278
məcbur etdi ki, onlar Çerasko müqaviləsini imzalasınlar. Bonapart zəbt edilən
şəhərlərin üzərinə öz ordularını təchiz etmək vəzifəsini qoydu. Kübarların və
ruhanilərin vergisi eyni qaydada idi və bununla o, əhalinin hörmətini qazanmaq
istəyirdi. Bunu o, adamların gözləri qarşısında ədalətin açıq nişanəsi kimi
qoymuşdu. Təchizat
problemini həll etməklə o, hər cür
soyğunçuluğu qadağan etdi,
lakin bu qadağa heç də həmişə uğurlu nəticə vermirdi. Ruh yüksəkliyi və onun
komandanlığına tam etibar şəraitində o, qoşunlarını Lombardiyanı işğal etməyə
hazırlayırdı.
Təkcə Jozefina de Boharne barədə düşüncələr Bonapartı narahat edirdi. O,
bu gözəl kreol qadını ilə Barrasın salonunda tanış olmuşdu, onunla İtaliyaya
yollanmamışdan əvvəl, 9 mart 1796-cı ildə evlənmişdi, iki gün sonra isə o, İtaliya
ordusuna baş komandan təyin edilmişdi. Hələ yolda olarkən, sonralar isə İtaliyadan
məktublar göndərib arvadının ona qoşulmasını xahiş edirdi. Özündən altı yaş
böyük olan xanımına böyük məhəbbət bəsləyən gənc generalın bu cəhdləri heç bir
nəticə vermirdi. O, bundan çox əziyyət çəkirdi və bu qayğılar əsassız deyildi.
Lakin gözəl qadın onu inandırmışdı ki, hamilə olduğuna görə uzun səfərə çıxa
bilmir. Digər tərəfdən Jozefina Parisdəki öz yeni məşuqunu tərk etmək istəmirdi.
Bütün bunlara baxmayaraq, Bonapartın bu qadına sevgisi belə, onu öz başlıca
işindən ayıra bilmirdi. Adda çayının üstündəki Lodidə onun Avstriya ordusunun
hissəsi ilə toqquşması baş verdi. O, fransızların çay üstündəki körpünü keçməsinin
qarşısını almağa çalışırdı. Avstriyalılar öz artilleriyasını elə yerləşdirmişdi ki, çayın
hər iki sahilini birləşdirən körpünü atəşlə örtə bilərdi. Bonapart öz piyadasını şəhər
evlərindəki sığınacaqlarda yerləşdirmişdi. O, öz süvarisini çayı ayaqla keçmək
üçün dayaz yeri axtarmağa göndərdi. Bundan məqsəd avstriyalılara arxadan zərbə
vurmaq idi. Atlılar düşmənin arxasında göründükdə o, qrenadyorlarına körpünü
tutmağı əmr etdi. Əsgərlər atəşlə qarşılandı və bu vaxt tərəddüd etdilər. Bonapart
bu vaxt əlində bayraq körpünün üstünə tullanıb, öz adamlarını onu xilas etmək
naminə hücum etməyə məcbur etdi. Onun igidliyindən ruhlanan əsgərlər məhəbbət
nişanəsi kimi onu “kiçik kapral” ləqəbi ilə mükafatlandırdılar. Avstriya sərkərdəsi