Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   81   82   83   84   85   86   87   88   ...   120

 
254 
isə  id  əl-fitr  və  ya  pəhrizi  açmaq  bayramı  keçirilir.  İd  əl-ədhadan  sonra  öz 
əhəmiyyətinə görə bu bayram ikinci hesab olunur. 
Orucdan  başqa  müsəlman  dinində  bir  çox  digər  qadağalar  da  mövcuddur. 
Müsəlmanlara spirtli içkilər içmək, donuz ətini yemək və qumar oynamaq qadağan 
olunur. İslam həm də sələmçiliyi – ribanı qadağan edir. Bu qadağalardan bəzilərini 
Ərəbistanla  qonşu  olan  xalqların  qədim  qanunçuluğunda  görürük.  Deyteronomi 
(“İkinci  qanun”)  adlanan  qədim  yəhudi  kanonlarında  donuz  əti  istehlakına,  haça 
dırnağı olmayan heyvanların ətinin yeyilməsinə olduğu kimi qadağa qoyulmuşdu. 
Yəhudilərdə  bu  qadağalar  min  ildən  əvvəl  mövcud  olmuşdu.  Tarixin  atası 
Herodotun  yazdığına  görə  qədim  perslər  borc  almağa,  yalan  danışmaq  kimi  bir 
biabırçı iş kimi baxırdılar, axı borc almaq da yalan danışmağa şərait yaradırdı. Bəzi 
müsəlman  ölkələrində  bu  qaydalara  əməl  edilməsinə  ciddi  nəzarət  qoyulur.  Bəzi 
ölkələrdə  ramazan  ayında  adamların  oruc  tutmağa  riayət  etməsinə  sərt  nəzarət 
qoyulur.  Teokratik  dövlətlərdə,  məsələn,  Səudiyyə  Ərəbistanında  əxlaq  polisi 
namaz vaxtı küçədə olanlara zor tətbiq etməklə namaz qılmağa sövq   edir,  bəzən 
məsciddən  kənarda  olmağa  görə  adamlar  həmin  polisin  fiziki  həmlələrinə  məruz 
qalırlar.  
Müsəlmana onun fiziki və maddi vəziyyəti imkan verdikdə, onun dördüncü 
vəzifəsi  həccdir  –  Məkkəyə,  daha  başlıcası  Kəbəyə  ziyarətdir.  Kəbə  baş  məbəd 
olan  Məscidülhəramın  (Toxunulmaz,  Müqəddəs  Məscidin)  mərkəzində  yerləşir. 
Ziyarət  zülhiccə  ayında  baş  verir  və  bu  ramazan  kimi  səma  ayı  təqviminin  ayı 
olduğundan,  hər  dəfə  ilin  müxtəlif  vaxtlarına  təsadüf  edir.  Zəvvarlar  xüsusi  ağ 
paltar  olan  ihramda  Kəbə  ətrafına  dolanır,  yaxındakı  Zəmzəm  müqəddəs 
bulağından  su  içirlər.  Sonra  təntənəli  mərasim  və  kütləvi  namaz  qılma  Məkkə 
ətrafındakı  Ərəfat  dağının  ətəyində  keçirilir,  bundan  sonra  Məkkə  tərəfdəki 
Müzdəlif  dağında  xüsusi  moizə  oxunur,  daha  sonra  hamı  Mina  vadisinə  yollanır, 
burada  yeddi  dəfə  iblisə  daş  atılır.  Bu  yerlər  İbrahimin  (Bibliyadakı  Abrahamın) 
orada  olması  barədəki  əfsanələrlə  əlaqədardır.  İbrahim  həqiqi  təkallahlığın  ilk 
təbliğatçısı hesab olunur. 


 
255 
Həcc  id  əl-ədha  (id  əl-kəbir,  qurban  bayramı)  ilə  başa  çatır.  Bu  bayram 
İbrahimin  Allaha  gətirdiyi  qurbanın  xatirəsinə  həsr  olunmaqla  qurbanlıq  mal-
qaranı  kəsməklə  müşayiət  olunur.  Həccin  başa  çatması  baş  müsəlman  bayramı 
hesab  olunur  və  dualarla,  qurban  kəsilməsi  ilə  qeyd  olunur.  Həcc  ziyarəti  etmiş 
adamlar  fəxri  Hacı  adına  layiq  görülürlər,  onların  bu  titulu  qazanması  barədə 
hansısa  bir  sənədin  əldə  edilməməsinə  baxmayaraq,  həmin  adamlara  yaşadıqları 
yerlərdə xüsusi ehtiramla yanaşırlar. 
Müsəlmanın beşinci vəzifəsi isə əmlaka və gəlirlərə məcburi vergi olan zəkat 
verməkdir. Zəkat nəzəri cəhətdən icmanın ehtiyaclarına sərf olunur və kasıblar, az 
təmin  olunmuşlar  arasında  bölünür.  Digər  tərəfdən,  hər  bir  müsəlmana  könüllü 
ianə  və  pay  hesab  olunan  sədəqə  vermək  məsləhət  görülür.  Lakin  zəkat  tezliklə 
dövlət  vergisinə  çevrildi,  sədəqə  isə  dini  sitayiş  ehtiyaclarına  sərf  olunmağa 
başladı. Sələmçiliyin qadağan hesab olunmasına gəldikdə kreditorun və borclunun 
birgə  maliyyə  əməliyyatının  inkişafına  qoyulan  pulun  verilməsi  kimi 
rəsmiləşdirilməklə, bu qadağanı pozmaq asanlıqla mümkün olur. 
Müsəlman  icmasının  mühüm  vəzifələrindən  biri  olan  cihadı  da  bəzən 
“islamın  dayaqlarına”  aid  edirlər.  Bu  söz  müsəlmana  bütün  qüvvəsini,  imkanını, 
vaxtını, lazım gəlsə, dinin zəfəri naminə həyatını bütünlüklə vermək mənasındadır, 
dilimizdəki  “cəhd”  sözünün  kökündən  yaranmışdır.  Orta  əsrlərdə  çox  hallarda  bu 
“dinsizlərə”  qarşı  silahlı  mübarizə  kimi  düşünülürdü,  ona  görə  də  bu  termin 
“müqəddəs müharibə” anlayışını verirdi və avropalılar bu sözü ənənəvi olaraq belə 
mənalandırırdılar.  Əslində  isə  cihad  anlayışı  xeyli genişdir, müsəlman  dünyası da 
onu məhz bu geniş anlamda işlədir. Cihadın yeni məna ilə zənginləşməsi artıq IX–
X  əsrlərdə  başlanmışdı.  Bu  vaxtlar  onun  yüksək  forması  olan  mənəvi  cihad 
anlayışı  meydana  gəlmişdi.  Bu  Allaha  yaxınlaşmaq  yolunda  daxili  kamilləşməni 
nəzərdə  tuturdu.  Bundan  fərqli  olaraq  cihadın  əlavə  dörd  tipi  də  vardır.  Bunlar 
qılınc cihadı, ürək cihadı, dil cihadı və əl cihadıdır. Müasir beynəlxalq müsəlman 
təşkilatlarının  bəyanatlarında  cihad  islamın  müdafiəsi  üçün  müsəlmanların 
qüvvəsinin  səfərbər  edilməsi  kimi  başa  düşülür.  Müqəddəs  şəhər  sayılan 
Yerusəlimin  azad  edilməsinə  dair  bəyanatlarda  bu  ifadəyə  tez-tez  rast  gəlinir. 


 
256 
Çünki  müsəlman  dünyası  islamın  ağalıq  etdiyi  əraziləri  nəzərdə  tutan  dar  əl-
islamdan  fərqli  olan  və  islam  dini  qanunlarının  fəaliyyət  göstərmədiyi  və 
müsəlmanların təqib edildiyi əraziləri – dar-əl-hərbi işğal və ya inandırma, islama 
könüllü  qaydada  keçmə  yolu  ilə  dar  əl-islama  çevirmək  vəzifəsini  qoyur.  Bu 
məqsədə çatmaqda isə ən əlverişli vasitə cihaddır. 
Yerusəlimə  gəldikdə  üç  dünya  dininin  –  iudaizimin,  xristianlığın,  islamın 
ziyarətgah  yeri  olan  bu  şəhər  ərəbcə  müqəddəslik  mənasını  verən  əl-Qüds  və  ya 
Beytülmüqəddəs,  Beytülməqdis  adlanır.  Moria  təpəsindəki  müqəddəs  “qoruq 
ərazisi”  (əl-Həram  əş-Şərif)  islamın  ən  baş  səcdəgahlarından  biri  hesab  olunur. 
Məhəmməd  özünün  “gecə  səyahəti”  və  ya  merac  vaxtı  Məkkədən  bura  gəlib 
düşmüşdü.  Quranın  “Əl-İsrə”  surəsində  deyilir:  “Bəzi  ayələrimizi  [qüdrətimizə 
dəlalət  edən  qəribəlikləri  və  əcaiblikləri]  göstərmək  üçün  bəndəsini  [Peyğəmbər 
əleyhissəlamı]  bir  gecə  [Məkkədəki]  Məscidülhəramdan  ətrafını  mübarək 
etdiyimiz  [bərəkət  verdiyimiz]  Məscidüləqsaya  [Beytülmüqəddəsə]  aparan  Allah 
pak və müqəddəsdir. O, doğrudan da [hər şeyi] eşidən və biləndir” (1-ci ayə). Əl-
Qüds Hicrətin ikinci ilinə qədər müsəlmanların namazında qiblə rolunu oynayırdı. 
Xəlifə Ömərin vaxtında isə Yerusəlim 638-ci ildə xristianlar üçün əlverişli şərtlərlə 
bağlanmış  müqavilə  əsasında  müsəlmanlara  tabe  oldu  və  xəlifə  Ömər  özü  bu 
şəhərə gəldi. Əməvi xəlifə Əbd əl-Məlikin dövründə 688-691-ci illərdə müqəddəs 
qayanın  üstündə  Qübbə  əs-səhra  –  “Qaya  qübbəsi”,  əl-Həram  əş-Şərifin  cənub 
tərəfində  əl-Məscid  əl-Əqsanın  binası  tikildi.  Bütün  “qoruq  ərazisi”  ziyarət 
obyektinə  çevrildi.  Lakin  bu  müqəddəs  şəhərin  taleyi  o  qədər  də  xoşbəxt 
olmamışdır.  1099-cu  ildə  şəhər  səlibçilər  tərəfindən  işğal  edildi  və  1187-ci  ilə 
qədər onların əlində qaldı. Həmin il isə Əyyubi sultanı Səlahəddin şəhəri yenidən 
geri  ala  bildi.  1948-ci  ildən  sonra  İsrail  dövləti  öz  paytaxtını  çar  Davidin  saldığı 
şəhərə qaytarmağa cəhd edir, fələstinlilər isə vaxtilə BMT qərarı ilə İordaniyanın 
protektoratına verilmiş Şərqi Yerusəlimə ərazi iddialarını kəsmirlər, çünki 1967-ci 
ildə İsrail şəhərin “köhnə şəhər” adlanan şərq hissəsini də tutmuşdur. 
Məhəmmədin  işlərini  onun  vəfatından  sonra  xəlifələr  davam  etdirdi. 
Onlardan  dördü  müsəlmanlar  arasında  xüsusi  hörmətlə  yad  edilir  və  onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə