Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   79   80   81   82   83   84   85   86   ...   120

 
248 
müsəlmanlara  deyil,  bu  inamın  yaradıcısına  da  tam  əks  münasibət  bəsləyirdilər. 
Təkcə  din  xadimlərinin  moizələrində  deyil,  hətta  Avropanın  ən  məşhur 
yazıçılarının əsərlərində islamın banisi hər cür təhqirlərə məruz qalırdı, onu “saxta 
peyğəmbər”, qiyamçı kimi qələmə verirdilər. Deyəsən bu məsələdə onlar İudeyada 
bədbəxt  İisus  Xristin  başına  gətirilənləri  və  uydurulmuş  ittihamları  ya  bütünlüklə 
unutmuşdular  və  ya  da  onu  bir  qədər  dəyişərək,  ağılsızcasına  indi  Məhəmməd 
peyğəmbərə  şamil  edirdilər.  Dini  nifrət  korluğu  görkəmli  ədiblərin  yaradıcılığına 
da  öz  təsirini  göstərirdi.  Dantenin  “İlahi  komediyası”nda  guya  ədavət  və  nifaq 
saldıqlarına  görə  cəhənnəmin  səkkizinci  dövrəsinin  doqquzuncu  xəndəyində 
eybəcər  hala  salınmış  Məhəmməd  və  Əli  təsvir  olunur.  Volter  özünün 
“Məhəmməd”  pyesində  peyğəmbəri  dinc  həyatın  sakitliyini  pozan  bir  qiyamçı 
kimi,  onun  düşməni  Əbu  Süfyanı  isə  başqa  ad  (Zopir)  altında  bu  cəhalətə  qarşı, 
şəhərdə iğtişaş yaradanlara qarşı Məkkənin mübariz şərifi və ya şeyxi kimi təsvir 
edir.  Xristianların  “dinsiz”  elan  etdikləri  adamların  mənsub  olduğu  din  isə  yer 
üzündə öz qalibiyyətli yürüşünü davam etdirdi, bu yürüşlər öz məqsədi kimi artıq 
son  dövrlərdə  əraziləri  deyil,  insan  könüllərini  fəth  etməyi  özünə  məqsəd 
seçmişdir.  İndi  Avropada  və  Şimali  Amerikada  islam  dinini  qəbul  edənlərin  sayı 
getdikcə  artır.  İndi  dünya,  islam  dininə  bəşəriyyətin  mədəni  və  mənəvi 
xəzinələrindən  biri  kimi  baxır.  Bu  dinə  və  onun  tarixinə  yuxarıdan  aşağı  baxmaq 
və istehza edilməsi kimi ağılsız hallara son qoyulmuşdur. Lakin islam dininin bəzi 
nümayəndələri  də  bu  dini  cəhalət  və  mövhumatla  əvəz  etməklə,  bu  dünya 
inamlarından  birinə  əslində  “ayı  qulluğu”  göstərirlər.  İslam  fundamentalizmi 
müasir  dünya  üçün  geniş  istifadə  edilən  qüdrətli  qorxu  mənbəyinə  çevrilmişdir. 
Bəzi  teokratik  dövlətlər  də  bu  cəhalətin  möhkəmləndirilməsi  üçün  özlərini  bütün 
dünyanın  inkişafından  ayırmaq,  təcrid  etmək  və  proqress  prosesindən  kənarda 
qalmış  ada  kimi  göstərmək  istəyirlər.  Müsəlman  ölkələrində  siyasi  mübarizə 
ənənələri inkişaf etdirilmədiyindən və ya ümumən mövcud olmadığından, burada 
müxalifət çox vaxt özünü terror qismində büruzə verir. Bütün dünya demokratiya 
prinsiplərini və insan haqlarına hörməti hərtərəfli tətbiq etməyə keçdiyi bir vaxtda, 
müsəlman  dövlətlərinin  bir  çoxunda  monarxiya  quruluşları  özünün  arxaik  və 


 
249 
eybəcər  formasında  qalmaqda  davam  edir.  Bəzi  ölkələrdə  teokratik  dövlət 
quruluşları saxta din bayrağı altında XXI əsrin başlanğıcından, dinin yarandığı və 
hətta  ondan  əvvəlki  cəhalət  dövrünə  qayıtmaq  yolunu  tuturlar  və  ya  bəşəriyyətin 
son  on  dörd  əsrdə  keçdiyi  inkişaf  və  təkamül  tarixinin  üstündən  xətt  çəkib  dinə 
qayıdış  pərdəsinə  bürünüb  öz  ölkələrinə  biabırçı  reqress  bəxş  etməyə  üstünlük 
verirlər. Onlar özlərini uzaq orta əsrlərin başlanğıcından bizim dövrümüzə atılmış 
meteorit hiss etməklə dünyada baş verənlərin hamısını birdən dayandırıb, arxaizmi 
daşlaşdırmaq yolunu seçirlər. Belələri əslində həm öz xalqına, həm də bütünlükdə 
islam  dininə  və  islam  dünyasına  ölçüyə  sığmayan  zərbə  vururlar.  Qərb  və  Şərq 
ayrı-seçkiliyini  dərinləşdirmək  üçün,  iki  dünya  arasında  dostluq  və  əməkdaşlığı 
möhkəmləndirmək  əvəzinə  onları  getdikcə  daha  da  böyük  məsafəyə  ayırmaq 
tərəfdarı olanlar isə, bir göydən düşmə imkan kimi bu şəraitdən faydalanmaq üçün 
istifadə  edirlər.  Bütün  bu  eybəcərliklərə  baxmayaraq  dünya  birliyə,  vahidləşməyə 
doğru irəliləyir. Dinlər də dünyanı parçalamaq, bəşəriyyətə qanlı müharibələr bəxş 
etmək  şüurundan  bütünlüklə  uzaqlaşıb,  dini  dözümlülük  və  sülhü  təbliğ  etmək 
fəaliyyətinə keçməklə, müasir insanların könül və şüurlarına daha yaxından nüfuz 
etmək imkanı əldə edirlər. 
Xristian  dinindən  fərqli  olaraq  İslam  bir  sıra  istisnalara  baxmayaraq 
təkallahlı,  monoteist  dinlərin  hamısına  olduğu  kimi,  ona  təkcə  silahlı  müdaxilə 
şəklində  deyil,  həm  də  insani  münasibətdə  səlib  yürüşü  elan  etmiş  bu  dinin 
daşıyıcılarına,  nümayəndələrinə  əsasən,  tam  miqyasda  olmasa  da,  ümumən 
dözümlülük  və  iqtisadi  və  ictimai  həyatda  əməkdaşlıq  meylləri  nümayiş  etdirirdi. 
Qərb  tarixçilərinin  özü  Osmanlı  imperiyasındakı  vəziyyəti  tədqiq  edərək  belə 
qənaətə  gəlmişdilər  ki,  bu  imperiyanın  sultanının  həm  də  müsəlman  dünyasının 
xəlifəsi  titulunu  daşıdığı  bir  dövrdə,  1572-ci  ildəki  Müqəddəs  Varfolomey  gecəsi 
qırğınından  sonra  Fransada  hüqenotlara  münasibət  Türkiyədə  qeyri-müsəlman 
əhaliyə bəslənilən münasibətdən qat-qat pis idi. Hüqenotlar amansız təqiblərə görə 
öz doğma yurdlarını tərk edib başqa ölkələrə qaçdıqları halda, Osmanlı imperiyası 
XVI–XVIII  əsrlərdə  belə  biabırçı  hallarla  üzləşməmişdi.  Əksinə  İspaniyada 
inkvizisiya  təqiblərindən  və  qırğınlardan  qaçan  yəhudilər  Türkiyədə  sığınacaq 


 
250 
tapmışdı, xristian rahibləri isə Kappodokiyadakı dağlarda öz əlləri ilə düzəltdikləri 
süni  mağaralarda  tikdikləri  evlərində  və  kilsələrində  sakit  və  aramlı  həyat  sürür, 
maneəsiz olaraq dini ibadətlərini icra edirdilər. 
Müsəlmanlar Allahın bir olduğunu etiraf və qəbul edən dinlərə mənsub olan 
adamlara, heç də digər dinsizlərə olduğu kimi münasibət bəsləmirlər. Quranın “Əl-
İxlas” surəsində Allah haqqında deyilir: “O, nə doğmuş, nə də doğulmuşdur. Onun 
heç  bir  tayı-bərabəri,  bənzəri  də  yoxdur”  (3-4-cü  ayələr).  Bu  sözlərdə  həm  də 
bütpərəstliyə  münasibət  ifadə  olunur.  Ona  görə  də  bütpərəstliyə  düşmən  kəsilən 
islam  iudeylərə  və  xristianlara  məhz  təkallahlı  olduqlarına  görə  tam  fərqli 
münasibət  bəsləyir.  Müsəlmanlar  onları  “əhl  əl-kitab”  adlandırırlar,  “kitab” 
mənasında  isə  Qurandan  əvvəl  mövcud  olmuş  iudaistlərin  və  xristianların  dini 
kitabları – Bibliyanı (“Köhnə vəsiyyəti”) və “İncil”i nəzərdə tuturlar. Qurana görə 
bu dinin daşıyıcıları da müsəlmanların səcdə qıldıqları allaha sitayiş edirlər. Həmin 
allah  öz  elçilərini  –  Moiseyi  (Musanı)  və  İisusu  (İsanı)  göndərmişdir  ki,  onlara 
Allahın  sözünü  çatdırsın.  Lakin  insanlar  bu  sözləri  təhrif  etdilər  və  onlara 
öyrədilənləri  yaddan  çıxardılar.  Ona  görə  də  Allah  özünün  sonuncu  peyğəmbəri 
olan  Məhəmmədi  öz  ilahi  sözü  olan  Quranla  göndərmişdi.  Orta  əsrlərin  ərəb-
müsəlman  dövlətində  kitab  əhli  həm  də  “əhl  əz-zimmə”  adlandırılmaqla  əhalinin 
ayrıca  təbəqəsini  təşkil  edirdi.  Əhl  əz-zimmə  bir  qədər  geniş  anlayış  idi,  çünki 
buraya  kitab  əhli  olan  xristianlardan  və  iudeylərdən  başqa,  öz  dinlərinə  sitayiş 
etməyə  icazə  verilmiş  sabilər  və  zoroastrlar  da  daxil  idi.  Onların  həyatına, 
azadlığına və əmlak toxunmazlığına təminat verilirdi. Bunlara görə əhl əz-zimmə  
xüsusi  can  vergisi  ödəməli  idi,  bu  cizyə  adlanırdı.  Bundan  əlavə  onlar  torpaq 
vergisi  –  xərac  ödəyirdilər.  Lakin  bütpərəstlər  və  çoxallahlılar  belə  hüquqlardan, 
yuxarıda göstərilən himayədarlıqdan xali idilər. Əhl əz-zimmə öz hüquqlarına görə 
hüquqsuz  bütpərəstlərdən  bütünlüklə  fərqləndiyi  kimi,  müsəlmanlara  xeyli  yaxın 
idi. Onlar öz dini icmalarının qaydalarına tabe idi. Müsəlmanlardan onları xüsusi 
geyim  və  baş  geyimi  fərqləndirirdi,  onlar  at  üstündə  gəzə  bilməz,  silah  daşıya 
bilməzdilər. Ərəbistanda at belində gəzmək də yəqin ki, o dövrdə atların azlığından 
xüsusi  bir  imtiyaz  hesab  olunurdu.  Lakin  bunlara  baxmayaraq  əhl  əz-zimmələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə