Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   61   62   63   64   65   66   67   68   ...   120

 
194 
Əsirlərin arasında Süheyl ibn Əmr adında bir adam var idi. O, çox məşhur 
xətib idi və Məhəmmədin əleyhinə hər zaman nitq söyləyirdi. O, fidyə verərək ilk 
azad olunanlardan biri oldu. 
Müsəlmanlar öz həlak olanlarını böyük təntənə ilə dəfn etdilər, Qüreyşlilərin 
cəsədini isə bu məqsəd üçün qazılmış çalaya atdılar. Əsirlərin taleyi məsələsi həll 
ediləndə  Əbu  Bəkr  fidyə  alınaraq,  yəni  pul  müqabilində  onları  buraxmağı,  Ömər 
isə  onların  başını  vurmağı  təklif  etdi.  Məhəmməd  özünü,  günahkarları  daşqınla 
məhv  etmək  barədə  dua  edən  Nuh  kimi  aparırdı.  O,  özü  mərhəmətli  qərar  qəbul 
etdi.  Axı  Quranın  İbrahim  surəsində  deyilirdi:  “Ya  Rəbb!  Tayfanın  mənə 
qatılanları  mənimlədir,  mənə  qarşı  qalxanlara  gəldikdə,  sən  mühakimə  edən  və 
bağışlayansan”  (36-cı  ayə).  Əsirlərin  ikisi  ölümə  məhkum  edildi.  Onlardan  biri 
Nafar Quranı pers nağılları və təmsilləri ilə müqayisə edib ona gülmüşdü, digəri isə 
birinci dəfə Kəbədə  moizə oxuyanda  peyğəmbərə qəsd etmək istəmiş,  ancaq Əbu 
Bəkr  işə  qarışmaqla  Məhəmməd  xilas  olmuşdu.  Bir  neçə  kasıb  əsir  bir  daha 
Məhəmməd  və  onun  ardıcılları  əleyhinə  silah  qaldırmamaq  şərti  ilə  azadlığa 
buraxıldı.  Digərləri  isə  saxlanıldı  ki,  dostları  onları  xilas  etmək  üçün  haqqı 
gətirsinlər.  Ən  görkəmli  əsirlərdən  biri  Məhəmmədin  əmisi  Əl-Abbas  idi.  Onu 
xırda boylu Əbu Yasir əsir götürmüşdü. Əl-Abbas isə and-aman edirdi ki, nəhəng 
bir atlıya təslim olmuşdur, bu irilikdə atı isə ömründə birinci dəfə görübmüş. Əbu 
Yasir  isə  onu  özü  əsir  götürdüyünü  təsdiq  edirdi.  Əmisini  utandırmamaq  üçün 
Məhəmməd elan etdi ki, Əbu Yasirə Cəbrayılın özü kömək etmişdir. Əvəzində Əl-
Abbas dedi ki, o, öz ürəyində müsəlmandır, vuruşmağı isə onu məcbur etmişdilər. 
Məhəmməd  üçün  ən  vacib  olan  əsir  Zeynəb  adlı  qızının  əri  Əbül  As  idi. 
Peyğəmbər onu öz tərəfinə çəkmək istəyirdi, lakin kürəkən inadkarlıqla dinsizlikdə 
qalırdı. Məhəmməd bir şərtlə onu buraxdı ki, Əbül As peyğəmbərin qızını atasının 
yanına  göndərəcəkdir.  O,  bununla  razılaşdı  və  Məhəmmədin  sadiq  azad  edilmiş 
qulu Zeyd bir neçə adamla Məkkəyə yollandı ki, Zeynəbi Mədinəyə gətirsin. Onun 
əri Əbül As isə bu şərt həyata keçirilənə qədər girov kimi saxlandı. 
Qoşun  Mədinəyə  qayıtmamışdan  əvvəl  qəniməti  bölüşdürməyə  başladılar. 
