Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   70   71   72   73   74   75   76   77   ...   120

 
221 
həmçinin güzəştli şərtlərdən, onlara tabe olmaq barədəki təkliflərdən və hansısa bir 
müqavimətin lüzumsuzluğundan danışdı. Onun sözləri camaata o saatca təsir etdi. 
Ona  görə  də  şəhər  sakinlərinin  əksəriyyəti  peyğəmbərin  şəhərə  girməsinin  dinc 
tamaşaçıları olmağa hazırlaşdı. 
Məhəmməd şəhəri mülayimlik və mərhəmətlə götürmək istəyirdi, gücə tabe 
etdirmək istəmirdi. Əlbəttə, silahlı müqavimət göstərənlər qılıncdan keçiriləcəkdi. 
Lakin  qoşun  heç  bir  müqavimət  görmürdü.  Məhəmməd  öz  sevimli  dəvəsi  Əl-
Kasvanın  belində  gözətçi  alayı  başında  gedirdi.  Kütlə  onun  hərəkətini 
saxladığından  o,  yavaş-yavaş  gedirdi.  O,  Xacuna  dağına  gəlib  çatanda  Əli  dinin 
bayrağını  burada  qaldırdı.  Məhəmməd  üçün  Xədicənin  məzarına  yaxın  bir  yerdə 
çadır  quruldu.  Burada  o,  dəvədən  düşüb  öz  yol  paltarını  soyundu  və  başına  qara 
çalma  qoydu  və  zəvvar  paltarını  geyindi.  Vadiyə  göz  dikəndə  o,  qılıncların  və 
nizələrin parıltısını gördü. Xalid sol cinahı aparırdı və orada qızğın savaş gedirdi. 
Xalidin  yenicə  dini  qəbul  etmiş  ərəb  tayfalarından  düzəldilmiş  dəstəsi 
Qüreyşlilərin  onlara  atdığı  ox  buludundan  hiddətlənib  qılınc  və  nizə  ilə  kütlənin 
içərisinə  soxulmuşdu.  Düşmən  qaçmağa  başladı  və  şəhərə  cumdu.  Yalnız 
Məhəmmədin göstərişləri şəhəri ümumi qırğından xilas edə bildi. Qan tökülməsini 
dayandırmağa  müvəffəq  olanda  peyğəmbər  dağdan  aşağı  endi  və  öz  dəvəsinin 
üstündə  şəhərin  qapısına  yanaşdı.  Onun  sağ  tərəfində  Əbu  Bəkr,  onun  arxasınca 
Zeydin oğlu Üsamə gedirdi. O, öz şəhərinə qalib şərəfi, lakin zəvvar paltarında və 
zəvvar  itaətkarlığı  ilə  daxil  olurdu.  Şəhərə  daxil  olarkən  o,  Quranın  surələrini 
təkrar  edirdi.  Dəvənin  üstündən  düşmədən  o,  birbaşa  Kəbəyə  yollandı.  Orada  o, 
təvaf etdi və ya müqəddəs binanın dövrəsinə yeddi dəfə dolandı. Öz çəliyi ilə hər 
dəfə  qara  daşa  toxunurdu.  O,  Kəbəyə  girmək  istədi,  lakin  qoca  gözətçi  qapını 
bağlamışdı. Əli ondan açarları dartıb alanda, Məhəmməd geri qaytarmağı əmr etdi. 
Qoca bundan çox razı qalıb qapıları taybatay açdı, həm də müsəlman dinini qəbul 
etdi. Onu köhnə vəzifəsində saxladılar. 
Məhəmməd  öz  başlıca  vəzifəsinin  icrasına  –  müqəddəs  məbədi,  onun  dolu 
olduğu  bütpərəstlik  simvollarından  təmizləməyə  başladı.  Sayı  360  olan,  məbədin 
içərisindəki və çölündəki bütün bütlər öz yerlərindən götürülüb atıldı və qırdırıldı. 


 
222 
Kəbədən  o,  Zəmzəm  bulağına  getdi.  Bu  həmin  bulaq  idi  ki,  Hacərlə  İsmail 
susuzluqdan həlak olanda onu mələk onlara açmışdı. O, bulağa yaxınlaşanda, əmisi 
Abbas  ona  su  dolu  qədəh  verdi  ki,  içsin  və  adi  yuyunmanı  icra  etsin.  Bu  şərəfli 
xidmətin xatirəsi kimi o, əmisini bulaq yanındakı qədəhin mühafizəçisi təyin etdi. 
Günorta isə onun ardıcıllarından biri xalqı Kəbənin qülləsindən ibadətə çağırdı və 
o vaxtdan müsəlmanlar arasında xalqı hər bir məscidin yanındakı minarədən və ya 
qüllədən namaza çağırmaq adəti qaldı. Elə onda da o, qibləni bir daha təsdiq etdi. 
Dindarlar  namaz  vaxtı  ona  tərəf  üzünü  çevirməli  idi.  Quranın  “Əl-Bəqərə” 
surəsində deyilir: “İndi yönəldiyin qibləni (Kəbəni) adi sənə tabe olanlarla səndən 
üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, [qibləni Beytül 
müqəddəsdən  Kəbəyə  tərəf  çevirmək]  ağır  görünsə  də,  ancaq  Allahın  doğru  yola 
yönəltdiyi şəxslər üçün ağır deyildir” (143-cü ayə). 
Sonra  o,  moizə  ilə  xalqa  müraciət  etdi.  Bu  moizədə  öz  təliminin  başlıca 
ehkamlarını göstərdi və peyğəmbər və dinin icraçısı kimi dininin zəfərini çatdırdı. 
Kütlə bu sözlərə: “Allahu akbar! Allahu akbar! Lailahəilləllah! Mühəmmədin rəsul 
Allah!” nidaları ilə cavab verdi. 
İbadət  ayinlərini  icra  etdikdən  sonra  Məhəmməd  Safa  təpəsinə  çəkildi. 
Camaat  ona  yanaşıb  Allahın  peyğəmbəri  kimi  ona  sədaqətini  izhar  edir  və 
bütpərəstlikdən  imtina  edirdi.  Onun  yumşaqlığına  hamı  heyran  qalmışdı. 
Qüreyşlilərin  məğrur  başçıları  vaxtilə  təqib  etdikləri,  alçaltdıqları  adamın  yanına 
gəlirdilər, çünki indi onların həyatı bu adamın əlində idi. O, sərt qaydada soruşdu: 
“İndi siz məndən nə gözləyə bilərsiniz?” 
“Mərhəmət, alicənab qardaş! Mərhəmət, alicənab tayfanın oğlu!” 
O,  qüssə  qarışmış  bir  nifrətlə  bərkdən  dedi:  “Belə  olacaq!  Gedin!  Siz 
azadsınız!”  Onunla  birlikdə  qaçqın  həyatı  keçirmiş  bəzi  ardıcılları  qanlı  intiqam 
istəyirdilər.  Ona  görə  də  bu  mərhəmətdən  narazılıq  etdilər.  Lakin  o,  heç  də 
tərəddüd  etmədi  və  Məkkəni  toxunulmaz  müqəddəslik  və  ya  sonuncu  dirilməyə 
qədər  əbədi  sığınacaq  elan  etdi.  Lakin  vaxtilə  onu  daha  ağır  təhqir  etmiş  bir  sıra 
şəhərlini cəzalandırdı, onları sürgün etdi, lakin sonralar onların çoxu bağışlandı. 


 
223 
And içməyə gələn Qüreyş qadınları içərisində o, Əbu Süfyanın arvadı, quduz 
qadın  olan  Hindi  gördü.  Həmin  qadın  dinsizləri  Ühüd  döyüşündə  həvəsləndirirdi 
və intiqam naminə Həmzənin ürəyini yemək istəmişdi. İndi o, paltarını dəyişmişdi 
ki,  onu  tanımasınlar.  Lakin  Məhəmmədin  gözləri  ona  sataşdıqda,  qadın  onun 
ayaqlarına  yıxılıb  yalvardı:  “Mən  Hindəm!  Bağışla!  Bağışla  məni!”  Məhəmməd 
onu bağışladı. Qadın isə onun bu alicənablığına, sonralar onun təliminə ünvanlanan 
təhqiredici istehzalarla cavab verdi.  
Bir ikrah doğuran adam da Abdullah ibn Səd idi. Gənc Qüreyş həm ağlına, 
həm  də  döyüşçü  igidliyinə  görə  tanınırdı.  O,  yaxşı  qələmə  sahib  olduğundan 
Məhəmməd ona Quranın vəhylərini yazmağı tapşırdı. O, isə yazanda tez-tez mətni 
dəyişirdi və bəzən sözləri elə təhrif edirdi ki, bu mənasızlığa gəlib çıxırdı. Çox vaxt 
yoldaşları  arasında  şit  zarafat  edib  deyirdi  ki,  əgər  Məhəmməd  peyğəmbərdirsə, 
onda  o  da  yarımpeyğəmbər  olmalıdır.  Onun  saxtakarlığı  açılanda  Məhəmmədin 
qəzəbindən  o,  Məkkəyə  qaçmış  və  bütpərəstliyə  qayıtmışdı.  Şəhər  alınanda  onun 
süd  qardaşı  onu  evində  gizlətmişdi.  Sonra  onu  peyğəmbərin  yanına  aparıb 
bağışlanmasını  xahiş  etdi.  Bu  cinayətkar  peyğəmbərin  etibarından  sui-istifadə 
etmişdi, onu ələ salmışdı, dinin əsaslarını laxlatmışdı. Bir müddət Məhəmməd heç 
nə demədi və özünün sonralar dediyi kimi, gözləyirmiş ki, qısqanc şagirdlərindən 
kimsə  onun  boynunu  vuracaqdır.  Lakin  heç  nə  baş  vermədi  və  Osmanın  xahişini 
nəzərə alıb onu bağışladı. Abdullah dinə sitayişini bərpa etdi. Deyilənlərə görə o, 
gözəl atçapan olduğundan öləndə də Quranın “Əl-Adiyat” surəsindən qaçan atlara 
and içməkdən bəhs edən ayələri söyləyirmiş (1-5-ci ayə). 
Digər bir sürgün olunmuş da Əkrəmə ibn Əbu Cəhl idi. O, atasının təhriki ilə 
bir neçə dəfə peyğəmbərə ölümcül düşmənçiliyini nümayiş etdirmişdi. Məhəmməd 
Məkkəyə  daxil  olanda  Əkrəmə  iti  qaçan  ata  minib  əks  tərəfdəki  qapıya  tərəf 
çapmış, şəhərdə isə onun gözəl arvadı Ümm Xakimə qalmışdı. O, bu arvadına bu 
yaxınlarda evlənmişdi. Qadın islamı qəbul etdi, lakin bundan bir az sonra eşitdi ki, 
əri  dənizlə  Yəmənə  getmək  istəyəndə  tufana  görə  yenə  limana  qayıtmışdır.  O, 
peyğəmbərin yanına gəlib diz çökdü, saçları yanına tökülmüş qaydada yalvardı ki, 
ərinə rəhm etsin. Peyğəmbərə onun gözəlliyi çox təsir etdi, onu ayağa qaldırdı və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə