TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


partiya və sovet orqanlarında rəhbər vəzifə tutan Markaryan, Qriqoryan



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə53/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   49   50   51   52   53   54   55   56   ...   219

112 

 

XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə tutan Markaryan, Qriqoryan, 



Yemelyanov,  Borşov  və  başqaları  himayədarlıq  edirdi.  Onlar  ermənilərin  yığcam 

yaşadıqları DQMV və onun ətrafında  yerləşən rayonlarda deportasiya olunanların 

yerləşdirilməsinə hər cür maneçilik törədir, M.C.Bağırova yalan və böhtanla dolu 

rəsmi  arayışlar  təqdim  edirdilər.  Köçkünlərin  ermənilər  tərəfindən  sıxışdırılması 

barədə kollektiv imza ilə göndərilən ərizə  və  məktubları respublika Təhlükəsizlik 

Nazirliyinin  rəhbəri  Yemelyanov  qəsdən  M.C.Bağırova  təqdim  etdiyi  arayışda 

"millətçilik", "siyasi təxribat" kimi xarakterizə edirdi.

26

 



1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay,  Mirbəşir (indiki 

Tərtər),  İmişli,  Əli  Bayramlı,  Zərdab,  Salyan,  Kürdəmir,  Xaldan,  Sabirabad, 

Jdanov  (indiki  Beyləqan),  Yevlax,  Ucar,  Gədəbəy  və  Bərdə  rayonlarına  15276 

adam köçürülmüşdü.

27

 

1950-ci  il  martın  14-də  və  avqustun  25-də  Azərbaycan  və  Ermənistan 



respublikalarının  Nazirlər  Sovetləri  həmin  ilin  yazında  və  payızında  müvafiq 

olaraq  Azərbaycana  3419  təsərrüfatın  və  14361  nəfər  adamın  köçürülməsi  barədə 

qərar  qəbul  etmişdilər.

28 


Lakin  köçürülmə,  daha  doğrusu,  mütəşəkkil  deportasiya 

planı  erməni  millətçilərin  istədikləri  sürətlə  həyata  keçirilmirdi.  Bu,  qeyri-insani 

tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv 

səbəblər  mane  olurdu.  Deportasiya  olunanların  sosial  və  məişət  problemləri 

lazımınca  həll  edilmirdi  (respublikanın  qısa  müddətdə  bu  yerlərdə  kifayət  qədər 

mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun 

nəticəsi  olaraq,  1950-ci  ildə  Azərbaycandan  Ermənistana  -  öz  keçmiş  yaşayış 

yerlərinə  qayıtma  prosesi  başlanmışdı.  Köçkünlər  içərisindən  çıxılmaz  vəziyyətə 

düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları 

göndərirdilər. Lakin bu şikayət və etirazlar  heç bir nəticə  vermirdi.

29

  1950-ci  ildə 



Ermənistandan Azərbaycana 2907 təsərrüfat və ya 12332 adam köçürülmüşdü. Bu, 

əvvəlki  illərlə  müqayisədə  ən  yüksək  göstərici  idi.  Lakin  erməni  millətçiləri  və 

onların mərkəzi hökumətdəki himayədarları SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 

dekabr  və  1948-ci  il  10  mart  tarixli  qərarlarının  yerinə

 

yetirilməsi  vəziyyətindən 



qəti narazı idilər. Onların təkidi ilə 1951-ci il fevralın 28-də SSRİ Nazirlər Soveti 

"1951-ci  ildə  köçürülmə  planı

 

haqqında" 605 saylı məxfi qərar qəbul etmişdi. Bu 



rəsmi sənəddə köçürmə prosesinin sürətləndirilməsi tələb olunurdu. Lakin görülən 

sərt  inzibati  tədbirlər  də  öz  lazımi  nəticəsini  vermədi.  Əksinə,  hətta  1951-ci  ildə 

erməni  millətçilərinin  istəyinin  əksinə  olaraq,  köçürülənlərin  geriyə  qaytarılması 

halları  çoxaldı.  Belə  ki,  Ermənistan  SSR  Nazirlər  Soveti  yanında  Köçürmə 

İdarəsinin rəisi 1951-ci  mayın 27-də  verdiyi məlumatda 36 azərbaycanlı ailəsinin 

geriyə qayıtdığını göstərirdi.

30

 

1952-53-cü  illərdə  Ermənistandan  daha  3155  təsərrüfat  və  1376  nəfər 



azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə 


113 

 

Azərbaycan  SSR  kənd  təsərrüfatı  nazirinin  müavini  M.Poladovun  rəhbərliyi  ilə 



Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə 

qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış 

şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri 

qayıtmışdı.  Geri  qayıdanlar  Ermənistanda  qeydə  alınmır  və  adi  vətəndaş 

hüquqlarından  məhrum  edilirdilər.  Deportasiya  prosesi  1956-cı  ilə  qədər  davam 

etdirildi.  1954-1956-cı  illərdə  1316  təsərrüfat  və  5876  nəfər  Ermənistandan 

deportasiya  olunmuşdu.

31

  Ümumiyyətlə,  Ermənistan  SSR-də  etnik  təmizləmənin 



bu  mərhələsində  100  min  nəfərdən  çox  azərbaycanlı  zorla  köçürülmüş  və  ya 

köçməyə məcbur edilmişdir.

32

 Onların hər üç nəfərindən biri yeni şəraitə, isti, quru 



iqlimə,  məişət  təminatsızlığına  uyğunlaşa  bilməyib,  aclıq  və  xəstəlikdən  həlak 

oldu.


33

 

1948-1956-cı  illərdə  Ermənistan  SSR-dən,  öz  tarixi  etnik  torpaqlarından 



deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-

nin  İnsan  Hüquqları  Komissiyasının  qəbul  etdiyi  qərarın  II  maddəsinə  uyğun 

olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməlidir. 

Zaqafqaziyada  hökumətin  yeritdiyi  antiazərbaycan  siyasətinin  bir  təzahürü 

də  Ermənistan  və  Gürcüstandakı  qədim  Azərbaycan  torpaqlarında  toponimlərin 

özgələşdirilməsinə,  azərbaycanlılara  məxsus  abidələrin  məhv  edilməsinə  geniş 

rəvac verilməsi idi. 

 

SĠYASĠ MÜLAYĠMLƏġMƏ. ĠCTĠMAĠ-SĠYASĠ HƏYATDA 



DEFORMASĠYA VƏ DƏYĠġĠKLĠKLƏR 

 

1953-cü il martın 5-də totalitar sovet sistemini törədən İ.V.Stalin vəfat etdi. 

Stalinin  şəxsiyyətinə  pərəstişin  zərərli,  ağır  nəticələri  aşkarlandı.  Hakimiyyət 

uğrunda  rəhbərlikdə  mübarizə  başlandı  və  həmin  ilin  sentyabr  ayında  ölkənin 

siyasi hakimiyyətində köklü dəyişiklik baş verdi. Hakimiyyətə gələn N.S.Xruşşov, 

Sov.İKP  Mərkəzi  Komitəsinin  katibi  kimi,  nəzarət  etdiyi  partiya  aparatının,  ali 

hərbi  rəhbərlərin  yaxından  köməyi  ilə  hakimiyyəti  əlinə  keçirməyə  cəhd  edən 

siyasi  avantürist  L.P.Beriyanı  və  onun  əlaltılarını  aradan  götürdü,  stalinizm 

tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı. 

N.S.Xruşşov  1953-cü  ilin  sentyabrında  Sov.İKP  MK-nın  birinci  katibi 

seçildi. 

M.C.Bağırov  Azərbaycan  KP  MK  və  Bakı  Komitəsinin  birgə  plenumunda 

(1953, 12-13 iyul) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli 

fəaliyyət  üçün  şərait  yaratmamaqda  və  başqa  əməllərdə  təqsirkar  bilinib 

vəzifəsindən kənar edildi.

34 


M.C.Bağırov bir müddət Kuybışev Neft Birliyinin rəis 

müavini  vəzifəsində  işlədi.  Lakin  tezliklə  həbsə  alındı.  Bakıda  SSRİ  Ali 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə