Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   69   70   71   72   73   74   75   76   ...   120

 
218 
heç bir köməklik göstərə bilməz”. Hətta onun öz qızı, Məhəmmədin arvadı Ümmü 
Həbibə də onun nüfuzuna ümid bəsləyən Əbu Süfyanı təhqir etdi. Onun otağındakı 
xalçanın üstündə Əbu Süfyan oturmaq istəyəndə, qızı tələsik xalçanı yığışdırdı və 
dedi:  “Bu  Allahın  peyğəmbərinin  yatağıdır!  O  müqəddəsdir  və  onun  üstündə 
bütpərəst istirahət edə bilməz”. 
Əbu Süfyanın səbr kasası doldu və o, qızını lənətlədi. Onda o, yenidən Əliyə 
müraciət etdi və öz elçiliyinin bu ümidsiz vəziyyətində ondan məsləhət xahiş etdi. 
Əli cavab verdi: “Qüreyşlilərin başçısı kimi sənin mühafizənin davam etməsini vəd 
etmək və sonra isə evə getməkdən başqa sənə başqa nəsə məsləhət verə bilmirəm”. 
“Məgər sən düşünürsən ki, bu vəddən fayda gələcəkdir?” 
Əli  könülsüz  cavab  verdi:  “Düşünmürəm,  ancaq  başqa  nə  cür  olmasını  da 
bilmirəm”. 
Bu  məsləhətdən  sonra  Əbu  Süfyan  məscidə  gedib  hamı  qarşısında 
Qüreyşlilər adından elan etdi ki, onların tərəfindən müqaviləyə pozulmadan əməl 
ediləcəkdir. Sonra isə öz elçiliyinin belə pis başa çatmasından alçalaraq, Məkkəyə 
qayıtdı.  Qüreyşlilər  onu  istehza  ilə  qarşıladılar  və  dedilər  ki,  onun  bəyanatı  da 
Məhəmmədin razılığı olmadan heç bir əhəmiyyət daşımır. 
Məhəmməd  Məkkəni  qəflətən  tutmaq  üçün  gizli  yürüşə  hazırlaşmağa 
başladı.  Öz  niyyətini  açmadan  hər  tərəfdən  öz  müttəfiqlərini  Mədinəyə  yığdı. 
Məkkəyə gedən bütün yollar bağlanmışdı ki, bu hərəkət barədə Qüreyşlilərə xəbər 
çatmasın.  Lakin  bütün  ehtiyatlılıq  tədbirlərinə  baxmayaraq  sirr  açıldı.  Onun 
Məkkədən  qaçmış  ardıcılları  arasında  Xətib  adlı  bir  adam  var  idi,  onun  ailəsi 
Məkkədə  qalmışdı  və  bu  ailəyə  qayğı  göstərən  heç  bir  qohumu  və  dostu  yox  idi. 
Xətib Qüreyşlilərin yaxşı münasibətini qazanmaq üçün onlara Məhəmmədin sirrini 
verməyi  düşündü.  Bu  niyyətlə  o,  məktub  yazdı  və  planlaşdırılan  tədbir  barədə 
məlumat verdi. O, məktubu Sara adlı bir müğənni qıza verdi ki, Məkkəyə çatdırsın. 
Müğənni  yolda  olanda  Məhəmmədə  satqınlıq  barədə  xəbər  verdilər.  Əli  onun 
arxasınca yollandı, lakin qızda heç bir şey tapmadılar. Əlinin beş yoldaşı qayıtmaq 
istəyəndə,  Əli  şübhələnməyə  başladı  ki,  Allahın  peyğəmbəri  nə  səhv  edə,  nə  də 
aldadıla  bilər.  O,  qılıncını  çıxarıb  and  içdi  ki,  əgər  məktub  tapılmasa  müğənni 


 
219 
qadının  boynunu  vuracaqdır.  Hədə-qorxu  təsirini  göstərdi  və  qadın  məktubu 
saçlarının arasından çıxarıb verdi. 
Xətibi  xəyanət  barədə  sorğu-sual  edəndə  o,  hər  şeyi  etiraf  etdi.  Ömər  onun 
özünə haqq qazandırması cəhdindən hiddətlənib, onun başını kəsmək istədi. Lakin 
Məhəmməd  xatırlatdı  ki,  Xətib  Bədir  döyüşündə  din  uğrunda  igidliklə 
vuruşmuşdu, onun bəraətini qəbul etdi və onu bağışladı. 
Peyğəmbər on minlik qoşunla bu yürüşə başladı. Yürüşə başçılıq və düşərgə 
üçün yeri müəyyən etmək Ömərə həvalə olunmuşdu. O, qoşunları az məlum olan 
dağ yolları ilə aparırdı. O, səs salmağı qadağan etmişdi ki, onların hərəkəti aşkara 
çıxmasın.  Yürüş  vaxtı  Məhəmmədin  Məkkədən  öz  ailəsi  ilə  gələn  əmisi  Abbas 
gəlib  çatdı  ki,  dinin  bayrağı  altında  dayansın.  Məhəmməd  onu  mehribanlıqla 
qarşıladı, lakin onun gec gəlişinə də eyham vurdu: “Sən axırıncı çıxansan, necə ki, 
mən  axırıncı  peyğəmbərəm”.  Abbas  öz  ailəsini  Mədinəyə  göndərib  özü  qaldı. 
Mərrizahranda  vadisində  gecələyəndə  ilk  dəfə  Ömər  gözətçi  tonqallarını 
yandırmağa icazə verdi. 
Abbas  yeni  dini  qəbul  etsə  də,  belə  nəhəng  qüvvənin  düşmən  niyyəti  ilə 
Məkkəyə  girməsindən  təşvişə  düşürdü.  O,  qorxurdu  ki,  Qüreyşlilər  bütünlüklə 
məhv  ediləcəkdir.  Ona  görə  də  düşündü  ki,  onları  vaxtında  danışıqlara  girməyə 
inandırmaq  lazımdır.  Gecə  yarısı  o,  Məhəmmədin  qoca  qatırı  Faddaya  minib  yol 
ayrıcına getdi. Şəhərdən kənarda tutulmuş iki əsir gözətçilərin yanında idi. Abbas 
öyrəndi ki, əsirlər Əbu Süfyan və ona tabe olan tayfa başçılarından biridir. Onları 
Ömərin gözətçi tonqalının yanına gətirdilər və işıqda Ömər Əbu Süfyanı tanıdı. O, 
dedi:  “Allaha  şükür!  Heç  bir  şərt  olmadan  belə  düşmən  mənim  əlimdədir”.  O, 
qından çıxardığı qılıncla, bu sözlərə xüsusi məna vermək üçün başqa tədbirə əl ata 
bilərdi. Bu vaxt Abbas yaxınlaşdı və Əbu Süfyanı, peyğəmbərin onun barəsindəki 
qərarına  qədər  öz  himayəsinə  götürdü.  Ömər  tez  peyğəmbərin  yanına  tələsdi  ki, 
əsirin  edam  olunmasını  tələb  etsin.  Lakin  Abbas  onu  öz  qatırına  mindirdi  və 
hamıdan  əvvəl  peyğəmbərin  çadırına  özünü  çatdırdı.  Ondan  sonra  isə  Əbu 
Süfyanın başını tələb edən Ömər gəlib çıxdı. 


 
220 
Məhəmməd qatı düşmənini öz hakimiyyəti altında gördü. Həmin adam onu 
öz  evindən  və  vətənindən  qovmuşdu,  onun  ailəsini  və  dostlarını  təqib  etmişdi. 
Lakin  o,  həm  də  onun  arvadı  Ümmü  Həbibənin  atası  idi  və  buna  görə  də 
mərhəmətliliyə  meyl  etdi.  O,  öz  qərarını  səhərə  saxladı  və  Əbu  Süfyanı  Abbasın 
mühafizəsinə verdi. Sabahısı gün əsiri onun yanına gətirəndə o, dedi: “Əbu Süfyan 
vaxt gəlib çatmayıbdırmı, biləsən ki, Allahdan başqa Allah yoxdur?” 
“Mən  bunu  bilirdim”  –  deyə  Əbu  Süfyan  cavab  verdi.  “Yaxşı!  Vaxtı  gəlib 
çatmamışdırmı ki, sən məni Allahın elçisi kimi tanıyasan?” 
Əbu  Süfyan  şərq  qaydasında  danışmağa  üstünlük  verib  dedi:  “Sən  mənə 
atadan  və  anadan  əzizsən,  lakin  mən  hələ  səni  peyğəmbər  kimi  tanımağa  hazır 
deyiləm”. 
Bunu eşidən Ömər qışqırdı: “Rədd edin onu, ya indi həqiqəti etiraf et, ya da 
sənin başın qopacaqdır!” 
Özünü  bədbəxtlik  anında  əsl  dost  kimi  göstərən  Abbasın  məsləhət  və 
xahişləri  bu  hədələrə  qatışdı.  Məhəmmədin  yumşaqlığını  görən  Əbu  Süfyanın 
qəzəbi  də  bir  qədər  azaldı  və  nəhayət  o,  kürəkəninin  elçiliyinin  ilahiliyini  etiraf 
etdi. Qılıncın gücü Əbu Süfyanı öz inamından döndərə bildi. İslamı qəbul edəndə 
Məkkə xalqı tabe olduğu halda, güzəştli şərtləri ona çatdırdılar. Evində sakit qalan 
və ya Əbu Süfyanın və Hakimin evində, yaxud da Əbu Rəvaixanın bayrağı altında 
gizlənən  hər  bir  adama  toxunulmazlıq  vəd  edildi.  Əbu  Süfyana  hansı  qüvvənin 
Məkkəyə  yollandığını  göstərmək  üçün  qəsdən  onu  bir  dar  keçiddə  saxlayıb, 
buradan  keçən  qoşunu  müşahidə  etməyə  imkan  verdilər.  Əbu  Süfyan  bu  sayda 
qoşuna  və  tayfaların  müxtəlifliyinə  olduqca  heyrətləndi.  Məhəmməd  öz  seçmə 
cangüdənləri  ilə  gələndə  mənzərə  olduqca  heyrətamiz  oldu.  Əbu  Süfyan  yanında 
dayanan  Abbasa  dedi:  “Bu  qüvvə  qarşısında  heç  kəs  dayana  bilməz!  Sənin 
qohumun böyük qüdrətə malikdir!” 
Abbas  buna  belə  cavab  verdi: “Belə,  onda,  geri  öz  şəhərinə  get  və  çalış  ki, 
onu  təhlükədən  xilas  edəsən  və  xəbərdar  et  ki,  heç  kəs  Allahın  elçisinə  əks 
çıxmasın!”  Əbu  Süfyan  geri,  Məkkəyə  tələsdi,  sakinləri  yığdı  və  onlara  şəhərin 
yanında dayanan və Məhəmmədin başçılıq etdiyi nəhəng ordu barədə danışdı. O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə