269
aparmağı bacarmışdı. Vaterlooda Vellinqton qələbə çalsa da, iki əsr sonra belə bu
yeri şöhrətləndirən sima kimi qalib sərkərdə deyil, məhz Napoleon qalmışdır.
Napoleon Bonapart 1769-cu ildə Korsika adasındakı Ayaçço şəhərində
Karlo Bonapartın və Letitsiya Ramolinanın ailəsində doğulmuşdur. Onun
valideynləri adanın kübar cəmiyyətinin üzvləri idi. Bu ailə öz mənşəyini İtaliyanın
Toskana əyalətindən götürür. Bu əyalətdə qədim dövrlərdə etrusklar yaşamış,
Hannibal İtaliya yürüşü vaxtı buradakı bataqlığın zəhərli qazından gözünün birini
itirmişdi. Toskana bəşəriyyətə Dante Aligyeri və Mikelancelo Buanorotti kimi
dahiləri vermişdir. Avropada məşhur olan Mediçilər və Borcia nəsli Florensiyada
hökmranlıq etmiş, məşhur şair Lorentso Mediçi daim və siyasət filosofu Nikkolo
Makiavelli isə əsasən burada yaşayıb yaratmışdır. Əyalət Karrar yataqları adlanan
daş karxanasında istehsal edilən ağ mərmərlə çox məşhurdur və İntibah dövrünün
görkəmli heykəltəraşlıq əsərləri, o cümlədən Mikelancelonun məşhur “David” və
“Pyeta” fiqurları məhz Karrar ağ mərmərindən yonulmuşdur. Lakin Napoleon öz
nəslinin daha çox kübar xəttinə mənsub olduğunu qələmə vermək üçün öz
əcdadlarının bizanslı Kolinilərlə qohumluğu olan Kalomerlərdən başlanğıc
götürdüyünü qeyd edirdi. İtalyan dilində Kalomer “Buonaparte” və ya “Bellaparte”
(“gözəl nəsil”, “gözəl mənşə”) kimi səslənirdi. Onlar Toskanaya mühacirət etmiş
və guya Napoleon nəslinin banisi olmuşlar.
Napoleon anadan olandan on beş ay əvvəl Genuya Respublikası Paskuale
Paolinin başçılıq etdiyi Korsika separatçı hərəkatı ilə müharibə vaxtı etdiyi hərbi
köməyə əvəz olaraq, adanı Fransaya vermişdi. Karlo Bonaparte Paolinin
ideyalarını müdafiə etdiyinə görə Fransanın adaya sahib çıxması üçün göndərdiyi
orduya qarşı partizan əməliyyatlarına qoşuldu. Napoleona hamilə olan Letitsiya öz
ərini müşayiət edirdi, partizan həyatının çətinliklərinə mərdliklə dözürdü. Görəsən
bu ana bətnində olan və hələ dünyaya gəlməmiş uşağın döyüşçü kimi taleyə sahib
olacağının ilk əlaməti deyildi ki? Napoleon iki aylıq körpə olanda isə bu hadisələr
sona çatdı və fransızlar qiyamçıların müqavimətini yatırtmağa müvəffəq oldular və
Korsika ölkə ilə yenidən birləşdirildi.
270
Karlo Bonapart yeni rejimə tabe oldu, öz münasibətini dəyişdirdi və bunun
müqabilində kübarlıq barədəki öz nəsil iddiasının tanınmasına nail oldu. O, Fransa-
Korsika idarəçiliyində mövqe əldə etdi və sonralar Baş Ştatlar yığılanda Korsika
kübarlarının buradakı nümayəndəsi təyin olundu. Lakin o, öz işlərini necə qurmağı
bilmirdi və ehtiyac içərisinə düşdü. Buna görə də o, dövlətin kömək göstərdiyi
adamlar siyahısına düşdü ki, öz nəsil nüfuzunu saxlamaq üçün oğlanlarının
təhsilinə təminat yaransın. Beləliklə, 1779-cu ildə o, öz oğlunu Brienndəki hərbi
məktəbə qəbul etdirməyə nail oldu. Napoleon onun sağ qalan ikinci oğlu idi, onun
dörd oğlundan ikisi körpə vaxtı ölmüşdü. Böyük oğlu Jozef 1768-ci ildə anadan
olmuşdu, Napoleondan sonra isə 1775-ci ildə Lüsyen, 1777-ci ildə Eliza kimi
tanınan Mariya-Anna, 1778-ci ildə Lui, 1780-ci ildə Polin və 1782-ci ildə Mariya-
Karolina doğuldu. Ən kiçik qardaş Jerom 1784-cü ildə anadan olmuşdu.
Karl və Letitsiya Bonapartların on üç uşağı olmuşdu, onlardan beşi körpə
vaxtında ölmüşdü, sağ qalan səkkiz uşaq isə tezliklə, ataları 1785-ci ildə vəfat
edəndə yetim qaldı. 35 yaşında dul qalan Letitsiya çox böyük fərasət, çalışqanlıq
və bacarıq nümayiş etdirdi və buna görə uşaqları ömrü boyu analarına öz
məhəbbətləri və diqqətləri ilə cavab verdilər. Napoleon isə bu barədə bütün qardaş
və bacılarından seçilirdi, ona xüsusi məhəbbətlə yanaşırdı. Əslində anası oğlunun
iti ağlının inkişafında xüsusi rol oynamışdı.
Napoleon on yaşında Brienndəki hərbi məktəbə daxil oldu. Atasının bu
seçimi onun bütün həyatına öz təsirini göstərdi. Bu məktəbdə oxumaqla o, öz
gələcək taleyi barədə düşünəndə, məhz döyüş şəraitini və müharibəni gözləri
önünə gətirirdi. Lakin onun Brienndəki həyatı o qədər də xoşbəxt deyildi. Onun
tələbə yoldaşları nə onun qəribə adını, nə də onun nəslini unutmur, onu ələ salır,
alçaldırdılar. O, yoldaşlarının arasında olmaqdansa, öz vaxtını kitabxanada
keçirməyə üstünlük verirdi və bununla da həmyaşıdlarının istehzasına tuş gəlirdi.
Matematikaya xüsusi həvəs göstərirdi, müəllimi demişdi ki, onda yandırılmamış
qığılcım vardır. Beş il təhsil aldıqdan sonra Napoleon Parisdə Ekol ali hərbi
məktəbdə öz hərbi biliyini davam etdirmək üçün seçilən tələbələrdən biri olur.
Lakin o, 1785-ci ildə qəflətən geri qayıdır, çünki onun xarakterik dünyagörüşü
271
müəllimlərinki ilə düz gəlmirdi. O, ilk təyinatını Rona üzərindəki Valens şəhərinə
almağa müyəssər oldu. O, artilleriyanın ikinci leytenantı rütbəsi aldı. Fevral ayında
isə Karlo Bonapart öldü və Napoleon ailənin başçısına çevrildi.
Yoldaşlarının onun qabiliyyətinə hörmətlə yanaşmalarına baxmayaraq, gənc
zabitin praktiki keyfiyyətləri və təşkilatçılıq qabiliyyəti istifadə olunmamış qalırdı
və hətta bu hal onu özünü intihar etmək barədə düşünmək dərəcəsinə gətirib
çıxarırdı. Onun gözünü maarifçilik dahilərinin üzərinə açdılar. Bu dövr ərzində o,
çox mütaliə edirdi – Volteri, Makiavellini, Reynalı, Rasini, Russonu, Molyeri
oxuyurdu. Bu əsərlər dərin tarixi, fəlsəfi, siyasi və ədəbi biliklər verirdi. Napoleon
onun romantik ruhunun ehtiyaclarına uyğun gələn Russo və Ossianın fikirlərini
çox sevirdi. O, azadlıq, qardaşlıq, bərabərlik ideyalarına vurulmuşdu, bu ideyalar
isə Fransa İnqilabını meydana gətirdi. Artıq o, həm də Fransanın yerli
sakinlərindən daha çox fransız olmuşdu.
XVIII əsrin sonunda Fransa Avropa millətlərinin ön cərgəsində idi. Fransa
üç silkə bölünmüşdü: ruhanilər (bu “silkin” 130 min üzvü var idi), kübarlar (430
min) və Üçüncü silk iki ilk silkə daxil olmayanların hamısından ibarət idi. Hər bir
sinif əlavə olaraq elə bölünmüşdü ki, hər bir adam o birisinə görə özünü yüksək
hesab edirdi və beləliklə, dərəcədə ondan yuxarı olandan özünü asılı hesab edirdi.
İnqilab Üçüncü silk tərəfindən başlanıldı. Bu silk iqtisadi cəhətdən güclü idi,
özünün artan sərvətinə müvafiq olaraq siyasi hakimiyyəti və sosial tanınmanı əldə
etməli idi. Bu silkin mövcud şəraitdən narazılığı açıq iğtişaşlara gətirib çıxardı.
Ölkənin ağır vəziyyətini dövlətin iflasa uğraması, ticarət-maliyyə böhranı, dalbadal
məhsulu qıt olan illər daha da dərinləşdirdi. Çıxış yolunu tapa bilməyən kral XVI
Lui 1789-cu ilin mayında Baş Ştatları yığdı. Üçüncü silkin deputatları özünü 17
iyun 1789-cu ildə Milli, 9 iyulda isə Təsis yığıncağı elan etdi. Yığıncağın
dağıdılmasına cəhd edildikdə, bu üsyanın başlanmasına səbəb oldu. Parisdə ayağa
qalxmış kütlə ictimai binalarda və arsenallarda özü üçün silah axtarırdı. İyulun 14-
də onlar orta əsrlərdə şəhəri qorxuzmaq məqsədi ilə tikilmiş möhtəşəm bina olan
Bastiliyaya gəldilər, bu həbsxana İngiltərədəki London qalasına bənzəyirdi.
Həbsxana rəisi qorxuya düşüb, topu ambrazuraya yerləşdirdi. Kütlə ondan topu
Dostları ilə paylaş: |