Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   76   77   78   79   80   81   82   83   ...   120

 
239 
kimi  dəyişdirən  və  diriləri  gözləyən  tufanlardan  azad  etmişdir”.  O,  mərhumlar 
barədə  dua  etdikdən  sonra  qula  müraciət  edib  dedi:  “Mənə  seçmək  imkanı 
verilmişdir.  Ya  zamanın  sonuna  qədər  bu  dünyada  qalmaq,  ya  da  tezliklə  Allah 
dərgahına qayıtmaq. Mən axırıncını seçdim”. 
Həmin  vaxtdan  onun  xəstəliyi  güclənməyə  başladı.  O,  əvvəlki  kimi 
arvadlarının evinə gedirdi. Meymunənin evində olanda onun xəstəliyi gücləndi və 
o,  ölümün  yaxınlaşdığını  hiss  etdi.  Ürəyi  onu  sevimli  zövcəsi  Ayişənin  yanına 
çəkirdi. O, axırıncı dəqiqələrini orada keçirmək istəyirdi. Əli ilə Abbasın oğlu Fəll 
onu Ayişənin evinə gətirdi. Peyğəmbər çox zəifləmişdi, onun başı sarıqlı idi. Ayişə 
özü  də  güclü  baş  ağrısından  əziyyət  çəkirdi  və  ondan  dərman  xahiş  etdi. 
Məhəmməd  dedi:  “Neynirsən  dərmanı?  Məndən  əvvəl  ölmək  sənə  daha  yaxşıdır. 
Onda  mən  sənin  gözlərini  qapayardım,  sənə  dəfn  paltarı  geyindirərdim,  qəbrə 
sallayardım və sənə dua oxuyardım”. 
Ayişə  cavab  verdi:  “Hə,  sonra  da  mənim  evimə  gəlib,  mənim  ölümümə 
sevinən  başqa  arvadınla  orada  yaşayardın”.  Məhəmməd  qısqanc  məhəbbətin  bu 
ifadəsinə  gülümsündü  və  özünü  onun  himayəsinə  etibar  etdi.  Peyğəmbərin  sağ 
qalan  axırıncı  qızı,  Əlinin  zövcəsi  Fatimə  ona  baş  çəkməyə  gəldi.  Ayişə  həmişə 
deyirdi ki, xasiyyətinin yumşaqlığına görə heç kəs bu qızı kimi, peyğəmbərə belə 
çox  oxşamır. O, qızı ilə həmişə ehtiramlı  qaydada  mehribanlıqla davranırdı. Qızı 
gələndə  daim  ayağa  qalxırdı,  onun  qabağına  gedirdi,  əlindən  öpüb  öz  yerində 
oturdurdu. Ayişənin bu görüş haqqındakı söhbəti rəvayətə görə belə qalmışdır: 
“Salam,  mənim  balam”  deyib,  peyğəmbər  onu  öz  yanında  oturtdu.  Sonra 
qulağına  nəsə  dedi  və  qız  ağladı.  Onun  qəmgin  olduğunu  görüb,  yenə  nəsə 
qulağına  pıçıldadı  və  qızın  sifəti  açıldı.  Mən  Fatimədən  soruşdum  ki,  “bu  nə 
deməkdir?  Peyğəmbər  heç  bir  arvadına  etibar  etmədiklərini  sənə  etibar  edir”. 
Fatimə  cavab  verdi:  “Mən  Allahın  peyğəmbərinin  sirrini  aça  bilmərəm”.  Lakin 
onun  ölümündən  sonra  Fatimə  söylədi  ki,  o,  özünün  yaxın  ölümünü  ona  xəbər 
vermişdi, lakin göz yaşlarını gördükdə ona təsəlli vermişdi ki, tezliklə qızı özü də 
onun  arxasınca  yollanacaqdır  və  göylərdə  sədaqətli  qadınların  üstündə  çariça 
olacaqdır”. 


 
240 
Sabahısı  günü  Məhəmməd  güclü  qızdırmadan  əziyyət  çəkirdi,  əmr  etdi  ki, 
başına və bütün bədəninə su töksünlər, ağır tutmaları başlayanda dedi: “İndi mən 
hiss  edirəm  ki,  Xeybər  zəhəri  necə  mənim  daxilimi  dağıdır”.  Onun  halı 
yüngülləşəndə  əmr  etdi  ki,  onu  evinin  yanındakı  məscidə  aparsınlar.  Orada  o,  öz 
kreslosuna  oturub  dua  etməyə  başladı.  Sonra  isə  xalqa  müraciət  etdi:  “Əgər  sizin 
hansınızınsa  vicdanında  bir  şey  varsa  deyin,  çünki  mən  Allahdan  bağışlanmasını 
xahiş  edəcəyəm”.  Bu vaxt onun qatı  müsəlman olduğu  hesab  etdiyi bir  ərəb  irəli 
çıxıb  özü  haqqında  dedi  ki,  o,  yalançıdır,  riyakardır  və  nalayiq  şagirddir.  Ömər 
qışqırdı: “Rədd ol buradan! Niyə sən Allahın sirr kimi saxladığını açırsan?” Lakin 
Məhəmməd məzəmmətlə Ömərə müraciət etdi: “Ey Xəttabın oğlu! Gələcəkdə əzab 
çəkməndənsə,  bu  dünyada  utanmaqdan  qızarmaq  daha  yaxşıdır”.  Sonra  o,  üzünü 
göyə tutub bu ərəbə görə dua oxumağa başladı. O, bərkdən dedi: “İlahi! Ona dinin 
düzgünlüyünü  ver  və  Sənin  göstərişlərinin  icrası  üçün  ondan  hər  cür  zəifliyini 
uzaqlaşdır,  bu  göstərişləri  ona  öz  vicdanı  təlqin  edir”.  Sonra  xalqa  müraciət  edib 
dedi: “Əgər sizin aranızda mənim vurduğum adam varsa, bax bu mənim kürəyim, 
qoy  o,  məni  vursun.  Əgər  mənim  biabır  etdiyim  adam  varsa,  qoy  o,  məni 
məzəmmət  etsin.  Əgər  mən  kimdənsə  nəyisə  ədalətsiz  olaraq  götürmüşəmsə,  qoy 
o, çıxsın və haqqı olanı alsın”. Kütlədən bir nəfər Məhəmmədə xatırlatdı ki, ona üç 
gümüş  dinar  borcludur,  o  saatca  artıqlaması  ilə  öz  pulunu  aldı.  Peyğəmbər  dedi: 
“Əbədi cəzaya dözməkdənsə, bu dünyada cəzanı çəkmək xeyli yüngüldür”. 
Sonra o, Ühüd döyüşündə həlak olan və din uğrunda digər döyüşlərdə məhv 
olmuş  dindarlar  naminə  coşqunluqla  dua  etməyə  başladı.  O,  dirilərlə  ölülər 
arasında  olan  ittifaqa  görə  onların  barəsində  dua  edirdi.  Sonra  o,  mühacirlərə 
müraciət  etdi,  onlar  Məkkədən  onun  arxasınca  gəlmişdilər  və  onlara  ənsarlara  və 
ya  Mədinə  müttəfiqlərinə  ehtiram  göstərməyi  tapşırdı.  O,  dedi:  “Dinə  iman 
gətirənlərin sayı artacaqdır, müttəfiqlərin də sayı həmçinin. Onlar mənim ailəm idi, 
onlarda  mən  sığınacaq  tapdım.  Onlara  xeyirxah  olanlara  xeyirxah  olun,  onların 
düşmənləri ilə əlaqəni kəsin”. 
Sonra o, vida anında üç vəsiyyət etdi: 
1. Ərəbistandan bütün bütpərəstləri qovun. 


 
241 
2. Dini qəbul edənlərin hamısına özünüzlə bərabər hüquqlar verin. 
3. Özünüzü ardı kəsilməyən dualara həsr edin. 
O,  moizəsini  və  vəsiyyətini  qurtaranda  onu  Ayişənin  evinə  apardılar.  Ora 
gələndə peyğəmbər o qədər yorulmuşdu ki, onun ürəyi getdi. 
Onun  xəstəliyi  günbəgün  artırdı  və  bəzən  o,  mələk  Cəbrayılın  onun  yanına 
gəlməsindən  danışırdı,  deyirdi  ki,  Allah  mələyi  onun  səhhətini  yoluxmağa 
göndəribmiş  və  mələk  demişdi  ki,  ölüm  anını  təyin  etmək  onun  özünə  həvalə 
olunur.  Çünki  Allah  özünün  icazəsi  olmadan  ölüm  mələyinin  onun  yanına 
gəlməsini qadağan etmişdi. 
Tutmaların  birində  o,  tələb  etdi  ki,  ona  yazı  ləvazimatı  gətirsinlər  ki,  o, 
özündən  sonrakı  ardıcıllarına  bəzi  davranış  qaydaları  qoyub  getsin.  Onu  əhatə 
edənlər  çaş-baş  qalmışdılar,  qorxurdular  ki,  o,  Quranın  qüvvəsini  zəiflədən  nəsə 
edə  bilər.  Sonra  o,  onların  bu  tələbi  müzakirə  etdiyini  görüb,  onların  otaqdan 
çıxmasını tələb etdi. Onlar geri dönəndə artıq bu barədə heç nə danışmadı. 
Cümə  günü,  xəstəliyinə  baxmayaraq  o,  məsciddə  namaz  qalmaq  istədi. 
Lakin durmaq istəyəndə yenə ürəyi getdi. Özünə gələndə Əbu Bəkrdən xahiş etdi 
ki,  ümumi  namaz  keçirsin  və  dedi:  “Allah  öz  nökərinə  öz  yerinə  istədiyi  adamı 
təyin  etməyə  icazə  vermişdir”.  Sonralar  çoxları  təsdiq  edirdi  ki,  bu  sözlərlə  öz 
sınanmış  dostunu  və  ardıcılını  öz  hakimiyyətinin  varisi  təyin  etdi.  Lakin 
Məhəmmədin sözünün belə hərfi mənada başa düşülməsi Əbu Bəkri xeyli çaşdırdı. 
Məhəmmədə tezliklə çatdırdılar ki, Əbu Bəkrin minbərdə görünməsi böyük 
həyəcana səbəb oldu və peyğəmbərin ölməsi barədə söz yayıldı. Ona görə də son 
qüvvəsini  toplayıb  o,  Əlinin  və  Abbasın  çiyinlərinə  söykənərək  məscidə  getdi. 
Onun  gəlib  çıxması  bütün  şəhərdə  sevincə  səbəb  oldu.  Əbu Bəkr  namazını  kəsdi, 
lakin  Məhəmməd  ona  davam  etməyi  tapşırdı  və  minbərdə  arxada  oturub  duanın 
sözlərini  təkrar  edirdi.  Sonra  o,  xalqa  müraciət  etdi:  “Mən  eşitdim  ki,  mənim 
ölümüm  barədə  şayiə  hamını  təşvişə  salmışdır.  Axı  məndən  əvvəl  hansısa 
peyğəmbər  olmuşdurmu  ki,  o,  əbədi  yaşasın.  Siz  düşünürsünüz  ki,  mən  heç  vaxt 
sizi tərk etməyəcəm? Hər şey Allahın əmri ilə icra edilir, hər şeyin öz vaxtı vardır, 
onu  nə  sürətləndirmək,  nə  ləngitmək  olmaz.  Məni  göndərənin  yanına  qayıdıram. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə