155
Siyasi mübarizədə ən maraqlı məsələ məğlubiyyətin günahkarını müəyyən
etmək idi. Romanı tutmadığına və İtaliyada ələ keçirdiyi qəniməti mənimsədiyinə
görə Hannibal vətənində məhkəməyə verilmişdi. Hannibalın düşmənləri
məğlubiyyətin bütün məsuliyyətini onun üstünə atırdılar. Hannibal da borclu
qalmırdı. Hələ İtaliyanı tərk edəndə o, belə şayiə yaymışdı ki, Karfagen şurasının
xəsisliyi və əks hərəkəti ona qalib gəlməkdə mane oldu.
Karfagen hökuməti təzminat üçün ilk haqqı ödəməkdən ötəri pul yığırdı.
Müharibədə taqətdən düşmüş xalq üçün bu ağır məsələ idi. Çoxları ağlayırdı, elə
bu vaxt Hannibalı gülən görmüşdülər. Bir nəfər onu belə ümumi hüzn anında
sevincinə görə məzəmmət etdi ki, axı o, özü şəhərdə axıdılan göz yaşlarının
günahkarıdır. Tarixçi Livinin yazdığına görə Hannibal buna belə cavab vermişdi:
“Əgər kiminsə sifətinin ifadəsini görən kimi, ürəyini görmək mümkün olsaydı
onda asanca başa düşərdin ki, sənin söydüyün bu gülüş sevincdən deyil, demək
olar ki, dəli olmuş ürəyin bədbəxtliklərindəndir. Bu gülüş sizin səfeh və iyrənc göz
yaşlarınızdan o qədər də yersiz deyildir. Sizdən silahı alanda, gəmilərinizi
yandıranda, xarici düşmənlə müharibə aparmağı qadağan edəndə ağlamaq lazım
idi. Axı biz bu yaradan məhv oluruq. Əlbəttə, fikirləşmək lazımdır ki, romalılar
sizə nifrət bəsləyirdi. Heç bir dövlət sakitlikdə yaşaya bilməz. Əgər onun xaricdə
düşməni yoxdursa, onu daxildə tapır, necə ki, çox güclü bədənlər xarici təsirlərdən
müdafiə olunmuş kimi görünür, lakin öz gücləri ilə ağırlaşır. Əlbəttə, biz dövlətin
bədbəxtliyindən özəl mənafemizə toxunanları hiss edirik, heç nə bizə pul
itirməyimiz kimi ağrılı təsir etmir. Beləliklə, Karfagendən qalibiyyət silahlarını
soyunduranda, o vaxt ki, biz onun bir belə silahlı Afrika tayfaları arasında silahsız
və çılpaq qaldığını gördük, heç kəs ağlamadı. İndi özəl vəsaitlərdən bac yığılmaq
lazım gələndə siz elə bil ki, dövlətin matəmindəki kimi göz yaşları axıdırsınız.
Qorxuram ki, siz tezliklə hiss edəcəksiniz ki, bu gün siz çox cüzi bir dərddən ötrü
ağlayırsınız”. Hannibal Karfagen şurasını dövlətin mənafelərinə tam laqeydlikdə
məzəmmət edirdi. Bu laqeydlik Karfageni belə bədbəxt hala gətirib çıxardı. O, ona
şərik olan və diqqətli auditoriya tapırdı və xalq kütləsinin köməyi Hannibalı 196-cı
ildə dövlətdə ali vəzifəyə gətirdi, o, suffet oldu.
156
Hannibal revanşa can atırdı. Dövlət fəaliyyətsiz ola bilməz – dövrün dilində
bu o demək idi ki, dövlət döyüşməlidir və Hannibal bunu birmənalı şəkildə deyirdi.
O, əsas düşmənin Roma olduğu barədə də başqalarından fərqli olaraq yanılmırdı.
Roma I Puniya müharibəsində Siciliya və Sardiniyanı, II Puniya müharibəsindən
sonra isə İspaniyanı, Afrikanın özündəki geniş əraziləri almışdı. Roma yavaş-
yavaş, lakin inamla Karfagenin məhvinə aparan işini görürdü. Doqquz yaşlı
oğlanın içdiyi andı onun dostları da, düşmənləri də yaxşı xatırlayırdılar. Hannibalın
adı Romaya qarşı müharibə siyasətinin simvolu idi və Roma onun seçilməsində
özünə ciddi təhlükəni görməyə bilməzdi. Hannibalın elə bir real şansı da yox idi.
Karfagen üzərində qələbə və sülh bağlanması romalılara Şərq işlərinə fəal
qarışmağa imkan verdi və Roma 200-cü ildə Makedoniyaya müharibə elan etdi.
Müharibəyə hazırlaşmaq yolunda Hannibalın qarşısındakı vəzifə isə öz köhnə irsi
düşmənlərinin müqavimətini qırmaq idi. Suffet Hannibal şəhər xəzinəsini idarə
edəni yanına çağıranda, magistrat gəlməkdən imtina etdi, o, düşmən partiyasına
mənsub idi. Hannibal xəzinədarı həbs etmək istədi. Bir qanunu qəbul etdirməklə
Hannibal daxili siyasətdə mühüm qələbə qazandı. Hannibal şəhərin maliyyə
vəziyyətini çox ağır vəziyyətdə olduğunu gördü. Təzminatı verməyə də pul
çatmırdı. Vergini verməyənlərdən o, pulları tələb etdi və bu kübarların narazılığına
səbəb oldu. Onlar Hannibala qarşı ittiham irəli sürdülər ki, o, Selevkid dövlətinin
çarı Antioxla gizlincə məktublaşır və onun elçilərini evində qəbul edir. Hannibal
deyirdi ki, dövlət sakitlik vəziyyətindədir və onu ancaq silah səsləri oyada bilər.
Roma hökuməti də Hannibala qarşı çıxış etmək üçün bəhanə axtarır və onu
vəzifədən kənarlaşdırmaq istəyirdi. Yalnız Stsipion etiraz edirdi ki, Hannibala açıq
döyüşdə qalib gələn romalılar karfagenlilərin daxili ədavətinə qarışmaq nəzakətli
bir iş deyildir. Lakin onun sözləri nəzərə alınmadı və tezliklə Karfagenə Roma
elçiləri gəldi. Senat onlara Hannibalı Antioxla əlaqələrdə və müharibəyə
hazırlaşmaqda ittiham etmək tapşırığını vermişdi. Bundan sonra onun verilməsini
tələb etmək olardı. Lakin Hannibal xalqı yeni döyüşə cəlb etmək istəmədi və
qaçmağa üstünlük verdi. O, Taps yaxınlığında gəmiyə oturdu və yenidən Afrikanı
tərk etdi.
157
Hannibal III Antioxun yanına qaçmışdı. Çünki onun üçün Selevkid
Suriyasından başqa əlverişli yer yox idi. Hannibal öz yol yoldaşlarına deyirdi ki,
Karfagen xalqının elçisi kimi Tirə göndərilmişdir və burada qeyri-adi bir şey yox
idi, axı Karfagen Tir koloniyası idi və karfagenlilər tez-tez Tirə gündəlik işlər və
ibadət məsələləri üçün öz elçilərini göndərirdi. Elə bir hadisə baş vermədən
Hannibal Tirə gəlib çıxdı. Onu burada hörmətlə qarşıladılar və o, öz ikinci vətəninə
gəlmişdi. Bir qədər burada istirahət etdikdən sonra Hannibal Antioxiyaya yollandı
və orada öyrəndi ki, çar Kiçik Asiyadadır. O, tezcənə Kiçik Asiyaya getdi və
Selevkid dövlətinin çarı III Antioxu Efesdə tapdı.
Hannibal Antioxun sarayına gəldi, II Makedoniya müharibəsində (200-196-
cı illər) V Filippi darmadağın edən çar Yunanıstan və Kiçik Asiya üzərində ağalığa
görə Romanın əsas rəqibi idi. Hannibalın Trazimen gölü və Kann yaxınlığındakı
qələbələri Antioxun romalılar üzərində qələbə çalmağa ümidini artırırdı. Hannibal
sərkərdə kimi müharibənin aparılmasında çara öz xidmətini təklif etmək istəyirdi.
Hannibalın planı çox sadə idi. O, deyirdi ki, müharibəni İtaliyada aparmaq
lazımdır, yalnız orada romalılara qalib gəlmək olar. Hannibal çardan 100 gəmi, 10
min əsgər və min süvari xahiş etdi. Bu qüvvələrlə o Afrikaya gedəcək və orada
karfagenliləri Romaya qarşı üsyan qaldırmağa inandıracaqdır. Lakin III Antiox
Hannibalın təkliflərini rədd etdi. 193-cü ildə Efesə Roma elçiliyi gəldi, onlar III
Antioxla mübahisəli məsələləri ayırd etməyə bir daha cəhd etməli idilər. Çar
məşğul olduğuna görə onları hələ qəbul etmirdi və bu dövrü romalılar Hannibalın
fikirlərini öyrənməyə sərf etdilər ki, Romaya yeni təhlükə yoxdur ki? Romalılar
Hannibalın əməllərini tərifləyirdilər və ahıl sərkərdə adi insan zəifliyinə müvafiq
olaraq həvəslə elçilərlə bu mövzuda söhbətlər edirdi. Bəzi tarixçilər (Livi, Plutarx
və Appian) yazırlar ki, guya bu söhbətdə Stsipion da iştirak edibmiş və bir dəfə
söhbət əsnasında ondan kimi ən böyük sərkərdə saydığını soruşmuşdur. Hannibal
cavab vermişdir: kiçik qoşunu ilə düşmənin nəhəng ordularını darmadağın edən və
uzaq ölkələrə girən Makedoniyalı Aleksandrı, ikincisi, ilk dəfə döyüşçü düşərgəsi
quran Pirri, üçüncüsü isə özünü. Stsipion davam etdi: “Mənə qalib gəlsən bəs nə
deyərdin?” Karfagenli cavab verdi: “Onda mən özümü Aleksandrdan da, Pirrdən
Dostları ilə paylaş: |