260
uğrunda apardığı mübarizə uduzuldu. Onun öz qohumlarını əyalətlərdə mühüm
vəzifələrə qoymaq yolu ilə mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri, nəticə
etibarilə bu hakimiyyəti nəinki möhkəmləndirmədi, əksinə gözdən saldı və
separatizmi hərtərəfli qaydada gücləndirdi. Xilafət sürətlə bir-birindən uzaqlaşan
partiyalar arasındakı vətəndaş müharibəsinə cəlb olunurdu. Bu partiyalar isə bir az
əvvəl vahid və sıx birləşmiş olan müsəlman icmasının liderləri ətrafında yaranırdı.
Osmanın həlak olması ilə bu müharibə var gücü ilə alovlanmağa başladı.
Osmanın ən böyük xidmətlərindən biri, onun əmri ilə Quranın vahid və qəti
mətninin müəyyən edilməsi idi. Osman bunu gənc müsəlman cəmiyyətini
birləşdirmək məqsədilə etmişdi, lakin onun ümid bəslədiyi nəticələr əldə edilmədi.
Osmanın qətlə yetirilməsindən sonra Əli ibn Əbu Talib xəlifə elan edildi.
Osmanın süqutunda mühüm rol oynamış Misir nümayəndələri əvvəlcə Əlini
müdafiə etdilər. Bir qədər tərəddüd etdikdən sonra onlara müqəddəs şəhərlər olan
Məkkə və Mədinə, onlarla birlikdə İraq da qoşuldu. Lakin Suriya canişini, həlak
olmuş Osmanın əmisi oğlu Müaviyə, Məhəmmədin digər silahdaşları, həm də
peyğəmbərin nüfuzlu dul qadını Ayişə şəxsi qərəzkarlığına görə Əlinin xəlifə
vəzifəsinə namizədliyini müdafiə etməkdən qəti surətdə imtina etdilər. Hakimiyyət
uğrunda kəskin mübarizə müsəlmanların Əli tərəfdarlarına – şiələrə və onun
əleyhdarlarına – sünnülərə bölünməsinin başlanğıcını qoydu. Bu mübarizə
uzunmüddətli xarakter almaqla dəyişilən uğurla gedirdi.
İlk dövrlərdə, 656-cı ildə Əli “dəvə döyüşü” adlanan Bəsrə yaxınlığındakı
vuruşda ona müxalif olan Talka və əz-Zübeyrin az saylı və pis təşkil olunmuş
qoşununu darmadağın etməklə üstünlük qazandı. Lakin varlı Suriyanın hökmranı
Müaviyə qalırdı, o, Əlinin Ərəbistandakı qüvvə və vasitələrindən xeyli güclü olan
hərbi və iqtisadi potensiala malik idi. Bu vaxt Əli öz iqamətgahını İraqa, Kufəyə
köçürdü və öz əleyhdarı ilə mübarizəyə hazırlaşmağa başladı. 657-ci ildə Siffin
yaxınlığında, Suriyada Fərat çayının sağ sahilində Əlinin qoşunu ilə Müaviyənin
qoşunu arasında böyük döyüş baş verdi. Rəvayətə görə vuruşun özləri üçün ağır
anında, Əlinin düşmənləri nizələrinə Quranın vərəqələrini keçirdilər və bununla
bildirmək istədilər ki, müsəlmanların müqəddəs kitabının göstərişlərinə uyğun
261
olaraq onlar sülh təklif edirlər. Bu hiyləgərliyə aldanan və işin münsiflər
məhkəməsinə verilməsi ilə razılaşan Əli qələbəni əldən buraxdı. Məhkəmədə
Müaviyənin nümayəndəsi Əmr ibn əl-As Əlinin nümayəndəsi Əbu Musadan
Əlinin vəzifədən salınmasına razılıq ala bildi. Eyni zamanda Əli Müaviyəyə qarşı
dayandırılmış müharibəni ləngimədən bərpa etmək imkanından məhrum oldu,
çünki onun qoşununun xeyli hissəsi (4 mindən 12 min adama qədər) xəlifəliyin
məsələsinin münsiflər məhkəməsinin həllinə verilməsini islamın ruhu ilə bir araya
sığışmadığını əsas götürərək, Əlinin düşərgəsini tərk etmişdi. Beləliklə, həm
Müaviyə, həm də Əliyə qarşı fəal mübarizə aparan “xaricilər” cərəyanının əsası
qoyuldu.
Əli tarixə erkən islamın ən faciəli və ziddiyyətli firuqlarından biri kimi daxil
olmuşdur. Sünnülər üçün o, adi öləri insandır, “mömin xəlifələrdən” biridir,
dindarlıq, vicdanlılıq, igidlik və nəciblik nümunəsidir. Şiələr üçün isə Əli
Məhəmməd hakimiyyətinin və onun Allahla əlaqəsinin birbaşa varisidir. Şiələrin
nəzərində Əli bəzi hallarda hətta Məhəmmədin özünü arxa cərgədə qoyurdu. Bəzi
şiə sektalarında isə Əli az qala ilahiləşdirilir.
Əlinin nəsli olan Ələvilər öz başlanğıcını onun müxtəlif arvadlarından olan
çox sayda uşaqlarının bir hissəsindən götürür. Bu uşaqlar arasında ən məşhur
olanlar, Məhəmmədin qızı Fatimədən olmuş Həsən və Hüseyn, bir də Mühəmməd
ibn əl-Xənəfiyyə idi. Şiələrin sitayiş etdikləri 12 imamdan onu öz nəslini Həsən
qolundan götürür. Çünki şiələrin düşüncəsinə görə imamlıq yalnız Əliyə və onun
irsi qaydada keçən nəslinə məxsusdur. İndi də müsəlman ölkələrinin hamısında
Əlinin çox sayda nəsli yaşamaqdadır. Onlar yaşıl çalma örtmək, seyid və ya şərif
adlanmaq hüququna malikdir. İordaniyanın mərhum kralı Hüseyn ben Təllal və
Mərakeşin mərhum kralı II Həsən birbaşa Əli nəslinə aid edilirdilər.
Əli islam yolunda böyük igidliklər göstərmiş, bir sıra çətin hallarda öz
qəhrəmanlığı ilə döyüşün nəticəsinin uğurlu olmasına nail olmuşdu. Onun döyüş
qabiliyyəti əfsanələrə çevrilsə də, çox hallarda öz əsasını olmuş hadisələrdən,
faktlardan götürür. Lakin onun həyatının sonu faciəli oldu. Əli Müaviyəyə qarşı
silahlı mübarizədə təşəbbüsü əldən vermişdi və 661-ci ildə Kufə məscidinə daxil
262
olanda xaricilər cərəyanına mənsub olan bir döyüşçü tərəfindən qılıncla ölümcül
yaralandı və aldığı yaradan tezliklə öldü.
Əlinin arvadı, Məhəmmədin qızı Fatimədən peyğəmbərin bütün nəsli öz
başlanğıcını götürür. Fatimə müsəlmanlar, xüsusən şiələr tərəfindən çox sayılır. Şiə
İsmailit sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hökmranlıq
etmiş Fatimilər sülaləsi də öz mənbəyini Fatimədən götürdüyünü xüsusi qürurla
qeyd edirdi.
Əli və Fatimənin övladları olan Həsən və Hüseynin də həyatı faciəli qaydada
sona çatdı. Həsən Əlidən sonra ikinci imam hesab olunur və atası 661-ci ildə
öldürüldükdən sonra İraqda xəlifə elan edildi. İraqdakı Əli tərəfdarları Həsəni
suriyalılarla mübarizəni bərpa etməyə təhrik edirdilər. Lakin Həsən xəlifə Müaviyə
ilə danışıqlar aparmağa can atırdı. Ali hakimiyyət iddiasından imtina etmək üçün
Həsən Müaviyədən pul kompensasiyası istədi. Öz kiçik qardaşı Hüseynə 2 milyon
dirhəm məbləğindəki yarımdan əlavə, özünə 5 milyon dirhəm və bir İran
nahiyəsindən daimi gəlirin çatmasını tələb etdi. Bundan sonra peyğəmbərin nəvəsi
İraqı tərk etməyə məcbur oldu və özəl şəxs kimi Mədinədə məskunlaşdı. Müaviyə
üçün o, artıq heç bir siyasi təhlükə ola bilməzdi. Həsən 669-cu ildə Mədinədə 45
yaşında öldü, fərziyyəyə görə onu zəhərləmişdilər. Şiələr onun ölümünə görə
günahı Müaviyənin üstünə yıxdılar və Həsən “böyük şəhidə” çevrildi.
Peyğəmbərin nəvəsi, Əli və Fatimənin kiçik oğlu Hüseyn üçüncü şiə imamı
hesab olunur. 669-cu ildə böyük qardaşı Həsən öldükdən sonra o, Ələvi nəslinin
başçısı oldu, lakin uzun müddət elə bir mühüm siyasi rol oynamadı. 680-ci ildə
xəlifə Müaviyə öldükdən sonra İraqda Əməvilər əleyhinə müxalifət fəallaşdı. Kufə
şiələri Hüseyni özlərinin üçüncü imamı kimi tanıdıqlarından onu xəlifə Yezidə
qarşı üsyana başçılıq etməyə dəvət etdilər və ona geniş müdafiəni vəd etdilər.
Kufəlilərin çağırışına cavab verən Hüseyn kiçik dəstə ilə Məkkədən yola düşdü,
əvvəlcədən isə Kufəyə əmisi oğlu Müslüm ibn Əkili göndərmişdi. Kufənin
minlərlə sakini Hüseynə sədaqət barədə Müslümə and içdilər, lakin kufəlilərin
çıxışı elə başlanğıcında yatırıldı. Müslüm tutuldu və dar ağacından asıldı. Bu
kədərli xəbəri Hüseyn artıq yolda olanda aldı, lakin geri dönmək istəmədi. Kufə
Dostları ilə paylaş: |