108
Azərbaycan xalqının dastanları feodal münasibətlərini təbliğ etməkdə,
qeyri-xəlqilikdə ittiham olunurdu. Türk dünyasının möhtəşəm orta əsr abidəsi
"Kitabi-Dədə Qorqud" "irticaçı feodal-xan eposu" adı ilə damğalanmış, onun
tədqiqatçıları təqiblərə məruz qalmışdılar. A.A.Bakıxanov idealizmdə, fanatizmdə,
xan və bəyləri müdafiə etməkdə, M.M.Kazım bəy "çarizmin sadiq qulu" olmaqda
günahlandırılırdı.
Akademik
M.A.Dadaşzadə
"Türkiyə
casusu"
kimi
damğalanmışdı. Akademik, yazıçı M.İbrahimov, professor, SSRİ Elmlər
Akademiyasının müxbir üzvü A.O.Makovelski elmi-siyasi sayıqlığı itirməkdə
tənqid edilmişdi. M.Rəfili "kosmopolit" damğası ilə işdən uzaqlaşdırılmış,
Süleyman Vəliyev sürgün olunmuşdu. M.C.Bağırov AK(b)P XIX qurultayında
(1952, sentyabr) Səməd Vurğunu hədələyərək, "Sən ləngimədən kommunizmin
əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan" - demişdi.
10
Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən
güc orqanlarına başqa millətlərin, əsasən rus və ermənilərin nümayəndələrini cəlb
edirdi. Bu şovinist münasibətdən erməni millətçiləri azərbaycanlı kadrlara qarşı
hiyləgərcəsinə istifadə edirdilər. Hətta M.C.Bağırov belə vəziyyətin güc
orqanlarında kök saldığını hiss edərək, 1945-1953-cü illərdə Azərbaycan xalqının
qatı düşməni olan bir sıra erməni daşnak fitnəkarlarını ifşa edərək respublikadan
qovmuşdu. Qarabağın, Naxçıvanın və başqa tarixi Azərbaycan torpaqlarının
erməni ərazisi olduğunu "yaradıcılığı"nda əsaslandırmağa çalışan yazıçı Marietta
Şaginyanın Bakıya gəlməsini rədd etmişdi. O, eyni münasibəti marşal
İ.Baqramyanın qardaşı Baqramova və 1918-ci ilin martında Bakıda
azərbaycanlıların qırğınını təşkil edən Stepan Şaumyanın oğlu, "Böyük Sovet
Ensiklopediyası"nın baş redaktorunun müavini Levon Şaumyana qarşı da tətbiq
etmişdi.
11
İnzibati-amirlik üsuli-idarəsinin güclənməsi, sözdə verilmiş "demokratik"
hüquqların çoxunun təmin olunmaması insanların ictimai-siyasi həyatda, dövlət
idarəçiliyində fəal iştirakına ciddi maneələr törədirdi. "Xalq hakimiyyəti"
orqanlarına seçkilər formal, inzibati nəzarət, hətta təzyiq altında keçirilirdi.
Zehni inkişaf səviyyəsi yüksək olan əhalinin, xüsusən gənclərin arasında
mövcud quruluşun ziddiyyətlərini, həqiqi mahiyyətini dərk edənlər çoxalırdı.
Təşkilatlanmaq və mübarizə aparmaq arzusunda olanlar da vardı. Gizli fəaliyyət
göstərən "İldırım" təşkilatının üzvü olan bir qrup vətənpərvər və romantik gənc -
İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, Hacı Zeynalov, Kamal Əliyev, Aydın
Vahidov və b. Azərbaycanın azadlığa çıxması üçün xalqa onun qüvvələrini
birləşdirə biləcək güclü, tanınmış bir liderin rəhbərlik etməsini vacib bilərək,
S.Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün.
İstibdada qarşı açıq mübarizə üçün hələ real vəziyyət yaranmamışdı. Təşkilat
109
1947-ci ilin əvvəllərində fəaliyyətini dayandırdı. 1948-1949-cu illərdə onun 8 fəal
üzvü həbs edilib sürgün olundu.
12
Xaricdə fəaliyyət göstərən siyasi mühacirlərin də Azərbaycanda sovet
rejiminə qarşı fəaliyyəti genişlənirdi. Müharibədən sonrakı illərdə Azərbaycan
mühacirləri "əski" və "yeni" mühacirlər adlanan qruplara bölünmüşdü, onların
arasında əsas məsələlərdə birlik yox idi.
13
M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada
"Azərbaycan kültür dərnəyi" təşkil etmişdi. Onun rəhbərliyi ilə 1952-ci ildən
Ankarada "Azərbaycan" jurnalı nəşr olunmağa başlanmışdı. Bolşevizmə qarşı
mübarizədə Mirzə Bala Məmmədzadə (1954-cü ildən Münhendə (Almaniya)
SSRİ-ni öyrənən institutun Azərbaycan dilində nəşr etdiyi siyasi jurnalın redaktoru
idi), Əbdürrəhman Fətəlibəyli-Düdənginski (1945-1954-cü illərdə Münhendə
ABŞ-ın təsis etdiyi Azadlıq" radiosunun Azərbaycan şöbəsinin rəhbəri idi) və
başqaları da fəal iştirak edirdilər.
14
§2. AZƏRBAYCANLILARIN ERMƏNĠSTAN SSR-dən
TARĠXĠ ETNĠK ƏRAZĠLƏRĠNDƏN
DEPORTASĠYASI
Müharibədən sonrakı illərdə bütün ölkədə şovinist və yerli millətçilik
siyasətinin güclənməsi xalqlar arasında tez-tez münaqişə və toqquşmalar,
konfliktlər, ciddi təhlükəli problemlər yaradılmasında açıq təzahür edirdi. Moskva
hakimiyyəti Qafqazda da Azərbaycan erməni, gürcü və başqa xalqları bir-birinə
qarşı qoymaq və onlar üzərində hakim mövqeyini saxlamaq naminə milli münaqişə
ocaqları yaratmaq siyasəti yürüdürdü. Bu məkrli siyasət, əsasən, qondarma "Dağlıq
Qarabağ" konfliktinin süni surətdə kəskinləşdirilməsi məqsədi güdürdü.
Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki və xarici ölkələrin lobbisinə
arxalanan erməni millətçiləri, kommunist - daşnaklar sonrakı illərdə müharibə,
vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik ərazilərindən
sıxışdırılıb çıxarılması, birinci növbədə, Qarabağın qoparılıb Ermənistana
verilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərdə Moskvanın, bilavasitə A.Mikoyanın
təşəbbüsü ilə Ermənistanda partiya elitasının fəal iştirakı ilə gizli "Qarabağ
hərəkatı", "Qarabağ komitəsi" yaradılmışdı.
15
1945-ci ilin payızında Ermənistan
rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin Ermənistana verilməsi məsələsini qaldırır. Ermənistan K(b)P MK və
XKS-nin Stalinə müraciətində heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağ
ərazisinin guya iqtisadi cəhətdən daha çox Azərbaycan SSR-lə deyil, Ermənistan
SSR-lə bağlı olduğunu sübut etməyə cəhd olunur. Məsələyə dərhal reaksiya verən