Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   67   68   69   70   71   72   73   74   ...   120

 
212 
Ömər  hücum  etdi, lakin bu da uğursuz oldu. Üçüncü həmləyə Əli başçılıq edirdi. 
Məhəmməd  ona  özünün  “Zülfüqar”  qılıncını  vermişdi.  Peyğəmbər  ona  müqəddəs 
bayrağı  verəndə,  onu  “Allahı  və  onun  peyğəmbərinin  sevdiyi  adam,  qorxu  nə 
olduğunu  bilməyən  və  heç  vaxt  arxasını  düşmənə  çevirməyən  adam”  adlandırdı. 
Əli  cazibədar  zahiri  görünüşə  malik  idi.  Orta  boylu  idi,  lakin  bədəncə  çox 
möhkəm, enli kürəkli və qeyri-adi dərəcədə güclü adam idi. Onun sifəti gülümsər 
idi  və  saqqalla  tamamlanırdı.  O,  həssas,  hazırcavab  adam  idi.  İgidliyinə  görə  o, 
“Allahın şiri” adlandırılmışdı. O, daşların üstünə çıxıb, onun üstündə bayrağı taxdı. 
Yəhudilər  onların  üzərinə  atıldılar  ki,  geri  sıxışdırsınlar.  Qızğın  toqquşmada  Əli 
yəhudilərin rəhbəri Əl-Harislə əlbəyaxa döyüşə girdi və onu öldürdü. Onun qardaşı 
intiqam üçün irəli çıxdı. Boyca o, nəhəngə bənzəyirdi, alnında iri almaz parlayırdı. 
Onun qurşağında hər iki tərəfdən qılınc asılmışdı, əlində isə üç uclu nizə var idi. 
Onlar hər ikisi bir-birinin gözlərinə baxıb şərq qaydasında dedi: 
“Mən,  Marxab,  təpədən  dırnağa  qədər  silahlanmışam  və  döyüşdə 
qorxuluyam!”  Bu  sözləri  yəhudi  dedi.  Buna  Əli  belə  cavab  verdi:  “Mən  isə 
Əliyəm, anam doğanda məni Əl Haydar (tüklü şir) adlandırmışdır”. 
Əli  Zülfüqar  qılıncının  zərbəsi  ilə  Marxabın  dəbilqəsini  parçalayıb,  başını 
dişinə  qədər  yarı  böldü.  Nəhəng  döyüşçü  Qoliaf  kimi  yerə  sərildi.  Bu  vaxt 
yəhudilər  geri  çəkildilər  və  həlledici  hücum  başlandı.  Döyüşdə  Əli  qalxanını 
itirmişdi,  və  o,  müdafiəsiz  idi.  Bu  vaxt  o,  qapını  həncamədən  çıxarıb  vuruşun 
sonuna qədər ondan qalxan kimi istifadə etdi. 
Xeybərdə  Məhəmməd  yəhudilərin  intiqamı  ilə  az  qala  öldürülməyə  məruz 
qalmışdı.  O,  yeməyə  bir  şey  verilməsini  xahiş  etdi  və  onun  qabağına  qızardılmış 
quzu qolu qoydular. O, bir tikəni ağzına alanda qeyri-adi dadı hiss etdi və tüpürdü. 
O,  saatca  kəskin  daxili  ağrı  hiss  etdi.  Onun  ardıcıllarından  biri  Bəşər  bir  az  artıq 
yemişdi, o, yıxıldı və qıc vəziyyətində öldü. Hamı dəhşətə gəldi. Məlum oldu ki, 
quzunu  Əlinin  öldürdüyü  nəhəng  Marxabın  qohumu  olan  əsir  qadın  Zeynəb 
qızardıbmış.  Onu  Məhəmmədin  yanına  gətirib  xörəyə  zəhər  qatmaqda  ittiham 
etdikdə  o,  cəsarətlə  hər  şeyi  boynuna  aldı  və  bunu  öz  tayfası  və  ailəsi  üçün  qisas 
xatirinə  etdiyini  dedi:  “Mən  düşünürdüm  ki,  əgər  sən  həqiqətən  peyğəmbərsənsə 


 
213 
təhlükədən hali olacaqsan, yox, əgər sən sadəcə ərəb başçısısansa, sən öləcəksən”. 
Belə  rəvayət  var  ki,  Məhəmməd  onu  qohumlarının  yanına  getmək  üçün  buraxdı. 
Digər yəhudi qadını Safiyya da əsir düşmüşdü. O, dul qadın idi, atası isə tayfanın 
başçısı  olmuşdu.  Onun  qohumları  Mədinə  meydanında  edam  olunmuşdular.  Bu 
Safiyya  çox  gözəl  idi,  ona  görə  də  Məhəmmədin  diqqətini  cəlb  etdi.  O,  da 
Məhəmmədin  zövcələri  sırasına  daxil  oldu.  Bu  qadın  öz  taleyindən  çox  razı  idi. 
Safiyya  Məhəmmədin  ən  sevimli  arvadlarından  biri  oldu  və  peyğəmbərin 
vəfatından  sonra  bu  dul  qalmış  qadın  qırx  il  ömür  sürdü.  Sonra  isə  Məhəmməd 
Əbu  Süfyanın  qızı  Ümm  Həbibəyə  evləndi  ki,  onun  atasının  düşmənçiliyini 
zəiflətsin.  Əbu  Süfyan  isə  onların  toyu  olduğunu  eşitdikdə,  bu  xəbərdən  çox 
hiddətləndi. 
Həmin  ilin  qalan  hissəsini  Məhəmməd  Mədinədə  keçirdi.  O,  müxtəlif 
dövlətlərin  hökmdarlarına  elçilər  göndərdi  ki,  dinini  dinc  vasitələrlə  yaya  bilsin. 
Bu  dövlətlər  onun  siyasi  üfüqlərinin  qurtardığı  vilayətlərlə  həmsərhəd  idi.  Bu 
elçilər onları müsəlman dinini qəbul etməyə inandırmalı idi, bu mümkün olduqda 
dini  lider  kimi  Məhəmmədi  özlərinin  başçısı  kimi  tanımalı  idilər.  İki  böyük  elçi 
dəstəsi  Persiya  şahı  II  Xosrovun  və  Şərqi  Roma  imperatoru  İraklinin  yanına 
Konstantinopola  göndərildi.  Bu  iki  dövlətin  arasında  müharibələr  kəsilmək 
bilmirdi,  ərazilər  və  tayfalar  növbəli  qaydada  bir-birinin  əlinə  keçirdi.  Bu  vaxt 
Xosrov  Palestinanı,  Kappodokiyanı,  Ermənistanı  və  digər  iri  və  varlı  vilayətləri 
Bizansdan almışdı və Yerusəlimi tutmuşdu. Persiya Afrikaya daxil olmuş, Liviya 
və Misiri tutaraq, Karfagenə qədər irəliləmişdi. Belə parlaq qələbələrin kölgəsində 
qürur  hissi  duyan  çarın  yanına  Məhəmməddən  məktub  gətirən  müsəlman  elçisi 
gəldi.  Xosrov  məktubu  oxutduqda  başlanğıc  müraciət  sözləri  onu  hiddətləndirdi: 
“Mərhəmətli  olan  Allahın  adı  ilə!  Abdullahın  oğlu  və  Allahın  elçisi 
Məhəmməddən Persiya çarı Xosrova”. Bunu eşidən Xosrov kiminsə məktubda öz 
adını ondan əvvəl qoymasına hiddətləndi. O, məktubu dartıb aldı, onun məzmunu 
ilə  tanış  olmadan  cırdı  və  Yəmən  canişininə  belə  bir  məktub  göndərdi:  “Mənə 
danışdılar  ki,  Mədinədə  Qüreyş  qəbiləsindən  bir  dəli  vardır  və  özünü  peyğəmbər 
kimi  qələmə  verir.  Onu  ağıllandır,  bunu  bacarmasan,  onda  onun  başını  mənə 


 
214 
göndər”.  Məhəmmədə  Xosrovun  onun  məktubunu  necə  cırdığını  dedikdə  o, 
demişdi: “Allah da onun səltənətini belə parçalara böləcəkdir!” 
Bizans imperatoru İrakli isə məktubu ehtiramla qəbul etdi, çünki bu hadisə 
onun uğursuzluq dövrünə təsadüf etmişdi. Məktubda imperatora təlqin edilirdi ki, 
xristian dinindən imtina etsin və islamı qəbul etsin. İrakli Xosrovdan fərqli olaraq 
hörmət  əlaməti  olaraq  məktubu  öz  yastığının  üstünə  qoydu  və  səfirə  qiymətli 
hədiyyələr verdi. Lakin o da məktuba əhəmiyyət vermədi. 
Digər elçi dəstəsini isə Məhəmməd  Misir hökmdarının yanına göndərdi. O, 
imperiyanın  Persiya  ilə  müharibə  apardığından  sui-istifadə  edərək  Şərqi  Roma 
imperatoruna  tabeçilikdən  çıxmışdı.  O,  elçini  çox  yaxşı  qarşılasa  da  dini  qəbul 
etmək barədə təklifə birbaşa cavab verməkdən yayındı və bildirdi ki, belə mühüm 
məsələ  üstündə  uzun  müddət  fikirləşmək  lazımdır.  Məhəmmədə  isə  qiymətli 
almazlar və Misir kətanından paltar göndərdi. Həm də o, peyğəmbərə Yafur adında 
ağ eşşək, Dəldəl adlı ağ qatır və Lazlos adlı iti qaçan at göndərdi.  Hədiyyələrdən 
ən  yaxşısı  Kopt  qızları,  Mariya  və  Şirin  adlı  bacılar  idi.  Mariyanın  gözəlliyi 
Məhəmmədin vurğunuluğuna səbəb oldu. Lakin o, Quranın qoyduğu qanunlardan 
kənara  çıxa  bilməzdi.  Quranın  “Əl-Mumtəhinə”  surəsinin  10-cu  ayəsində  deyilir: 
“Kafir  qadınları  öz  kəbininiz  altında  saxlamayın”.  Ona  görə  də  gözəl  Mariya  ilə 
intim münasibətlər tam məxfi saxlanılmalı idi. 
Qüreyşlilərlə  bağlanmış  müqaviləyə  görə  Məhəmmədin  və  onun 
ardıcıllarının  ziyarətçi  kimi  Məkkəyə  getmək  və  orada  üç  günü  toxunulmadan 
müqəddəs  məbəddə  keçirmək  vaxtı  gəlib  çatdı.  Məhəmməd  oraya  yaxşı 
silahlanmış  iri  qoşunla  getdi  və  qurban  kəsmək  üçün  70  dəvə  aparırdı.  Köhnə 
düşmənləri  onu  yolda  saxlamaq  istədilər,  lakin  buna  cəsarət  etmədilər.  Məkkə 
ərazisinə  daxil  olanda  zəvvarlar  müqaviləyə  və  adətə  görə  qılıncları  müstəsna 
olmaqla  bütün  silahlarını  üstlərindən  açdılar.  Qılıncı  isə  qınında  qalmaqla  öz 
üstlərində  saxladılar.  Müqəddəs  şəhərin  divarlarını  və  qüllələrini  onlar  yenidən 
görəndə  çox  sevindilər.  Onlar  qapıdan  zəvvarlar  kimi  keçdilər  və  Məhəmməd 
köhnə qaydaları ciddi-cəhdlə icra edirdi. Bütün ibadətləri icra etdikdən sonra o, öz 
əynindən ihramı atıb, Məkkədən iki mil aralıda olan Sarifə çəkildi. Burada o, Əl-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə