Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   64   65   66   67   68   69   70   71   ...   120

 
203 
Peyğəmbərin  maddi  imkanları  o  qədər  də  böyük  deyildi.  Digər  tərəfdən  həyat 
tərzində o, çox təvazökar idi, ərəblərin məişəti də sadəlik tələb edirdi. 
Ühüd  döyüşünün  uğursuzluğu  ərəb  və  yəhudi  tayfalarına  Məhəmmədin 
xeyrinə  olmayan  təsir  göstərdi  və  müəyyən  müddətə  onun  təsirini  zəiflətdi. 
Xəyanətkarlıqlar işə düşdü. İki şəhərin – Ədxal və Karanın  sakinləri  onun yanına 
elçilər göndərdi və islamı qəbul etmək arzularını bildirdilər. Onlar xahiş etdilər ki, 
onlara yeni dinə öyrətmək üçün dini yaxşı bilən adamlar göndərilsin. Məhəmməd 
həmin  şəhərlərə  altı  şagirdini  göndərdi.  Şagirdlər  həmin  şəhərlərin  elçiləri  ilə 
birlikdə  gedirdilər.  Yolda  onlar  Raca  kiçik  çayının  yanında  istirahət  üçün 
dayandılar.  Bu  vaxt  elçilər  heç  nə  başa  düşməyən  müsəlmanların  üstünə  cumdu, 
dörd nəfəri öldürüb, iki nəfəri isə Məkkəyə aparıb Qüreyşlilərə verdilər, axırıncılar 
isə onları öldürdülər. 
Nəcd  vilayətinin  sakinləri  də  zəvvarlıq  qaydasında  eyni  cür  hərəkət  etdilər. 
Onlar  inandırdılar  ki,  özləri  də  müsəlmandır  və  öz  düşmənlərinə  qarşı 
Məhəmməddən  kömək xahiş etdilər. Məhəmməd  onlara Bəni Süleym tayfasından 
olan  ardıcıllarından  bir  dəstə  göndərdi.  Manna  kiçik  çayından  bir  az  aralıda, 
Mədinədən  dörd  günlük  məsafədə  onlara  hücum  edib,  hamısını  qırdılar.  Bircə 
Əmru  ibn  Ümeyyə  adlı  müsəlmana  xilas  olmaq  və  Mədinəyə  qaçmaq  müyəssər 
oldu.  Yolda  o,  Bəni  Əmir  tayfasından  olan  iki  silahsız  yəhudi  ilə  qarşılaşdıqda, 
onları  düşmən  hesab  edib  üstlərinə  cumdu  və  onları  öldürdü.  İndiyə  qədər 
Məhəmmədlə  dinc  yaşayan  tayfa  indi  ona  qisas  tələbi  ilə  müraciət  etdi. 
Məhəmməd  işi  digər  yəhudi  tayfası  olan  Bəni  Nadir  tayfasının  mühakiməsinə 
verdi.  Onlar  bu  məsələdə  vasitəçi  olmalı  idilər.  Məhəmməd  onların  yanına  Əbu 
Bəkrin, Ömərin, Əlinin müşayiəti ilə gəldi. Açıq havada, başçının evinin qarşısında 
yemək  hazırladılar.  Məhəmmədə  isə  gizlincə  xəbər  vermişdilər  ki,  onları  xəyanət 
məqsədilə  ora  gətirib  çıxarmışlar  və  onun  özünü  nahar  vaxtı  öldürmək  istəyirlər. 
Evin  damından  dəyirman  daşını  atıb,  bütün  qonaqları  bu  daşın  altında  əzmək 
istəyirmişlər. Lakin Məhəmməd bu xəyanətdən hali olduğunu bildirmirdi və nahar 
süfrəsinin üstündən qalxıb geri, Mədinəyə tələsdi. 


 
204 
Bu hadisədən sonra o, bütün qəzəbini Nadir tayfasının üstünə tökdü və əmr 
etdi  ki,  on  gün  ərzində  onlar  bu  torpağı  tərk  etməsələr,  bütünlüklə  məhv 
ediləcəklər. Onlar getmək istəyirdilər, lakin xəzrəclili Abdullah ibn Übeyy gizlincə 
kömək  vəd  edib,  qalmaq  üçün  onları  dilə  tutdu.  Bəni  Nadir  tayfası  öz  Zöhrə 
qalasında  gizləndi.  Məhəmməd  qalanı  mühasirəyə  aldı,  bütün  xurma  ağaclarını 
qırdırdı  və  yandırtdı.  Bu  ağaclar  tayfanı  qida  ilə  təmin  edirdi.  Altı  günlük 
mühasirədən  sonra  onlar  danışıqlara  başladılar  və  Məhəmməd  bu  şərtlə  onları 
buraxmağa  razılaşdı  ki,  onların  hər  biri  bir  dəvə  verəcək  və  özləri  ilə  silah 
götürməyəcəklər.  Onların  bir  hissəsi  Suriyaya,  digərləri  nisbətən  yaxınlıqdakı 
yəhudi  şəhəri  olan  Xeybərə  sürgün  edildi.  Tayfa  varlı  olduğundan  onlardan  yaxşı 
qənimət qaldı. Bu qəniməti Məhəmməd kasıblar və mükafata layiq olanlar arasında 
bölüb payladı. 
Bu  dövrdə  Məhəmməd  öz  həyatını  bir  neçə  dəfə  sui-qəsdlərdən  qoruya 
bilmişdi.  Əmru  ibn  Ümeyyə  Məkkəyə  gizlincə  göndərilmişdi  ki,  Əbu  Süfyanı 
öldürsün. Lakin bu qəsdin üstü açıldıqda, qatil qaçıb canını qurtara bilmişdi.  
Məhəmmədin  qatı  düşmənləri  olduğu  kimi  sədaqətli  dostları  da  var  idi, 
onlardan  biri  onun  keçmiş  qulu  Zeyd  ibn  Harisə  idi.  Məhəmməd  həmişə  onunla 
məsləhətləşirdi və ev işlərini ona həvalə edirdi. Bir dəfə o, Zeydin evinə gəldi, - o, 
bura  həmişə  ata  oğulun  evinə  baş  çəkən  kimi  sərbəst  gəlirdi  –  lakin  Zeyd  evdə 
deyildi,  onun  bu  yaxınlarda  aldığı  arvadı  Zeynəb  evdə  idi.  Bu  qız  öz  tayfasının 
gözəli hesab olunurdu. Heç kəsi gözləmədiyindən Zeynəb örtüksüz, yarı geyinmiş 
vəziyyətdə  oturmuşdu.  Birdən  otağa  daxil  olan  Məhəmməd  onu  bütün  gözəllik 
haləsində  gördü.  O,  özünü  saxlaya  bilməyib  öz  təəccübünü  və  heyrətini  bildirdi. 
Gəlin  isə  heç  nə  deməyib,  hər  şeyi  ərinə  danışdı.  Zeyd  bilirdi  ki,  Məhəmmədə 
məhəbbət hissi yad deyildir və başa düşdü ki, Zeynəbin gözəlliyi peyğəmbəri əsir 
etmişdir.  O,  peyğəmbərin  arxasınca  yollandı  və  arvadını  boşamağı  təklif  etdi. 
Məhəmməd  qanuna  əks  olan  bir  şey  kimi  ona  arvadını  boşamağı  qadağan  etdi. 
Lakin  Zeyd  sözündən  dönmədi,  arvadını  çox  sevməsinə  baxmayaraq,  özü  tezliklə 
onu  boşadı.  Boşanmadan  qanuni  vaxt  keçdikdən  sonra  Məhəmməd  bu  qurbanı 
minnətdarlıqla qəbul etdi. Zeynəb bint Cahşla toy öz dəbdəbəsi ilə bütün toylardan 


 
205 
fərqlənirdi.  Gələnlərin  hamısı  qoyun  və  quzu  ətinə,  arpa  kökələrinə,  bala, 
meyvələrə və hər cür sevilən içkilərə qonaq edildi. Bu izdivaca Quranın yeni vəhyi 
haqq  qazandırdı.  Quranın  “Əl-Əzhab”  surəsində  deyilir:  “Allah  bir  adamın 
köksündə iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma 
ana,  nə  də  oğulluğa  götürdüklərinizi  sizə  doğma  oğul  etmişdir”  (4-cü  ayə). 
Beləliklə,  oğulluğa  götürdüyün  adamın  əvvəlki  arvadına  evlənmək  günah  hesab 
olunmur. Məhəmməd oğulluğa götürməsini də ləğv etdi və Zeydə göstəriş verdi ki, 
özünü  doğma  atasının  adı  ilə  ibn  Harisə  adlandırsın.  Həmin  vaxtdan  Zeynəb 
Məhəmmədin digər arvadları üzərindəki üstünlüyü ilə öyünürdü, bu vəhydə həmin 
nikahın  göylərin  özünün  göstərişi  ilə  kəsildiyinə  tutarlı  sübut  görürdü.  Bu 
Məhəmmədin Zeynəb adlı ikinci arvadı idi, birincisi, Huzeymənin qızı olmaqla bir 
qədər əvvəl ölmüşdü.  
Ühüd  məğlubiyyətindən  sonra  ayrı-ayrı  tayfalar  Məhəmmədə  qarşı 
vuruşmağa cəsarət edirdilər. Bəni Müstəliq tayfası öz başçısı Əl-Harisin rəhbərliyi 
altında  onunla  vuruşmaq  istəyəndə  Məhəmməd  xəzrəclilərin  seçmə  dəstəsi  ilə 
onların qarşısına çıxdı. Atılan ox xoşbəxtlikdən elə döyüşün başlanğıcından Harisi 
öldürdü. Onun qoşunu qaçdı. Bu qələbənin bəhrəsi iki yüz əsir, beş min qoyun və 
min dəvə oldu. Əsirlərin arasında tayfa başçısının qızı Barra da var idi. O, həmin 
tayfadan  olan  bir  ərəbin  arvadı  idi.  Qənimət  bölündükdə  qız  başqasına  düşdü. 
Peyğəmbər  bu  gözəl  qadına  vurğun  gözlərlə  baxırdı.  Məhəmməd  qıza  ona  ərə 
gəlməyi təklif etdi. Gözəl Barra o saatca razılıq verdi və peyğəmbər onun haqqını 
qənimət  sahibinə  verdi.  Müsəlmanlar  qızın  qohumlarının  hamısını  azad  etdilər. 
Onların çoxu islamı qəbul etdi və Mədinəyə qayıdanda Barra Məhəmmədin arvadı 
oldu. 
Məhəmməd  yürüşlərinə  gedəndə  arvadlarından  birini  özü  ilə  götürürdü. 
Sonuncu  yürüşdə  o,  Ayişəni  götürmüşdü.  Ayişə  dəvənin  üstündə,  hər  tərəfdən 
pərdələrlə  örtülmüş  kəcavədə  gedirdi.  Dəvənin  yedəyini  nökərlərdən  biri  çəkirdi. 
Qayıdan  baş  qoşun  istirahət  üçün  dayananda  Ayişənin  nökərləri  kəcavənin  boş 
olduğunu gördülər. Onlar özlərinə gəlməmişdən Ayişə başqa dəvənin üstündə gəlib 
çıxdı. Bu dəvənin yedəyini Səfvan ibn əl-Müəttəl adlı cavan ərəb çəkirdi. Abdullah 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə