TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə52/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   48   49   50   51   52   53   54   55   ...   219

110 

 

Mərkəzi hökumətin nümayəndəsi ÜİK(b)P MK katibi G.M.Malenkov 1945-ci ildə 



noyabrın  28-də  Azərbaycan  K(b)P  MK-nın  birinci  katibi  M.C.Bağırova  yazdığı 

məktubunda  bu  məsələ  ilə  bağlı  məlumat  verir  və  onun  rəyini  soruşur.

16

 

M.C.Bağırov  1945-ci  il  10  dekabr  tarixdə  ("tam  məxfidir"  qrifi  ilə)  ona  cavab 



məktubu göndərir.

17

 Məktubda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü 



bütün  iddiaların  heç  bir  elmi,  tarixi  əsası  olmadığı  və  Dağlıq  Qarabağın  tarixən 

Azərbaycan ərazisi olduğu tutarlı faktlarla sübut edilirdi. 

Cavab məktubunda sovet hakimiyyəti illərində ilk dəfə Azərbaycan rəhbəri 

tarixi  Azərbaycan  torpaqları  problemini  qaldırır  və  burada  Dağlıq  Qarabağın 

Ermənistana  güzəştə  gediləcəyi  təqdirdə  müxtəlif  vaxtlarda  Ermənistana, 

Gürcüstana və Sovet Rusiyasına verilmiş bir çox tarixi ərazilərin Azərbaycan SSR-

ə qaytarılmasını  vacib hesab edir. Azərbaycan rəhbərliyinin məsələnin bu səpkidə 

müzakirə olunmasına razılıq verməsi ermənilərin planlarının pozulması ilə yanaşı, 

Mərkəzi  hökumətə  problemin  bütün  ölkə  üçün  sonsuz  fəlakətlər  yaradacağını 

anlatdı.  Belə  bir  təhlükənin  real  olduğunu  görən  mərkəzi  hökumət  ermənilərin 

iddialarını rədd edərək məsələnin "arxivə verilməsini" tövsiyə etdi. Eyni zamanda 

Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək tədbirləri 

gördü. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ ABŞ və İngiltərənin 

iştirakı  ilə  keçirilən  Tehran  konfransında  Sovet-İran  münasibətləri  müzakirə 

edilərkən,  gələcəkdə  "Böyük  Ermənistan"  dövləti  yaratmaq  xülyasında  olan 

ermənilər  əlverişli  şəraitdən  istifadə  edərək,  SSRİ  xarici  işlər  naziri  V.Molotova 

müraciət  edib,  İranda  yaşayan  ermənilərin  SSRİ-yə  köçürülməsinə  icazə 

istəmişdilər.  V.Molotov  məsələ  ilə  bağlı  İ.Stalinlə  danışdıqdan  sonra  onların 

Ermənistan  SSR  ərazisinə  köçürülməsinə  razılıq  vermişdi.

18 


1946-cı  il  oktyabrın 

19-da  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  xarici  ölkələrdə  yaşayan  ermənilərin 

Ermənistan  SSR  ərazisinə  köçürülməsi  ilə  bağlı  Fərman  verdi.

19

  Ermənilərin 



Ermənistan SSR-ə repartasiyası "Daşnaksutyun" partiyasının 1947-ci ilin iyununda 

keçirilmiş  XIV  konqresinin  qəbul  etdiyi  qərarlarla  bilavasitə  bağlı  idi.  Bu 

qərarlarda isə repartasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması 

və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi. 

Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi. 

Beləliklə,  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  dədə-baba 

torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də 

SSRİ  Nazirlər  Soveti  "Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbaycanlı 

əhalisinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında"  4083 

saylı  qərar  verdi.  SSRI  Nazirlər  Sovetinin  1948-ci  il  10  mart  tarixli  "Ermənistan 

SSR-dən  kolxozçuların  və  digər  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-

Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər  haqqında" daha bir qərarı ilə bu 

işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 



111 

 

100 min azərbaycanlı 1948-1950-ci  illərdə;  1948-ci  ildə  10  min, 1949-cu ildə  40 



min,  1950-ci  ildə  isə  50  min  nəfər  "könüllülük  prinsipinə  əsasən"  Azərbaycana 

köçürülməli idi.

20

 Qərarın axırıncı, II maddəsində ayrıca



 

göstərilirdi ki, Ermənistan 

SSR  Nazirlər  Sovetinə  icazə  verilsin  ki  azərbaycanlı  əhalinin  köçürülməsi  ilə 

əlaqədar  onların  boşaltdıqları  tikililərdən,  yaşayış  evlərindən  xaricdən  gələn 

erməniləri yerləşdirmək üçün istifadə etsinlər.

21

 O zaman Ermənistan SSR-də 400 



mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən mütəşəkkil 

surətdə  Azərbaycan SSR-ə  1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə  (2834 

nəfər)  müxtəlif  təzyiqlərə  məruz  qaldığına  görə  pərakəndə  halda  Azərbaycana 

gəlməyə məcbur olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların 

sayı 10.584 nəfər idi.

22

 



Azərbaycan  SSR  və  Ermənistan  SSR  rəhbərləri  arasında  əldə  olunmuş 

razılaşmaya  görə,  1949-cu  ildə  15713  nəfər  (5420  nəfəri  yazda,  10293  nəfəri  isə 

payızda)  və  3818  təsərrüfat  köçürülməli  idi.  Lakin  SSRİ  Nazirlər  Soveti 

Azərbaycan  SSR  və  Ermənistan  SSR  hökumətləri  arasında  əldə  edilmiş 

razılaşmanı  təsdiq  etmədi  və  SSRİ  hökumətinin  rəsmi  nümayəndəsi  S.Çeremuşin 

Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri  T.Quliyevdən  Ermənistan  SSR-dən 

Azərbaycana  əvvəlcədən  müəyyənləşdirilmiş  40000  nəfər  azərbaycanlının 

köçürülməsini tələb etdi.

23

 

Azərbaycan  SSR  Nazirlər  Soveti  çıxılmaz  vəziyyətə  düşdüyündən 



məsələnin  həlli  üçün  SSRİ  Nazirlər  Soveti  sədrinin  müavini  G.M.Malenkova 

müraciət  edib  bildirdi  ki,  bu  qədər  adamın  köçürülməsi  və  yerləşdirilməsi  üçün 

Azərbaycanın  imkanı  yoxdur.  Müraciətdə  1949-1950-ci  illər  üçün  əvvəllər 

müəyyən edilmiş köçürmə planlarına yenidən baxılması  və "Ermənistan SSR-dən 

olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 

min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi" xahiş edildi.

24

 

Deportasiya  tədbirləri  Ermənistanın  22  rayonunu,  əsasən,  Basarkeçər, 



Zəngibasar,  Noyemberyan,  Mikoyan,  Dilican,  Aştarxan,  Kirovakan  rayonlarını 

əhatə  edirdi.  Bu  rayonlar  əsasən  azərbaycanlıların  yığcam  şəkildə,  yaxud 

ermənilərlə  qarışıq  halda  yaşadıqları  dağlıq  və  dağətəyi  rayonlar  idi.  Erməni 

millətçiləri,  ilk  növbədə,  azərbaycanlıları  bu  rayonlardan  qovub  çıxarmağa 

çalışırdılar. 

Ermənistandan  deportasiya  olunmuş  azərbaycanlılar  Azərbaycan  SSR-in 

Kür-Araz ovalığı və digər rayonlarında  yerləşdirilərkən burada yaşayan ermənilər 

tərəfindən  də  təqib  olunur  və  onlar  barədə  rəhbərliyə  böhtan  dolu  məktub  və 

teleqramlar göndərilirdi. Azərbaycan SSR Şamxor (indiki Şəmkir) rayon partiya və 

icra  orqanlarında  rəhbər  vəzifə  tutan  ermənilər  150  nəfər  azərbaycanlının  öz 

təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsi barədə qərarın qəbul edilməsinə 

nail  olmuşdular.

25

  Ermənilərin  Azərbaycanda  bu  özbaşınalığına  respublikanın 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə