272
götürməyi və onları silahla təmin etməyi tələb etdi. O, imtina etdikdə, kütlə
qətiyyətli hərəkət etməyə başladı və forta hücum etdi. Onlara təlim keçmiş əsgərlər
və artilleriya hissələri kömək etdikdə, rəis təslim oldu. Camaat top atəşi ilə öz
sıralarından 98 nəfərin öldürülməsinə görə soyuqqanlılıqla qarnizonun 6 əsgərini
qətlə yetirdi. Həbsxana rəisi müşayiət edilərək aparıldıqda öldürüldü. Parisin meri
də belə taleyi bölüşməli oldu. Onların başı bıçaqla kəsildi, payanın ucuna keçirildi
və şəhərdə nümayiş etdirildi. Bu hadisələr baş verəndə Parisin ətrafında olan ordu
birləşmələri hərəkət etmədi, hakimiyyət xalqı atəşə tutmaqla onunla danışmağa
hazır deyildi.
Bastiliyanın tutulması Fransa İnqilabının başlanğıcı hesab olunmaqla,
Versalda assambleyanın xilas edilməsi effektinə malik oldu. “İki dünyanın
qəhrəmanı” olan markiz de Lafayet (o, Birləşmiş Ştatların İstiqlaliyyət
müharibəsində fəal iştirak etmiş, inqilab silahlı qüvvələrinin baş komandanı Corc
Vaşinqtonun yaxın silahdaşı olmuşdu) Parisin mühafizəsinə komandanlıq etməyi
qəbul etdi. Yeni simvol kimi o, Paris şəhərinin rənglərini – qırmızı və mavini
Burbon sülaləsinin ağ rəngi ilə birləşdirib inqilabın embleminə, bayrağına çevirdi.
Bu rəmz keçmişin və yeninin qarışığı idi.
Körpə Herakl onu əmizdirən Heranın döşünü dişləyən kimi, yenicə ayaq
açan inqilab öz qüvvəsini sınamağa başladı. Artıq avqustun 4-də feodalizm ləğv
edildi. İnqilabın ən böyük manifesti isə “İnsan və Vətəndaş Hüquqları haqqında
Deklarasiya” oldu. Bu sənəd 26 avqust 1789-cu ildə elan olundu və yeni dövlətin
prinsiplərini təsbit etdi. Qanunun hökmranlığı, bərabər fərdi vətəndaşlıq və xalqın
kollektiv suverenliyi elan edilirdi. Sənədin birinci maddəsində şəxsiyyətin azadlığı
barədə deyilirdi ki, “adamlar hüquqlarında azad və bərabər doğulmuşlar və belə də
qalırlar”. İnsanın təbii hüquqları onun “azadlığını, mülkiyyətini, təhlükəsizliyini və
istismara qarşı müqavimətini” saxlamalıdır. Əqidə, din və söz azadlığına qarantiya
verilirdi, xüsusi mülkiyyət isə toxunulmaz elan edildi. Heç kəs qanuni proses
olmadan həbs edilə və cəzalandırıla bilməzdi. Bütün adamlar, buna tələbat
yarandıqda hər bir ictimai vəzifə üçün yararlı elan olunurdu. Azadlıq başqalarına
zərər toxundurmadan hər şeyi etmək sərbəstliyi kimi müəyyən edildi, bunun əksi,
273
istisnası isə yalnız qanun vasitəsilə müəyyən olunmalı idi. Qanun bütün adamların
üzərinə bərabər qaydada düşməlidir. Bütün vətəndaşlar və ya onların təmsilçiləri
tərəfindən yaradılmalı olan qanun ümumi iradənin ifadəsi idi. Yeganə suveren
millətin özü idi, bütün vəzifə sahibləri və silahlı qüvvələr yalnız onun adından
fəaliyyət göstərir.
İnqilab yeni prinsipləri yaratmaqla yanaşı hakimiyyətin taleyi məsələsinə də
biganə qalmırdı. Oktyabrın 4-də kral Versaldan Parisdəki iqamətgahına köçməyə
məcbur edildi ki, burada ona nəzarət edilə bilsin. Milli Assambleya da Parisə
köçdü və tezliklə şəhərin radikal elementlərinin təsiri altına düşdü. Assambleyanın
aparıcı qüvvəsi yakobinçilər idi və onlar yeni, sarsıdıcı tədbirlərin ləng getməsi ilə
razılaşmırdılar, inqilab arabasının sürətlə hərəkət etməsi üçün hər şeyə əl atırdılar.
10 avqust 1792-ci ildə fəhlə sinfinin minlərlə üzvü yakobinçilərin və digər
liderlərin başçılığı altında üsyan qaldırdı, bu bəzi hallarda “ikinci fransız inqilabı”
adlanırdı. Üsyançılar Tyulri sarayına hücum edib, kral XVI Luini devirdi,
konstitusiya monarxiyasını ləğv etməyə cəhd etdi. Başqa konstitusiya orqanı olan
Milli Konvent çağırıldı və bu institut 1795-ci ilə qədər fəaliyyət göstərdi. Konvent
həm müharibə aparılmasına başçılıq etməli, həm də yeni konstitusiya tərtib etməli
idi. Bu konstitusiya 1795-ci ilin oktyabrından səmərə verməyə başladı.
Respublikada Direktoriya kimi tanınan rejim təsis edildi.
1789-cu ilin oktyabrından keçən iki il ərzində köhnə rejimin institutları
detallarına qədər dağıdıldı. Köhnə nazirliklər və dövlət orqanları, köhnə vergilər,
köhnə mülkiyyət, kübarların köhnə titulları, köhnə parlamentlər, yüzlərlə qanun
sistemləri, köhnə daxili tariflər, köhnə əyalətlər, köhnə şəhər munisipalitetlərinin
hamısı kənara atıldı. Fransızlar öz milli institutlarını kökündən qaşımaq
istəyirdilər. Əyalətlər əvəzinə Konstitusiya Fransanı 83 bərabər “departamentlərə”
böldü. Ölkə inzibati desenrtalizasiyaya məruz qaldı, Parisdən kənarda heç kəs real
olaraq mərkəzi hökumət üçün işləmirdi.
Gənc Napoleonun müstəqil həyata atıldığı illər belə bir qarışıq və ziddiyyətli
dövrə təsadüf etdi. Ruhən üsyankar və novator olan bu adam mühafizəkarlıqdan
çox uzaq idi və yeniliklər heç də onun hisslərini əzmirdi, əksinə onu axtarışlara,
274
yeni enerji ilə hərəkət etməyə sövq edirdi. O, yeni rejim uğrundakı hərəkatda
bilavasitə iştirak etməsə də, ona ikrahla baxmırdı, başqaları kimi bu yeniliklərdə öz
kiçicik də olsa şansını axtarırdı. İnsan hətta iqlimin dəyişilməsində də özü üçün bir
əlamət axtarır. İstedad və fərasət barədə təbiətin əliaçıqlıq göstərdiyi gənc
Napoleon böyük zəhmət hesabına Fransanın siyasi mahiyyətini və həyatını
dəyişdirməyə çalışan yeni rejimə xidmət göstərməklə yaşamağa səy göstərirdi.
Əslində, Napoleon da İnqilabın oğlu idi. Hərbi ierarxiyada irəliləmək üçün inqilab
bu kiçik dvoryana geniş imkanlar verə bilərdi, əvvəllər isə o, belə şansdan məhrum
idi.
O, inqilabi mədəniyyətin olduqca həssas müdafiəçisi olmaqla, Lion
Akademiyasının himayəsi altında Reynal tərəfindən təşkil edilən müsabiqədə
iştirak etdi və yaxşı gələcək üçün zəruri şəraitlər barədə Russo üslubuna esse
təqdim etdi, lakin 1791-ci ildə aparılan bu müsabiqəyə o, lap axırda müraciət
etmişdi. Tezliklə özünün ağır maddi vəziyyətini dərk edib o, yeddi illik fasilədən
sonra yaşamaq üçün Korsikaya qayıtdı və adanın siyasi həyatında yaxından iştirak
etməyə qatıldı. Bu qarışıq dövr idi. Bir tərəfdən o, fransız olmasından iftixar
duyurdu, çünki göründüyü kimi İnqilab daha yaxşı gələcək üçün yol açmışdı.
Digər tərəfdən onun Korsikanın müstəqilliyi və ya muxtariyyəti barədə heç bir
niyyəti yox idi. O, az müddətdə Paskuale Paolinin əleyhinə çıxmışdı. Paoli isə
muxtariyyət uğrunda fəaliyyəti canlandırmışdı və gizli surətdə Britaniyanın
köməyindən istifadə etməyə çalışırdı. Bonapart qardaşları Paolini dövlətə
xəyanətdə ittiham etdilər, lakin öz həmvətənləri tərəfindən bu çox ehtiyatlı şəkildə
qəbul edildi. 1793-cü ildə Ayaççoda bələdiyyə seçkiləri vaxtı Bonapart qardaşları
adadan sürgün edildilər və bir çox çətinliklərdən sonra Fransada sığınacaq tapmağa
məcbur oldular.
Napoleon Tyulri sarayına vəhşi kütlə basqını tərəfindən kral ailəsinin
buradan kənarlaşdırılmasının və onların sanklyutların əlinə düşməsinin şahidi oldu.
Bədbəxt kral XVI Lui 1792-ci ilin iyununda ölkədən qaçmaq istəyərkən sərhədə
yaxın yerdə tutulmuş və geri, Parisə qaytarılmışdı. Bundan sonra ölkədə monarxiya
ləğv edilmiş və respublika quruluşu təsis edilmişdi. Mühakimə olunan kralın
Dostları ilə paylaş: |