161
edilmiş Hasdrubalı seçdi. Onun sərəncamında 20 min döyüşçü var idi. Şəhərlilər
vətəni tərk etməmək üçün mübarizəyə hazırlaşırdılar. Qadın saçlarından kəndir
toxunurdu. Gəmilər qayırmaq üçün mis heykəlləri əridirlər və ictimai və özəl
evlərdən ağac hissələri sökürdülər. Qadınlar bütün öz bəzək şeylərini silah və ərzaq
almağa verirdilər.
Müharibə 149-cu ildə başlayıb, üç il çəkdi. Onu, 149-cu ildə vəfat edən
Katon görmədi. Bu dövrdə Hasdrubalın qorxaqlığı və acgözlüyü üzə çıxdı. 146-cı
ilin yazı başlayanda Karfagenin limanlarından biri olan Kotonun mühasirəsinə
başlandı. Buna Stsipion Emilian başçılıq edirdi. Romalılar şəhərə daxil oldular və
ələ keçirdikləri qızılı bölüşməyə başladılar. Hər evi romalılar hücumla alırdı.
Emilian şəhəri yandırmağı əmr etdi. Yanğından dəhşətli mənzərə yaranmışdı.
Evlərin daşları ilə birlikdə küçələrə həm ölü, həm də diri qoca, qadın və uşaq
tökülürdü, onlar dəhşətli haray qoparırdılar. Adamlar zibil kimi çalaları
doldurmuşdu. Çapılan atlar adamların üzünü və kəllələrini yarırdı. Bu qanlı orgiya
altı gün davam etdi. Emilian icazə verdikdən sonra Birsa qalasından 50 min adam
çıxdı. Hasdrubal bu vaxt gizli qaydada Emilianın yanına qaçdı. Şəhərin alovunda
onun öz uşaqlarını öldürmüş arvadı həlak oldu. Polibinin yazdığına görə, Emilian
Homerin şeirini deyir:
“Bir gün gələcək və müqəddəs Troya məhv olacaq
Onunla Priam və nizə gəzdirən xalqı məhv olacaq”.
Polibi ondan soruşdu: “Bununla nə demək istəyirsən?” Emilian cavab verdi:
“Yaxşı, lakin mən qorxuram ki, Roma haqqında da bir gün belə bir xəbər
gətirəcəklər”.
Karfageni tutduqdan sonra Emilian əsgərlərinə bir neçə gün ərzində şəhəri
qarət etməyə icazə verdi. Onlara yalnız məbədlərdəki qızıla və gümüşə toxunmaq
qadağan olunmuşdu. Romalılar Karfagenə kömək etmiş şəhərləri dağıtdılar,
Karfagenin öz xarabalıqlarını isə yer üzündən sildilər. Şəhərin salındığı yer
şumlandı və bir daha məskunlaşmadı. Yuli Sezarın vəsiyyəti ilə Avqustun bir əsr
yarım sonra əsasını qoyduğu Roma koloniyası olan Karfageni qonşuluqda tikdilər.
162
Karfagen dağıdıldı, çünki Hannibal inadkarlıqla Romanı məhv etmək
istəyirdi, çünki senatda yeni Kannın, yeni Hannibalın “əbədi şəhərin” qapılarında
dayanmasından qorxurdular. Hannibal şəxsiyyəti heç şübhəsiz, o dövrün
hadisələrinə öz damğasını vurmuşdu və bir sıra hallarda onun hərəkətləri onların
istiqamətini müəyyən edirdi. Kanna qədər olan Hannibalın qalibiyyətli gedişi onun
rəqiblərindən yuxarı olan yüksək sərkərdəlik keyfiyyətlərini aşkara çıxarır. Onun
müasirlərinə Trazimen gölü və Kann yaxınlığındakı döyüşlər və parlaq qələbələr
çox böyük təsir bağışlamışdı. Təsadüfi deyildir ki, Napoleon Hannibalın
sərkərdəlik sənətinə yüksək qiymət vermişdir. Lakin işğalçılıq siyasətini nəzərə
alsaq, Hannibal Attila, Çingiz xan və digər qəsbkarlarla bir sırada dayanır. Onlar
məğlub edilmiş xalqların sümükləri üzərində öz ağalıqlarını od və qılıncla
qururdular. Lakin onu fərqləndirən cəhətlər də az deyildi. Hannibal həm də
ədəbiyyatçı və mütəfəkkir idi.
Hannibalın sümüyü, onun dostlarınınkı və düşmənlərininki kimi torpaqda
çürümüşdür. Dünyaya ağalıq etmək üstündə mübahisə edən dövlətlər məhv
olmuşlar, nə puniyalılar, nə romalılar vardır. Hannibaldan bizi 2200 illik zaman
məsafəsi ayırır. Böyük “işğalların” motivlərini də zaman gözə görünməz toza,
ilğıma çevirmişdir. Hannibal da işğalçı kimi hələ öz ömründə əhəmiyyətini itirsə
də, insan ağlında himn kimi səslənən sərkərdəlik istedadı və cəsarəti ilə
yaddaşlarda yaşamaqda davam edir.
163
Məhəmməd peyğəmbər
İslam dininin yaradıcısı, müsəlmanların müqəddəs kitabı olan Quranda
Allahın elçisi – rəsulu kimi göstərilən Məhəmmədin şöhrəti Ərəbistan
yarımadasının kiçik bir nöqtəsində on dörd əsr bundan əvvəl yaransa da, zaman və
məkan hədlərini dağıdıb, görünməmiş miqyas aldı. İslam bayrağı indi dünyanın
böyük əraziləri üzərində dalğalanır və bu Məhəmmədin ölməzliyindən xəbər verir.
Ərəblər öz torpaqlarının tarixini qədim dövrlərə, az qala ilk insanın yaşadığı
vaxta aparıb çıxarırlar. Onların bu iddialarına Bibliyanın “Başlanğıc” kitabının
səhifələri də kömək edir. Abrahamın misirli kənizi olan Aqardan (Hacərdən) İsmail
adlı oğlu oldu. İsmaildən əmələ gələn nəsil Ərəbistana sahib oldu. Ərəblər alaçıqda
yaşayırdılar və səhraları öz gəmiləri olan dəvələrlə üzüb keçirdilər. Lakin oturaq
həyat tərzi keçirən ərəb tayfaları da az deyildi. Təbiət ərəbi öz taleyi üçün tərbiyə
etmişdi. Təbiət də Məhəmməd adlı dahini ona bəxş etməklə parçalanmış tayfaları
birləşdirən, Şərqin və bütün dünyanın tarixinə mühüm töhfə verən bir xalqı
formalaşdırdı. Lakin Məhəmməd ideyaları bu coğrafi məkandan çox uzaqlara çıxdı
və böyük əraziləri fəth etməyə başladı.
Məhəmmədin 570-ci ildə anadan olması güman edilir. O, igid və məşhur
Qüreyş tayfasından idi. Bu tayfa iki qardaşdan – Haşim və Əbdi-Şəmsdən yaranan
iki qola bölünürdü. Məhəmmədin ulu babası Məkkənin xeyirxah adamlarından biri
sayılan Haşim idi. Şəhərin özünə gəldikdə o dağlıq bir yerdə tikilmişdi və əvvəllər
ərzaq azlığından əziyyət çəkirdi. Ona görə də Haşim ildə ətraf ölkələrə iki karvan
göndərirdi və Məkkə ticarət şəhərinə çevrilmişdi. Haşim həm də Kəbənin
mütəvəllisi, mühafizəçisi idi. Ərəblər bu ali müqəddəs yerə sitayişə axışırdılar.
Haşim öldükdən sonra oğlu Əbdül-Müttəlib onun davamçısı oldu, şəhəri
Abissiniya xristian knyazlarının təcavüzündən xilas etdi. Əbdül-Müttəlibin adları
tez-tez çəkilən beş oğlundan böyüyü Əbu Talib, kiçiyi isə Abdullah idi. Digərləri
Əbu Ləhəb, Həmzə və Abbas idi. Sevimli kiçik oğul öz tayfalarından olan
Əminəyə evləndi və nikahdan ilk və yeganə övlad kimi Məhəmməd dünyaya gəldi.
Bu rəblüləvvəl ayının on ikinci günündə baş verdi. Babası Qüreyşlilərin bütün
Dostları ilə paylaş: |