Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   80   81   82   83   84   85   86   87   ...   120

 
251 
Əməvi,  Abbasi  və  Fatimi  xəlifəliklərinin  dövründə  dövlətin  idarə  olunmasında, 
elmdə  və  mədəniyyətdə  böyük  rol  oynamışdılar.  Orta  əsrlər  dövründə  əhl  əz-
zimməyə  mənsub  olan  alimlər  fəlsəfənin,  təbabətin,  dəqiq  elmlərin  inkişafında 
xüsusi  rol  oynamışdılar.  Buna  misal  kimi  Misir  sultanı  Səlahəddinin  sarayında 
həkimlik  etmiş,  əvvəllər  isə  vətəni  Kordobada  yaşamış  böyük  yəhudi  alimi 
Maymonidi (1135-1204-cü illər) göstərmək olar. 
Əhl əl-kitab heç də hökmən islam dininə keçirilməli deyildi, onlar müsəlman 
dövlətində  yaşayıb  onun  himayəsindən  istifadə  edə  bilərdi.  Əlbəttə,  yuxarıdakı 
məhdudiyyətlərə görə əhl əz-zimmə özünü “ikinci sort” vətəndaş və ya təbəə kimi 
hiss edirdi və bu müəyyən dərəcədə bütöv əsrlər ərzində xristianları müsəlmanlığa 
keçməyə həvəsləndirirdi. İslam əhalinin digər dinlərə sitayiş edən hissəsini kütləvi 
surətdə öz inamına keçirməyə isə səy göstərmirdi. Osmanlı imperiyasında Bosniya 
və  Dağlıq  Albaniya  istisna  olmaqla  müsəlman  dininə  kütləvi  keçid  faktları  baş 
verməmişdi.  İslamın  digər  dinlərə  qarşı  dözümsüzlüyü  birinci  növbədə 
bütpərəstliyə  qarşı,  Persiya  ərazisində  isə  zoroastrizmin  səcdəgahlarına  qarşı 
amansız mübarizədə özünü göstərirdi. Zoroastrizm məbədləri dağıdılırdı. 
Əhl əz-zimmədən olan adamların saray xidmətinə cəlb olunmasına isə 750-
ci  ildən  hakimiyyətə  gəlmiş  və  paytaxtı  Dəməşqdən  Bağdada  keçirmiş  Abbasilər 
sülaləsinə məxsus olan xəlifələrin inkişafla müşayiət olunan iki əsrlik hökmranlığı 
dövründə  xüsusilə  genişləndi.  Bu  dövrdə  xəlifəlikdə  elmin  və  maarifin  inkişafına 
ciddi  fikir  verilirdi.  Qədim  yunan  fəlsəfəsi  öyrənilib  onun  müddəalarından  islam 
dininin  etik  əsaslarını  formalaşdırmaq  üçün  geniş  istifadə  edilirdi.  İslam  dininin 
mühüm  cəhətləri  fəlsəfi  tədqiqatlara  və  araşdırılmalara  məruz  qoyulmaqla  xeyli 
zənginləşdirdi, onun postulatlarının elmi cəhətdən əsaslandırılmasına xüsusi qayğı 
göstərilirdi.  Ərəb  islam  dünyası  orta  əsrlərdə  unudulmuş  antik  fəlsəfənin 
öyrənilməsində  xüsusi  proqressiv  rol  oynadı  və  hətta  qədim  yunan  filosofları 
Platon  və  Aristotel  ərəblər  tərəfindən  özününküləşdirilərək  Əflatun  və  Ərəstun 
adlanmağa başladı. Dəqiq elmlər, xüsusən cəbr sürətlə inkişaf edirdi. Ərəblər elmin 
inkişafına  böyük  xidmət  göstərən  öz  tədqiqatlarını  müsəlman  İspaniyasına 
ötürürdülər,  buradan  isə  ərəblərin  intibaha  məruz  qoyduqları  antik  elm  və  fəlsəfə 


 
252 
də,  digər  elmi  nailiyyətlərlə  yanaşı  Avropaya  keçməyə  başladı  və  Renessansın 
meydana gəlməsinə yol açdı. 
Abbasilərin  dövründə  maarif  də  sürətlə  inkişaf  edirdi.  Qərb  tarixçilərinin 
tədqiqatı  göstərir  ki,  X  əsrdə  xəlifəliyin  ərazisində  kişi  cinsindən  olanlar  arasında 
savadlılar  əhalinin  iyirmi  faizini  təşkil  edirdisə,  Avropada  bu  göstərici  bir  faizə 
bərabər  idi.  Abbasi  xəlifələri  dövlət  və  inzibatçılıq  işlərinə  digər  dinə  mənsub 
olanları geniş cəlb edirdilər. Bu dövrdə adamlar hansısa zümrəyə və klana məxsus 
olduğuna  görə  deyil,  yalnız  əsasən  biliyinə,  bacarığına,  qabiliyyətinə  görə 
vəzifələrə irəli çəkilirdi. Deməli, meritokratiya prinsipləri həyata keçirilirdi. Yaxşı 
inzibatçılıq  ənənələri  isə  peyğəmbərin  özündən  qalmışdı.  Məhəmmədin  Mədinə 
ictimai həyatına başçılıq etdiyi illər ərzində şəhər sürətlə inkişaf etməyə başladı, bu 
sosial  və  iqtisadi  tərəqqidə  şəhərin  həm  də  dünyəvi  başçısı  missiyasını  yerinə 
yetirən Məhəmmədin xidmətlərini azaltmaq ədalətsizlik olardı. 
Hər  bir  müsəlman  bu  dinin  əsaslarını  və  dindarların  beş  başlıca  vəzifəsini 
bilir.  Bu  vəzifələr  əslində  islamın  “beş  dayağını”  təşkil  edir.  Bunlardan  birincisi 
Allahın  bir  ilahi  qüvvə  və  Məhəmmədin  onun  peyğəmbəri  və  ya  elçisi  olduğuna 
inamdır. Bu inam isə göylərdən nazil olmuş Qurana əsaslanır. Quran Məhəmməd 
peyğəmbərə  göndərilmiş  “ilahi  vəhylərin”  toplumudur.  Quran  sözü  “oxunan, 
tələffüz  edilən”  mənasını  verir,  başqa  sözlə  Məhəmmədə  deyilənləri  o,  təkrar 
etmişdir.  Bəzən  Quranın  özünün  mətnində  o  zikr  (xəbərdarlıq,  xatırlatma)  adı 
altında da ifadə olunur. 
Quran  surə  adlanan  114  fəsildən  ibarətdir.  “Fatihə”  (1-ci  surə)  istisna 
olmaqla  digər  surələrin  uzunluğu  getdikcə  azalmaq  qaydasındadır.  Surələr  bir-
birindən “bismillahirrəhmanirrəhim!” sözləri ilə ayrılır, bu kəlmə təkcə 9-cu surədə 
işlənmir, bu da onunla əlaqədardır ki, həmin surə əvvəllər 8-ci surə ilə birləşmişdi. 
Öz növbəsində hər surə ayələrə bölünür. Ayə kəlmə və ya kəlmənin bir hissəsidir. 
