263
canişini Hicazdan İraqa gedən yolların hamısında postlar qoydurdu və bunlardan
biri ilə Hüseynin xeyli azalmış dəstəsi üz-üzə gəldi. Kufə yaxınlığındakı Susuz
Kərbəla deyilən yerdə Hüseyn 70 döyüşçüsü ilə düşərgə saldı. Bura tezliklə
xəlifənin 4 min nəfərlik dəstəsi gəldi. 10 oktyabr 680-ci ildə Hüseyn öz
döyüşçüləri ilə düşmənə qarşı çıxdı. Əvvəlcə xəlifənin döyüşçülərindən heç kəs
ona hücum etmirdi ki, peyğəmbərin nəvəsinin qanı onun üstünə tökülməsin. Lakin
sonra onlar böyük kütlə şəklində onun üstünə atıldılar və Hüseyn onlarla deşici və
kəsici yara almaqla qeyri-bərabər döyüşdə həlak oldu. Həlak olanların kəsilmiş
başları Dəməşqə, xəlifəyə göndərildi. Hüseyn “ən böyük şəhid” adlandırıldı,
Kərbəla isə şiələrin baş səcdəgahlarından biri və ziyarətgah yeri oldu.
Bütün daxili mübarizələrə baxmayaraq islam dini öz zəfərini davam etdirirdi
və Məhəmmədin ilk kiçik addımı dünya dininin iri addımlarına çevrildi. Dünya
indi çox dəyişilmişdir. İnsanlar da daim eyni vəziyyətdə qalan mələklərdən fərqli
olaraq dəyişilir, özü də həm yaxşılaşmağa, həm də pisləşməyə doğru. İslam dini və
mədəniyyəti bəşəriyyətin ən azı altıda birini əhatə etməklə sadəcə dünyagörüş və
inam vədlərini də ötüb keçmiş, düşüncə tərzinə, bəzi hallarda isə həyat tərzini
müəyyən edən başlıca amilə çevrilmişdir. İslama başqa mövqedən yanaşanların
nöqteyi-nəzərinə baxmayaraq, bu din bəşəriyyətin inkişafına, bütöv tayfaların
birləşib xalqa çevrilməsinə, xalqların birləşməsinə öz töhfəsini vermişdir. Neqativ
hallara gəldikdə bütün ictimai proseslərdə olduğu kimi yəqin ki, bunsuz da
keçinməmişdir. Onun yaradıcısı olan Məhəmmədə gəldikdə o, bu dini sağlam
mənəvi və etik əsaslar üzərində yaratmışdır. Müsəlmanların ali dini kitabı olan
Quran sırf patsifist təlim olmaqla, insanları sülhə, qardaşlığa dəvət edir.
Məhəmmədin həyatı isə bu prinsiplərə canlı misaldır. Məhəmməd mərhəmətli
olmağı bacarırdı, daha doğrusu bu mərhəmətlilik onun təbiətində idi. Məhəmmədin
yaratdığı din yaşayır, böyüyürsə, onun dini ehkamları da öz qüvvəsini itirmir,
zamanın sınaqlarından çıxmağı bacarır. Bütün hücumlara və əkstəbliğata
baxmayaraq, Məhəmmədin dünyagörüşləri öz əhəmiyyətini və cazibədarlığını
itirmir, on dörd əsr bundan əvvəl yanan kiçik bir şam indi dünyanın böyük
ərazisinə öz nurunu səpələyir. Bu din məşəli olan Məhəmmədə isə dikilən nəzərlər
264
daha çox məhəbbət və ehtiramdan xəbər verir. İdeyalarının zəfəri onun özünün
varlığından, az qala əbədiliyə qovuşmasından xəbər verir. Böyüklük, xüsusən
əqidə böyüklüyü qarşısında baş əymək, səcdə etmək bəşəriyyətin ilk dərk anından
indiyə qədər onun şüurlu məxluq olmasına dəlalət etdiyindən, Məhəmmədə
göstərilən ehtiram təbii hisslərin ifadəsindən başqa bir şey kimi başa
düşülməməlidir.
İslam dini irqindən, dilindən, dərisinin rəngindən, hansı xalqa və ya tayfaya
mənsub olmasından asılı olmayaraq, bu dinə sitayiş edənlərin hamısını qardaş
adlandırır. Bu qardaşlığı iqtisadi cəhətdən möhkəmləndirmək üçün kasıblara, az
imkanlı müsəlmanlara maddi yardım göstərmək institutu kimi zəkat meydana
gəlmişdi. Varlı müsəlman öz kasıb din qardaşının vəziyyətinə biganə qalmamalı,
öz gəlirinin bir hissəsini onun yolunda qurban verməlidir.
Hər bir din insanları birləşdirməyə xidmət edir. Ona görə də dinlər bir qayda
olaraq iri icmaların mövcud olduğu yerlərdə, şəhərlərdə meydana gəlir. Köçəri
xalqlarda isə din yaranmır və ya onların dinə bağlılığı xeyli zəif olur. Məhəmməd
dövrünün Məkkəsində sosial çətinliklər, ticarət qayğıları ayrı-ayrı tayfalar arasında
rəqabəti ədavət səviyyəsinə çatdırmışdı. Cəmiyyət bu mübahisələrdən,
münaqişələrdən cana doymuşdu, onların davam etməsi cəmiyyəti daha qorxulu
tənəzzülə gətirib çıxara bilərdi. İslam dini əvvəlcə böyük müqavimətlə qarşılaşsa
da on il ərzində təkcə Məkkə və Mədinə cəmiyyətlərini deyil, böyük bir ərazinin
siyasi və iqtisadi birliyinə yol açdı.
İslam dini başqa dinlərdən daha demokratik dindir. Bu inamda din
xadimlərinin rolu olduqca cüzidir. İslamın dini mərkəzi və xüsusi dini xadimlər
ierarxiyası yoxdur, axırıncılar yalnız hansısa bir məscidə başçılıq edir və dindarlar
üzərində elə bir səlahiyyətə malik deyildir. İslam dinində yalnız Allaha sitayiş
edilir, əsasən şiələrdə isə Peyğəmbərə və Əliyə xüsusi səcdə edilir. Allahın konkret
obrazı yoxdur və o, təsvir oluna bilməz. Ona məscidlərdə sitayiş edirlər, dua
oxuyurlar, baş əyirlər, qarşısında diz çökürlər, bununla da ona öz itaətini ifadə
edirlər. İnsanı yalnız Allah yaratdığına görə islam insanın canlı və cansız təsvirinin
də ona məxsus olduğunu iddia etməklə, rəngkarlıqda və heykəltəraşlıqda insan
265
obrazının yaradılmasını qadağan etmişdi. Bu həm də yenidən hansısa büt yaratmaq
imkanının qarşısını alırdı. Adamlar və heyvanlar yalnız kiçik ölçülü təsviri sənət
əsərlərində - miniatürlərdə öz əksini tapa bilərdi. Ona görə də islamın yayıldığı
ölkələrdə uzun əsrlər boyu rəngkarlıq və heykəltəraşlıq inkişaf etməmişdir. Belə
təsvir vasitələrindən və imkanlarından məhrum olan xalqlarda istedad özünü
memarlıqda və təsviri sənətdə daha güclü nümayiş etdirməyə başladı. Təsviri
sənətdə ornamentlərə, arabeskalara üstünlük verilir, bu əsərlərdə həndəsi fiqurlar
və stilləşdirilmiş bitkilər təsvir olunur. Müsəlman ölkələrində xalçaçılıq dekorativ-
tətbiqi sənətin başlıca növlərindən birinə çevrilir. Xalçanın üzərində simvolik
mənası olan naxışlara geniş yer verilir. Memarlığı isə müsəlmanlar əsasən
Bizansdan əxz etmişdilər və bu sənətə mükəmməl yiyələnərək Yaxın Şərqdə,
həmçinin xüsusən İspaniyada və Yəməndə gözəl memarlıq inciləri yaratmağa
müvəffəq olmuşdular.
İslam dini yüz milyonlarla insanın şüuruna daxil olmuş, bu və ya digər
dərəcədə onların həyat tərzinə öz təsirini göstərmişdir. Dünyada indi 1,5 milyard
müsəlman vardır. İslam dininin çoxtərəfli təsirini biz bugünkü dünyanın həm siyasi
həm də coğrafi xəritəsində aydın görə bilərik. Onların necə qiymətləndirilməsindən
asılı olmayaraq, təkcə mövcudluğu və nəticələri bu dinin fəaliyyət miqyası
haqqında çox şey deyir. İslam dini uzun əsrlər boyu böyük əraziləri və milyonların
ruhunu fəth etməsəydi belə, erkən orta əsrlər Şərqində böyük mənəvi əhəmiyyəti
olan siyasi və ictimai hadisə kimi yadda qalardı. Axı bu din yarananda şüurlarda
inqilabi bir dönüş əmələ gətirmişdi. Bu dönüşün yol göstərəni, Qütb ulduzu isə
Məhəmməd idi və onun şəxsiyyəti və irsi dövrlər dəyişsə də, insanlar başqalaşsa
da, üzünü ona tərəf tutanların heç birindən öz nurunu əsirgəmir.
Dostları ilə paylaş: |