152
Yolda, Sardiniyadan bir qədər aralı Maqon Barkid öldü. Karfagen şurasının elçiləri
Hannibalın yanına gəlib onu vətənə qayıtmağa tələsdirdi. Afrikaya dönmək əmri
Hannibalı çox məyus etdi. Tarixçi Livi onun bu sözlərini gətirir: “Artıq incikliklə
deyil, çoxdan məni İtaliyanı tərk etməyə məcbur edənlər indi açıqca geri çağırırlar.
Kömək və pul verməməklə Hannibala Karfagen şurası pis yanaşmaqla və paxıllıqla
qalib gəldilər, nəinki dəfələrlə uduzmuş və qaçmağa məcbur olmuş Roma xalqı
ona qalib gəldi və bu biabırçı geri dönməyə Publi Stsipion deyil, daha çox Qannon
sevinəcək və lovğalanacaqdır, məhz o, başqa imkanı olmadığından bizim evimizi
Karfagenin xarabalıqları altında dəfn etdi”. O, indi özünü də məzəmmət edirdi ki,
Kanndan sonra birbaşa Roma üzərinə getmədi. Hannibal bu fikirlərlə İtaliyanı tərk
etdi.
Karfagen elçiləri Romada senatın qarşısında dayandı. Onlar öz çıxışında
faktların əksinə olaraq sübut etməyə çalışırdılar ki, Puniya hakimiyyəti müharibəni
başlamaqda günahkar deyildir, təkcə Hannibal hər şeydə günahkardır. Məhz o, əmr
olmadan İber çayını keçmiş və Alp dağlarını aşmışdı. Lakin bu sözlərin yalan və
saxta olduğunu gizlətmək mümkün deyildi, çünki senata Karfagen şurasında o
vaxtlar Barkid tərəfdarlarının hakim olduğu məlum idi. Bu elçilərin I Puniya
müharibəsindən sonra bağlanılan müqaviləni bilmişdilər və bu diplomatiyanın
uğursuzluğu idi. Ona görə də senatorlardan biri, elçiləri İtaliyadan qovmağı, onları
mühafizə altında gəmilərə oturtmağı və Stsipiona müharibəni dayandırmamağı
yazmağı təklif etdi.
Stsipion sülh bağlamaq istəyirdi. O, karfagenliləri məcbur etdi ki, Maqon
ordusunu Liquriyadan çıxarsın, muzdlu əsgərlər yığmasınlar, 30-dan artıq hərbi
gəmiyə malik olmasınlar, başqalarının işinə qarışmasınlar, romalılara hərbi
əsgərləri və fərariləri qaytarsınlar və 1600 talant məbləğində təzminat versinlər.
Karfagen hökuməti bu şərtləri qəbul etdi və onun nümayəndələri Romaya yollandı
ki, konsulların andını qəbul etsinlər, Roma səfirləri isə eyni məqsədlə Karfagenə
gəldilər. Sonralar müqavilə pozulanda, Roma hökuməti elçilərə İtaliyanı tərk
etməyi əmr etdi. Maqonun və Hannibalın ölkədən getməsini eşidəndə, senat sülh
müqaviləsini təsdiq etdi, lakin sülh və müqavilə pozuldu. Və bu vaxt romalılar
153
Stsipionun düşərgəsinə gəldi. Puniya nümayəndələri isə Karfagenə qayıtdı. Roma
sərkərdələri karfagenlilərin öz çıxışlarını unudub, nəyə ümid edərək andlarını və
müqaviləni pozmalarını təəccüblə qarşıladılar. Hannibala ümid olduqca şübhəli idi,
çünki tam məhv olmaqdan güclə canını qurtarıb İtaliyadan getmişdi. Ona görə də
karfagenlilərə səfirlər deyirdilər ki, bir də bədbəxtliyə düçar olsanız, hansı
allahlardan kömək umacaqsınız, hansı sözlərlə öz bədbəxtliyinizə güzəşt
edilməsini yalvaracaqsınız? Öz xəyanətkarlığınız və ağılsızlığınız ilə siz allahlara
və insanlara olan bütün ümidlərinizi itirdiniz.
Karfagen şurasının üzvlərinin əksəriyyəti romalılarla razılaşmanın əleyhinə
çıxdı. Onlar Stsipionun sülh şərtlərini Karfagen üçün tam qəbul edilməz olduğunu
irəli sürürdülər. Bu vaxt Hannibal vətənə doğru üzməyini başa çatdırırdı. Stsipion
özünü elə göstərdi ki, Hannibaldan qorxur və qaçmağa üz tutur, Karfagen
sərkərdəsi onu təqib etməyə başladı və şəhərlərdən öz qarnizonlarını çıxardı. Sonra
Hannibal Stsipionun yanına elçi sifətində gəldi. O, təklif etdi ki, Afrikadan kənarda
olan bütün Karfagen əmlakları Romaya verilsin. Stsipion isə yenə əlavə güzəştlər
tələb edirdi.
Sabahısı günü Zamada baş döyüş başlandı. Hannibal öz döyüşçülərinin
qarşısında 80 fil qoymuşdu, fillərin arxasınca qonşu xalqlardan olan döyüşçülər,
ikinci cərgədə isə karfagenlilər dayanmışdılar. Döyüş onunla başladı ki, romalılar
qışqırıqları, truba və tütək səsləri ilə filləri qorxuzdular və fillər artıq neçənci dəfə
öz qoşunlarına tərəf qaçmağa başladı. İlk toqquşmada romalılar düşməni
sıxışdırdılar. Karfagenlilərin ikinci cərgəsi geri çəkilməyə başladı, öz köməkçi
dəstələrini müdafiəsiz qoydu və hətta vəziyyət o yerə gəldi ki, onların öz aralarında
toqquşma başladı. Bu döyüşdə 20 min karfagenli və onların müttəfiqləri həlak
oldu, o sayda da əsir düşdü. Romalıların isə itkisi, yəqin ki, azaldılmış məlumatlara
görə guya 1500 nəfərdən bir qədər çox idi. Hannibalın özü kiçik süvari dəstəsi ilə
Xadrumetə qaçdı.
202-ci ildəki Zama döyüşündən sonra Karfagen hökuməti hadisənin əlverişli
dönüşünə bir daha ümid edə bilməzdi. Hannibal özü də ümidini itirdi. Ona nail
oldu ki, şura qalib düşməndən ciddi surətdə sülh xahiş etməyi qərara aldı. Stsipion
154
isə elçilərlə söhbət etmək istəmədi. Nəhayət, Karfagen elçiləri – 30-lar Şurası
bütün tərkibdə gəldi. Roma ordusunun hərbi şurasının üzvləri müharibəni davam
etdirmək və ya sülh bağlamağı həll etməli idilər, onlar Karfageni dağıtmaq
qərarına meyl edirdilər. Stsipion başa düşürdü ki, qalibin dəfnə çələngini qapmaq
üçün çoxlu acgöz və paxıl əllər uzanacaqdır. Fabi Afrikadakı ilk qələbələrdən
sonra inadkarlıqla onu geri çağırmağı tələb edirdi və köhnə diktator deyirdi ki, bu
boyda xoşbəxtliyi və uğuru allahlar bir adama vermir. Stsipion aşağıdakı sülh
şərtlərini təklif etdi: karfagenlilər sərbəst qalacaqlar və öz qanunlarından istifadə
etməklə yaşayacaqlar; 10 triyer istisna olmaqla onlar bütün döyüş gəmilərini
romalılara verəcəklər; bütün öyrədilmiş filləri də onlara verəcək və yenilərini
təlimləndirəcəklər; Roma xalqının razılığı olmadan karfagenlilər nə Afrikada, nə
ondan kənarda müharibə aparmayacaqlar.
Belə diqtə olunan sülhlə Karfagenin suveren hüquqları məhdudlaşırdı və
dövlət ən vacib məsələdə - müharibə elan etmək və sülh bağlamaqda birbaşa
Romanın asılılığına keçirdi. Bu da az idi. Böyük dövlət statusunu itirən Karfagen
istənilən mümkün düşmənə qarşı mübarizədə bütünlüklə müdafiə olunmaq
hüququndan da məhrum edilirdi. Qiston adlı birisi böyük kütlə içərisində belə
sülhün qəbul edilən olmadığını bildirəndə, Hannibal onu bir əsgər kobudluğu ilə
tribunadan düşürmüşdü. Nəhayət, senat Stsipiona özü müvafiq hesab etdiyi
şərtlərlə qəti sülh bağlamaq tapşırığını verdi.
201-ci ilə Stsipionun düşərgəsində sülh müqaviləsi imzalar və möhürlərlə
təsdiq edildi. Karfagenlilər Stsipiona 500 hərb gəmisini, həmçinin filləri, fərariləri,
qaçan qulları və əsirləri verdi. Roma komandanı Karfagen yaxınlığında gəmiləri
yandırmağı, latinli fərarilərin boynunu vurmağı, romalı fərariləri isə çarmıxa
çəkməyi əmr etdi. Hamilkar Barkanın başladığı, onun kürəkəni Hasdrubalın və
oğlu Hannibalın davam etdirdiyi II Puniya müharibəsi Roma silahının qələbəsi ilə
başa çatdı. Saquntun mühasirəsi vaxtı müharibədən yayınmağa çağıran Qannonun
siyasi proqnozları bütünlüklə özünü doğrultdu. Hannibal isə müharibəni
başlamaqla hakimiyyət uğrunda mübarizəyə cumurdu.
Dostları ilə paylaş: |