Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   71   72   73   74   75   76   77   78   ...   120

 
224 
dedi ki, xahişinə əməl olundu. Qadın tez limana gəlib, əri yenidən dənizə çıxmaq 
istəyəndə  ona  çatdı.  Onlar  birlikdə  at  belində  Məkkəyə  qayıtdılar  və  qadın  ərini 
peyğəmbərin  yanına  gətirdi.  Məhəmməd  Əkrəmənin  dinə  keçməsini  qəbul  etdi, 
onu  dəstə  başçısı  təyin  etdi  və  gənc  ər-arvada  çoxlu  hədiyyələr  verdi.  Əkrəmə, 
digər  dinə  üz  tutan  əvvəlki  düşmənlər  kimi  sonralar  din  uğrundakı  müharibələrdə 
ən igid döyüşçülərdən biri kimi tanındı və özü də döyüş meydanında həlak oldu.  
Məhəmmədin  Məkkədəki  hərəkətləri  onun  sərkərdədən  daha  çox  dini  lider 
olduğunu, dinin təntənəsinə can atdığını göstərdi. Onun doğma şəhərinə qarşı ürəyi 
yumşaldı. Uğur onda olan qisas hissini öldürdü və o, inciklikləri unutmaq yolunu 
tutdu. Lakin ənsarlar və ya Mədinə müttəfiqləri onun bu uğurundan özlərinə ziyan 
gələcəyindən qorxurdular. Peyğəmbər Məkkəni tərifləyəndə bu onların şübhələrini 
artırmışdı. Onlar düşünürdülər ki, o, burada qalıb Mədinəni tərk edəcəkdir. Onların 
sözləri  Məhəmmədin  qulağına  gəlib  çatanda  o,  məzəmmətlə  demişdi:  “Yox,  siz 
məni  müdafiə  edəndə  mən  and  içdim  ki,  sizinlə  qalacaq  və  sizin  aranızda 
öləcəyəm. Mən sizi tərk etsəm Allahın nökəri və elçisi olmazdım!” O, sözünə düz 
çıxdı və ölənə qədər sürgün olunmuş adama sığınacaq vermiş Mədinədə qaldı. 
Məhəmmədin  vaxtilə  Taifdə  öz  təlimini  təbliğ  edəndə  ona  edilən  təhqirləri 
yada  salmağında,  taiflilərin  müsəlmanlara  qarşı  güclü  ittifaq  yaratması  xüsusi  rol 
oynadı. Taifin başçısı Malik ibn Avf müttəfiqlərin başçısı oldu. O, bütün qüvvələri 
Huneyn  vadisi  ilə  Taif  arasındakı  Evtas  vadisinə  yığdı.  Bura  dörd  min  döyüşçü 
yığılmışdı, düşərgə də arvad-uşaqla dolu idi, burada həm də çoxlu mal sürüsü və at 
ilxısı saxlayırdılar. Lakin bir qoca arvadları və uşaqları geri qaytarmağı tələb etdi 
ki, qoşun əlavə yükdən azad olsun. Məhəmməd də yürüşə çıxmışdı, onun qoşunu 
on iki min adamdan ibarət idi. Onlar dərin və qaranlıq bir vadiyə girəndə, qəflətən 
onların üstünə daş və ox yağmağa başladı. Məhəmmədin döyüşçülərindən ikisi, ya 
üçü  ölü  kimi  onun  ayaqlarının  yanına  düşdü.  Malik  bu  dar  keçidin  üstündə  olan 
bütün yüksəklikləri  tutmuşdu. Hər  bir  qaya və  mağara oxatanlar və sapandatanlar 
tərəfindən  tutulmuşdu.  Çoxu  isə  əlbəyaxa  döyüş  üçün  aşağı  tullanmışdılar. 
Qəflətən  hücumdan  qorxuya  düşüb  müsəlmanlar  qaçdılar.  Hər  kəs  artıq  öz  canı 
barədə  düşünürdü.  Yenə  də  bəziləri  elə  bildi  ki,  peyğəmbər  öldürülüb. 


 
225 
Məhəmmədin  özü  ümidsizlikdən  qatırını  vurub  düşmən  kütləsinin  üstünə  cumdu. 
Lakin Abbas qatırın yüyənindən yapışıb, peyğəmbəri real ölümdən saxladı və elə 
qışqırdı  ki,  onun  səsi  dar  vadiyə  yayıldı.  Müsəlmanlar  bu  tanış  səsi  eşidib 
dayandılar  və  təqib  edilmədiklərini  görüb  geri  qayıtdılar  ki,  yenidən  savaşsınlar. 
Düşmən  yüksəklikdən  endi  və  qanlı  toqquşma  başlandı.  Yəhərdən  əyilib 
Məhəmməd  bir  ovuc  torpaq  götürüb düşmənə  tərəf  havaya  atdı  və  qışqırdı:  “Qoy 
bu  toz  onları  kor  etsin!”  Doğrudan  da  düşmən  qaçmağa  başladı,  yəqin  ki, 
müsəlmanların  üstün  qüvvəsini  və  necə  qətiyyətlə  vuruşduqlarını  görmüşdülər. 
Malik  və  takefililər  uzaq  Taifdə  gizləndilər,  digərləri  isə  öz  düşərgələrinə  geri 
çəkildilər. Düşmən düşərgəsindən müsəlmanlar çoxlu qənimət götürdülər və xeyli 
düşmən  məhv  etdilər.  Sonra  Məhəmməd  takefililərin  arxasınca  Taifə  getdi.  O, 
şəhəri mühasirəyə aldı. 20 gün ərzində uğursuz qaydada şəhəri mühasirədə saxladı. 
Bu  döyüşlərin  birində  Əbu  Süfyan  bir  gözünü  itirdi.  Məhəmməd  öz  düşərgəsini 
yığışdırmağa məcbur oldu. 
Sonra  Məhəmməd  Taifdə  gizlənmiş  Malikin  yanına  elçi  göndərdi  və  təklif 
etdi ki, Huneyndə götürdüyü bütün qəniməti ona qaytarmağa, üstəlik yüz dəvə də 
verməyə  razıdır,  bu  şərtlə  ki,  o,  təslim  olsun  və  dini  qəbul  etsin.  Malik  belə 
alicənab təkliflə razılaşdı. Özü ilə yanaşı bir neçə müttəfiq tayfanı da peyğəmbərin 
bayrağı altına gətirdi. Məhəmməd qənimət bölünəndə bir alicənablıq da etdi. Taif 
qapısındakı hücumda gözü tökülən Əbu Süfyana bu gözün mükafatı kimi yüz dəvə 
və  xeyli  gümüş  verdi.  Şair  Abbas  ibn  Mardası  da  mükafatlandırdı.  Şair  öz 
narazılığını, ona az pay düşməsini satirik şeirində ifadə etmişdi. Məhəmməd bunu 
eşidib  demişdi:  “Götürün  bu  adamı  və  onun  dilini  kəsin!”  Ömər  bu  hökmü  hərfi 
mənada  başa  düşmüşdü.  Lakin  başqaları  peyğəmbərin  fikrini  anladılar.  Onlar 
qorxudan  əsən  Abbası  meydana  aparıb  oradakı  ən  yaxşı  qoç  sürüsündən  istədiyi 
qədər seçməyi əmr etdilər. Şair soruşdu ki, “bu vasitə ilə peyğəmbər mənim dilimi 
bağlamaq  istəyir?  Allaha  and  olsun  ki,  mən  heç  nə  götürməyəcəyəm!”  Lakin 
Məhəmməd də öz siyasi alicənablığından geri çəkilmədi və ona 60 dəvə göndərdi. 
Həmin vaxtdan şair peyğəmbərin əliaçıqlığının vəsf etməyini kəsmirdi. 


