164
başçılarını toplayıb tayfanın gələcək şöhrətini Məhəmməd adı ilə adlandırdı. Uşaq
ana bətnində olarkən atası Abdullah həyatı artıq tərk etmişdi.
Atanın irsi o qədər də böyük deyildi, beş dəvə və bir neçə qoyun qalmışdı. O
vaxtlar Məkkəyə ətrafdakı qəbilələr yaşayan Badiyədən qadınlar gəlir və körpə
uşaqları döşlə əmizdirirdilər. Bir çobanın Həlimə adlı arvadı kiçik Məhəmmədi öz
evinə apardı, çünki uşağın anasının döşünün südü kəsilmişdi. Həlimə təkcə döş
dayəsi deyildi, həm də uşağa böyük qayğı göstərirdi. Məhəmmədin üç yaşı olanda
o, artıq süd qardaşı Məsrudla oynayırdı. Bir azdan dayə onu Məkkəyə, anasının
yanına qaytardı.
Altı yaşı olanda anası Məhəmmədi Mədinəyə, qohumları gilə apardı, lakin
qayıdanda yolda öldü və Əminə iki şəhər arasındakı Ebva kəndində dəfn edildi.
Gələcək peyğəmbərin uşaqlıq dövründə sevincli günləri olduqca az olmuşdur, tale
ilk illərdən onu ağır sınağa çəkmişdir. Ailənin sədaqətli qulluqçusu olan Bərəkət və
ya Ümmü Eymən yetim uşağa analıq etdi və onu babasının yanına apardı. Qoca
uşağın tərbiyəsini Əbu Talibə tapşırdı. O, uşağa ata qayğısı göstərməyə başladı.
Balaca Məhəmməd tez-tez Məkkədə müqəddəs məbəddəki ibadətləri müşahidə
edirdi. Bunlar uşaqda din barədə düşüncələr yaratmaya bilməzdi. Lakin o, nə
oxumağı, nə yazmağı bilmirdi, təxəyyülünün kasadlığından isə heç də şikayət edə
bilməzdi. O, hər bir məlumatı öz inadkar yaddaşında saxlamağı bacarırdı. Onun
ağlı yaşından çox irəli getmişdi. Ağıl və iradə çətinlikləri dəf etməkdə ona kömək
edirdi.
Əbu Talib həm də Qüreyş tayfasının fərasətli tacirlərindən biri idi və
Suriyaya, Yəmənə göndərilən karvan səfərlərində iştirak edirdi. Bir dəfə o,
karvanla Suriyaya yollanmaq üçün dəvənin belinə oturanda, himayəsində saxladığı
on iki yaşlı qardaşı oğlu onu da özü ilə götürməyi xahiş etdi və təsir göstərmək
üçün dedi ki, “əmi, sən gedəndən sonra məni kim qoruyacaqdır?” Bu sözlər
yumşaq ürəkli Əbu Talibi kövrəltdi, həm də Məhəmməd karvana kömək edə
bilərdi. Bunları götür-qoy etdikdən sonra uşağı özü ilə götürdü.
Nəhayət, karvan Suriya sərhədində olan Busra adlanan qəsəbəyə gəldi,
burada əvvəllər levitlər, indi isə nestorian xristianları yaşayırdı. Bu iri ticarət
165
məntəqəsinə hər il karvanlar gəlirdi. Məkkəli yolçular burada istirahət etmək üçün
dayandılar və çadırlarını Nestorian monastırının yanında qurdular. Rahiblər Əbu
Talibi və onun qardaşı oğlunu sevinclə qarşıladılar. Onlar uşağın ağlına, hər şeylə
maraqlanmasına heyran qalmışdılar. Uşaq ilahiyyatla çox maraqlanırdı, rahiblər isə
daha çox bütpərəstlik əleyhinə danışırdılar. Nestorian xristianları V əsrdə
Konstantinopol patriarxı olmuş Nestorun ideyasına sadiq qalaraq ikonalara sitayiş
etməyi yasaq sayırdılar, hətta Xristin ümumi əlaməti olan xaçı qadağan edirdilər.
Məhəmməd bu söhbətlərdən xristian dininin qaydaları və əhvalatları ilə tanış oldu.
Ümumiyyətlə, onun təəssüratı çox böyük idi.
Məhəmməd Məkkəyə qayıdanda, onun təxəyyülü monastırda eşitdiklərini bir
daha götür-qoy edirdi, axı oradakı söhbətlərin çoxu onun ürəyinə yatmışdı. Həm də
onda Suriyaya bir hörmət yaranmışdı, bu ölkə ona sirrli aləmin qapısını açmışdı.
16 yaşı olanda isə o, dayısı Zübeyirlə Yəmənə gedən karvanı müşayiət etdi. Həddi-
buluğa çatana qədər o, çox tacirlərə xidmət etdi, Suriyaya və Yəmənə səfərlər etdi.
Bu səfərlər onun dünyagörüşünü genişləndirirdi. O, tez-tez yarmarkalarda da
olurdu. Yarmarkalarda təkcə ticarət getmirdi, ayrı-ayrı tayfalar arasında şeir
yarışları keçirilirdi, qaliblərə mükafatlar verilirdi. Bu şifahi mənbələr də
Məhəmmədə az şey verməmişdi.
Bu vaxtlar Məkkədə Xədicə adlı bir qadın yaşayırdı. O, da Qüreyş
tayfasından olan Hüvaylid ibn Əsədin qızı idi. Bu qadın artıq iki dəfə ərdə olmuşdu
və əvvəlki nikahlarından iki oğlu və bir qızı var idi. Varlı tacir olan axırıncı əri bir
az əvvəl ölmüşdü və evin çoxsaylı işləri ona başçılıq edən adama ehtiyac duyurdu.
Dul qadının cavan qohumu ticarət səfərlərində Məhəmmədlə tanış olmuşdu, bütün
hallarda onun halal hərəkət etdiyini öz gözləri ilə görmüşdü. O, xalasının diqqətini
bu cavan oğlana yönəltdi. Məhəmmədin zahiri görünüşü də onun haqqındakı
təriflərə heç bir şübhə yeri qoymurdu. Bu vaxt onun 25 yaşı var idi. Xədicə onu
yanında saxlamaq istəyirdi. Suriyaya göndərəcəyi karvanı müşayiət etmək üçün
ona ikiqat maaş təklif etdi. Əmisi Əbu Taliblə məsləhətləşdikdən sonra
Məhəmməd bu təklifi qəbul etdi. Xədicə isə onun səfərdəki hərəkətlərindən o
qədər razı qaldı ki, səfərdən qayıdan Məhəmmədə vəd etdiyindən də iki dəfə çox
166
haqq verdi. Sonra onu Cənubi Ərəbistana göndərdi və hər dəfə bir qayda olaraq
ondan razı qalırdı.
Xədicə artıq 40 yaşına qədəm qoymuşdu. O, ağıllı və təcrübəli qadın idi,
Məhəmmədə bəslədiyi hörmət də tədricən artırdı. Bu oğlan onun ürəyinə çox
yatırdı və sadiq qulu Meysərəyə tapşırdı ki, Məhəmmədə ərə getmək istədiyini ona
çatdırsın. Meysərə əsl ərəb kimi söhbəti uzaqdan başlayıb, Xədicənin üzərinə
gətirdikdə, Məhəmməd bu işin necə baş tutması yolu ilə maraqlandı. Bu vaxt kölə
həmin vəzifəni öz üzərinə götürdüyünü bildirdi. Hər şey tez və qaydasında həll
olundu. Xədicənin atası, Məhəmmədin kasıblığına görə əvvəlcə bu işə razılıq
vermirdi. Ağıllı dul qadın isə sərvətdənsə öz ürəyinin hökmünə üstünlük verdi.
Məhəmmədin də indiki dildə desək bu “Balzak yaşında” olan qadından xoşu
gəlirdi. Xədicə böyük ziyafət təşkil etdi, ora atasını və digər qohumlarını, həmçinin
Məhəmmədin əmiləri Əbu Talibi və Həmzəni dəvət etdi. Toyda hamı tərifli sözlər
söyləyirdi və nikah bağlandı. Məhəmməd isə qapısında dəvə kəsdirib ətini
kasıblara paylatdırdı.
Xədicəyə evləndikdən sonra Məhəmməd doğma şəhərindəki ən varlı
adamlardan biri oldu. Bu nikahdan Xədicənin dörd qızı və iki oğlu oldu.
Oğlanlarının adı Qasım və Abdullah idi. Ərəblərin qaydasına görə bəzən
Məhəmmədi Əbu-Qasım (Qasımın atası) adlandırırdılar. Lakin bu uşaqlar körpə
yaşında öldülər. Məhəmmədin dörd qızından – Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm
və Fatimədən yalnız axırıncısı peyğəmbərin nəslini davam etdirdi.
Onun evlənməsi bir şeylə də əlamətdar oldu, onun ev orakulu meydana
gəldi. Bu arvadının əmisi oğlu, müşahidə qabiliyyəti ilə seçilən, lakin sürüşkən
inamı olan Varaqa ibn Nofəl idi. O, əvvəlcə iudaist, sonra xristian olmuşdu,
astrologiya ilə də məşğul olurdu. O, Köhnə və Yeni Vəsiyyətin bəzi hissələrini
ərəb dilinə tərcümə etmişdi. Məhəmməd də Bibliyadan öyrəndiyi məlumatların
çoxunu ondan almışdı.
Məhəmmədin bütpərəstliyin kobudluğuna və cəhalətinə qarşı hiddəti artırdı.
Onun bu qəzəbi Quranda başlıca fikir kimi keçir. Bu fikir isə dinin dəyişilməsi
zərurəti idi. O, belə möhkəm bir inama gəldi ki, yeganə düzgün din Adəmin
Dostları ilə paylaş: |