170
hədə ilə qalxan qolu lənətləndirdi. Bildirdi ki, onu cəhənnəm odu yandıracaqdır.
Əlavə etdi ki, onun arvadı Cümeyl özü tonqala tikan çırpısı gətirəcəkdir ki, bu odu
yandırsın. Yığıncaq təşviş içərisində dağıldı. Əbu Ləhəb və arvadı Məhəmmədin
lənətindən sonra oğulları Utbəni məcbur etdilər ki, arvadı Ruqiyyəni boşasın və
qızı atasının üstünə göndərdilər.
Birinci cəhdin uğursuzluğundan peşman olmayan Məhəmməd Haşimilərin
ikinci yığıncağını öz evində çağırdı. O, onları yaxşı qonaq etdi, sonra isə
gözlənilmədən ona gələn vəhyi bütün təfsilatı ilə danışdı və bunun Allahın
göstərişi olduğuna görə öz qohumlarına elan etməli olduğunu bildirdi. “Əbdül
Müttəlibin övladları, bütün adamlar içərisində Allah sizə öz qiymətli hədiyyələrini
göndərmişdir. Və mən, onun adı naminə sizə bu dünyanın bütün xoşbəxtliklərini və
gələcəyin bütün nəhayətsiz sevinclərini təklif edirəm. Kim mənim təklifimin
yükünü öz üzərinə götürmək istəyir? Kim mənim qardaşım, mənim canişinim,
mənim vəzirim olmaq istəyir?”
Heç kəs dinmirdi. Birdən Əli bir cavan qətiyyəti ilə yerindən sıçradı və
özünü peyğəmbərin xidmətinə təklif etdi, həm də öz gəncliyini və bədən zəifliyini
etiraf etdi. Məhəmməd gənci qucaqlayıb bağrına basdı və dedi: “Baxın, budur
mənim qardaşım, mənim vəzirim, mənim canişinim! Hamı onu eşitməli və ona
tabe olmalıdır”. Qüreyşlilər isə bu oğlanın hərəkətinə qeyzlə bərkdən güldülər.
Onlar oğlanın atası Əbu Talibə də gülürdülər, istehza ilə deyirdilər ki, o da öz
oğluna təzim etməli və ona tabe olmalıdır.
Məhəmmədin təlimi, qohumları və dostları tərəfindən belə düşmənçiliklə
qarşılansa da, kütlə arasında, xüsusən qadınlar arasında özünə tərəfdar tapırdı. Axı
qadınların daim təqib olunanlara ürəyi yanır. Yəhudilərin də çoxu əvvəlcə
Məhəmmədə yaxınlaşdılar, lakin şagirdlərinə, yəhudilərə qadağan olunan dəvə əti
yeməsinə icazə verdiyini görəndə, ondan aralandılar və onun dinini natəmiz kimi
rədd etdilər.
Həmin vaxtdan Məhəmməd artıq özünü ruhunun ilham mənbəyinə təslim
etdi və təlimini açıq şəkildə və inadkarlıqla təbliğ etməyə başladı. Özünü isə
bütpərəstliyə son qoymaq, yəhudi və xristian qanunlarının sərtliyini yumşaltmaq
171
üçün Allahın göndərdiyi peyğəmbər elan etdi. O, tez-tez Hira dağındakı kahaya
yollanırdı ki, oradakı yeganə mağarada Quranın yeni vəhylərini qəbul etsin.
Məhəmməd özünü yeni dinin moizəçisi hesab etmirdi, hamını əmin edirdi ki,
o, ancaq Allahın göndərdiyi qədim dini bərpa edir. Quranın “Əl-Bəqərə” surəsində
deyilir: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o,
Allaha şərik qoşanlardan (bütpərəstlərdən) deyildi” (135-ci ayə). “Biz Allaha, bizə
nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına
göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən bütün
peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onların heç birini
digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq” (136-cı ayə).
İlk gündən Quran İlahi vəhy, Allahın sözü kimi çatdırıldı. On dörd əsr ərzində bu
inam daha da möhkəmlənmişdir ki, Quranda məhz Allahın özü danışır, öz
təbəələrinə Tanrı özü müraciət edir. Bu ehkama biz müqəddəs kitabın digər
səhifələrində də rast gəlirik. Quranın “Əl-Maidə” surəsinin 15-ci ayəsində deyilir:
“Siz kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir
çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan)
peyğəmbəriniz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq aydın bir kitab
(Quran) gəldi”. Belə nəticə hasil olur ki, həmin müqəddəs kitablar da öz yerini
Qurana təhvil verməlidir. Quran qanunu tamamlayır və ondan sonra ilahi vəhylər
olmayacaqdır. Məhəmməd peyğəmbərlər sırasının sonuncusu və ən böyüyü
olmaqla Allahın iradəsini elan etməyə gəlmişdir.
Yeni dinin ən vacib cəhəti Allahın bir olmasını elan etməsi idi. Əlbəttə,
iudaizm və xristian dinində də təkallahlıq elan edilmişdi, lakin bu vahidliyə xələl
gətirən cəhətlər də var idi. İudaistlərin Allahı Yaxvenin Savaof, İeqova kimi də
adları var idi. Xristian dini isə Allahı üç obrazda – Allahda, onun oğlunda və
müqəddəs ruhda tanıyırdı. Xristianlar ana bətnindən doğulmuş İisusu (İsa
peyğəmbəri) Allah adlandırırdılar. V əsrdə (428-431-ci illərdə) Konstantinopol
patriarxı olmuş Nestor bu fikrin əleyhinə çıxdı, İisus Xristi Allahın oğlu və Allah
adlandırmaqdan imtina etdi, Məryəmin isə Allah oğlunun anası olması ideyasını
bütünlüklə rədd etdi. Nestor İisusun yalnız sonradan Allahın oğlu, məsih olduğunu
172
iddia edirdi. Məhəmməd də Nestorianlar sektasının xristian aləmində küfr hesab
olunan və Efes Şurası tərəfindən hələ 431-ci ildə məhkum edilən bu ideyalar ilə
tanış idi. Ona görə də Quranda Allahın vahidliyinin hansısa üç birlikdə ifadə
olunması bütünlüklə rədd edilir və Allahdan başqa digər allahın olmadığı təkrar-
təkrar qeyd edilir: “Lailahəilləlah – Allahdan başqa heç bir tanrı yoxdur” (“Əl-
Bəqərə” surəsi, 255-ci ayə). Və ya “Sizin tanrınız tək olan Allahdır” (163-cü ayə).
Bu, Quranın başlıca ehkamıdır: Yalnız “Allah hər şeyə qadirdir” (“Əl-Maidə”
surəsi, 19-cu və 40-cı ayələr).
Ərəb sözü olan “islam” da “Allaha tabe olmaq” deməkdir. Bu baş ehkama
digər ehkam da əlavə olunur: “Məhəmməd Allahın peyğəmbəridir”. Quranda
göstərildiyindən, müsəlmanlar bunu Allahın göstərişi kimi qəbul edirlər. Bu isə
vəhylərin Allaha məxsusluğu fikrini daha da möhkəmləndirir.
Hər cür bütpərəstlik qadağan olunurdu. Bütpərəstlik bəlkə də Məhəmmədin
ən çox nifrət etdiyi şey idi, lakin Allahın vahidliyinə xələl gətirməyən və ona
uşaqlıqdan məlum olan bir çox dini qaydalar saxlanmışdı. İbadət üçün Məkkəyə
getmək, Kəbəyə aid bütün qaydalara əməl etməklə səcdə qılmaq, Zəmzəm
bulağının suyundan içmək və s. bütünlüklə icra olunurdu. Təkcə bütlərə sitayiş
edilmirdi. Köhnə ərəb qaydası ilə ibadətdən əvvəl əli-ayağı yumaq da saxlanmışdı.
Hətta günün və gecənin müxtəlif vaxtlarında ibadət etmək məsləhət görülürdü.
İslam dini özündən əvvəlki iudaizm və xristian dinlərindən çox şeyləri əxz etdiyi
kimi, yəqin ki, sonralar fars sözü ilə “namaz” adlanan ibadətin sutka ərzində beş
dəfə qılınmasını yəqin ki, zoroastrizmdən (Zərdüşt dinindən) götürmüşdü. Çünki
zoroastrlar da gündə beş dəfə ibadət edirdilər. İbadət vaxtı müsəlmanlar birbaşa
Allahın özünə müraciət edir, ona təzim qılır, üzü üstə yerə sərilirdilər. İbadət vaxtı
dua edənlər üzünü Qibləyə tərəf tutur və ona tərəf diz çökürdülər. Hər namazın
sonunda Quranın “Əl-Bəqərə” surəsindən bu ayə oxunur: “Əbədi və əzəli varlıq
Odur. O, nə mürgü, nə də yuxu bilir. Göylərdə və yerdə nə varsa hamısı Onundur...
O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri)
bilir... Onun özünün istədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun
kürsüsü (elmi, qüdrəti və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə
Dostları ilə paylaş: |