275
boynu 1793-cü ilin əvvəlində gilyotinada vurulmuşdu. Onun arvadı, “avstriyalı
qadın” adlanan Mariya Antuanetta da bir qədər sonra eyni taleyi yaşamışdı.
Maksimilyan Robespyer demişdi ki, kralın kəsilmiş başını bütün Avropaya
göstərmək lazımdır. Ona görə də Avropanın bütün monarxları Fransaya qarşı
etiraza qalxdı. Bu vaxt ölkəni həm də daxili ziddiyyətlər dağıdırdı. Napoleon
inqilab dalğasında Maratın və Dantonun yüksəlməsini və 1793-cü ildə Terrorun
başlanğıcını müşahidə etmişdi. Ölkə görünməmiş Terror dəhşətlərində boğulurdu.
Kilsələr qarət edilir, aristokratlar fənər dirəklərindən asılır, xaos həyata hakim
kəsilirdi. Bu hadisələr Xalq İnqilabı barədəki onun sevincini xeyli azaltmışdı. Belə
uzun müddət Fransadan aralı olduğuna görə o, leytenant-polkovnik rütbəsini də
itirmişdi. İnqilaba xidmət etmək üçün o, artilleriya kapitanı rütbəsində yeni orduya
bərpa edildi və onun ilk xidmət yeri Marsel şəhəri oldu.
Kralın devrilməsi və edam edilməsi Avropanın qanunu hakimiyyətləri olan
hissəsi tərəfindən kəskin münasibətə məruz qaldı. Bu hadisə ilə əlaqədar olaraq
Avstriyada və Böyük Britaniyada fransız mühacirləri sığınacaq tapdılar və onlar
əks-inqilab hərəkatının ən fəal agentlərinə çevrildilər. Royalistlərlə zorakı
toqquşmaların baş verdiyi yer olan sahil şəhərləri britaniyalılar tərəfindən
dəstəklənirdi və inqilabçılar buna görə mühacirlərin qaçmasının, onlara kömək
gəlməsinin və legitimistlər tərəfindən silahlandırmasının qarşısını almağa cəhd
edirdilər. 28 avqust 1793-cü ildə Tulon Respublika əleyhinə qiyama qalxdı. Əks-
inqilab üfunətini məhv etmək lazım idi. Tulonun mühasirəsi vaxtı Bonapartın
igidliyi və strateji ağlı xüsusilə nəzərə çarpdı. Onun batareyası ingilis donanmasını
limandan qovdu, şəhərin müdafiəçilərinə böyük itki verdirdi və onu 18 sentyabr
1793-cü ildə təslim olmağa məcbur etdi. Gənc zabit belə birbaşa nəticə üçün
briqada generalı rütbəsinə irəli çəkildi. Bu qərar Robespyerdən gəlmişdi. O, həmin
əməliyyatın necə aparılması barədə döyüş vaxtı orada olan qardaşından məlumat
almışdı. Burada onun bilavasitə komandanı belə təkliflə müraciət etmişdi və
Konventə geniş məktubunda yazmışdı ki, “əgər ona (Napoleona) yaxşı münasibət
bəslənməsə, o, özü şəxsən irəli çıxacaqdır”. Napoleon şəhəri bombardman edəndə,
burada gələcək sərkərdələr Juno və Marmonla tanış olmuşdu.
276
Mənşəcə Şimali Fransadan olan Robespyer vəkil idi, Parisdə müəllimlik
təhsili almışdı. O, inqilab başlanan ili Baş Ştatların üçüncü palatasına seçilmişdi və
Konstitusiya Assambleyasında elə nəzərə çarpan rol oynamırdı. 1792-ci ilin
sentyabrında seçilən Konventdə o, Paris seçicilərini təmsil edirdi. Nəhayət
Konvent “Terror rejimi” tanınan bir quruluş təsis etdi və bu mühit 1793-1794-cü
illərdə davam etdi. Bu dövrdə 40 minə qədər adam qətlə yetirilmişdi. Bunlardan 17
minini inqilabi məhkəmələr ölüm cəzasına məhkum etmişdi. Robespyerin aparıcı
rol oynadığı Terror rejimi Fransa İnqilabına qarşı rəğbət bəsləməmək xatirəsi kimi
qaldı. Belə amansızlıq inqilabın öz sıralarına da zərbələr vururdu. Dantonun
qətlindən sonra Milli Konvent Robespyerin başçılıq etdiyi İctimai Xilas
Komitəsindən qorxmağa başladı və oradakı bir qrup 9 termidorda (27 iyul 1794-cü
ildə) Robespyerin “qanundan kənar” elan edilməsi barədə Konventin qərarını
çıxarmağa nail oldu. Axı Terror müddətində Fransa öz qanında çimirdi. Sabahısı
gün isə o, bir sıra ardıcılları, o cümlədən doğma qardaşı ilə birlikdə gilyotina
edildi.
Robespyerin süqutu onun tərəfdarlarının və protejelərinin də tənəzzülünə yol
açdı. Napoleon öz igidliyinə görə sürətli hərbi karyeraya yiyələnsə də, onun yüksək
zabit rütbəsinə belə tez dırmaşması Robespyerin köməkliyi və şəxsi göstərişi ilə
mümkün olmuşdu. Cavan generalın bu sevinci uzun sürmədi. Satılmayan inqilab
rəhbəri edam edildikdən sonra Napoleon da Robespyerçi kimi ittiham edildi və
Parisdə dustaqxanaya salındı. O, xeyli çətinliklə Korsikadan olan nüfuzlu
qulluqçuların köməyi ilə azad edildi. Öz əmək haqqının minimuma endirildiyini
gördükdə o, Türkiyəyə mühacirət edib orada sultana xidmət etməyi, sultan
ordusunu yenidən qurmağı və özünün düşündüyünə görə bu kiçik ölkəni fəth
etməyi düşünürdü. Lakin İnqilabın tarixində onun iştirakı hələ başa çatmamışdı. 5
oktyabr 1795-ci ildə Konvent royalistlər tərəfindən mühasirəyə alındı. Bu
Vandemyer qiyamı adlanır. Konventin müdaxiləsinin məsuliyyəti yenicə böyük
nüfuza sahib olan Barrasa həvalə olunmuşdu. O, isə qərara gəldi ki, top atəşi
məsələni həll etməyə kifayət edəcəkdir. O, Tulon epizodunu yadına saldı, gənc
zabit Napoleonun arxasınca adam göndərdi və ona müdaxilə etməyi əmr etdi.
277
Napoleon Myuratı topları gətirməyə göndərdi, bu vaxtdan onların taleyi birləşdi.
Myurat topları vaxtında çatdırdı və bir neçə atəşdən sonra qalib gəlindi və qiyam
yatırıldı. Bu hadisə tarixdə “barıt tüstüsü” adını aldı. Bu xidmətinə görə Napoleon
Daxili Ordu Generalı və ya diviziya generalı rütbəsi ilə mükafatlandı. Axı
Bonapart ölkədəki sülhü və Fransa Respublikasını xilas etmişdi.
Bu yüksək məsuliyyət nümayişi ona böyük hakimiyyəti ələ keçirməyə imkan
verdi. Sonrakı ili İtaliya ordusuna komandanlıq etmək üçün generala ehtiyac
yarandı, Müdafiə Nazirliyinin gündəliyində İtaliyada avstriyalılara qarşı
kampaniya aparmaq planı var idi. Bu ideya, Bonapart mühacirət etmək barədə
fikirləşən vaxt yaranmışdı. Barras və Karno onun təyin edilməsinə cəhd etdilər.
Bunu etməklə onlar onun hərbi, həm də öz istəklərinin əksinə olaraq, siyasi
mövqelərdəki irəliləyişinə, karyerasına geniş qapılar açırdılar.
Avstriyalılar Fransa ilə müharibə aparmaq iqtidarına ona görə malik idilər
ki, Böyük Britaniya Avstriyaya 600 min funt sterlinq məbləğində maliyyə yardımı
göstərmişdi. Sonuncu Niderlandda və Reynlandda sahib olduğu keçmiş ərazilərini
bərpa etmək istəyirdi. Həmin əraziləri inqilab orduları işğal etmişdi. İtaliyada onlar
1713-cü ildən Lombardiyanı idarə edirdilər və indi IV Karl Emmanueldə özlərinə
qiymətli müttəfiq tapmışdılar. Sardiniya və Pyemont kralı olan IV Karl Emmanuel
1792-ci ildə fransızlara uduzulan Savoyu və Nitsanı özünə qaytarmaq istəyirdi.
Fransız ordu korpusları Niderlandda və Reynladda ciddi çətinliklərlə üzləşirdi və
fransız hökuməti özünün bütün ümidini İtaliya ordusuna bağlayırdı. Bu ordu
dağlarda vuruşmaq təcrübəsi keçmiş dəstələrdən təşkil edilmişdi, lakin pis təşkil
olunmuşdu və pis qidalanırdı. Komandanlığın Bonaparta etibar edilməsini eşidən
fransız generalları buna inamsızlıqla yanaşdılar və hiddətləndiklərini nümayiş
etdirdilər. Lakin Bonapartın nüfuzu və onun əmrlərinin aydınlığı, onun komandan
kimi qəbul edilməsinə əminlik yaratdı. Avstriya-pyemontluların sayda üstünlüyü
göz qabağında idi, ona görə də məsələ onları ayırmaqdan, ayrı salmaqdan ibarət
idi.
Fransızların Montenotda, Millesimo, Deqo və Mondovidə qələbələrinin
hamısı elə 1796-cı ilin həmin aprel ayı ərzində qazanılmışdı və pyemontluları
Dostları ilə paylaş: |