Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   77   78   79   80   81   82   83   84   ...   120

 
242 
Mənim  sizə  sonuncu  vəsiyyətim  ondan  ibarət  olacaqdır  ki,  siz  birliyinizi 
qoruyasınız,  bir-birinizi  sevəsiniz,  hörmət  edəsiniz  və  müdafiə  edəsiniz;  siz  bir-
birinizə  inamda  və  dəyişməməkdə,  xeyirxah  işləri  görməkdə  nümunə  olasınız. 
Yalnız bununla adamlar xoşbəxt olur, qalan hər şey məhvə aparır”. 
Öz  vəsiyyətini  qurtardıqdan  sonra  o,  dedi:  “Mən  yalnız  sizdən  qabaq 
öləcəyəm, siz isə mənim arxamca gələcəksiniz. Ölüm sizin hamınızı gözləyir. Ona 
görə  də  qoy  heç  kəs  ölümü  məndən  uzaqlaşdırmağa  çalışmasın.  Mənim  həyatım 
sizin  xeyrinizə  idi,  mənin  ölümüm  də  belə  olacaqdır”.  Bu  onun  xalqa  dediyi  son 
sözlər idi. Əli və Abbas onu yenidən Ayişənin evinə apardı. 
Bundan  sonra bir  gün  onun  vəziyyəti  o  qədər  yaxşılaşdı  ki,  Əli,  Əbu  Bəkr, 
Ömər  və  digərləri  həmişə  onun  yanında  qaldıqları  halda,  işləri  ilə  məşğul  olmaq 
üçün  öz  evlərinə  dağılışdılar.  Onunla  bircə  Ayişə  qaldı.  Lakin  bu  yüngülləşmə 
aldadıcı idi. Əzablar iki qat artıq qüvvə ilə başladı. Ölümün yaxınlaşdığını görən 
Məhəmməd özünün bütün qullarına azadlıq verilməsinə, evində olan bütün pulların 
kasıblara paylanmasına göstəriş verdi. Sonra isə gözlərini göyə dikib bərkdən dedi: 
“Allah! Məni ölüm mübarizəsində tək qoyma!” 
Bu  vaxt  Ayişə  atasının  və  Hafsanın  arxasınca  adam  göndərməyə  tələsdi. 
Məhəmmədlə  tək  qalıb  onun  başını  öz  dizi  üstünə  qoymuşdu,  onun  ölüm 
iztirablarını  azaltmağa  çalışırdı.  Tez-tez  əlini  suya  salıb  xəstənin  üzünə  çiləyirdi. 
Nəhayət,  Məhəmməd  gözünü  yuxarı  dikib  bir  qədər  hərəkətsiz  baxdı  və  tutulan 
səslə  bərkdən  dedi:  “Ey  Allah!  Qoy  belə  olsun,  cənnətdə,  məşhur  sakinlərin 
arasında!” 
Ayişə sonralar onun ölümü haqqında danışaraq demişdi: “Onda mən bildim 
ki, onun son dəqiqəsi gəlib çatmışdır və o, yüksək həyatı seçdi”. 
Bir  neçə  dəqiqədən  sonra  onun  əli  soyudu  və  həyatı  söndü.  Ayişə  onun 
başını  yastığın  üstünə  qoydu,  öz  başına,  döşünə  döyüb,  şivən  çəkməyə  başladı. 
Onun  qışqırtısına  Məhəmmədin  başqa  arvadları  da  gəldi  və  fəryad  səsi  bütün 
şəhərə acı xəbəri yaydı. Xalqı dəhşət bürümüşdü, elə bil ki, böyük bir möcüzə baş 
vermişdi. Bütün işlər kənara atılmışdı. Öz düşərgəsini yığışdıran qoşuna dayanmaq 


 
243 
əmri  verilmişdi  və  yürüşə  irəliləməyə  hazır  olan  Üsamə  öz  atını  Mədinənin 
qapısına tərəf döndərdi və öz bayrağını peyğəmbərin qapısı yanında sancdı. 
Xalq onun cəsədinə baxmağa yığılmışdı. Mərhumun evində də təşviş hakim 
kəsilmişdi. Heç kəs öz gözlərinə inanmaq istəmirdi. Çoxları soruşurdu ki, “o necə 
ölə  bilər?  Məgər  o,  Allah  qarşısında  bizə  zamin  olan  deyilmi?  Axı  o,  necə  ölə 
bilər?  Ola  bilməz,  onun  yəqin  ki,  ürəyi  getmişdir  və  İsa  və  digər  peyğəmbərlər 
kimi göyə yüksəlmişdir”. 
Evin qarşısında camaat artırdı və bərkdən qışqırırdılar ki, onun cəsədini dəfn 
etmək  olmaz.  Bu  vaxt  xəbəri  yenicə  almış  Ömər  gəlib  çıxdı.  O,  qılıncını  çıxarıb 
kütlənin  arasından  keçərək  peyğəmbərin  öldüyünü  təsdiq  edən  hər  kəsin  qolunu, 
qıçını  vurub  kəsməyə  hazır  olduğunu  deyirdi.  O,  dedi:  “O,  yalnız  İmranın 
(Amramın)  oğlu  Musa  kimi  bir  müddətə  uzaqlaşmışdır,  qırx  günlüyə  dağa 
çıxmışdır. O da qayıdacaqdır!” 
Şəhərin uzaq guşəsində olan Əbu Bəkr bu vaxt gəlib çıxdı, xalqı və Öməri 
sakitləşdirdi. O, otağa girib örtüyü qaldırdı, Məhəmmədin solğun üzünü öpüb dedi: 
“Sən mənə ata və ana idin! Sən ölü kimi də gözəlsən, həyat ətri səndən gəlir! İndi 
sən  əbədi  xoşbəxtlikdə  yaşayırsan  və  bir  daha  Allah  səni  ikinci  ölümə  məruz 
qoymayacaqdır!”  Sonra  o,  örtüyü  salıb  otaqdan  çıxdı  ki,  Öməri  sakitləşdirsin. 
Lakin  özünün  təskinliklərinin  faydasız  olduğunu  görüb  camaata  müraciət  etdi: 
“Bəli, əgər siz təkcə Məhəmmədə sitayiş edirsinizsə, Məhəmməd ölmüşdür. Ancaq 
əgər  siz  Allaha  sitayiş  edirsinizsə,  Allah  ölə  bilməz.  Məhəmməd  yalnız  Allahın 
peyğəmbəri idi və onun başına, ona qədər olan apostolların və müqəddəs kişilərin 
başına gələnlər gəldi. Allahın özü Quranda demişdir ki, Məhəmməd onun elçisidir 
və  ölümə  məhkumdur.  Yaxşı  necə  olsun?  Məgər  siz  o,  ölmüşdür  deyə,  onu 
saxlayıb, onun təlimini atacaqsınız? Yada salın ki, sizin dönüklüyünüzdən Allaha 
ziyan  dəyməyəcəkdir,  yalnız  siz  özünüz  əbədi  məhkumluğa  çatacaqsınız.  O  vaxt 
Allahın mərhəməti ona sadiq olanlara çatacaqdır”. Xalq göz yaşları və hönkürtü ilə 
Əbu Bəkrə qulaq asırdı və onu eşitdiklərinə görə təşviş sakitləşdi. Hətta Ömər də 
onu anladı, lakin dərdi sönmürdü, o, özünü yerə çırpdı və ona rəhbər və dost olan 
Məhəmmədə görə hönkürtü ilə ağlamağa başladı. 


 
244 
Bəzi islam tarixçiləri israr edirlər ki, Məhəmməd özünün anadan olduğu eyni 
gündə  də  həyatla  vidalaşdı.  Bu  hadisə  Hicrətin  on  birinci  ilində  və  xristian 
təqviminin 632-ci ilində baş verdi. Cəsədi yuyub, ətirli maddələrlə silib, üç örtüyə 
bürüdülər.  Onlardan  ikisi  ağ  rəngdə  idi,  üçüncüsü  isə  zolaqlı  Yəmən  parçası  idi. 
Cəsədə əmbər, müşk və digər ətirli maddələr hopdurduqdan sonra xalqın qarşısına 
qoyub,  yetmiş  iki  ibadət  keçirdilər.  Meyit  yalnız  üç  gün  dəfn  olunmamış  qaldı. 
Ölüm əlamətləri aydın görünəndə, dəfn mərasiminə başladılar. Bu vaxt harada dəfn 
etmək  məsələsi  üstündə  mübahisə  başlandı.  Mühacirlər  və  ya  Məkkə  şagirdləri 
peyğəmbərin  doğum  yeri  kimi  öz  şəhərlərini  təklif  edirdilər.  Ənsarlar  Mədinəni 
təklif edirdilər, çünki bu şəhərdə o, sığınacaq tapmışdı və öz ömrünün son on ilini 
burada  keçirmişdi.  Üçüncülər  isə  onun  cəsədini  peyğəmbərlərin  dəfn  edildiyi 
Yerusəlimə aparmağı təklif etdilər. Sözü daim daha nüfuzlu hesab edilən Əbu Bəkr 
elan etdi ki, Məhəmmədin iradəsi aydındı. Çünki peyğəmbər öldüyü yerdə də dəfn 
edilməlidir.  Bu  da  sözün  hərfi  mənasında  icra  edildi.  Ayişənin  evində, 
Məhəmmədin  son  nəfəsini  verdiyi  yatağın  altında  qəbri  qazdılar.  Sonralar  bu 
qəbirin  yanında  onun  dostları  və  xəlifə  kimi  varisləri  Əbu  Bəkrin  və  Ömərin 
qəbirləri meydana gəldi. Zəvvarların səcdə obyekti olan bu yer Hicrət adlandı. Bir 
qayda  olaraq  Məkkəyə  həcc  ziyarəti  edənlər  Mədinədə  peyğəmbərin  qəbrinə  öz 
ehtiramlarını bildirirlər. 
Məhəmmədin şəxsi keyfiyyətlərinə gəldikdə o, heç şübhəsiz, qeyri-adi zəka 
qabiliyyətinə  malik  idi.  O,  hər  şeyi  çox  tez  dərk  etməsi,  güclü  yaddaşı  və  canlı 
təxəyyülü ilə seçilirdi. Təbiət onu dahilik xüsusiyyətləri ilə mükafatlandıranda heç 
bir xəsisliyə yol verməmişdi. Onun düşüncələri uğurlarından yaranırdı, uğurları isə 
düşüncələrindən  meydana  gəlirdi.  Onda  güclü  müşahidə  qabiliyyəti  var  idi.  O, 
digər  dinlər  barədə  yaxşı  təsəvvürə  malik  idi.  O,  daim  pritçalarla  danışmağı 
sevirdi,  güclü  məntiqi  vardı.  Ümumiyyətlə  ərəblər  bəlağətli  danışmağı  sevirlər, 
belə  böyük  istedad  sahibi  isə  nitqini  ibrətamiz  hekayətlərlə  zənginləşdirirdi. 
Xüsusən ilhama gələndə onun nitqi çox zəngin olurdu. Onun musiqili, melodiyalı 
səsi  isə  bu  natiqlik  qabiliyyətinin  cazibədarlığını  artırırdı.  O,  özünə  qarşı  çox 
tələbkar  idi,  yeməkdə  özünü  daim  məhdudlaşdırırdı  və  oruca  ciddi  riayət  edirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə