287
Novidə o, ümidsiz döyüşə girdi və bu vuruş məğlubiyyətlə nəticələndi. Fransanın
cənub sərhədləri indi müdafiəsiz idi.
Tədricən fransızlara qorxu hakim kəsilirdi, qiyamlar baş verirdi, xüsusən
Vandeyada və Belçikada iri qiyamlar oldu, burada hərbi xidmətə çağırılanlar vergi
yığanlara qarşı qiyam qaldırmışdı. Konsullar və Direktoriya uzun müddət fəaliyyət
göstərə bilmədi, hökumət özü də bu vəziyyətdə idi, hakimiyyət vasitələrindən
məhrum edilmişdi, tez-tez büdrəyirdi. Napoleon Misirdən qayıdanda Direktoriya
tamamilə tənəzzülə uğramışdı və hakimiyyət onun əlinə düşməyə doğru gedirdi.
Direktoriyanın beş üzvü bir-birləri ilə yola getmirdi. Onların içərisində əsas adam
Barras idi. Direktoriya həmçinin 500-lər Şurası ilə əməkdaşlıq edə bilmirdi. Fuşe
və Taleyran onun digər üzvü olan Sieyesin ətrafında idi. Axırıncı deyirdi ki,
“onlara şpaqa lazımdır”, başqa sözlə, hakimiyyəti ələ götürəcək generala ehtiyac
vardır. Ona xəbər verdilər ki, Napoleon Misirdən qayıtmışdır və o, tezliklə Sieyesə
qoşuldu. Sieyesin ideyası həyata keçirilə bilərdi və 1799-cu ilin 18 bryumerində
buna yol açılırdı.
Hökuməti xilas etmək üçün eks-abbat Sieyesə müraciət edildi, o, on il əvvəl
elan etmişdi ki, Üçüncü Silk millətin ali təcəssümüdür, beləliklə İnqilabın
başlanğıcının ideoloji səviyyəsini müəyyən etmişdi. Sieyes təklifi qəbul etdi və
Ryubenin tezliklə vəzifədən azad edilməsini tələb etdi. Direktoriyanın digər üç
üzvü öz yerlərini yakobinçilərdən Qoyer, Molin və Dukoya verdilər.
Elə bil bir möcüzə ilə hərbi şərait də yaxşılaşdı, bu koalisiyanın özəyindəki
narazılıqların artması ilə əlaqədar idi. Digər tərəfdən bu rusiyalıları Tsürix yanında
dayandırmış general Massenanın cəhdlərinin nəticəsi idi. Sonralar Hollandiyada
uğur qazanıldı, bu generallara qayda-qanunu bərpa etmək tapşırığı verilməklə,
onlara etimad göstərilməsi hesabına həll edildi. Şübhəsiz ki, Bonapart geri dönəndə
yaxşı general olmaqdan uzaq idi. Qoyer onun direktor olması barədəki xahişini
Konstitusiyaya görə gənc olması bəhanəsi ilə rədd etdi. Açıqca görünürdü ki,
Fransa yeni konstitusiyaya möhtacdır.
Sieyes öz razılığını verdi. O, artıq öz ağlında yeni konstitusiyanın planını
cızmışdı və buna inandırılmışdı ki, generala bunu həyata keçirmək üçün kömək
288
etməlidir. Lakin o, həm də Bonaparta sonrakı dövrlərdə nəzarət etmək imkanı
barədə bir sıra qanuni şübhələrə malik idi. Generalın Fransaya dönməsinə görə
bütün ölkədə sevinc nümayiş etdirilməsi barədəki xəbərlər onu daha da
şübhələndirirdi. Qeyri-adi məsələ onda idi ki, əvvəlki günlərdə Bonapart tam fərqli
istiqamətlərdə fəaliyyət göstərirdi. O, özünün şəxsi həyatı ilə məşğul idi. O,
Jozefinaya qarşı öz münasibətinin necə olmasını həll etməli idi. O, Misirdə olan
vaxt arvadı onun Malmizondakı yeni iqamətgahında ona qarşı sədaqətsizlik
göstərmişdi. Bonapart isə bu vaxta qədər onu sevirdi və bu onun İtaliya ordusuna
komandanlığı öz üzərinə götürmək üçün xidmət yerinə gedəndə, Nitsadan
göndərdiyi müxtəlif məktublardan da aydın görünür. O, indi ya onu boşamağa sövq
edən qardaşlarına qulaq asmalı, ya da rusvayçılıqdan qaçmaq barədə məsləhət
verən Barrası eşitməli idi. Qalmaqal Barrasa görə hökmən siyasi oyunda şərəf
məsələsinə toxunacaq, onun ictimai imicinə öz təsirini göstərəcəkdir. İkinci qərar
axırda qəbul olundu, bütün ömrü boyu qızğın məhəbbətlə sevdiyi Jozefina ilə
barışmalı oldu. Onun evi məxfi danışıqlar keçirilməsi yeri oldu. O, təsadüfən
instituta Misir ekspedisiyasının elmi nəticələrini təqdim etmək üçün gələndə,
Sieyesin etimadını qazandı və yeni konstitusiyanı hazırlamaqda onun cəhdlərini
alqışladı.
Bonapart müxtəlif fraksiyalar arasında neytrallığını saxlayırdı. O, qardaşı
Lüsyenin 500-lər Şurasının prezidenti seçilməsi hesabına rəsmi cəhətdən heç vaxt
şuranın işində iştirak etməsə də, onun lap özəyində özü üçün platsdarm
hazırlayırdı. Bonapart qardaşını təlimatlandırdı ki, güclü yakobinçi azlığa özünü
çox yaxın tutsun. O, artıq Barrası açıq mübarizədən qaçmağa inandıran Taleyran,
Düko və ona dəstək verən bankirlər qrupu barədə arxayın idi.
1799-cu ilin noyabrında Parisi şayiələr doldurmuşdu. 18 bryumerdə
Napoleon başa düşdü ki, artıq meyvə yetişmişdir və onu qoparmaq lazımdır.
Direktoriyanın başlıca lideri olan Barras istefa verdi. Direktoriyanın hakimiyyətdə
olduğu dörd il ərzində onun beş üzvündən dördü tez-tez dəyişmişdi, Barras isə
daim onun tərkibində qalmağı bacarmışdı. Bu vaxt 500-lər Şurası Sen-Kluda
289
toplaşmışdı. Napoleonun kiçik qardaşı, 500-lər Şurasının sədri Lyusyen
Napoleonun hakimiyyətə gəlməsində mühüm rol oynadı.
Yakobin qiyamı barədəki böyüyən şayiələr Köhnələri Tyülri sarayında
general Bonapartın yanında toplaşmağa sövq etdi ki, onlar konstitusiyanı himayə
və həyata keçirmək üçün zəruri olan bütün tədbirləri görsünlər. 9 noyabr 1799-cu
ildə baş verən bu hadisə tarixə 18 Bryumer İnqilabı adı altında məlumdur. Onlar öz
şuralarını – konsulatı yaratmağı qərara aldılar və 500-lər Şurası sabahısı günü Sen-
Klu qəsrində yığışdı. Şura üzvləri bu əsassız müdaxiləyə qızğın etiraz etdilər.
Onlar hər bir üzvdən Konstitusiyaya sədaqət barədə yenidən and içməyi xahiş
etdilər. Sonra onlar öz təkliflərini diqtə etməkdə ləngidilər. Bonapart Köhnələri
təbliğ etmək imkanı axtarırdı, lakin onun Barras və Mulin əleyhinə aydın olmayan
və həyəcanlı ittihamları məclisi yalnız hiddətləndirirdi və məclis onun münaqişə
törədən arqumentlərini rədd etdi və o, “Rədd olsun tiran! Diktator!” qışqırıqları
altında öz adyutantı ilə qəsri tərk etdi. Sonra o, 500-lər Şurasında birbaşa onun
düşmənləri kimi tanınan adamlara qarşı çıxmağa cəhd etdi. Bu məclisdə etiraz
tufanını qaldırmaq üçün kifayət idi və onu qanundan kənar elan etmək barədə
səslər eşidilirdi. Beş il əvvəl belə tələblər Robespyerin boynunun vurulması ilə
nəticələnmişdi. Sədrlik edən Lüsyen bu təklifi səsə qoymaqdan imtina etdi və özü
qardaşını müdafiə etməyə başladı. Bütün bu vaxt ərzində Bonapart mühasirəyə
alınmışdı və daha çox hiddətlənmiş deputatlar onu sıxışdırırdılar. Belə bir vaxtda
öz qrenadyorları onu yarım-huşsuz vəziyyətdə binadan eşiyə çıxardı. O, ayıldı və
öz atına minib öz adamlarına müraciət etmək istədi, lakin yenidən həyəcanı ona
özünü ələ almaqda mane oldu. O, deməyə söz tapmırdı və cəsarəti onu yenidən
təhlükə altına qoymuşdu. O, oranjereya tərəfdən gələn Lüsyen tərəfindən xilas
edildi, öz atının belinə sıçrayıb qardaşının yanından çapdı və öz dəstəsinə belə
ümid verdi ki, hadisələr ona gətirib çıxaracaqdır ki, onlara ehtiyac duymağa səbəb
yaranacaqdır. O, bəyan etdi ki, Şura şirniklənmiş silahlı azlığın əlindədir və onlar
öz mandatından istifadə etməyin qarşısını alırlar və onları inandırdı ki, onun
arxasınca getsinlər və əgər onlar imtina etsələr, onları atacaqdır. Belə hədə jesti ilə
o, qılıncını çıxardı və onu öz qardaşının döşünə tərəf qaldırdı, and içdi ki, əgər
Dostları ilə paylaş: |