284
çıxacağıq”. Abukirdən sonra Napoleonu “öz işğalının dustağı” adlandırırdılar,
çünki oradan çıxmağın özü də çətin idi.
Oktyabrın 16-da Qahirədə qiyam baş verdi, əlində silah tutulanları edam
etməklə qiyama nəzarəti götürmək mümkün oldu. Türklərin Misiri yenidən işğal
etmək üçün əks-hücum planlaşdırdığını öyrəndikdən sonra Bonapart onlara
yaxınlaşmaq və ilk hücum etmək qərarına gəldi. 17 min adamla o, Sinay səhrasını
keçib Qəzza və Yaffanı tutdu. O, bütün dustaqları edam etdirdi. O, bu dustaqları nə
Qahirəyə göndərə bildi, nə də özü ilə götürdü, çünki öz ordusunun qarşılaşdığı
ərzaq çatışmamazlığını həll etməkdə çətinlik çəkirdi.
Buna baxmayaraq, Qəzzaya hələ çatmamış o, gözlənilmədən əl-Ərişin
müdafiəsinin canlanması ilə xeyli gecikməli oldu. Nəticədə ser Uilyam Sidney
Smitin başçılığı altında ingilis eskadronu Akraya 15 martda, Bonapartdan üç gün
əvvəl gəlib çıxdı. Bu vaxt kommandor Smit və mühacir fransız mühəndisi
polkovnik Felipe Bonapart qüvvələri üçün nəzərdə tutulan mühasirə toplarını ələ
keçirib, şəhərin müdafiəsinə hazırlaşdılar. 15 apreldə Tabor dağında aparılan və
uğurla həyata keçirilən döyüşdə fransızlar türklərin Dəməşq ordusunu qaçmağa
məcbur etdilər. Türklər 35 min adam itirmişdi, fransızların isə itkisi cəmi iki nəfər
idi. Müdafiəçilərin əlinə keçmiş ağır artilleriyasını itirən Bonapart məcbur oldu ki,
iki ay davam edən mühasirəni götürsün və Misirə geri çəkilsin. Hər gün on bir
saatlıq yol qət edilməklə onlar 500 kilometrlik məsafəni 26 günə başa çatdırdılar.
General öz qərargahı ilə dəstənin başında piyada addımlayırdı və öz əsgərləri ilə
bütün çətinlikləri bölüşürdü. Fransızlar artıq bir daha düşməndən götürülmüş
ştandartlarla, qazanılmış zəfərlə Qahirəyə daxil oldu və əsir götürülmüş zabitləri
parada çıxmağa məcbur etdilər.
25 iyulda türklərin Abukirdə güclü hücumu Bonapart tərəfindən dəf edildi,
lakin o, ingilis qəzetlərindən öyrəndi ki, İtaliyada yeni koalisiya yenidən qalib
gəlmiş və fransızlar Reyndən qovulmuş, onun əvvəlki qələbələri ilə tikilmiş kövrək
bina xırda hissələrə parçalanmışdır. Elə bu vaxt mayın sonunda Direktoriyanın ona
göndərdiyi əmr gəlib çıxdı, bu əmr əsasında Bonapart nəhayət geri, Parisə dönə
bilərdi. Nildəki döyüşdən salamat qalmış iki freqatda o, sıx dumanın və öz bəxtinin
285
hesabına Nelsonun müşahidə aparan donanmasının yanından keçib getdi və
oktyabrın 9-da Fransa sahilində torpağa ayaq basdı. Onun arxasında demoralizə
olmuş ordunun qalıqları qalmışdı. Döyüşçülərin ümid etdiyi vəziyyətlərinin
yüngülləşməsi və xidmət üçün verilməli haqq heç vaxt gəlib çıxmayacaqdı. Liderə
layiq olmayan bu qaçışına isə öz gözündə yalnız hakimiyyəti ələ keçirmək üçün
vaxtın gəlib çatmasını bilmək istəyi ilə haqq qazandıra bilərdi.
Fransada İnqilab tərəfindən doğulan respublikanın parçalanması
Direktoriyanın süqutuna gətirib çıxardı. Fransa xaos vəziyyətində idi. Napoleon
Fransaya qayıtdı, Myurat və başqaları da ona qoşulub geri dönmüşdü. Napoleonun
Misirdən getməsi ingilislər üçün faydalı idi, çünki o, qalsaydı, Misiri nə ingilislər,
nə də osmanlılar fransız ordusundan təmizləyə bilməzdilər. Əslində Napoleon
Misirdə iflasa uğradı, lakin başqa şəkildə təbliğat aparılırdı. Başqa bir cəhət də
qeyd edilməlidir. Napoleon Misirə çoxlu alimlər aparmışdı, onlar tarixi abidələri
öyrənirdilər, dünyanın heç yerində belə çox sayda abidələr olmamışdı.
Direktoriya artıq Fransanın özündə şəraitə nəzarət edə, beynəlxalq səviyyədə
möhkəm olmayan vəziyyətini belə qoruya bilmirdi. İtaliyanın işğalı elə sürətli
getdi ki, konsolidasiya üçün vaxt kifayət deyildi. O, qarətçiliyin və “könüllü
təzminatın” ağır psixoloji effektini lazımınca qiymətləndirmədiyindən, hədiyyələri
inqilabi ideallar pərdəsi altında gizlədirdi.
Malta və Misirə ekspedisiyalardan sonra Böyük Britaniya vurduğu zərbədən
qürur hissi keçirirdi və o, qeyri-adi enerji ilə hərəkət edirdi. Rusiya və Avstriya
şərqdə Polşanın parçalanmasından öz mövqelərini dəyişdirməyə başladı və
Qərbdəki legitim hökmdarların acı şikayətlərinə həmrəylik göatərməyə meyl etdi.
Bu hökmdarlar inqilab tərəfindən devrilmişdi və özlərinin “ilahi hüquqlarının”
yenidən bərpa edilməsini xahiş edirdilər. Qısası, Misir ekspedisiyası bütün Avropa
üçün qisas almaq üçün arzu olunan imkan yaratmışdı. Bonapart fransız ordusunun
ən yaxşı elementini təmsil edirdi. Nildəki döyüşdən sonra daha əhəmiyyətli olanı o
idi ki, bu ordu Misirdə hərəkətsiz idi və Misirdəki mübarizədə özünü nümayiş
etdirmək iqtidarında deyildi.
286
Rusiya çarı I Pavel, o, anası II Yekaterina 1796-cı ildə qəflətən vəfat
etdikdən sonra taxt-taca yiyələnmişdi, bir sıra təşəbbüslərlə çıxış etdi. Suveren
Malta ordeninə Böyük müəllim təyin olunan I Pavel fransızların Aralıq dənizinin
əsəb mərkəzi olan adadan qovulmasına başladı və Neapol kralı IV Ferdinanda öz
hərbi köməyini təklif etdi. Kral itirilmiş ərazilərini yenidən qaytara bilərdi.
Beləliklə, çar Aralıq dənizindəki bir sıra dostluq münasibəti bəsləyən bazalarda –
Maltada, Neapolda və Misirdəki Aleksandriyada Rusiya donanmasına təminat
axtarırdı. Böyük Pyotrdan başlayaraq bütün çarlar Rusiyanı Aralıq dənizi dövləti
etmək barədəki öz köhnə arzularını həyata keçirmək istəyirdi. İngilis-Rusiya
alyansı 1798-ci ilin 29 dekabrında imzalandı. 1799-cu ilin martında Reyn
istiqamətində irəliləyən Rusiya qoşunları üçün sərbəst keçidə icazə verdi. Fransa o
saatca Avstriyaya müharibə elan etdi və İkinci Koalisiyanın dövlətləri ilə
düşmənçilik mövqeyinə keçdi. Bu koalisiyaya isə Avstriya, Türkiyə, Neapol,
Portuqaliya və Böyük Britaniya daxil idi.
Bu bədbəxtlik idi. Birdən aydın oldu ki, Direktoriya tezliklə pis təmin
olunmuş qoşun birləşmələrini effektiv orduya çevirmək zərurətini başa düşmür. Bu
hökumətin üzvləri qətiyyətlilik göstərmirdilər. 1793-cü ildəki inqilabın
başlanğıcındakı intizam və həvəs hesabına bir çox çətinliklərə baxmayaraq,
respublika orduları bir sıra parlaq qələbələr qazanmışdı.
Pyemontda və Toskanadakı bir sıra uğurlar, Romanı yenidən işğal edən
neapollu IV Ferdinanda qarşı əks-hücumun yaxşı nəticəsi, İsveçrədəki Massenanın
qələbələri süquta gəlib çıxdı. Rus generalı Aleksandr Suvorovun komandanlıq
etdiyi rus və Avstriya ordusu Bonapart tərəfindən 1796-cı və 1797-ci illərdə işğal
edilmiş şəhərləri bir-birinin ardınca azad edirdi. Sonra o, Romaya və Parfenon
Respublikasının yaradıldığı Neapola yürüş etdi, Trebiya çayı yaxınlığında bir sıra
hərəkətlərlə qarşılaşdı, buraya gəlib çıxmış fransız qoşunları onun irəliyə doğru
hərəkətinə mane olmağa cəhd etdi (17-19 iyul 1799-cu ildə). Parfenon
Respublikası süqut etdi və Neapola qayıdan IV Ferdinand vətənpərvərlər
tərəfindən öldürüldü. Müxtəlif fransız ordularındakı qüvvələr bütün İtaliyaya
yayılmışdı, general Juber son döyüş üçün onları yenidən qruplaşdırdı. 15 avqustda
Dostları ilə paylaş: |