182
mağaranın ağzına qədər gəldilər, lakin orada kiminsə olmadığını güman
etdiklərindən qayıdıb getdilər.
Qaçqınlar üç gün mağarada qaldıqdan sonra dördüncü gün gecə Əbu Bəkrin
nökərinin gətirdiyi dəvələrin belində Mədinəyə yollandılar. Onlar karvan yolu ilə
deyil, Qırmızı dənizin kənarına yaxın yolla getdilər. Bir az sonra atlı dəstə onlara
çatdı. Təqib edənlərin çoxluğu Əbu Bəkri həyəcanlandırdı, lakin yenə Məhəmməd
ona ürək-dirək verdi: “Qorxma, Allah bizimlədir!” Dəstənin başçısı Süraka
Məhəmmədə yaxınlaşanda at şahə qalxdı və süvari atla birlikdə yerə sərildi. Bu pis
əlamət kimi onun cahil ruhunu sarsıtdı. Məhəmmədin nitqi isə Sürakaya güclü təsir
etdiyindən, ondan üzr istəməyə başladı və dəstəsini götürüb geri döndü. Yolçular
isə öz yollarına davam edib Mədinədən üç kilometr aralı olan Quba yaylasına gəlib
çıxdılar. Bu yayla şəhərlilərin gəzmək yeri idi, təmiz və sağlam havası ilə seçilirdi,
şəhəri meyvə ilə təchiz edirdi. Yaylanın ətrafı üzümlüklər, meyvə bağları ilə əhatə
olunmuşdu. Bura gəlib çıxanda Məhəmmədin dəvəsi əl-Kasva diz üstə çöküb, daha
getmək istəmədi. Peyğəmbər bunu xoş əlamət kimi qəbul edib, Qubada qalmağı
qərara aldı, orada isə şəhərə girməyə hazırlaşmaq olardı. Mədinə müsəlmanları isə
Məhəmmədə hələ əvvəldən sığınacaq tapmışdılar, lakin onun yaxında olduğunu
eşidib onu qarşılamaq üçün Qubaya gəldilər. İlk müsəlmanlardan olan Talha və
Xədicənin qohumu Zübeyr yolçuların paltarlarının toz basdığını görüb Mədinəyə
girmək üçün onlara ağ plaşlar verdi. Mədinəli müttəfiqlərin - ənsarların çoxu
verdikləri sədaqət andını indi yenidən bərpa etməyə tələsdilər.
Məhəmməd öz dininə keçən şəhərlilərin çox sürətlə artdığını və şəhərin onu
mehribanlıqla qarşılayacağını onlardan eşidib cümə gününü, Rəbbül-əvvəl ayının
başlanğıcındakı günü, özünün təntənəli şəhərə girişinə görə müsəlmanların
bayramı elan etdi. Həmin gün səhər tezdən o, öz tərəfdarlarını ibadətə yığdı, onlara
öz dininin əsaslarını izah etdi və Mədinəyə getdi. Bu şəhər onun sığınacaq yeri
kimi əsrlər boyunca şöhrət tapacaqdı. 70 nəfər atlı onu müşayiət edirdi və
mühafizəçi xidməti göstərirdi. Onun yanı ilə Əbu Bəkr dəvəsinin üstündə gedirdi.
Bu vaxt Sahama tayfasının başçısı Boreyda qışqırdı: “Allahın elçisi! Sənə
183
Mədinəyə bayraqsız daxil olmaq olmaz” və bu sözləri deyib öz çalmasını açdı, onu
öz nizəsinin ucuna taxdı və peyğəmbərin qabağında apardı.
Mədinə gözəl şəhər idi, buranın iqlimi sağlam, torpağı isə çox münbit idi.
Uca palmalar, gül kolları küçələri bəzəyirdi. Şəhərin girəcəyində dini qəbul edənlər
kütləsi, qızğın günəşin yandırmasına baxmayaraq onu qarşıladı. Onların çoxu
Məhəmmədi bu vaxta qədər görmədiyindən səhvən Əbu Bəkrə təzim edirdi. Əbu
Bəkr peyğəmbərin başı üstündən mühafizəçilərin tutduğu palma yarpaqlarını
aralayıb kimə təzim göstərmək lazım olduğunu göstərdi və qarşılayanlar
Məhəmmədi gur nidalarla salamladı. Beləliklə, Məhəmməd doğma şəhərindəki
qaçqınlıqdan, başına qiymət qoyulmuş bir adamdan Yasribə sürgün edilmiş və
sığınacaq xahiş edən adam kimi deyil, qalib təntənəsi ilə daxil oldu. O, dindar
müsəlman olan Əbu Əyyub adlı xəzrəclinin evinə düşdü. Bu adam peyğəmbərin
uzaq qohumu idi. O, evdə sevinclə qəbul edilməklə, aşağı mərtəbədə yerləşdi. Bu
hadisə 26 iyul 622-ci ildə baş vermişdi və hicri tarixinin başlanğıcı hesab olunur.
Onun gəlişindən bir az sonra Məkkədən piyada qaçmış sədaqətli Əli də ona
qoşuldu. O, Qüreyşlilərin əlinə düşməmək üçün gündüzlər gizlənir, yalnız gecələr
yol gedirmiş. Bir neçə gün sonra Ayişə və Əbu Bəkrin bütün ailə üzvləri, həmçinin
Məhəmmədin ailəsi gəlib çıxdı. Onları peyğəmbərin azad olmuş qulu Zeyd və Əbu
Bəkrin nökəri Abdullah gətirmişdi. Beləliklə, məşhur “peyğəmbərin köçməsi” və
ya Hicrət baş verdi. Bu müsəlman erasının və müsəlman təqviminin başlanğıcı
oldu. Əsl müsəlmanlar və bəzi islam dövlətləri tarixi məhz bu təqvimlə aparırlar.
53 yaşlı peyğəmbərin Yasribə gəlməsi onun ictimai vəziyyətini kökündən
dəyişdi. Tezliklə Məhəmməd güclü və iri bir sektanın başçısı oldu. Bu sekta bir
tərəfdən Məkkədən qaçmış öz şagirdlərindən ibarət idi. Onlar mühacirlər və ya
qaçqınlar adlanırdı. Digər tərəfdən sektada ona qoşulmuş Mədinə sakinləri var idi,
onlar ənsarlar və ya müttəfiqlər adlanırdı. Ənsarların demək olar ki, hamısı Evs və
Xəzrəc tayfalarına mənsub idi. Bu tayfalar iki doğma qardaşdan öz mənbəyini
götürürdü və bu tayfalar yüz iyirmi ilə qədər kəskin düşmənçilik etmişdilər, ancaq
indi yeni dinin bayrağı altında birləşmişdilər. Hələ yeni dini qəbul etməkdə
184
ləngiyənlərlə də Məhəmməd ittifaq bağladı. Yasrib ərəb dilində “şəhər” mənasını
verən Mədinə adlanmağa başladı, başqa sözlə bu peyğəmbərin şəhəri demək idi.
Məhəmməd burada öz dinini açıq təbliğ etmək imkanı əldə etdi və məscid
tikməyə başladı. O, qəbiristanlıqda yer seçdi, bura xurma ağacları ilə əhatə
olunmuşdu. Belə deyirlər ki, beş xoş əlamət bu yeri seçməyə səbəb olmuşdu.
Peyğəmbər şəhərə daxil olarkən dəvəsi bu yerin qarşısında diz çökmüşdü.
Məscidin divarları gildən və kərpicdən tikilirdi, damı isə kəsilmiş palma
ağaclarının gövdəsindən düzəlmişdi və palma budaqları ilə örtülmüşdü. Peyğəmbər
məscidin tikilməsində şəxsən iştirak edirdi. Bu məscid Nəbəvi – Peyğəmbər
məscidi adlanır, çünki peyğəmbər öz əlləri ilə onu tikməyə başlamışdı. O,
ardıcıllarını ibadətə necə çağırmaq barədə bir neçə vaxt tərəddüd keçirdi. Zeydin
oğlu Abdullah təklif etdi ki, adamları məşhur sözləri elan etməklə çağırmaq
lazımdır. Məhəmməd təklifi qəbul etdi və o vaxtdan əzan çəkmək adəti yarandı. Bu
gündən dünyadakı bütün məscidlərin minarəsindən müsəlmanlar ibadətə əzan
vasitəsilə çağırılır: “Allahu akbar! Allahu akbar! Lailahəilləllah! Mühəmmədin,
Rəsul Allah! İbadətə gəlin! İbadətə gəlin! Allahu akbar! Allahu akbar!
Lailəhailləllah!” Mürgülüyənlərə isə əlavə edilir: “İbadət yuxudan yaxşıdır! İbadət
yuxudan yaxşıdır!” İlk müəzzin olmaq şərəfi çox gözəl səsi olan Bilal Həbəşiyə
nəsib olmuşdu, o, qonşudakı evin damından əzan oxuyurdu.
Məhəmməd ona müraciət edənlərin hamısına xeyirxah məsləhətlər verirdi.
Şagirdlərindən biri vəfat etmiş anasına hansı ehsanı verməyi soruşanda Məhəmməd
demişdi: “Suyu!” – axı adamlar düzlərin qızmar günəşindən əziyyət çəkirdi. “Quyu
qaz və susuzluqdan yananların hamısına su ver”. Şagirdi öz anasının şərəfinə quyu
qazdı və dedi: “Bu quyu mənim anamın adınadır. Qoy mükafatı da onun ruhuna
çatsın”. Digər biri ona həyat davranışına məsləhət görməyi xahiş edəndə demişdi:
“Heç kəs haqqında pis söz danışma!” Həmin adam sonralar deyirdi ki, “o vaxtdan
mən heç kəsi – nə qulu, nə azad adamı bir sözlə də incitməmişəm”.
İslamın qaydaları birgəyaşayışdakı hörmətə də yayılmışdı. “Evə girəndə və
çıxanda salam de (və ya təzim et). Dostların, tanışların və yolda yolçuların
təziminə cavab ver. Kim at üstündə gedirsə piyadaya birinci təzim göstərməlidir,
Dostları ilə paylaş: |