 
226 
Mədinəlilər  peyğəmbər  Qüreyşlilərə  bol  hədiyyələr  verəndə  gileylənməyə 
başladılar. Lakin bunu eşidib o, Mədinə tayfa başçılarını öz çadırına yığdı. Onlara 
həm ona qarşı etdikləri  yaxşılıqları, həm də öz xidmətlərini xatırlatdı. Bildirdi ki, 
“mən  həmin  adamlara  dünya  nemətlərini  verirəm,  sizə  isə  mənə  sədaqətli 
olduğunuza görə özümü verirəm. Onlar evlərinə qoyun və dəvələrlə qayıdacaqlar. 
Siz isə Allahın peyğəmbəri ilə. Hansı mükafat böyükdür?” Müttəfiqləri bu sözdən 
çox pərişan oldu: “Allahın peyğəmbəri! Biz öz payımızdan razıyıq!” 
Qənimət bölünən kimi Məhəmməd yenə Məkkəyə qayıtdı, özü də təntənə və 
sevinc  nidaları  ilə  qarşılanan  qalib  kimi  deyil,  zəvvar  ibadətini  başa  çatdırmaq 
üçün yolçu paltarında. Bütün ayinlər başa çatanda o, Moad ibn Cebalı xalqda islam 
təlimini möhkəmləndirmək üçün imam təyin etdi, şəhərin idarəçiliyini isə 18 yaşlı 
gənc Utbaya tapşırdı. Sonra vətəni ilə vidalaşıb qoşunu ilə geri, Mədinəyə qayıtdı. 
Yolda  anasının  dəfn  edildiyi  Ebva  kəndinə  yaxınlaşanda,  onun  xatirəsinə  oğul 
borcunu  vermək  istədi.  Din  qanunu  insan  qəbrinə  ehtiram  göstərməyi  qadağan 
edirdi.  O,  göylərdən xahiş  etdi  ki,  bu  qanun  yumşalsın.  O, qəbrə  yaxınlaşdı,  oğul 
həsrəti ilə göz yaşları axıtdı. 
Mədinəyə qayıtdıqdan sonra Məhəmməd qızı Zeynəbin ölümünə kədərləndi. 
Ümmü  Gülsümlə  Ruqiyyə  ondan  əvvəl  Haqqın  rəhmətinə  qovuşmuşdular. 
Zeynəbin həyatı faciələrlə dolu olmuşdu. Məkkədən Hicrət başladığı zaman, o  da 
ərinin  icazəsi  ilə  Mədinəyə,  atasının  yanına  getmək  üçün  Məkkədən  çıxmışdı. 
Müşriklər Hicrətə mane olduqları üçün Huveyris və Həbbar adlı iki müşrik yazıq 
qadına  hücum  edərək  onu  nizə  ilə  vurub  dəvəsindən  salmışdılar.  Zeynəb  o  vaxt 
hamilə idi. Qorxudan həm uşaq salmış, həm də yıxılaraq axsaq qalmışdı, sonra isə 
xəstə  kimi  yatağa  düşmüşdü.  Bütün  həyatı  boyu  Zeynəb  həmin  faciənin 
nəticələrindən  uzaqlaşa  bilməmişdi,  qalan  ömrünü  xəstəliklərdə  keçirmişdi.  Əri 
müşrik  idi.  Döyüşdə  müsəlmanlara  əsir  düşmüşdü.  Zeynəb  ərini  azad  etdirmək 
üçün  heç  nəyi  olmadığından  boynundan  gərdənbəndini  çıxararaq  fidyə  kimi 
Mədinəyə göndərmişdi. Məhəmməd gərdənbəndi görən kimi tanımışdı, axı onu toy 
hədiyyəsi kimi anası Xədicə Zeynəbə vermişdi. Ona görə də peyğəmbər arvadının 
bu yadigarı olan əşyanı geri, qızına göndərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə