281
fitnəkarlıqda ittiham etdi və bu şəhərlərdə Fransa üçün əlverişli olan inzibatçılıqlar
qurdu. Sonra o, Alp dağlarını keçərək birbaşa Avstriyaya hücum etdi və Vyanaya
istiqamət götürdü. Müqəddəs Roma imperiyasının sonuncu imperatoru II Frans
ers-hersoq Karl-Lüdovikin başçılığı altında 40 min nəfərlik qoşun göndərdi ki,
onun qabağını kəssin. Avstriya qoşunu çalışdı ki, vaxt qazansın və onları
Avstriyanın mərkəzinə, Vyananın 100 kilometrliyinə qədər irəliləməyə
şirnikləndirsin. Paytaxta hücum edilsəydi, Avstriya hökuməti asanlıqla
Macarıstanda sığınacaq tapacaq və vuruş adət olunmamış ərazidə və kampaniya qış
vaxtı keçsə, fransızlar onun başa çatmasını sonraya saxlamalı olacaqdılar. Bonapart
hücum etmək qərarına gəldi, avstriyalıları Nyumarktda və Untermarktda
vuruşmağa məcbur etdi. Qalib gəlməklə, ona təklif edilən sülhü qəbul etdi.
Direktoriya isə Vyanaya hücumun tərəfdarı idi, lakin o, sülh bağlamağa üstünlük
verdi. Direktoriyaya belə cavab vermişdi ki, imperiya zorlanmağa adət etmiş
qulluqçu qadına bənzəyir.
Əvvəlki müqavilələr 18 apreldə Lobanda imzalanmışdı, lakin Avstriya
Lombardiyanın itkisi ilə razılaşa bilmirdi. Beləliklə, Kampo-Formio müqaviləsinin
bağlanması vaxtı (17 oktyabr) gəlib çatdıqda Bonapart öz təşəbbüsü ilə
avstriyalılara təklif etdi ki, Lombardiyanın, Belçika və Reynlandın verilməsi
əvəzində o, Venetsiya ərazilərini güzəştə gedə bilər. İtaliyada, paytaxtı Milan olan
Sizalp Respublikasının (“Alpın arxasındakı” mənasını verir) yaradılması ilə və
bura Liquriya Respublikasının (paytaxtı Genuya) qoşulması ilə qalibiyyətli general
Fransaya qayıda bilərdi ki, Direktoriya onun düşmən dövlətlərlə bağladığı
müqavilələri ratifikasiya etsin. İtaliya kampaniyası hesabına Napoleon həm də
siyasi xadim kimi parladı. O, demək olar ki, möcüzə qaydasında qalib gəlirdi,
logistika igidliyini də göstərmişdi. İtaliyada o, hamını siyasətdə də udmuşdu. Ordu
da onu yeganə layiq olan sərkərdə hesab edirdi.
Paris heç də uzun müddət inqilab şəhəri olaraq qalmadı. İnqilab əslində
1794-cü ildə Robespyerin süqutu ilə başa çatmışdı. Mürtəce qüvvələr yenə baş
qaldırmış və burada yeni rejimin “şərəfinə” şübhə toxumu səpənlər var idi, onlar
282
vətəndaş və mənəvi qarışıqlığın yeganə və sadə cavabını mütləq monarxiyada
görürdülər.
Direktoriyanın respublikaçıları mübarizə aparmaqla bu qərara gəldilər ki,
xilas üçün yeganə yol, dövlət çevrilişidir və yakobinçilərin köməyinə arxalanaraq
onlar Bonapartdan xahiş etdilər ki, İtaliyadan ən inanılmış adamlardan ibarət kiçik
dəstə göndərsin. 18 fruktadorda (4 sentyabr 1797-ci ildə) hökumət çevrilişi baş
tutdu və çevrilişdən sonra seçki keçirildi. Parisə Terror ab-havasını gətirən radikal
rejimin hakimiyyəti beləliklə bütünlüklə başa çatdı. Çünki Terrora bilavasitə son
qoyulduqdan sonra qısa müddətə gilyotina edamı ləğv edilsə də, bu, Qvianaya,
“cəhənnəmin kandarına” sürgünlə əvəz olunmuşdu.
Belə vəziyyətdə olan Parisə Bonapart 5 dekabr 1797-ci ildə döndü. Burada
o, qalib təntənəsi ilə qəbul edildi və Kampo-Formio müqaviləsinin hökumət
tərəfindən rəsmən tanınması ilə generalın həm hərbi, həm də siyasi səviyyələrdə
hərəkətlərinə şərait yaradıldı. Həm də, Direktoriya ona Böyük Britaniyaya
müdaxilə edəcək ekspedisiya korpusuna komandanlıq vəzifəsini təklif etdi, lakin
Bonapart Taleyranın məsləhəti ilə bu təklifi rədd etdi. Şərqdəki vəziyyətlə tanış
olduğuna görə o, Aralıq dənizində yalnız Maltaya və bir də Misirə sahib olmaq
yolu ilə Britaniyanın Hindistanla ticarətini dayandırmaqdan ötəri ekspedisiya təşkil
etməyi təklif etdi. Direktoriya onun bu təklifini razılıqla qəbul etdi, bu yolla ondan
yaxasını qurtarmaq istəyirdi.
54 min nəfər güclü adamlardan ibarət ekspedisiya Tulonda toplandı və
Bonapartın xahişi ilə onlara elmi və tarixi xarakterli tədqiqatlar aparmaq üçün bir
sıra akademiklər qoşuldu. 19 mart 1798-ci ildə 180 gəmidən ibarət olan donanma
lövbərlərini qaldırıb naməlum mənzilə yol aldı. Onlar fransızları gözləyən Nelson
donanmasının yanından gözə çarpmadan keçib getdilər, çünki məxfilik qorunub
saxlanmışdı və hər bir adam güman edirdi ki, onlar Gibraltar boğazını keçməyə
cəhd edəcəklər ki, Britaniya adalarına çatsınlar. İyunun 9-da fransızlar Maltaya
gəlib, adanı heç bir çətinlik çəkmədən tutdular. Buna görə onlar əksəriyyəti fransız
mənşəli olan Müqəddəs İoann rıtsarlarının köməyinə minnətdar olmalı idilər.
Adanın inzibatçılığını yenidən qurmağa sərf edilən bir həftədən sonra, bu vaxt həm
283
də etdikləri köməyə görə minnətdarlıq əlaməti olaraq, rıtsarlara ömürlük əlverişli
gəlir təyin edildi, Bonapart Aleksandriyaya tərəf üzməyə başladı. O, şəhərə
dənizdən hücum etmədi, çünki Nelson donanmasının hökmən gəlişi təhlükəsi
mövcud idi. Donanma tutqun duman olduğundan gecə görünmədən keçib Krit
adası tərəfə üzürdü. Bonapart gecə yarısı səhralıq sahildə 5 min piyadanı gəmidən
düşürtdü və özünü şəhərin ağası etdi. O, öz arxasını möhkəmləndirmək üçün
şəhərdə nüfuz sahibi olan ərəblərlə müqavilə bağladı. Bu vaxt o, Quranı bilməsi ilə
ərəb kübarlarını heyrətləndirdi. Müsəlmanların müqəddəs kitabını isə o, hazırkı
dəniz səfəri vaxtı oxuyub öyrənmişdi. Sonra o, Qahirəyə tərəf səhranı keçməyi qət
etdi. Qızmar istidə ekspedisiya susuzluqdan, həşəratların hücumundan və məmlük
süvarilərinin həmlələrindən əzab çəkirdi. Axırda paytaxtın konturları göründü və
onlar 23 iyulda şəhərə girdilər.
Parisdən gələn xəbərlər də yaxşı deyildi. Jozefinanın yeni məşuqu meydana
gəlmişdi. Bonapart özünü, onu başa düşən gənc qadın Polina Furesin ağuşunda
ovundururdu. Özünə varis qazanmaq arzusu ilə o, arvadını boşamaq barədə
düşünürdü, lakin Jozefinanın göz yaşları və paytaxtdan gələn etirazlar onu bu az
müddət yaşayan ideyadan imtina etməyə sövq etdi. Hərbi şərait də olduqca pis idi.
Hava pis olduğundan Aleksandriya yaxınlığındakı Abukirdə dayanan fransız
donanmasının yerini öyrənən Nelson hücum etməyə tələsdi. Qüvvələr demək olar
ki, bərabər idi. Lakin hər iki donanmanın komandalarının ruhən hazırlığı və
intizamı, hər şeydən əvvəl Nelsonun yüksək komandanlıq qabiliyyəti döyüşün
nəticəsini həll etdi. İyunun 3-nün bütün günü və gecəsi davam edən döyüş yalnız
fransız flaqman gəmisi batırıldıqda sona yaxınlaşdı. Yalnız iki gəmi qaçıb özünü
xilas edə bildi. Britaniyalılar xeyli az adam və gəmi itkisi verməklə yanaşı, fransız
donanmasının bütün gəmilərini əsir götürdü. Bonapart bu məğlubiyyətdən sonra
tezliklə belə bir fikrə gəldi ki, onun işğalları əbəs imiş. Fransız ordusu təcrid
olunmuşdu, özünü ərzaqla təmin edə bilmirdi. Fransız donanması Abukirdə
admiral Nelson tərəfindən darmadağın edildikdən sonra Napoleon demişdi: “Ya
biz burada məhv olacağıq, ya da buradan əcdadlarımız kimi böyük qalib tək
Dostları ilə paylaş: |