296
Napoleon birbaşa olmasa da Fransa İnqilabının məhsulu idi. O, hər bir şeyi
lazım olan yerində və lazım olan vaxtında etməklə özü də tarixin yaradıcısı rolunda
çıxış edirdi. İnqilabdan sonrakı Fransa onun zəkasının döyüş meydanına
çevrilmişdi. İnqilabın qırıb atdığı buxovlar ona həm də nəhayətsiz fəaliyyət məkanı
bəxş etmişdi.
1813-1815-ci illərdə Prussiya ordusunun qərargah rəisi olmuş feld-marşal
Avqust Vilhelm fon Qneyzenau fransız ideyalarından ilhamlanaraq yazırdı:
“İnqilab Fransada bütün qüvvələri oyatdı və onların hər birinə fəaliyyət üçün
öz sferasını verdi. Qəhrəmanlar orduya başçılığa qalxdı. Dövlət xadimləri
inzibatçılıqda yüksək mövqelərə qalxdı. Millətin bətnində inkişaf etməmiş və
istifadə edilməmiş gör neçə nəhayətsiz qüvvələr yatıb qalmışdı. Minlərlə kökslərdə
böyük dühalar yaşayırmış, lakin onların aşağı şəraitləri bu istedadın
çiçəklənməsinin qarşısını alırmış... Əgər digər dövlətlər keçmiş hakimiyyət
tarazlığını qurmağı arzu edirlərsə, onlar həmin bu resursları açmalı və istifadə
etməlidirlər”. General Blyuxerin ordusunda qərargah rəisi kimi Napoleonun
Vaterloo məğlubiyyətinə öz töhfəsini vermiş Prussiya zabiti İnqilabın açdığı
imkanların böyüklüyünü və əhəmiyyətini olduqca düzgün qiymətləndirə bilmişdi.
Tarixçilərin şəhadətinə görə Napoleon ordusunun gücü təkcə Napoleonun
“hərbi dühasında” deyildi, həm də İnqilabın azad etdiyi kəndlilərdən öz mənşəyini
götürən zabitlərdə, komanda heyətində idi, onlar feodalizmə nifrət bəsləyirdilər.
Çəllək ustasının oğlu marşal Ney, at mehtərinin nəvəsi marşal Lann, yeməkxana
sahibinin oğlu marşal Myurat – bu göstərirdi ki, Napoleon ordusu xarakterinə görə
Azadlıq, Bərabərlik və Qardaşlıq naminə vuruşmağa hazırdır. Lakin imperator
Napoleon tiraniya metodları tətbiq etməyə başlamaqla, dünya ağalığı iddiasına
düşməklə həmin ordunun təbiətini xeyli dəyişdirdi. Marşallar Bertye, Davu,
Marmon, Massena və başqaları dvoryan titullarına və görünməmiş rentalara sahib
oldular. Ordunun inqilabi ruhu bütünlüklə itirildi.
Qayda-qanun yenidən bərpa olunanda və iqtisadi dirçəliş başlananda xarici
işlər məsələsinə diqqət yetirmək vəzifəsi qalırdı. Xalq sülh istəyirdi, lakin
Napoleon “təbii sərhədlərin” toxunulmamış qalması ilə razılaşırdı. İnqilabi işğallar
297
və anneksiyalarla milli ərazi bu vaxt Reynin sol sahilinə uzanırdı və həmçinin
Belçikanı, İsveçrənin bir hissəsini, Nitsa və Savoyu əhatə edirdi. Onlara bu
yaxınlarda şərqdə və İtaliyada işğal edilmiş ərazilər, həmçinin Hollandiya əlavə
edilmişdi. Hər şeydən əvvəl Bonapart diplomatik həll yolunu tapmaq istəyirdi, ona
görə də İngiltərə kralı III Corca və avstriyalı II Fransa məktub yazdı. Gözlənildiyi
kimi hər iki monarx israr edirdi ki, hansısa bir danışıq üçün əvvəlinci şərt kimi
Burbonlar sülaləsi taxt-tacda bərpa edilsin. XVIII Lui taxt-tacın varisi olmaqla
Flandriyadakı Qentdə sürgündə idi, hətta 20 fevralda Bonaparta taxt-taca bərpa
edilmək üçün dəvət olunmaq barədəki xahişilə məktub yazmışdı. Napoleon öz
xarici rəqiblərini qan tökülməsindən qaçmaq üçün müharibədən imtina etməyə
çağırırdı. Lakin müttəfiqlər razılaşmadılar. Napoleon anladı ki, müharibəsiz
keçinmək olmayacaqdır. O, Fransa vətəndaşlarına müraciət etdi və ölkədə əsl
vətənpərvərlik ruhu qaldırdı. Onun sərəncamına 200 minlik yeni əsgər verildi,
bayrağı altına əlavə olaraq 30 min veteran gəldi. O, yeni italyan yürüşünü həyata
keçirməyi qərara aldı.
General Kleberin komandanlığı altında fransız ordusu Misiri tərk edərək
dirilmə möcüzəsi nümayiş etdirmişdi. Orduya qoşulmamışdan əvvəl Kleber
Strasburqda memar idi və qorxmaz generala çevrilmişdi. Baxmayaraq ki, fransızlar
sayca çox az idilər və ərzağın olmamasından demoralizə olunmuşdular, onlar
Heliopolisdə türk ordusunu əzdilər və Qahirədə onlara kömək gələcəyini
gözləyirdilər. Lakin Britaniyanın qoyduğu dəniz blokadasının nəticəsində Bonapart
onlara kömək göndərə bilmədi. İtaliyada isə qabiliyyətli baron fon Melasın əmri
altında olan Avstriya ordusu Milana çatdı və Bonapartın onun irəliləməsini
dayandırmağa göndərdiyi Massenanı məğlub etdi və onu Genuyaya geri çəkilməyə
məcbur etdi. 1800-cü ilin aprelində fon Melas, ordusunun bir hissəsini Massenanı
saxlamaq üçün qoyub, Alp keçidlərini təmizləmək üçün Nitsaya çatdı. Bu təhlükəli
situasiya ilə üz-üzə gələndə Bonapartın hərbi dühası möcüzələr yaratdı. O,
qoşunların birləşməsini bölərək, Reyn ordusunun komandanı Moroya göstəriş
verdi ki, düşmən generalı Klaqın xəttini dağıdıb, Alpı aşıb keçməklə onu Milanda
gözləsin.
298
O, özü Sen-Bernar keçidi ilə Alp dağlarını aşıb İtaliyaya düşdü.
Lombardiyanın ortasına atıldı, fon Melasın kommunikasiyasını kəsdi və onu
əvvəlcədən Nitsadan Milana tərəf geri çəkilməyə məcbur etdi. O, hətta vuruşa
girmə yerini və qaydasını da planlaşdırmışdı. Yeganə, lakin həlledici döyüş
Skrivian çölündə baş verməli idi.
Əməliyyat xırda detallarına qədər hazırlanmışdı, hətta yürüş üçün
nəqliyyatın seçilməsindən, Val d`Aostada qarın əriməsini nəzərə almağa qədər.
Bonapart 1800-cü ilin 6 mayında yola düşdü. Parisdə yakobinçilər,
royalistlər, xülyalardan azad olmuş dostlar, hətta onun qardaşları Jozef və Lüsyen
nəticənin məğlubiyyət olacağını bildirirdilər və artıq hakimiyyəti bölüşdürməyi
planlaşdırırdılar. Mayın 14-də ordu çox çətin şəraitdə keçidi keçməyə hazırlaşdı.
Ustalıqla manevr edərək, rəqibini azdırmaqla, Napoleon dar Alp keçidlərindən
keçib, avstriyalıların arxasına keçdi.
20-də əməliyyat uğurla başa çatdı və 21-də Bonapart Aostaya gəldi. İyunun
2-də o, zəfər qaydasında Milana daxil oldu və Sizalp Respublikasını yaratdı. O, fon
Melasla döyüşdə üz-üzə gəlməyə hazır idi.
Onların hər ikisi qüvvələrini bölməyə məcbur oldu, biri Piasents və Mantuya
xəttinə geri çəkildi, digəri isə bu manevrin qarşısını almağa çalışırdı. Həlledici
vuruşdan əvvəl toqquşma oldu. Onun nəticəsi hər iki tərəfin xeyrinə ola bilərdi.
Lannın başçılığı altında fransızlar Kastercoda məğlub oldu, lakin onlar
Piasentsadan çıxan vaxt kömək aldıqdan sonra Montebelloda öz qisaslarını aldılar.
Bonapart əmin idi ki, Massenanı tərk etdikdən sonra fon Melas Genuyada
ordusunu ingilis donanmasına yükləməyə cəhd etməyəcəkdir. Bu donanma yenicə
gəlib çıxmışdı.
İyunun 13-də Bonapart əmr etdi ki, onun ordusu Marenqo çölündə düşərgə
qursun, bu vaxt o, Voqheraya yollandı ki, orada baş qərargahına qoşulsun. Axşama
yaxın daşan Skrviya çayı onu məcbur etdi ki, gecəni Torre-di Qarafolada keçirsin.
14-də dan yeri sökülərkən o, Avstriya toplarının atəşindən oyandı. Düşmən ordusu
gözlənilmədən Marenqo yanındakı Alessandriya tərəfdən göründü və hücuma
keçdi, o, öz canlı qüvvədəki və artilleriyadakı kəmiyyət üstünlüyündən açıq düzdə
Dostları ilə paylaş: |