206
ibn Übeyy Mədinəyə qayıtdıqdan sonra bu hadisəni hər yerdə danışmağa başladı
və Ayişəni gənc Səfvanla cinayətdə ittihamlandırırdı. Məhəmmədin təzə arvadı,
gözəl Zeynəbin bacısı Xamna da buna çox sevinib, əhvalatı geniş yayırdı ki,
zəhləsi getdiyi Ayişənin rəqabətindən bacısını xilas etsin. Bu dedi-qodunu Əbu
Bəkrin qohumu da danışırdı, Həsən adlı bir şair isə həcvdə təsvir edirdi. Ayişə
onun haqqında belə şayiələr gəzdiyini bir qədər sonra bildi. Mədinəyə qayıdandan
sonra o, nasaz olduğundan evdən çıxmırdı və heç kəs bunu ona demirdi. Lakin
peyğəmbərin hirsli olduğunu və onunla əvvəlki kimi mehriban davranmadığını
görürdü. O, belə cinayətdə ittiham edildiyini eşidəndə öz günahsızlığını sübut
etməyə başladı. Bu hadisəni özü belə nəql etdi:
Qoşun qayıdan baş Mədinə yaxınlığında düşərgə salındı, gecə hərəkət etmək
əmri verildi. Nökərlər dəvəni Ayişənin çadırının yanına gətirdilər, kəcavəni yerə
qoydular və uzaqlaşdılar ki, o, öz yerinə otursun. O, oturmaq istəyəndə öz
boyunbağısının boynunda olmadığını gördü və qayıtdı ki, onu axtarsın. Bu vaxt
nökərlər kəcavəni dəvənin üstünə qoyub onu sarımış, kəcavənin boş olduğunu hiss
etməmişdilər, çünki Ayişə özü çox nazik və yüngül idi. O, boyunbağı ilə qayıdanda
dəvə artıq yox idi və qoşun hərəkətinə başlamışdı. O, əlacsız qalıb plaşına bürünüb
oturdu ki, onun kəcavədə olmadığını görüb arxasınca hökmən kimisə
göndərəcəklər. Bu vaxt gözətçi alayında xidmət edən Səfvan adlı gənc ərəb
yaxınlaşıb onu tanıdı və müsəlmanların qaydasında onu salamladı: “Biz hamımız
Allaha məxsusuq və Allahın yanına qayıdacağıq! Peyğəmbərin arvadı! Niyə sən
burada qalmısan?” Ayişə ona heç bir cavab verməyibmiş və üzündəki örtüyü daha
bərk örtübmüş. Onda Səfvan dəvədən düşmüş, onu dəvənin üstünə oturtmuş, özü
isə dəvənin yedəyini çəkmişdir. O, özünü qoşuna yetirməyə tələsmiş, lakin onlar
Mədinənin divarları yanında qoşuna çatanda artıq gün çıxmışdı.
Ayişənin danışdığı bütün təfsilat Səfvan tərəfindən təsdiq edildi. Lakin
Abdullah bu şayiəni yaymaqda davam edirdi. İki rəy və qızğın düşmənçilik
yarandı. Ayişə isə otağından heç yerə çıxmırdı, nə yemirdi, nə içmirdi, bütün günü
və gecəni acı-acı ağlayırdı. Məhəmməd tərəddüddə idi və nə etmək barədə Əlidən
məsləhət istədi. Əli bu işə yüngül baxırdı və dedi ki, adamın üzərinə bəzən belə
207
dərd düşür. Peyğəmbərə bu sözlər təsəlli vermədi. Bütün ayı o, Ayişəni görmək
istəmədi. Lakin o, sevimli arvadı üçün darıxırdı, axı həm də daim bütün fikirlərini
onunla bölüşürdü. Bu vaxt Məhəmmədə açılan bir vəhy bu məsələni yoluna qoydu.
Quranın “Ən-Nur” surəsində deyilirdi: “Həqiqətən [Ayişə] barəsində yalan xəbər
gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir
şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir
şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə
götürəni (Abdullah ibn Übeyyi) isə [qiyamət günü] çox şiddətli bir əzab gözləyir”
(11-ci ayə). “Ayişəyə iftira yaxanlar nə üçün özlərinin doğru olduqlarını təsdiq
edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli onlar Allah
yanında əsl yalançıdırlar!” (13-cü ayə).
Gözəl Ayişənin günahsızlığı təsdiq olunduqdan sonra Məhəmməd təzədən
onu öz ağuşuna basdı və ona daha incə hisslər bəsləməyə başladı. Lakin o, nəzərdə
tutulan cəzaları da ləngitmirdi. Abdullah ibn Übeyy çox güclü adam idi və onu
vurmaq da asan məsələ deyildi, lakin bütün cəza onun əlaltılarının üstünə töküldü.
Həsən bir neçə aylığa həcv yazmaq adətindən uzaqlaşdı. Hətta qadın olsa da
Xamna çubuq zərbələrindən qaça bilmədi. Məhəmməd dedi ki, bu gözəllikdə ona
xeyirxah olmaq lazımdır. Vəhy o saatca vicdanlı Əlini Ayişənin günahsızlığına
inandırdı, lakin Ayişənin özü heç vaxt onun şübhəsini yaddan çıxarmadı və
bağışlamadı. Qadının ürəyində kök atan nifrət peyğəmbərin sevimli şagirdinə
həyatın ən mühüm anlarında çox sayda ziyan vurdu.
Tərksilahdan keçən bir il ərzində Qüreyşlilərin başçısı Əbu Süfyan Qatafan
ərəb tayfası və Nadir yəhudi tayfası ilə ittifaq bağladı. Axırıncını Məhəmməd öz
torpaqlarından qovmuşdu. Atəşkəs müddəti bitəndə Əbu Süfyan müttəfiqləri ilə
birlikdə yenidən Mədinə üzərinə yürüşə hazırlaşdı və onların birləşmiş qüvvələri
on min nəfər döyüşçüdən ibarət idi. Məhəmməd tezliklə planlaşdırılan hücum
barədə xəbər tutmuşdu, lakin Ühüd yaxınlığındakı uğursuzluqdan sonra o, belə
qüvvəyə qarşı döyüşə çıxmağa ehtiyat edirdi. O, düşmənlərinin Mədinədə gizli
tərəfdarları olması ehtimalından da qorxurdu. Burada o, yəhudilərə və Abdullah
tərəfdarlarına inanmırdı. Şəhəri möhkəmləndirmək üçün böyük işlər görüldü. Dini
208
qəbul etmiş persiyalı Salman şəhərin divarından bir az aralıda düşmən gözlənilən
istiqamətdə dərin xəndək qazmağı məsləhət gördü. Ərəbistanda indiyədək məlum
olmayan bu müdafiə vasitəsini Məhəmməd böyük sevinclə bəyəndi. O, xəndəyi
qazmağa çoxlu adam verdi və özü də bu işdə iştirak edirdi. Xəndək qazılıb
qurtaranda böyük sayda olan düşmən qoşunu yaxınlıqdakı təpələrdə göründü. O,
şəhərdə inanılmış adamı olan Abdullah ibn Ümm Məktumu qoyub üç minlik
qoşunu üzü xəndəyə tərəf hərbi qaydada düzdü. Əbu Süfyan Qüreyşlilərin və
Qatafanlıların birləşmiş qüvvələrinə başçılıq edirdi. Qəflətən o, xəndək və
yandırılmış alov qarşısında dayanmalı oldu. Müsəlmanlar xəndəyin o tərəfində
çoxlu tonqal yandırmışdılar. Düşmən burada öz düşərgəsini saldı. Qüreyşlilər
vadinin aşağı tərəfində, Qatafanlılar isə yuxarı tərəfində idi. Qoşunlar bir neçə gün
xəndəyin hər iki tərəfində dayanıb bir-birinə daş və ox atırdılar.
Kəşfiyyatçıları Məhəmmədə xəbər verdilər ki, Bəni Koranda adlı yəhudi
tayfası düşmənlə gizli ittifaq bağlamışdır. Bu tayfanın şəhərin yaxınlığında
möhkəm qalaları var idi. O, hərbi şura çağırdı və tayfa başçılarına təklif etdi ki,
Qatafanlılar ayrıca sülhə sövq edilsin və bunun üçün onlara Mədinənin bütün
xurma məhsulunun üçdə birini təklif etdi. Bu vaxt tayfa başçılarından biri soruşdu
ki, o, bunu Allahın iradəsi və ya öz düşüncəsinə görə təklif edir? Məhəmməd cavab
verdi ki, “əgər bu Allahın göstərişi olsaydı, mən sizdən məsləhət soruşmazdım.
Görürəm ki, bizi hər tərəfdən mühasirəyə almışlar və fikirləşirəm ki, bu ittifaqı
necə dağıdaq”. Bu vaxt həmin başçı Səd dedi: “Yox! Allah bizə şahiddir! Əgər
onlar bizim xurmanı istəyirlərsə, qoy onu vuruşmaqla götürsünlər!” Doğrudan da,
Səd tezliklə öz igidliyini göstərmək imkanı əldə etdi. Qüreyşlilərin atlılar dəstəsi,
onların içərisində Əbu Cəhlin oğlu Əkrəmə və Məhəmmədin birinci zövcəsi
Xədicənin əmisi Əmru da var idi, xəndəyi keçib müsəlmanlardan ən qoçağını
döyüşə çağırdı. Səd ibn Moad, Əli və bir neçə müsəlman çağırışı qəbul etdi. Əli
Əmru ilə tutuşdu, onlar əvvəlcə at üstündə vuruşurdular, ikisi bir-birini qucaqladı
və yerə yıxıldılar. Hamı çox qızğın döyüşürdü. Hər iki tərəfdən çoxları ölmüşdü.
Nəhayət, Əli güc gəldi və rəqibini öldürdü, Səd ağır yara almışdı. Axırda
Qüreyşlilər geri çəkildilər və atlarını xəndəkdən keçirib geri çapdılar. Onlardan
Dostları ilə paylaş: |