Belə  ki,  “Fatihə”  bu  ayələrdən  başlayır  (1)  “Həmd  [şükr  və  tərif]  olsun  Allaha  – 
aləmlərin  Rəbbinə,  (2)  [Bu  dünyada  hamıya]  rəhmli,  [axirətdə  isə  ancaq 
möminlərə]  mərhəmətli  olana”  və  s.  Quranın  böyük  hissəsi  qafiyəli  nəsrlə 
yazılmışdır,  belə  ki,  bir  neçə  ayə  eyni  qafiyə  ilə  qurtarır.  Məhəmməd  ilk  vəhyi 


 
253 
ramazan ayında aldığına görə ramazan ayı Quranın “Əl-Bəqərə” surəsində oruc ayı 
kimi  müəyyən  edilmişdir:  “[Oruc  tutmaq]  sayı  müəyyən  olan  [bir  ay]  günlərdir” 
(184-cü  ayə).  Lakin  Quranın  hamısı  peyğəmbərə  birdən  deyil,  hissələrlə,  əvvəlcə 
Məkkədə,  sonra  isə  Mədinədə  verildi.  Məkkə  surələri  birinci,  ikinci,  üçüncü 
dövrlərə  bölünməklə  Mədinə  surələrindən  məzmun,  üslub,  dil  xüsusiyyətlərinə 
görə fərqlənir. İlk Məkkə dövrünün surələri ədəbi nöqteyi-nəzərdən mükəmməldir, 
yüksəkdir və emosional gücə malikdir. İkinci dövrün surələri sakitdir, bu surələrdə 
başlıca  yeri  təkallahlıq  moizələri  tutur.  Üçüncü  dövr  surələrində  peyğəmbərlər 
haqqında çoxlu əhvalatlar vardır, burada Allah əsasən Rəhman (mərhəmətli) adı ilə 
adlanır. Mədinə surələri çoxlu sitayiş, hüquqi və etik göstərişlərdən ibarətdir.  
Bütünlükdə  Quran  sitayiş,  etik,  hüquqi,  təsərrüfat  xarakterli  göstərişlər, 
qaydalar,  qadağalar,  məsləhətlərdən  ibarət  olduğuna  görə  onun  birmənalı  başa 
düşülməsi  və  qəbul  edilməsi  üçün  təfsir  ənənəsini  yaratmaq  lazım  gəldi.  Təfsir 
Quran mətninin izah edilməsi məqsədini güdür. 
Müsəlmanın  ikinci  vəzifəsi  namazdır  (səlyətdir).  Gündə  beş  dəfə  təkrar 
olunan  namazı  evdə,  məsciddə,  çöldə  qılmaq  olar.  Namazdan  əvvəl  mərasim 
yuyunması baş verir. Cümə namazı ümumi ibadət hesab olunur, həmin gün dindar 
müsəlmanlar  kollektiv  namazda  iştirak  etmək  üçün  məscidə  gəlməlidir.  Cümə 
namazı  moizə  ilə  müşayiət  olunur.  Məhz  cümə  namazı  vaxtı  kütlələrin  əhval-
ruhiyyəsinə təsir etmək imkanı yaranır. 
Məscid  müsəlmanların  namaz  yeri  olmaqla  yanaşı,  burada  dindarlar  dini 
moizələrə  qulaq  asır  və  disputlarda  iştirak  edirlər.  Məsciddəki  mehrab  Qibləni  -
Məkkə Kəbəsinin istiqamətini göstərir. Namaz qılan müsəlmanlar üzlərini məhz bu 
istiqamətdə  tuturlar.  Hər  bir  məscidin  bir  və  bir  neçə  minarəsi  olur  ki,  bu 
qüllələrdən müsəlmanlar gündə beş dəfə namaz qılmağa çağırılırlar. 
Müsəlmanın  üçüncü  ritual  vəzifəsi  orucdur  (saumdur).  Oruc  vaxtı  adamlar 
yeməkdən,  içməkdən  və  əyləncələrdən  imtina  edirlər.  Bütün  oruc  tutulan  dövrdə 
adamlar  özlərini  Allaha  həsr  etməli,  namazla,  Quranı  və  dini  əsərləri  oxumaqla, 
xoş  düşüncələrlə  məşğul  olmalıdırlar.  Ramazan  ayında  xəstə  və  səyahət  edənlər 
istisna olmaqla, bütün dindarlar hökmən oruc tutmalıdır. Ramazan ayının sonunda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə