Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   75   76   77   78   79   80   81   82   ...   120

 
236 
taleyinə  qayğı  göstərərək  onların  üzərinə  təntənəli  vəzifə  qoydu:  “Siz  inanırsınız 
ki,  Allah  birdir,  Məhəmməd  onun  peyğəmbəri  və  elçisidir,  cənnət  və  cəhənnəm 
yalan deyildir, ölüm və dirilmə həqiqətdir və elə müəyyən edilmiş vaxt vardır ki, o 
vaxt  hamı  tabutlardan  çıxıb  məhkəmə  qarşısında  qoyulmağa  borcludur”.  Hamı 
cavab  verdi:  “İnanırıq”.  Bu  vaxt  onların  üzərinə  vəzifə  qoydu  ki,  onun  ailəsinə, 
xüsusən  Əliyə  məhəbbət  və  ehtiram  göstərsinlər.  O,  dedi:  “Kim  məni  sevirsə  o, 
Əlini  dost  kimi  qəbul  edəcəkdir.  Qoy  Allah  onun  dostlarını  müdafiə  etsin, 
düşmənlərindən isə üz döndərsin”.  
Nəhayət, bütün zəvvar ibadətlərini və borclarını icra etdikdən və öz dininin 
təbliğini qurtardıqdan sonra Məhəmməd axırıncı dəfə doğma şəhəri ilə vidalaşdı və 
zəvvarların  başında  geri,  Mədinəyə  döndü.  Mədinə  onun  gözləri  qarşısında 
açıldıqda o, dedi: “Allahu akbar! Allahu akbar! Onun səltənəti var. Təkcə ona tərif 
layiqdir.  O,  qüdrətlidir.  O,  öz  sözünü  yerinə  yetirdi.  O,  öz  nökərinin  müdafiəçisi 
oldu və O, təkcə onun düşmənlərini dağıtdı. İndi öz evimizə qayıdaq və Ona təzim 
edək  və  təriflər  deyək”.  Müsəlman  peyğəmbərinin  “vida  ziyarəti”  və  ya  “vida 
həcci” son səyahət kimi belə başa çatdı.  
Mədinəyə qayıtdıqdan sonra Məhəmmədin qüvvəsi tükəndi. Lakin onun dini 
həvəsi  zəifləmirdi  və  o,  Suriya  və  Fələstinə  yürüş  hazırlayırdı.  Təqribən  min  il 
bundan  əvvəl  (m.  ə.  323-cü  ildə)  Böyük  Aleksandr  da  ölümündən  əvvəl 
Ərəbistana,  Afrikanın  şimalına  yürüş  hazırlayırdı.  Makedoniyalı  Aleksandr 
dünyaya  hökmranlıq  etmək  istəyirdi.  Məhəmməd  isə  Ərəbistan  sərhədlərindən 
kənara  çıxmaq  istəyirdi.  Onu  təkcə  bu  tanış  əraziyə  hökmranlıq  etmək 
qənaətləndirmirdi. O, yeni ərazilər barədə düşünəndə, iki rəqib peyğəmbər çıxdı və 
onlar Ərəbistanda onun ağalığına iddiaçı kimi çıxış edirdilər. Onlardan birinin adı 
əl-Əsvad, digərininki isə Müseylimə idi. Möminlər haqlı olaraq onları “iki yalançı” 
adlandırdılar.  Əl-Əsvad  əvvəlcə  bütpərəst  idi,  sonra  islamı  qəbul  etmişdi,  sonra 
ondan  da  geri  çəkilmişdi  ki,  özünü  peyğəmbər  kimi  qələmə  versin  və  yeni  din 
yaysın. Sehrbaz kimi o, bəzi oyunlar çıxardıb bunu möcüzə adına çıxırdı. Ərəblər o 
vaxtlar öz əqidələrində möhkəm olmadıqlarından istənilən yeni dini qəbul etməyə 
hazır  idilər.  Böyük  sektanın  başında  duran  əl-Əsvad  Məhəmmədin  canişin  təyin 


 
237 
etdiyi  persiyalı  Budhan  öldükdən  sonra  onun  oğlu  və  varisini  öldürdü,  onun  dul 
qadınına  evləndi,  qadının  atasını  da  öldürdükdən  sonra  idarəçilik  sükanını  ələ 
keçirdi. Nacranın sakinləri onu öz şəhərinə çağırdı. Yəmənin paytaxtı Sana da öz 
qapılarını  onun  üzünə  açdı.  Beləliklə,  qısa  vaxtda  xoşbəxt  Ərəbistan  onun 
hakimiyyətinə  tabe  oldu.  Onun  belə  nailiyyətini  Məhəmməd  ağır  xəstələnməsi 
başlayanda eşitdi, həm də bu vaxt peyğəmbər Suriya yürüşünə hazırlaşırdı. O, öz 
ardıcıllarından  bir  neçəsinə  əmr  göndərdi  ki,  onlar  əl-Əsvadı  mühasirəyə  alsınlar 
ki, ondan yaxanı birdəfəlik qurtarmaq mümkün olsun. Bu tapşırığı icra etməyi iki 
nəfər  öz  üzərinə  götürdü.  Onların  hər  ikisi  daha  çox  intiqam  məqsədilə  bu  işə 
girişmişdilər.  Onlar  əl-Əsvadın  arvadının  yanına  getdilər  ki,  onu  öz  atasının  və 
birinci ərinin öldürülməsinə görə qisasa sövq etsinlər. Güclə bu qadını dilə tutdular 
ki, onlara kömək etsin. Qadın onları gecə, əl-Əsvad yatan otağa gətirdi. Firuz adlı 
sui-qəsdçi  xəncəri  onun  boğazına  vurdu.  Lakin  zərbə  tutarlı  deyildi.  Əl-Əsvad 
sıçrayıb  gözətçiləri  çağırdı.  Lakin  arvadı  mühafizəçilərin  yanına  gəlib  onları 
sakitləşdirdi.  O,  dedi:  “Peyğəmbər  indi  ilahi  vəhyin  təsiri  altındadır”.  Artıq  onun 
qışqırığı  da  kəsilmişdi,  çünki  qatillər  öz  qurbanının  başını  kəsmişdilər.  Səhər 
açılanda Məhəmmədin bayrağı şəhərin divarları üzərində dalğalanmağa başladı və 
truba  səslərinin  müşayiəti  ilə  qasid  əl-Əsvadın  ölümünü  elan  etdi.  O,  artıq 
“saxtakar, yalançı” adlanırdı. Onun qüdrəti dörd ay ərzində yüksəldi və məhv oldu. 
İnamı güclü olmayan xalq əvvəlcə tərk etdiyi kimi, yenidən islamı qəbul etdi. 
Digər yalançı Müseylimə Küneyfa tayfasından olan ərəb idi, Qırmızı dənizlə 
İran  körfəzi  arasında  yerləşən  Yəmamə  şəhərində  və  vilayətində  ağalıq  edirdi. 
Hicrətin  doqquzuncu  ilində  öz  tayfasının  dəstəsi  başında  Məkkəyə  gəldi  və 
Məhəmmədin dininə səcdə etdiyini bildirdi. Lakin vətəninə qayıdanda elan etdi ki, 
Allah ona peyğəmbərlik göndərmişdir və adamların dinə gəlməsində Məhəmmədə 
kömək  etməyi  tapşırmışdır.  Bunun  üçün  o,  saxta  Quran  da  yazdı,  onu  həqiqət 
adında qələmə verdi. Onun ağılsız dininin bir eybəcər xüsusiyyəti də ondan ibarət 
idi  ki,  könülün  insan  bədəninin  yumşaq  yerində  olduğunu  iddia  edirdi.  Yüngül 
inamlı öz tayfa üzvlərini tezliklə kütləyə çevirdi və Məhəmmədə belə bir məktub 
yazdı: “Allahın peyğəmbəri Müseylimədən Allahın peyğəmbəri Məhəmmədə! Gəl 


 
238 
kainatı  bölüşdürək,  yarısı  sənin,  yarısı  mənim  olacaq”.  Məhəmməd  məktubu 
aldıqda  o,  xəstəlikdən  əzab  çəkirdi  və  hərbi  hazırlıq  görürdü.  Buna  Məhəmməd 
belə cavab verdi: “Allahın peyğəmbəri Məhəmməddən yalançı Müseyliməyə. Yer 
Allahındır.  Allah  isə  öz  qullarından  Ona  xoş  gələninə  bir  irs  kimi  verir.  Ondan 
qorxuda  yaşayanlar  xoşbəxt  olacaqlar”.  Başqa  işləri  olduğuna  görə  Müseylimə 
saxta hakimiyyətində qalırdı, onun cəzalandırılması başqa vaxta saxlandı. 
Hicrətin  on  birinci  ilinin  başlanğıcında  görünməmiş  qoşun  toplanmasından 
sonra Suriyaya yürüş hazır idi. Məhəmməd orduya rəhbərliyi təcrübəli sərkərdəyə 
deyil,  iyirmi  yaşlı  gənc  Üsaməyə  tapşırdı.  Üsamə  Məhəmmədin  sədaqətli  azad 
olmuş  qulu  Zeydin  oğlu  idi.  Zeyd  ömrünün  sonuna  qədər  peyğəmbərin  yolunda 
fədakarlığını  qoruyub  saxlamışdı  və  Mutə  döyüşündə  igidliklə  vuruşub  həlak 
olmuşdu,  din  yolunda  şəhid  olmuşdu.  Peyğəmbər  onun  seçiminin  təhlükəli 
olduğunu  bilirdi  və  qorxurdu  ki,  qoşun  belə  gənc  sərkərdəyə  tabe  olmayacaqdır. 
Ona görə də baxış vaxtı o, ordunu tabe olmağa dilə tutdu və xatırlatdı ki, Üsamənin 
atası Zeyd də elə həmin xalqa qarşı belə bir yürüşün başçısı idi və döyüşdə həlak 
olmuşdu.  Ona  görə  də  onun  xatirəsini  yad  etmək  və  onun  ölümünə  görə  oğluna 
qisas almaq imkanı vermək ədalətli olardı. Sonra o, bayrağı gənc sərkərdəyə verdi 
və  ona  dedi  ki,  Allahın  vahidliyini  inkar  edənlərə  qarşı  din  naminə  igidliklə 
vuruşmalıdır. Qoşun həmin gün yürüşə başladı. Gecə Mədinədən bir qədər aralıda 
Corf  yaxınlığında  düşərgə  saldı.  Lakin  elə  şərait  yarandı  ki,  yürüşü  dayandırmaq 
lazım gəldi. Həmin gecə Məhəmmədin ağır tutması başladı. Bu tutmaları Xeybərdə 
onun  zəhərlənməsinin  nəticəsi  hesab  edirdilər.  Xəstəlik  güclü  baş  ağrısı  və  baş 
gicəllənməsi  ilə  başladı.  Gecə  o,  qəfildən  yuxudan  durdu,  qullarından  birinə  onu 
müşayiət etməyi əmr etdi və dedi ki, Mədinənin ictimai qəbiristanlığında uyuyan 
ölülər onu özləri barədə dua oxumağa çağırırlar. Qulla birlikdə o, sakit küçələrdən 
keçib şəhər divarlarının arxasındakı qəbiristanlığa gəldi. 
Qəbiristanlığın  ortasına  çatanda  o,  səsini  qaldırıb  ölülərə  ünvanlanmış 
təntənəli  nitq  söylədi.  O,  dedi:  “Qəbir  sakinləri,  sevinin!  Dirilər  üçün  açılan 
səhərdən,  siz  oyandığınız  səhər  daha  sakit  olacaqdır.  Sizin  payınız  daha  xoşbəxt 
olacaqdır.  Allah  sizi  bir-birindən  daha  kədərli  olan  tufanlı  gecədəki  gözətçiləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə