Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   74   75   76   77   78   79   80   81   ...   120

 
233 
ürəkdən sevdiyi Ayişə ilə də barışdı. Lakin Mariyanı da öz yanında saxladı, çünki 
o,  füsunkar  gözəl  idi  və  onun  yeganə  oğlunun  anası  idi.  Hafsa  əhvalatı  “Əl-
Təhrim” surəsinin 3-5-ci ayələrində öz əksini tapmışdır. 
Yenə  ziyarətin  icra  edildiyi  müqəddəs  ay  gəlib  çatdı.  Məhəmmədin  başı 
işlərinə  qarışdığından  o,  Mədinəni  tərk  edə  bilməzdi.  Ona  görə  də  zəvvarlara 
başçılığa  Əbu  Bəkri  əmir  kimi  təyin  etdi.  Üç  yüz  zəvvarın  üstündə  Əbu  Bəkr 
Məkkəyə  yollandı,  qurban  kəsmək  üçün  iyirmi  dəvə  götürdü.  Bir  qədər  sonra 
Məhəmməd  öz  kürəkəni  və  sevimli  şagirdi  Əlini  çağırıb  özünün  ən  iti  qaçan  Əl-
Adu  dəvəsinə  oturtdu  və  tapşırdı  ki,  özünü  Məkkəyə  çatdırsın  və  orada  zəvvarlar 
kütləsi qarşısında Quranın indicə göylərdən aldığı yeni, vacib surəsini elan etsin. 
Əli  böyük  sədaqət  və  can-başla  bu  tapşırığı  yerinə  yetirdi.  O,  müqəddəs 
şəhərə böyük dini təntənənin ən qızğın vaxtında çatdı. Əbu Bəkr xalqa islam təlimi 
və  qaydaları  barədə  moizə  oxuyanda  Əli  Əl-Aqabə  təpəsinə  yığılmış  kütlə 
qarşısında dayanıb peyğəmbərin elçisi kimi mühüm vəhyi gətirdiyini dedi. Sonra o, 
Quranın  surəsini  oxudu.  Artıq  dinsizləri  nə  müqəddəs  aylar,  nə  müqəddəs  yerlər 
qoruya  bilməyəcəkdi.  Bu  aylar  keçdikdən  sonra  onlara  hücum  etməyə  icazə 
verilirdi. Dinsizlərlə bütün qan qohumluğu və dostluq əlaqələri kəsilməli idi. Bir il 
tamam  olduqdan  sonra  dinsizlərə  Məkkənin  müqəddəs  hədlərinə  və  Allahın 
məbədinə  ayaq  basmağa  icazə  verilməyəcəkdi.  Bu  qadağa  indiyə  qədər  qüvvədə 
qalmaqda davam edir. 
Məhəmmədin  belə  sərt  qərara  gəlməsi  Abdullah  ibn  Übbey  öləndən  sonra 
onun  mütləq  hakimiyyətə  yiyələnməsindən  irəli  gəlirdi.  Həmin  vaxtdan  ərəb 
tayfaları  ya  dini  qəbul  edir,  ya  da  işğal  edilirdilər.  Bu  qəti  zərbə  Məhəmməd 
dininin müstəsna ağalığını qoydu. Əbu Bəkr və Əli Mədinəyə qayıdanda Əbu Bəkr 
niyə  bu  vəhyin  çatdırılmasının  ona  tapşırılmamasından  narazılığını  bildirdi,  lakin 
onu sakitləşdirdilər ki, yeni vəhy ya peyğəmbərin özü, ya da ən yaxın ailə üzvləri 
tərəfindən elan olunmalıdır. 
Məhəmməd  öz  hisslərində  və  hərəkətlərində  getdikcə  daha  çox  hökmdara 
çevrilirdi.  Onun  ən  böyük  işğal  düşüncələri  də  dinini  yaymaq  istəyindən  irəli 
gəlirdi. O, sərkərdələrini ərəblərin əvvəllər getmədiyi yerlərə yürüşə göndərirdi ki, 


 
234 
bütləri  dağıtsınlar  və  bütpərəst  tayfaları  tabe  etsinlər.  Bir  dəfə  Əliyə  ciddi  bir  işi 
mühakimə  etməyi  tapşıranda  kürəkəni  bunu  başa  düşmədiyini  bildirmiş,  güman 
etmişdi  ki,  bu  işi  yaşca  böyük  və  ondan  ağıllı  adamlara  tapşırmaq  olardı. 
Məhəmməd bir əlini onun dodaqlarına, digərini isə döşünə qoyub hakim rütbəsi ilə 
necə davranmaq lazım olduğunu dedi: “Adamlar sənin yanına mühakimə olunmağa 
gələndə,  sən  heç  vaxt  digərini  dinləməmiş  birinin  xeyrinə  məsələni  həll  etmə”. 
Sonra  peyğəmbər  onun  əlinə  din  bayrağını  verdi,  başına  çalmanı  qoyub  onunla 
xudahafizləşdi. 
Lakin  bu  vaxt  hər  tərəfdən  yaxşı  xəbərlər  alan  Məhəmmədin  üstünü  bir 
bədbəxtlik  aldı.  Onun  sevimli  kənizi  Mariyadan  olan  oğlu  İbrahim,  onun  kişi 
cinsindən olan yeganə övladı on beş aylıq körpə ikən ölümcül xəstələndi və onun 
gözləri  qarşısında  öldü.  Məhəmməd  bütün  ümidini  ona  bağlamışdı  ki,  onun  adını 
nəslə verəcəkdir. Məhəmməd  dərd, kədər, qəm içərisində idi: “Ürəyim kədərlidir, 
gözlərimdən  yaş  axır,  səninlə  ayrıldım,  oğlum  mənim!  Mənim  dərdim  daha  ağır 
olardı,  əgər  mən  bilməsəydim  ki,  tezliklə  sənin  arxanca  yollanacağam.  Biz 
hamımız  Allahdanıq;  Ondan  gəldik  və  Onun  da  yanına  qayıtmalıyıq”.  Əbd  əl-
Rəhman  onu  gözü  yaşlı  görüb  soruşdu:  “Məgər  sən  ölülərə  görə  ağlamağa  bizə 
qadağan  etməmişdinmi?”  Peyğəmbər  cavab  verdi:  “Yox,  mən  sizə  fəryadı  və 
şivəni,  özü  üzünə  vurmağı  və  paltarı  cırmağı  qadağan  etmişdim.  Həmin  təlqinlər 
kələk  qismindəndir.  Dərddən  göz  yaşı  isə  ürəyə  məlhəmdir,  o  bizə  mərhəmətdən 
göndərilmişdir”. 
Məhəmməd  oğlunu  qəbrə  qədər  yola  saldı  və  kədər  anında  da  göstərdi  ki, 
heç vaxt dinin əsası onun yaddaşını tərk etmir. O, körpənin cəsədi qəbrə sallananda 
dedi:  “Oğlum  mənim!  Oğlum  mənim!  De  ki,  Allah  mənim  tanrımdır.  Allahın 
peyğəmbəri  mənə  ata  oldu,  islam  isə  mənim  dinim  idi”.  Bu  sözlərlə  o,  oğlunu 
mələklər qarşısında yola saldı. Elə bu vaxt günəş tutulması baş verdi və bu əlaməti 
İbrahimin ölümü ilə əlaqələndirmək istəyənlərin qaba yaltaqlığını rədd edib dedi: 
“Günəş  və Ay  Allahın möcüzələri  siyahısına daxildir,  onların vasitəsilə bəzən  öz 
iradəsini  öz  nökərlərinə  bildirir.  Onların  tutulmasında  hansısa  öləri  adamın  nə 
doğulması, nə də ölməsi ilə ümumilik təşkil edən heç bir şey yoxdur”. 


 
235 
İbrahimin ölümü  Məhəmmədə  ağır  zərbə oldu və onu  ölümə  yaxınlaşdırdı. 
O,  artıq  uzun  illər  davam  edən  gərginlikdən  taqətdən  düşmüşdü.  Xeybərdə  onun 
yeməyinə  qatılan  zəhər  bəzən  dəhşətli  ağrılarla  özünü  yada  salırdı  və  onu 
vaxtından  əvvəl  qocaltmışdı.  Onun  bədənində  xəstəliklər  əmələ  gəlmişdi  və  o, 
qalan  qüvvəsini  Məkkəyə  ziyarətə  sərf  etmək  istədi.  Bu  gələcək  nəsillər  üçün 
nümunə  rolunu  oynayacaqdı.  Onu  bu  səfərdə  gəcavələrdə  oturmuş  doqquz  arvadı 
müşayiət  edirdi.  O,  əlli  beş  minlik  zəvvarın  başında  gedirdi.  Onlar  böyük  sayda 
dəvə aparırdılar ki, orada qurban kəssinlər. 
Məhəmməd  əvvəlcə  şəhəri  tutmaq  üçün  gəldiyi  yüksəkliklərdən  şəhərə 
yaxınlaşırdı. İndiyədək Müqəddəs qapı adlanan Bəni Şeib qapısından şəhərə daxil 
oldu. Ondan bir neçə gün sonra Yəməndən bura tələsən Əli gəlib çıxdı və qurban 
üçün dəvə sürüsü gətirdi. 
Zəvvarlara  nümunə  rolu  oynamaq  üçün  Məhəmməd  bütün  ayinləri  ciddi 
surətdə icra etdi. Bu ayinlərin çoxu köhnədən qalmışdı, bir neçəsini isə özü əlavə 
etmişdi. Lakin peyğəmbər elə zəifləmişdi ki, özü yeriyə bilmirdi. Ona görə də onu 
dəvənin belinə oturdub, Kəbənin ətrafında dolandırdılar. Safa və Mərvə təpələrinin 
arasındakı məsafəni də o, dəvə üstündə qət etdi.  
Qurban  üçün  dəvələr  kəsilməyə  başlayanda  o,  öz  yaşının  sayı  qədər  –  63 
dəvə  kəsdi,  Əli  isə  özü  üçün  37  dəvə  kəsdi.  Məhəmməd  öz  başını  qırxdı,  sağ 
tərəfdən  başlayıb  solda  qurtardı.  Saçlarını  şagirdlərinə  payladı  ki,  müqəddəs  şey 
kimi saxlasınlar. Xalid onlardan birini sonralar çalmasında gəzdirirdi və deyirdi ki, 
bu ona döyüşdə fövqəltəbii güc verir. 
Məhəmməd  ömrün  qüruba  getdiyini  görüb  Məkkədə  son  dəfə  olmasından 
istifadə  edərək  öz  ardıcıllarının  ürəyində  və  ağlında  öz  təlimini  möhkəm  iz 
buraxması  üçün  çalışırdı.  Buna  görə  o,  ya  Kəbədə,  ya  da  açıq  havada,  dəvənin 
üstündən  öz  moizəsini  oxuyurdu:  “Mənim  sözlərimi  eşidin,  çünki  bilmirəm  ki, 
gələn il bir də burada görüşəcəyikmi. Ey mənim dinləyicilərim! Mən də sizin kimi 
ləng tərpənənəm. Ölüm mələyi istənilən an gəlib çıxa bilər və mən onun çağırışına 
tabe  olmalıyam”.  Doğrudan  da,  o,  özünün  yaxınlaşan  sonunu  gözləməklə  və 
ölümündən  sonra  öz  yaxın  adamları  və  qohumlarına,  xüsusən  öz  sevimlisi  Əlinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə