırıb, yandırdı.
Məhəmməd daha artıq qüvvə ilə onun qarşısına çıxdı. Lakin Əbu Süfyan andına
baxmayaraq onu gözləməyib, geri döndü və qaçmağa başladı. Qaçan döyüşçülər
yolda un kisəsini atdılar. Buna görə onların yürüşü istehza qaydasında “Un
kisələrinin müharibəsi” adlandırıldı.
Bədir döyüşü Məhəmmədin vəziyyətini tamamilə dəyişdi. O, artıq
qabiliyyətli rəhbər idi və onun qüdrəti böyüyürdü. Mədinənin bütpərəst əhalisinin
hamısı qəniməti gördükdən sonra yeni dini qəbul etdi və şəhər bütünlüklə
Məhəmmədin hakimiyyəti altına keçdi. Məhəmməd artıq qanunverici və hökmran
idi. Bu dəyişikliyin ilk əlaməti onun yəhudilərlə necə davranması oldu. Mədinədə o
vaxtlar üç varlı və qüdrətli yəhudi nəsli yaşayırdı. Yəhudilər öz dinlərində
qalmaqla yanaşı Məhəmmədə və onun təliminə gülürdülər. Yəhudi qadın,
Mervanın qızı şair Asma ona həcvlər yazırdı. Peyğəmbərin qəddarlığı ilə seçilən
şagirdlərindən biri Asmanı öldürdü. 120 yaşlı israilli Əbu Afaq da peyğəmbərə
satirik şeirlər yazdığına görə öldürülmüşdü. Digər yəhudi şairi Bədir döyüşündən
sonra Məkkəyə gəlib Qüreyşliləri qisasa çağırdı. O, elə cuşə gəlmişdi ki, Mədinəyə
qayıdanda təntənəli qaydada bu şeirlərini oxuyurdu. Bu güclü düşmənçilikdən
təhqir olunan Məhəmməd bir dəfə hirslə soruşdu: “Kim məni bu Əşrəfin oğlundan
azad edəcəkdir?” Bir neçə gün sonra yəhudi öz qafiyəli söz yaradıcılığına görə
həyatını qurban verdi. Onu qısqanc ənsarlardan biri, Evslər tayfasından olan adam
öldürmüşdü. Nəhayət, bir hadisə baş verdikdən sonra yəhudilərə qarşı
198
Məhəmmədin qəzəbi açıq düşmənçiliyə keçdi. Ərəbistanın çoban tayfalarından
olan qız Mədinəyə satmağa süd gətirirdi və bununla əlaqədar olaraq üç baş yəhudi
nəslindən biri olan Bəni-Kaynukalar yaşayan məhləyə gəlirdi. Gənc yəhudilər
qızın qeyri-adi gözəlliyi barədə eşitmişdilər və onu əhatəyə alıb tələb etdilər ki,
üzünü açsın, qız məlum qaydalara görə bunu etmək istəmədi. Bu vaxt bir zərgər
yavaşca onun örtüyünün ucunu oturacağa bağladı və qız duranda örtük çəkildi və
onun üzü açıq qaldı. Gənc israillilər gülüşdülər və qızı ələ salmağa başladılar. Qız
isə utandığından bir söz demirdi. Bu hadisənin şahidi olan bir müsəlman qızı
müdafiə etmək istədi və qılıncını çəkib zərgərin bədənindən keçirdi. Onun özünü
isə elə oradaca israillilər öldürdülər. Qonşuluqda yaşayan müsəlmanlar silaha
sarıldılar, Bəni-Kaynuka tayfası da həmçinin. Lakin israillilər sayca az idilər və
onlar bir möhkəmləndirilmiş tikilidə gizlənməyi qərara aldılar. Məhəmməd bu işə
müdaxilə etdi və həyəcanı yatırtdı. Lakin israillilər əleyhinə qəzəbləndiyindən o,
tələb etdi ki, günahkar tayfa yeni dini qəbul etsin. Yəhudilər Mədinəyə daxil
olarkən peyğəmbərin onlarla bağladığı müqaviləni yada saldılar. Bu müqaviləyə
görə onlar öz dininə sitayiş etməli idilər, lakin Məhəmməd geri çəkilmək istəmirdi.
Bəni-Kaynukalar da razılaşmadılar və öz qəsrlərində gizləndilər. Lakin aclıq onları
təslim olmağa məcbur etdi. Xəzrəclilərin rəhbəri Abdullah ibn Ubeyy (o, ibn Səlul
da adlanırdı) yəhudilərin himayəçisi olduğuna görə onları müdafiə etdi və qoymadı
ki, onlar qılıncdan keçirilsin. Buna baxmayaraq onların əmlakı və sərvəti
əllərindən alındı və 700 nəfərlik bir dəstə Suriyaya sürgün edildi.
Bu hadisədən sonra Məhəmməd yəhudiləri öz tərəfinə çəkmək barədə
düşünmürdü, əksinə onlar onun dini düşmənlərinə çevrildilər. O, Yerusəlimi qiblə
təyin etmək barədəki öz əvvəlki qərarını ləğv etdi və onun əvəzinə Məkkəni təyin
etdi. O vaxtdan müsəlmanlar namaz qılan vaxt üzlərini Məkkəyə tərəf çevirirlər.
Məhəmmədin qızı Ruqiyyənin ölümü onun əri Osmanı da çox məyus
etmişdi. Osmana təsəlli vermək üçün onun silah yoldaşı Ömər öz qızı Hafsaya
evlənməyi ona təklif etdi. Qız on səkkiz yaşında artıq dul qalmışdı və çox gözəl
idi. Lakin Osman təklifdən imtina etdi. Ömər bu imtinadan incidi və Məhəmmədə
şikayətləndi. Peyğəmbər dedi: “Qəmlənmə, Ömər! Osmana arvadlığa sənin
199
qızından yaxşısı, sənin qızına isə ərliyə Osmandan yaxşısı nəzərdə tutulmuşdur”.
Doğrudan da, o, Osmana öz qızı Ümmü Gülsümü verdi, özü isə gözəl Hafsaya
evləndi. Bu siyasi məqsədlər güdən nikahla o, özünə həm Osmanı, həm də Öməri
yaxınlaşdırdı. Ayişədən sonra Hafsa onun ən sevimli arvadı oldu və Quranın
surələri və ayələri yığılan yeşiyi saxlamaq ona həvalə olundu.
Mədinədə Məhəmmədin qüdrəti artdıqca Məkkədə Qüreyşlilər arasında
düşmənçilik qızışırdı. Əbu Süfyan müqəddəs şəhərin başçısı idi, arvadı Hind isə
ondan hər dəfə müharibəni başlamağı tələb edirdi. O, atasının və qardaşının qanlı
qisası alınmayana qədər sakit ola bilməyəcəkdi. Əbu Cəhlin oğlu Əkrəmə də
atasından peyğəmbərə nifrət irsini qəbul etmişdi və ucadan intiqam tələb edirdi.
Nəhayət Hicrətin üçüncü ilində və ya Bədir döyüşündən bir il sonra Əbu Süfyan üç
min qoşun çıxardı. Qoşunun əksəriyyəti Qüreyşlilərdən ibarət idi, lakin onların
arasında Kənan və Texam tayfalarından olan başqa ərəblər də var idi. Onun yeddi
yüz döyüşçüsü zirehli paltarda idi, iki yüz atlısı var idi. Qoşun başçıları arasında
qorxmaz döyüşçülər olan və şöhrət tapmış Əkrəmə və Xalid ibn əl-Vəlid var idi.
Qoşunun arxasınca qisascıl Hind Məkkənin on beş görkəmli qadını ilə dəvə
üstündə gedirdi, həmin qadınların qohumları da Bədir çölündə həlak olmuşdular.
Hərdən bir onlar ağlayırdı və çölə onların fəryadları və ölənlər barədəki şivənləri
yayılırdı. Məhəmmədin anası Əminənin dəfn edildiyi Ebva kəndində Hind
qəbirdən onun sümüklərini çıxarıb atmaq istədi, onu bu ağılsız əməldən güclə
çəkindirdilər. Məhəmmədin hələ Məkkədə yaşayan və yeni dinin düşməni kimi
tanınan əmisi Əl Abbas qardaşı oğlunun qəflətən bəladan yaxa qurtara
bilməyəcəyini başa düşüb, gizlincə qasid göndərdi ki, təhlükəni ona xəbər versin.
Qasid Məhəmmədi Kuba kəndində tapdı. Bu xəbəri alan kimi peyğəmbər
Mədinəyə qayıtdı və öz başlıca tərəfdarlarını şuraya topladı. O, izah etdi ki, çöldə
düşmənlə qarşılaşmaq üçün onların qüvvəsi azdır və belə fikir söylədi ki, yaxşısı
budur hücumu Mədinədə gözləsinlər. Müdafiə vaxtı onlara qadınlar və uşaqlar da
kömək edə bilərdi, evlərin damından düşməni daşlayardılar. Ağsaqqallar bu təkliflə
razılaşdılar, cavanlar isə Bədirdəki qələbədən sonra cəsarətlənib açıq, çöldə
vuruşmağı tələb edirdilər. Məhəmməd axırıncılara güzəştə getməli oldu. Lakin
Dostları ilə paylaş: |