293
Sieyes və Roje Düko öz istefaları ilə razılaşdılar. 12 dekabr 1799-cu ildə
onları Kambaseres və Lebran əvəz etdi. Kambaseres sonralar Napoleon
Kodeksinin tərtib edilməsində mühüm rol oynayacaqdır. Lebran isə əlamətdar
qaydada ölkə maliyyəsini yenidən qurmuşdu. Hökumətin birinci ili ərzində
Bonapart Konstitusiyaya hörmətlə yanaşırdı, öz təkliflərini Şura tərəfindən
yoxlanılmasına tabe edirdi, tənqidi və əks arqumentləri qəbul edirdi, problemləri
analiz etmək üçün öyrənir və onları həll edirdi. O, həmçinin inzibatçılığa maraq
göstərirdi, portfelləri özünün səkkiz nazirliyi arasında bölüşdürdü, onların
rəhbərliyinə isə siyasi rənglərinə fikir vermədən daha bacarıqlı adamlar cəlb
edilirdi.
Dövlətin əsas quruluşu kommunalar və ya munisipalitetlər idi. Yeni
administrasiya üçün onların köhnə hakimiyyətlərini bərpa etmək olduqca çətin idi.
Faktiki olaraq müxtəlif inqilabi hökumətlər bütün inzibati formaları özlərinə
uyğunlaşdırmışdılar, onların mandatları köhnə feodal təşkilatının birbaşa davamı
kimi hesab olunurdu. Ayrı-seçkilik qoyulmayan vergi və soyğunçuluq iri
addımlarla irəliləyirdi və görünməmiş borclar yığılmışdı.
Bonapartın kommuna özünüidarəsini möhkəmləndirmək niyyəti yox idi və
o, vəzifə ierarxiyası yaratdı – prefektlər, subprefektlər, sindikatlar. Bunlar isə
birbaşa Daxili İşlər Nazirliyinə tabe olurdu. Bununla o, qüvvətli dövlət aparatı
yaratdı və bu aparat o qədər də demokratik deyildi, lakin elə səmərəli idi ki, onun
nümunələri sonrakı monarxist və ya respublika rejimləri tərəfindən istifadə edildi,
hətta bizim dövrümüzdə də onun çoxlu elementlərinə, oxşarlıqlarına rast gəlirik.
Lebranın məsləhəti ilə Bonapart ictimai maliyyənin yenidən qurulmasını
Martin-Mişel Qodinə həvalə etdi. O, Direktoriya vaxtında eyni vəzifədən imtina
etdiyinə, şərəf və düzgün mövqeyinə görə möhkəm nüfuz qazanmışdı. Yeni naziri
cəlb etməyin hesabına götürülən pul borcları tezliklə dövlətə təqdim edildi, bu
pullar hərbi büdcə də daxil olmaqla inzibati məsrəflərə xərcləndi. Hərbi büdcə isə
birinci növbədə Bonapartın mənafeyinə xidmət edirdi. Vergilərin müəyyən
edilməsi və yığılması hüququ mərkəzləşdi, yerli hakimiyyətlərin eybəcər
korrupsiyası yoxa çıxdı. Qodin bütün müxtəlif maliyyə təşkilatlarının bir vahid
294
Fransa bankında birləşdirilməsi barədə gözəl ideyaya malik idi. Bu bank aksiyalar
buraxmaqla özünü maliyyələşdirəcək, pul sikkəsi buraxmaq səlahiyyətinə malik
olacaq və ona dövlət tərəfindən, maliyyə naziri Barbi-Marboya etibar edilmiş
administrasiya tərəfindən nəzarət ediləcəkdi. İnqilab dövründə öz bacarığını sübuta
yetirmiş Fuşe polis naziri təyin edildi. Bonapart onun fəaliyyətinin nəticələrini
qiymətləndirirdi, Fuşenin istifadə etdiyi metodları isə ictimai qaydada bəyənə
bilmirdi. Buna baxmayaraq Bonapart heç vaxt ona bütünlüklə etibar etməmişdi,
digər vəzifələri içərisində polis nazirinin casuslar və məlumat verənlər şəbəkəsi
saxlaması ona göz qoymağı olduqca vacib edirdi. VIII il Konstitusiyası və
Bonapartın hakimiyyəti öz əlində cəmləşdirməsi hər iki tərəfdən – həm hərbçilər,
həm də mülki işçilər tərəfindən tənqidə məruz qalırdı, lakin o, dəstəyinə möhtac
olduğu adamları qiymətləndirir və onlara üstünlük verirdi. Andre Josse Abrimal
ədliyyə naziri, Denis Dekre dənizçilik naziri, Taleyran isə xarici işlər naziri təyin
edildi. Taleyran daim öz şəxsi mənafeyinə uyğun hərəkət etsə də, qeyri-adi
dərəcədə bacarıqlı və fərasətli adam idi. General Bertye müdafiə naziri vəzifəsini
aldı, Moro Reyn ordusunun komandanı, Makdonald ehtiyat ordusunun, Massena
isə İtaliya ordusunun komandanı oldu.
Yakobinçilər Konstitusiyaya, burjuaziyaya gülünc qaydada təslim olmaq
kimi baxırdılar, lakin onlar heç də uzun müddət qorxu törətmək qüdrətində
olmadılar. Katoliklər kilsə mülkiyyətinin müsadirəsinin qanuniləşməsini
bəyənmirdilər, royalistlərin isə bərpa imkanı getdikcə daha çox qeyri-müəyyənliyə
düşürdü. Onlar qəzetlərin əksəriyyətinə nəzarət etdikcə, güclü etiraz kampaniyaları
təşkil edirdilər. Bonapart Fransada nəşr edilən mətbuatın 74 prinsipial qəzetindən
60-nı qadağan etdi və “Le Moniteur” – “Monitor” qəzeti hökumətin rəsmi orqanı
oldu. Madam de Stal Bonapartı “Fransa azadlığının qəbir qazanı” kimi təsvir
edirdi. O, buna belə cavab verdi ki, o, intizamsızların azadlığını dəfn etmişdir.
Faktiki olaraq kütlə onun tərəfində idi. Kəndlilər ona görə razı idilər ki, Bonapart
onların torpaq üzərində mülkiyyət hüququnu təsdiq etmişdi. Şəhərlərdə
sanklyuotlar o qədər də uzun müddətə inqilaba inanmadılar, lakin onlar döyüşçü
qəhrəmanın cadusunun təsiri altında idilər. Burada burjuaziyanın bu adamdan
295
narazı qala bilməsi üçün heç nə yox idi, çünki o, özünü mülkiyyətin və azad
sahibkarlığın himayəçisi elan etmişdi. 19 fevralda Bonapart böyük dəbdəbə və
mərasimlə ailəsi ilə birlikdə kral sarayı olan Tyulridə məskunlaşdı. Böyük
qalareyanı bəzəmək və özünün böyük “nəsil” şəcərəsinə məxsusluğunu vermək
üçün qardaşı Lüsyendən xahiş etdi ki, sarayı qəhrəmanların heykəlləri ilə
doldursun, onların arasında Aleksandrın, Sezarın, Kondenin və Malboronun
heykəlləri var idi.
General Bonapartın gözlədiyi, can atdığı imkan gəlib çıxmışdı. O, tarixi
dövrün çağırışına cavab vermək qabiliyyətində idi. Hakimiyyətin ələ keçirilməsi
onda hələ tələb olunmamış bir sıra istedadları da üzə çıxardı. İndi o, öz parlayan
“ulduzunun” arxasınca getməli idi. Onun qeyri-adi intellekt qabiliyyətinə malik
olmasını hətta düşmənləri də inkar edə bilmir. O, bu fövqəltəbii qabiliyyətini
onunla əlaqədə olan bütün adamlara təlqin edə bilirdi. Bu məsələlərdə o, müəyyən
prinsiplər də müəyyən etmişdi və deyirdi ki, “əgər sən otaqda ən qabiliyyətli adam
olduğunu bilmirsənsə, danışma”. Öz ögey oğlunu İtaliyada vitse-kral təyin edərkən
ona məhz belə məsləhət vermişdi. Onun özünə gəldikdə isə belə də hərəkət edirdi,
dediklərinin çoxunu həyata keçirə bilirdi. Onun marağı ciddi mövzulara, tarixə,
hüquqa, hərb elminə, ictimai inzibatçılığa yönəlmişdi. Onun ağlı çox iti idi və daim
dəqiq qaydada olurdu. O, bir dəfə bəyan etmişdi ki, onun ağlı komoda bənzəyir, o,
istədikdə bu komodu açıb bağlaya bilir və bağlandıqda istənilən mövzunu unudur,
açıldıqda isə bütün lazım olan detalları ilə o, bu mövzunu tapırdı. Liderliyi ilə
bilikdə o, bütün böyük qabiliyyətlərə malik idi. Öz ardıcılını, arxasınca gedən
adamı o, elə bil ki, kor və əsir edə bilirdi. Həmin dövrlərin ən məşhur adamları, o
cümlədən böyük alman bəstəkarı Bethoven, respublikanın kral qatilləri arasında
olan Lazar Karno ilk andan ona hörmətlə baxırdılar. Kəsik-kəsik nitqi, sürətli qərar
verməsi və qarşısına çıxan mürəkkəb problemləri tez qavraması isə adamların
etibarını alovlandırırdı. O, fransızların on il ərzində axtardığı adam təsiri
bağışlayırdı. Böyük Fridrix və II İosifin tutqun gördüklərini də o, aydın görürdü və
anlayırdı ki, hökumət bütün milləti təmsil etdikdə, onun hakimiyyəti güclü olur.
Ona hakim kəsilən bu düşüncə sonra həyatda öz reallığını tapmalı oldu.
Dostları ilə paylaş: |