Əbu Süfyanın karvanı çıxıb getsə də, çoxlu silah və dəvə ələ keçirilmişdi, əsirlərin 


 
195 
fidyə hesabına buraxılmasından isə böyük məbləğə pul qazanılacaqdı. Məhəmməd 
qənimətin  yürüşdə  iştirak  edən  müsəlmanlar  arasında  bərabər  qaydada 
bölünməsinə göstəriş verdi. Ərəblərin köhnə qaydasına görə qənimətin dörddə biri 
başçıya çatmalı idi. Məhəmməd isə bərabər payla kifayətləndi. Ona çatan şeylərin 
arasında  məşhur  “Zülfüqar”  qılıncı  var  idi.  O  vaxtdan  Məhəmməd  döyüşdə  bu 
qılıncı  həmişə  özü  ilə  gəzdirirdi,  peyğəmbər  öləndən  sonra  isə  irs  kimi  bu  qılınc 
kürəkəni Əliyə qaldı. Bu bərabər bölgü qoşunun narazılığına səbəb oldu. Döyüşün 
qızğın  yerində  olanlar  və  qəniməti  əsas  ələ  keçirənlər  gileylənirdilər  ki,  uzaqda 
dayananlarla və düşərgəni mühafizə edən qocalara onlara bərabər pay düşmüşdür. 
Lakin  qərar  dəyişmədi  və  qənimət  bərabər  qaydada  bölündü.  Bir  qədər  sonra 
Məhəmmədə  vəhy  gəldi  və  din  uğrunda  müharibədə  götürülən  qənimətin 
bölünməsi qaydası həmin vəhydə elan edilirdi. 
Bədir döyüşü Məhəmmədin bayrağı altında parlaq qələbə ilə başa çatdı. Bu 
qələbənin böyük əhəmiyyəti var idi, çünki islam dininin qalibiyyətli yürüşünə yol 
açırdı.  Bədir  döyüşündə  Məhəmmədin  cəsur  hərəkəti  və  sərkərdəlik  qabiliyyəti 
dünyanın sifətinin sonradan əsaslı surətdə dəyişilməsində mühüm rol oynadı. Bədir 
döyüşü bəlkə də islam dini üçün dünyaya açılan qapı rolunu oynadı. 
Qədim  Roma  sərkərdələri  öz  doğma  şəhərlərinə  triumfla  girən  kimi, 
Məhəmməd  Mədinəyə  böyük  təntənə  ilə  döndü,  axı  onu  çoxlu  qənimət  və  əsirlər 
müşayiət  edirdi.  Uzun  illərin  təqiblərindən,  ağır  itkilərdən  sonra  sevinmək  üçün 
böyük əsas var idi. Lakin peyğəmbər həyat sevinclərindən elə bil ki, daim kənarda 
qalırdı.  Uşaqlıqda  təbiət  onun  sevimli  valideynlərini  oğurlamışdı,  sonralar  böyük 
məhəbbət  və  sədaqət  gördüyü  və  bunlardan  ilhamlandığı  bir  vaxtda  ilk  arvadını 
itirmişdi. Ona atalıq etmiş əmisi Əbu Talibi itirməklə o, həm də möhkəm dayaqdan 
və himayədən məhrum olmuşdu. Mədinədə Ayişəyə evləndikdən sonra o, bir qədər 
sevincli  ömür  sürə  bilərdi.  Buna  həm  də  ilk  hərbi  qələbədən  yaranan  fərəh  və 
iftixar  hissi  əlavə  olunmuşdu.  Deyəsən  Allahın  nümayəndəsi  heç  vaxt  öz  şəxsi 
sevinci  ilə  öyünməməli,  onlarda  qapılıb  qalmamalı  idi.  O,  daim  onun  üzərinə 
qoyulmuş  məsul  və  özü  də  hiss  etməsə  də,  dünya  miqyaslı  missiya  barədə 
düşünməli  idi.  Din  yolunda  o,  daim  əzab-əziyyət  çəkməli  idi,  sevinci  isə 


 
196 
başqalarına qismət olmalı idi. Bu dəfə də belə oldu. Bədir qələbəsinin sevincinin 
dadı hələ bütünlüklə dərk edilməmişdən buna peyğəmbərin ailə dərdi qatışdı. Onun 
sevimli  qızı,  uzun  müddət  Abissiniyada  qaçqın  həyatı  yaşamış  Ruqiyyə  öldü. 
Məhəmməddən qabaqda əhaliyə qələbə xəbərini çatdırmış qasid şəhərin qapısında 
matəm  dəstəsi  ilə  qarşılaşdı.  Ruqiyyənin  tabutunu  dəfn  etməyə  aparırdılar. 
Peyğəmbər uşaqlarına çox bağlı idi, o, Xədicədən olan, çox tez vəfat edən iki yaşlı 
oğlunun dərdini yaşamışdı. İndi də ölüm qızlarını hədəf götürməyə başlamışdı, ilk 
dəfə isə həyatında daha çox dərdlərə düçar olmuş Ruqiyyəni seçmişdi. 
Məhəmmədin  qızının  itkisindən  yaranan  ağır  dərdi  digər  qızı  Zeynəbin 
Məkkədən qaytarılması ilə bir qədər yüngülləşdi. Sədaqətli Zeyd bütün çətinliklərə 
baxmayaraq  köhnə  sahibinin,  indiki  dini  başçısının  tapşırığını  əməl  edərək,  onu 
müşriklərin  ailə  əsarətindən  xilas  edib  gətirmişdi.  Çünki  Qüreyşlilər  qızın  təxti-
rəvanda şəhərdən çıxarılmasına mane olmağa cəhd etmiş və hətta biri nizə ilə qızı 
vurmaq  istəmiş,  başqasının  müdaxiləsi  ilə  Zeynəb  ölümdən  xilas  olmuşdu.  Səs-
küyə  Əbu  Süfyan  gəlmiş  və  onu  xilas  edəni  məzəmmət  etmişdi.  Sonra  Zeynəb 
şəhərə  qaytarılmış  və  gizlincə  Zeydə  təhvil  verilmişdi.  Zeynəbin  belə  təhlükələrə 
məruz  qalması  Məhəmmədi  çox  hiddətləndirdi  və  qızına  hücum  edən  adamı  ələ 
düşən kimi qılıncla öldürmək göstərişini verdi. 
Məhəmmədin  Bədir  döyüşündəki  qələbəsi  Məkkə  Qüreyşlilərini  məəttəl 
qoymuş və onların hisslərini təhqir etmişdi. Bir az əvvəl buradan qaçmağa məcbur 
olmuş  qaçqın  bir  adam  birdən  qüdrətli  bir  düşmənə  çevrildi.  Şəhərin  ən  igid  və 
sayılan  adamlarının  çoxu  müsəlmanların  qılınclarının  zərbəsindən  öldü.  Digərləri 
əsir düşdü və alçaldıcı qaydada qaytarılmalarını gözləyirdi. Məhəmmədin əmisi və 
onun  daimi  əleyhdarı  Əbu  Ləhəb  xəstəliyinə  görə  vuruşda  iştirak  etməmişdi.  O, 
məğlubiyyət  xəbərini  eşidəndən  sonra  öldü.  Onun  həyəcanlanması  bəlkə  də  bu 
ölümü  yaxınlaşdırmışdı.  Lakin  müsəlmanlar  onun  ölümünü  Məhəmmədin  ona 
etdiyi lənətlərlə əlaqələndirirdilər. Bu lənət Safa təpəsində peyğəmbərə daş atmaq 
üçün əlini qaldıranda söylənmişdi. Bu lənət onun oğlu Utbəni da haqlamışdı. Axı 
Utbə  Ruqiyyəni  boşamışdı.  Sonra  karvanla  Suriyaya  gedəndə  yolda  onu  şir 
parçalamışdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə