Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   68   69   70   71   72   73   74   75   ...   120

 
215 
Harisin qızı Meymunə ilə nikah  bağladı. O,  Məkkəyə gələndə bu niyyəti  var  idi, 
lakin  nikahı  ziyarətdən  sonraya  saxladı.  Bu  siyasi  haqq-hesab  güdən  nikah  idi, 
çünki  Meymunə  əlli  bir  yaşında  olan  dul  qadın  idi.  Bu  nikahla  o,  iki  qüdrətli 
tərəfdar  qazanırdı.  Onlardan  biri  Xalid  ibn  əl-Vəlid  idi,  o,  dul  qadının  qohumu 
olmaqla, igid döyüşçü idi və məhz həmin döyüşçü Ühüd döyüşündə peyğəmbəri az 
qala  öldürmüşdü.  İndi  o,  islamın  ən  qabiliyyətli  döyüşçüsü  olacaqdı  və  sonralar 
“Allahın qılıncı” ləqəbini alacaqdı. 
İslam  dininə  digər  yeni  keçən  isə  vaxtilə  Məhəmmədə  həcvlər  yazan  Əmr 
ibn  As idi. Bu vaxtdan etibarən isə o, yad torpaqlarda  əvvəllər  mübarizə apardığı 
dini belə çalışqanlıqla yayacaqdı. 
Meymunə  peyğəmbərin  sonuncu  arvadı  oldu  və  qocalığına  baxmayaraq, 
onun  arvadlarının  hamısından  çox  yaşadı.  Bu  qadın  Sarifdə  vaxtilə  ona  nikah 
bağlanan vaxtı qoyulmuş çadırın yerində ucalan ağacın altında ölmüşdü. O, orada 
da  dəfn  edildi.  Doqquz  əsr  sonra  orada  olan  tarixçi  həmin  yerdə  Meymunənin 
şərəfinə qara mərmərdən məscid ucaldıldığını yazırdı. Məscid Allahın elçisinin və 
onun sonuncu arvadının yatağı olan yerdə tikilmişdi. 
Məhəmmədin  Ərəbistandan  kənara  göndərdiyi  elçilərdən  biri  Suriyanın 
sərhədindəki  ticarət  mərkəzi  olan  Busra  hökmranının  yanına  gedirdi.  Burada 
Məhəmməd  vaxtilə  yeniyetmə  vaxtı  ilk  karvan  səfərində  gəlmişdi.  Lakin  səfiri 
Mutə  şəhərində  öldürdülər.  Elçinin  qətlinin  qısasını  almaq  üçün  Məhəmməd  üç 
minlik  qoşun  yığdı  və  onu  cinayətkar  şəhərin  üstünə  göndərdi.  İlk  dəfə  olaraq 
müsəlmanlar  Roma  imperiyası  ilə  vuruşacaqdı.  O,  qoşuna  rəhbərliyi  Zeyd  ibn 
Harisə  həvalə  etdi,  o,  gözəl  arvadı  Zeynəbi  peyğəmbərə  güzəştə  getməklə  öz 
sədaqətini  sübut  etmişdi.  Onunla  Əbu  Talibin  oğlu  Əlinin  qardaşı  Cəfər  də  getdi. 
Cəfər  ibn  Əbu  Talib  öz  natiqlik  qabiliyyəti  ilə  Abissiniya  çarı  qarşısında  islam 
təlimini müdafiə etməyi bacarmışdı. Zeydi həm də qılıncı ilə məşhurlaşmış bir şair 
olan  Abdullah  ibn  Rəvaha  müşayiət  edirdi.  Üçüncüsü  isə  dini  yenicə  qəbul  etmiş 
Xalid  ibn  Vəlid  idi.  Onlar  Mutəni  qəflətən  tutub,  sakinləri  islam  dininə  keçməyə 
sövq etməli idilər. Onlara qadınlara və uşaqlara, rahiblərə və korlara aman vermək, 
evləri dağıtmamaq və ağacları kəsməmək tapşırılmışdı. 


 
216 
Mutə  yaxınlığında  düşmənlə  qarşılaşdılar  və  qızğın  döyüşdə  Zeyd  ölümcül 
yaralandı.  Müqəddəs  bayraq  onun  əlindən  düşəndə  Cəfər  bayrağı  qapıb  yuxarı 
qaldırdı.  Döyüş  bayrağı  ələ  keçirmək  üstündə  gedirdi.  Cəfər  igidliklə  onu 
qoruyurdu.  Bayrağı  tutduğu  qol  zərbə  ilə  kəsildikdə,  o,  bayrağı  başqa  əlinə 
götürdü.  Digər  qolu  da  vurulub  kəsildikdə  o,  qana  bulaşmış  dirsəyi  ilə  bayrağı 
saxlamışdı.  Qılınc  zərbəsi  onun  başını  yarı  böldü  və  cəsədi  torpağa  düşdü.  Ölən 
halda  da  o,  bayrağı  döşünə  sıxmışdı.  Şair  Abdullah  bayrağı  qaldırdı,  lakin  o,  da 
qılınc  zərbəsindən  öldü.  Onda  dinə  yenicə  keçmiş  Xalid  üç  müsəlman  başçısının 
öldürüldüyünü  görüb,  bu  bəlalı  bayrağı  qapdı.  Onun  səsi  tərəddüd  edən 
müsəlmanları bir yerə topladı. O, qüvvətli əlləri ilə düşmən içərisindən özünə yol 
açırdı.  Onun  özünün  sonralar  söylədiyinə  görə  doqquz  qılınc  vurduğu  güclü 
zərbələrdən  onun  əlində  qırılmışdı.  Gecə  düşəndə  döyüş  yarımçıq  qalmışdı. 
Döyüşçülərin öz başçısı kimi tanıdıqları Xalid sübut etdi ki, onun hərbi qabiliyyəti 
igidliyinə  bərabərdir.  Bir  neçə  yerdə  cəld  keçidləri  və  hərəkəti  ilə  o,  düşməni 
aldada bildi və onlar güman etdi ki, ona güclü kömək gəlmişdir. Ona görə də Xalid 
hücumu bərpa edəndə, düşmənin geri çəkilməsi qaçmağa çevrildi, Xalid isə onları 
dəhşətli qan tökməklə təqib edirdi. O, onların düşərgəsini qarət etdi, orada nəhəng 
qənimət  qalmışdı.  Öldürülənlərin  arasında  Cəfərin  cəsədini  də  tapdılar,  onun 
bədənindəki  bütün  yaralar  qabaq  tərəfdən  vurulmuşdu.  Onun  igidliyinə  və 
peyğəmbərlə  qohumluğuna  hörmət  əlaməti  olaraq  onu  orada  dəfn  etmədilər, 
Mədinəyə aparıb orada təntənəli qaydada torpağa tapşırdılar. 
Qoşun  qənimətlə  qayıtsa  da,  onun  şəhərə  daxil  olması  matəm  mərasiminə 
bənzəyirdi.  Sevinc  səsləri  hönkürtülərə  qarışmışdı.  Qələbəyə  sevinən  xalq  üç 
sevimli  sərkərdəsini  itirməsinə  görə  yas  saxlayırdı.  Hamı  Cəfərin  ölümünə 
ağlayırdı.  Onun  kiçik  oğlu  ilə  gözəl  arvadı  qalmışdı.  Məhəmməd  yetim  qalmış 
uşağı qucağına götürüb onu göz yaşları ilə islatmışdı. Bu vaxt ona sədaqətli Zeydin 
gənc qızı yaxınlaşdıqda, o, daha da mütəəssir oldu, daha bərkdən ağlamağa başladı. 
Qoşun  qayıdandan  üç  gün  sonra  Cəfərin  dəfn  mərasimi  keçirildi.  Məhəmməd 
özünə  gəlmişdi  və  adamları  sakitləşdirmək  üçün  deyirdi:  “Mənim  qardaşımın 
ölümünə  ağlamağı  kəsin.  Dinin  bayrağını  qoruyanda  o,  iki  əlindən  məhrum 


 
217 
olmuşdu. Buna görə onu cənnətə aparan iki qanad verilmişdir ki, orada nəhayətsiz 
xoşbəxtlikdən  həzz  alsın.  Bu  döyüş  meydanında  həlak  olan  hər  bir  mömin  üçün 
həqiqi mükafatdır”. Xalidin igidliyi və fərasəti hesabına bu təhlükəli iş uğurla həll 
edildiyinə  görə  Məhəmməd  onu  “Allahın  qılıncı”  adlandırdı  və  bu  ad  altında  o, 
məşhurlaşdı. 
Silahın  gücü  və  bəlağətli  nitqi  ilə  Məhəmməd  ərəb  tayfalarının  çoxu 
üzərində  ağalıq  əldə  etdi.  Onun  rəhbərliyi  altında  çox  minli  döyüşçülər  ordusu, 
aclıq, susuzluq və qızmar günəşlə möhkəmlənmiş çöl oğulları var idi. Onlar üçün 
müharibə  spartalılar  kimi  əziyyət  deyil,  bir  əyləncə  idi.  Məhəmməd  onlardakı 
dəlisovluğu  tərbiyə  edib,  qanuna  tabe  olmağı  sövq  edə  bilirdi.  Lakin  onun  vətəni 
olan  Məkkə  hələ  də  onun  barışmaz  düşmənlərinin  əlində  idi.  Kəbə  hələ  də 
bütpərəstlərin  simvolları  və  adətləri  ilə  təhqir  olunurdu.  Doğma  şəhərin  divarları 
üzərində bu bayrağı qaldırmaq, onu murdarlanmaqdan təmizləmək və islama itaət 
edənlərin  ixtiyarına  vermək  indi  onun  ən  böyük  arzusu,  istəyi  və  niyyəti  idi. 
Qüreyşlilərlə bağlanan müqavilə hansısa hərbi əməliyyatın qarşısını alırdı. Ancaq 
Qüreyşlilər  də  müsəlmanların  qüdrətinin  belə  sürətlə  böyüməsindən  təlaş 
keçirirdilər.  Onlar  müsəlmanlarla  hər  cür  sözləşməni  və  incikliyi  yoluna  qoymaq 
istəyirdilər. Onlar öz başçıları Əbu Süfyanı məcbur etdilər ki, elçi kimi Mədinəyə 
getsin və ümid edirdilər ki, öz qızı Ümmü Həbibənin köməyindən istifadə edərək 
peyğəmbəri  sülhə  inandırmağa  nail  olacaqdır.  Qüreyşlilərin  məğrur  başçısına 
vaxtilə  yalançı  kimi  güldüyü  və  təqib  etdiyi  bir  adamın  yanına  xahişçi  sifətində 
getmək olduqca ağır idi. Lakin o, daha ağır alçalmaya məruz qaldı. Məhəmməd bu 
elçiliyin zəiflik əlaməti olduğunu görüb təklifə heç cavab da vermədi. 
Əbu  Süfyan  öz  qəzəbini  gizlətməyə  məcbur  olub,  Əbu  Bəkrə,  Ömərə  və 
Əliyə  vasitəçilik  barədə  müraciət  etdi.  Lakin  onlar  Məhəmmədin  əsl  niyyətindən 
hali  olduqlarından  bu  xahişi  rədd  etdilər.  Sonra  o,  Məhəmmədin  qızı,  Əlinin 
zövcəsi  Fatimənin  xoş  münasibətini  qazanmağa  cəhd  etdi.  Ana  məğrurluğunu 
qızışdırmaq  üçün  xahiş  etdi  ki,  qoy  onun  altı  yaşlı  oğlu  Həsən  Əbu  Süfyanın 
himayəçisi  olsun.  Fatimə  buna  qürurla  cavab  verdi:  “Mənim  oğlum  himayəçi 
olmaq üçün çox balacadır. Həm də hansısa bir himayəçilik Allahın iradəsinə qarşı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə