Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   66   67   68   69   70   71   72   73   ...   120

 
209 
biri, Navfanın atı xəndəyi tullana bilmədi və bu vaxt onun üstünə çoxlu daş yağdı. 
Müsəlmanlar isə həmişə nəcib silahla vuruşmağa üstünlük verirdilər. Əli xəndəyə 
tullanıb  Navfanı  qılıncı  ilə  öldürdü.  Sonra  Əli  yoldaşlarına  qoşulub  geri  çəkilən 
düşməni  təqib  etməyə  başladı  və  Əkrəməni  yaraladı.  Bu  toqquşma  “Xəndək 
yanında döyüş” adını aldı. 
Məhəmməd həlledici döyüşə girməyə cəsarət etmirdi və Qatafan tayfasından 
gizlincə  müsəlmanlığa  götürülmüş  ərəb  Rüeymi  müttəfiqlər  düşərgəsini  gözdən 
keçirməyə  və  onların  arasında  narazılıq  salmağa  göndərdi.  Əvvəlcə  Rüeym 
Korandalıların  yanına  yollandı,  onlarla  köhnə  dostluq  əlaqələri  var  idi.  Onlara 
dedi:  “Bu  nə  ağılsızlıqdır,  siz  Məkkə  Qüreyşlilərinə  imkan  verirsiniz  ki,  sizi  bu 
davaya salsın. Özünüz düşünün, axı siz onların vəziyyətində deyilsiniz. Əgər onlar 
məğlub  olsalar,  onda  onlar  Məkkəyə  qayıdacaqlar  və  orada  onlar  təhlükəsizlikdə 
olacaqlar.  Çöllü  müttəfiqlər  də  öz  uzaq  torpaqlarına  gedəcəklər,  təkcə  siz 
Məhəmmədin  və  Mədinə  xalqının  qisası  ilə  üzbəüz  qalacaqsınız”.  Sonra  o, 
Qüreyşlilərin  və  Qatafan  tayfasının  yanına  getdi  və  onlara  xəbərdarlıq  etdi  ki, 
Koranda  tayfasından  olan  yəhudilərə  inanmasınlar,  çünki  sizdən  girov  götürüb 
onları  Məhəmmədə  vermək  istəyirlər.  Müttəfiqlər  arasında  məkrlə  səpilən 
inamsızlıq toxumu öz bəhrəsini verdi. Cümə günü Əbu Süfyan Korandalılara xəbər 
göndərdi ki, sabahısı günü həlledici hücuma hazır olsunlar. Yəhudilər cavab verdi 
ki, həmin gün onlar şabatı (şənbəni) bayram edirlər və ona görə də döyüşdə iştirak 
edə  bilməzlər.  Onda  Qüreyşlilər  və  Qatafanlılar  Korandalıların  xəyanətkarlığına 
əmin  oldular.  Bu  vaxt  soyuq  tufan  baş  verdi.  Külək  çadırları  aparırdı,  gözətçi 
tonqalları  söndü.  Bu  ümumi  təşvişdə  belə  şayiə  yayıldı  ki,  Məhəmməd  sehrli 
qaydada  bu  tufanı  qaldırmış  və  öz  qoşunu  ilə  onların  üstünə  gəlir.  Bu  vaxt  hamı 
qorxuya  və  çaşqınlığa  düşdü.  Əbu  Süfyan  qaydanın  bərpa  edilməsi  üçün  bütün 
cəhdlərinin  əbəs  olduğunu  görüb,  öz  dəvəsinin  belinə  oturdu  və  geri  çəkilmək 
əmrini  verdi.  Müttəfiqlər  həyəcanla  qaçmağa  başladılar,  Qüreyşlilər  Məkkəyə, 
başqaları isə öz doğma çöllərinə yollandılar. 
Əbu Süfyan hiddətdən və təəccübdən Məhəmmədə məktub yazdı. Məktubda 
onu qorxaqlıqda günahlandırdı, xəndəyin arxasında gizlənməyini qeyd etdi, axı bu 


 
210 
vaxta qədər ərəblər belə şeyi görməmişdilər. Onu hədələdi ki, açıq döyüşdə Ühüd 
çölündəki  kimi  qarşılaşacaqlar.  Məhəmməd  də  eyni  qaydada  cavab  verdi  və 
bildirdi  ki,  o  gün  uzaq  deyildir,  nə  vaxt  ki,  o,  Qüreyş  bütlərini  bütünlüklə  qırıq-
qırıq edib dağıdacaqdır. 
Düşmən  geri  çəkiləndə  Məhəmməd  Bəni  Koranda  tayfasına  qarşı  çıxdı  ki, 
onlardan  qisas  alsın.  Yəhudilər  öz  qəsrlərində  gizləndilər  və  uzun  müddət 
mühasirəyə  dözdülər.  Nəhayət,  aclıqdan  əzab  çəkib  onlar  Ausilərdən  vasitəçilik 
xahiş  etdilər.  Onların  bu  himayədarları  peyğəmbərə  yalvardılar  ki,  digər  yəhudi 
tayfaları ilə olan şərtlər əsasında bunlarla da sülh müqaviləsi bağlasın. Məhəmməd 
bir  qədər  fikirləşdikdən  sonra  onların  taleyini  həll  etməyi  Səd  ibn  Moada  həvalə 
etdi.  Korandalılar  evslilərin  başçısına  həvəslə  razılıq  verdilər.  700  nəfər  adam 
təslim  oldu  və  onlar  zəncirdə  Məhəmmədin  yanına  gətirildi.  Səd  düşmənlə 
xəyanətkar  ittifaqına  görə  onları  satqın  adlandırdı.  O,  hələ  aldığı  yaradan  əziyyət 
çəkirdi  və  Allaha  yalvarırdı  ki,  onun  ömrünü  uzatsın  ki,  Korandalılardan  intiqam 
alsın. O, hakim yerini tutanda bütün iştirakçılardan and içməyi tələb etdi ki, onun 
hökmü  yerinə  yetiriləcəkdir.  Yəhudilər  həvəslə  and  içdilər,  çünki  mərhəmətli 
hökmə ümid edirdilər. O, kişiləri ölümə, qadın və uşaqları isə qul olmağa məhkum 
etdi,  onların  bütün  əmlakı  isə  qaliblər  arasında  bölünəcəkdi.  Yəhudilər  yerlərində 
donub  qaldılar.  Meydanda  onlara  nəhəng  qəbirlər  qazdılar.  Onları  bir-bir  bu 
qəbirlərə  girməyə  məcbur  etdilər.  Knyazları  ibn  Əxtab  da  qəbrə  düşdü  və  bir-
birinin ardınca onları öldürdülər. Lakin onları ölümə məhkum edən Səd ibn Moad 
da  öz  ölümündən  qaça  bilmədi.  Onun  yaraları  yenidən  açıldı  və  o,  tezliklə  öldü. 
Qənimət  bölünəndə  atlıların  payı  piyadalardan  üç  dəfə  çox  oldu.  Peyğəmbərin 
özünə  isə  bütün  qənimətin  beşdə  biri  çatdı.  Məhəmmədin  payına  hər  şeydən 
qiymətli  olan  Rixana  düşdü,  o,  varlı  və  qüdrətli  yəhudinin  qızı  olmaqla  tayfada 
birinci  gözəl  hesab  olunurdu.  O,  qızı  qəbul  etdi,  onu  islam  dininə  keçirdi  və  öz 
arvadlarının  siyahısına  daxil  etdi.  Lakin  yəhudilərə  onun  münasibəti  dəyişmirdi, 
daim  öz  həyatına  qəsd  edilməsində  onlardan  şübhələnirdi.  Müsəlman  tarixçiləri 
Məhəmmədin  uzun  sürən  və  ağır  xəstəliyini  də  yəhudilərin  cadugərliyi  ilə 
əlaqələndirirlər. 


 
211 
Məhəmmədin  Məkkədən  Mədinəyə  Hicrətindən  altı  il  keçmişdi.  Məkkə 
ərəblər  üçün  müqəddəs  şəhər  və  ziyarət  üçün  başlıca  yer  olduğu  üçün,  buradan 
uzun  müddət  qaçqın  düşmək,  Qüreyşlilərlə,  Kəbənin  mühafizəçiləri  ilə  açıq 
müharibəyə girmək tayfaların çoxunun gözündə ona ziyan vururdu və onun dininin 
yayılmasını  çətinləşdirirdi.  Hətta  Hicrətdə  onu  müşayiət  edən  tərəfdarları  da  öz 
vətənləri  üçün  darıxırdı.  Məhəmməd  özü  də  müqəddəs  şəhərlə  öz  dinini 
əlaqələndirmək  lüzumunu  getdikcə  daha  artıq  hiss  edirdi  və  öz  tayfasının  qədim 
adətlərini  müdafiə  edirdi.  Dul-kəd  ayı  başladı,  bu  ay  dindarlıq  ziyarətləri 
başlayırdı, hər cür müharibələr kəsilirdi və dini hədlərin daxilində düşmənlər dinc 
qaydada görüşə bilərdilər. Məhəmməd bir neçə dəfə öz elçilərini göndərmişdi ki, 
müqəddəs  məbədə  təhlükəsiz  getmək  barədə  razılıq  əldə  edilsin,  lakin  bu  cəhdlər 
nəticəsiz  olmuşdu.  Sonuncu  elçi  onun  kürəkəni  Osman  ibn  Əffan  olmuşdu.  Bir 
neçə  gün  keçdi,  lakin  o,  qayıtmırdı,  hətta  xəbər  yayıldı  ki,  onu  öldürmüşlər. 
Məhəmməd  onun  qisasını  almaq  istədi.  Lakin  Osmanın  düşərgəyə  qayıtması 
sakitliyi  bərpa  etdi.  Onu  Qüreyşlilərin  elçisi  Solxail  müşayiət  edirdi.  Ona  sülh 
müqaviləsi  bağlamaq  səlahiyyəti  verilmişdi.  On  il  müddətinə  sülh  müqaviləsi 
bağlamaq  təklif  olunurdu.  Bu  müddət  ərzində  Məhəmməd  və  onun  ardıcılları 
sərbəst  qaydada  Məkkəyə  gələ  bilərdilər,  ziyarət  edənlər  kimi  üç  gün  orada  qalıb 
öz  ibadət  ayinlərini  icra  edə  bilərdilər.  Bu  şərtlər  həvəslə  qəbul  edildi  və  Əliyə 
tapşırıldı  ki,  müqaviləni  yazsın.  Məhəmməd  mətni  diqtə  edirdi  və  müqaviləni 
Məhəmməd ibn Abdullah kimi imzaladı. 
Hicrətin yeddinci ilinin başlanğıcında Məhəmməd 12 minlik piyada qoşunu 
və 200 nəfərlik süvari dəstəsi ilə Xeybərə qarşı yürüşə başladı. Onu Əbu Bəkr, Əli, 
Ömər və digər əsas sərkərdələri  müşayiət edirdi. Onun iki bayrağı var idi, birinin 
üzərində  günəş,  digərində  isə  qara  qartal  təsvir  olunmuşdu.  Balaca  qəsrləri  zəbt 
edib, Məhəmməd Xeybər şəhərinin üstünə getdi. Şəhərin mühasirəsi müsəlmanlar 
üçün mühüm bir iş idi, bundan Məhəmməd və onun qoşunu da çox əziyyət çəkdi, 
xüsusən  ərzaq  çatışmırdı.  Məhəmməd  özü  hücuma  başçılıq  etdi.  Nəhayət,  onlar 
divarda yarıq aça bildilər. Bir hücuma Əbu Bəkr başçılıq edirdi və o, peyğəmbərin 
bayrağını qabaqda aparırdı. Lakin o, geri çəkilməyə məcbur oldu. Onun arxasınca 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə