Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   73   74   75   76   77   78   79   80   ...   120

 
230 
Məhəmməddən  irəlidə  gedən  qoşun  tezliklə  başa  düşdü  ki,  belə  qızmar 
vaxtda səhraya düşmək çox çətindir. Çoxları elə həmin gün geri qayıtdı, digərləri 
isə  üçüncü  və  dördüncü  gün  geri  döndü.  Onların  qaçmasını  Məhəmmədə  xəbər 
verdikdə  o,  demişdi:  “Buraxın  onları,  əgər  nəyəsə  qadirdilərsə  Allah  onları  yenə 
bizim  yanımıza  gətirəcəkdir.  Qadir  deyillərsə,  biz  artıq  yükdən  azad  olduq”. 
Yürüşdə  iştirak  edənlərin  çoxu  ruh  düşkünlüyünə  məruz  qalmışdı,  Mədinədə 
qalanlar isə qorxaqlıqlarından peşimançılıq çəkirdilər. Onlardan biri Əbu Xaytama 
günortanın  istisində  öz  bağına  getdi,  onun  üçün  hazırlanmış  ət  xörəyini  və  sərin 
suyu gördü, çadırın kölgəsində onu iki arvadı gözləyirdi. O, çadırın kandarına gəlib 
fikrə  daldı:  “Bu  dəqiqə  Allahın  peyğəmbəri  səhrada  istidən  və  küləkdən  əziyyət 
çəkir,  Xaytama  isə  burada  kölgədə  öz  gözəl  arvadları  ilə  oturacaqdır.  Allaha  and 
olsun  ki,  mən  çadıra  girməyəcəyəm!”  Elə  həmin  dəqiqə  o,  nizəsini  və  qılıncını 
götürüb  dəvəsinin  belinə  oturdu  və  dinin  bayrağı  altında  dayanmaq  üçün  onu 
çapmağa başladı. 
Bu  vaxt  qoşun  yeddi  günlük  yoldan  sonra  qədimdə  tamudluların  yaşadığı 
dağlıq  Xacar  vilayətinə  girdi.  Bu  Ərəbistanın  ölmüş  tayfalarından  biri  hesab 
olunurdu.  Bura  lənətə  gəlmiş  ərazi  idi.  Qabaqdakı  alaylar  sərin  kiçik  çayların 
kənarında dayandı. Bəziləri çimmək istəyirdi, digərləri yemək bişirirdi. Hamı sərin 
mağaraya  ümid  edirdi.  Onlar  bu  əyalət  haqqındakı  qorxulu  rəvayəti  bilmirdilər. 
Rəvayət  isə  belə  idi:  Allah  tamudluları  bütpərəstlikdən  uzaqlaşdırmaq  üçün 
peyğəmbər Salehi göndərmişdi. Adamlar ondan möcüzə göstərməyi, dağa dişi dəvə 
doğmaq  əmrini  verməyi  tələb  etdilər.  Saleh  dua  etdi  və  qaya  yarılıb  oradan  dişi 
dəvə çıxdı. Az sonra dəvə doğdu. Tamudlular möcüzəyə inanıb bütpərəstlikdən əl 
çəkdi,  lakin  bir  çoxu  dinsizlikdə  qalırdı.  Saleh  dəvəni  onlara  verdi,  lakin  tapşırdı 
ki, əgər onu incitsələr, göylərin qəzəbi adamları tutacaqdır. Dəvənin bir xüsusiyyəti 
var idi, çaydan və ya bulaqdan su içməyə başlayanda, son damlanı içməyənə qədər 
başını  qaldırmırdı.  Bunun  əvəzində  o  qədər  süd  verirdi  ki,  bu  bütün  tayfanı 
yedizdirməyə  kifayət  edirdi.  Digər  dəvələr  isə  ondan  qorxub  qaçırdılar. 
Hiddətlənmiş  tamudlular  axırda  dəvənin  ayaqlarını  sarıyıb  onu  öldürdülər.  Bu 
vaxtdan  göydən  heybətli  səs  gəldi  və  şimşək  çaxmağa  başladı.  Səhərisi  gün  isə 


 
231 
gördülər ki, bütün günahkarlar ölüb, üzü torpağa tərəf uzanmışdır. Beləliklə, bütün 
tayfa  yer  üzündən  silindi.  Bu  vilayətin  üstündən  daim  göylərin  qəzəbi  əskik 
olmurdu. 
Yürüş  vaxtı  Məhəmməd  adəti  olaraq  gözətçi  alayında  qalırdı  ki,  zəiflərə 
kömək  etsin.  Bəzən  o,  geri  qalan,  yorulmuş  döyüşçünü  öz  dəvəsinin  üstünə 
götürürdü.  Ön  dəstələrin  dayandığı  yerə  gəlib  çatanda,  ona  uşaqlıqda  buradan 
keçəndə  danışılan  əfsanəni  yadına  saldı.  Bu  yerlərin  üzərində  olan  lənətə  məruz 
qalacağından  qorxub  o,  qoşuna  əmr  etdi  ki,  bu  çayın  suyu  ilə  bişirilmiş  bütün 
xörəkləri atsınlar, bu su ilə yoğrulmuş xəmirdən bişirilmiş çörəyi dəvələrə verdirdi 
və  göylərin  lənətə  gətirdiyi  bu  yeri  tərk  etməyə  tələsdi.  Üzünü  plaşının  ətəyi  ilə 
örtüb  öz  qatırını  çapmağa  başladı  ki,  bu  günahkar  yerdən  uzaqlaşsın.  Qoşun  da 
onun arxasınca düşdü, elə bil ki, qaniçən düşməndən qaçırdı. 
Bu gecə daha əzablı idi. Qoşun öz düşərgəsini susuz yerdə saxlamalı idi. İsti 
dözülməz  idi,  qızmar  səhra  küləyi  əsirdi.  Hamı  susuzluqdan  əziyyət  çəkirdi. 
Sabahısı  gün  gur  yağış  adamları  və  heyvanları  bu  məhrumiyyətdən  xilas  etdi. 
Qoşun yola düzəlib Roma imperiyasının sərhədində olan Təbuk şəhərinə çatdı. Bu 
şəhər Mədinə və Dəməşqlə bərabər məsafədə idi və hər birinə buradan on günlük 
yol  var  idi.  Meşə  və  otlaqların  arasında,  su  olan  yerdə  Məhəmməd  düşərgəsini 
saldı. Bu düşərgədən Məhəmməd öz tayfa başçılarını göndərdi ki, yeni dini bəyan 
etsinlər  və  bac  yığsınlar.  Bəzi  qonşu  tayfa  başçıları  elçilər  göndərdilər,  onun 
missiyasının  ilahiliyini  tanıdıqlarını  bildirdilər,  bəziləri  isə  onun  müvəqqəti 
hakimiyyətinə tabe oldu. Eyla knyazı Məhəmmədlə sülh müqaviləsi bağlayıb hər il 
üç min qızıl dinar məbləğində bac verməyi öhdəsinə götürdü. Bütün ətraf ərazilər 
tabe edildikdə Məhəmməd yürüşü davam etdirmək və Suriyanın lap ortasına qədər 
getmək  qərarına  gəldi.  Lakin  onun  ardıcılları  belə  həvəs  göstərmirdilər.  Suriya 
sərhədində  düşmənin  nəhəng  qüvvəsinin  toplaşması  xəbəri  qoşunda  ruh 
düşkünlüyü  əmələ  gətirmişdi.  Məhəmməd  belə  ümumi  qüssəni  hiss  etdi,  lakin  o, 
yürüşü başa çatmamış qoymaq istəmirdi. O, hərbi şura çağırdı və irəli getmək və 
ya  geri  qayıtmaq  məsələsini  müzakirəyə  qoydu.  Ömər  dedi:  “Əgər  Allahın  özü 


 
232 
sənə əmr edir, irəli get”. Məhəmməd buna belə cavab verdi: “O vaxt mən səndən 
məsləhət istəməzdim”. 
Ömər  bu  məzəmməti  başa  düşdü  və  ehtiramla  bildirdi  ki,  Suriyanın 
sərhədində  toplanmış  nəhəng  qüvvənin  qabağına  getmək  ehtiyatsızlıq  olardı. 
İndiyə  qədər  götürülən  qənimət  və  gəlir  də  bu  yürüş  üçün  kifayət  idi.  Məsləhət 
qəbul edildi və Məhəmməd öz sərkərdələrinin rəyi ilə razılaşmaq məcburiyyətində 
qaldı. İyirmi gün Təbukda qaldıqdan sonra o, düşərgəsini yığışdırdı və qoşunu geri, 
Mədinəyə qaytardı. 
Məhəmməd  öz  qələbələrindən  sonra  Mədinəyə  qayıdanda  onun  şəhərə 
girməsi  çox  sadə  qaydada  baş  verirdi.  İndi  də  o,  belə  sadəliklə  Mədinəyə  daxil 
oldu.  Xalq  qoşunu  böyük  sevinclə  qarşıladı.  Təkcə  yürüşə  getmək  istəməyənlər 
başlarını aşağı salmışdı. Məhəmməd dindarlara onlarla ünsiyyətdə olmağı qadağan 
etdi. Lakin onların hamısı üzr istədiklərindən peyğəmbər onları bağışladı. Qoşunlar 
Mədinəyə  qayıtdıqdan  az  sonra  Abdullah  ibn  Übeyy  –  “riyakarların  rəhbəri”  ağır 
xəstələndi.  Məhəmməd  onun  məkrinə  bələd  idi,  lakin  bir  neçə  dəfə  xəstəyə  baş 
çəkdi,  öləndə  onun  yanında  oldu  və  qəbrə  qədər  onun  tabutunu  müşayiət  etdi. 
Onun  oğlunun  xahişi  ilə  hətta  mərhumun  günahlarının  bağışlanması  üçün  dualar 
oxudu.  Mərhumun  dostları  bütünlüklə  peyğəmbərin  tərəfinə  keçdilər  və  həmin 
vaxtdan o, Mədinədə qeyd-şərtsiz ağalıq edirdi. Bundan sonra isə vəhy gəldi ki, bir 
daha  dinsizlikdə  olanın  yatağının  yanında  dua  etməməli,  dinsiz  kimi  ölənin  qəbri 
yanında dayanmamalıdır. 
Məhəmmədin  öz  şagirdləri  və  bütün  xalq  üzərində  hakimiyyəti  nə  qədər 
böyük  olsa  da  arvadları  arasında  sakitliyi  saxlamaq  o  qədər  də  asan  deyildi. 
Düzdür,  o,  hər  bir  arvadına  ayrıca  mənzil  vermişdi.  Onun  oğlunun  anası,  kəniz 
Mariyaya olan çox mehriban münasibəti narazılıq yaradırdı. Onun arvadı Hafsanın 
qısqanclığı  hönkürtülərlə  müşayiət  olurdu.  Axırda  o,  Mariya  ilə  ünsiyyətdə 
olmamaq  barədə  and  içdikdən  sonra  Hafsa  sakitləşmişdi.  Lakin  Hafsa  öz  sözünə 
əməl  etməmiş,  bu  hadisəni  Ayişəyə  danışmışdı.  Buna  görə  Məhəmmədin  səbri 
tükəndi  və  Hafsanı  boşadı,  onunla  bütün  əlaqələri  kəsdi.  Mariya  isə  onun 
guşənişinliyinin rəfiqəsi oldu. Lakin az sonra peşiman olan Hafsanı yenidən aldı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə