127
üsullarla öyrənilməsi, nəzəri fizikanın, metallar fizikası məsələlərinin tədqiqi
genişləndi.
43
Akademik Z.İ.Xəlilovun rəhbərliyi və fəal iştirakı ilə neft qatlarında
quyuların ən əlverişli şəkildə yerləşdirilməsinin riyazi öyrənilməsinin böyük
əhəmiyyəti var idi. Mingəçevir su qovşağı inşaatçılarının müraciətinə cavab olaraq
Azərbaycan Dövlət Universitetinin riyaziyyatçıları Mingəçevir Su-Elektrik
Stansiyasının su altındakı borularının təzyiqini müəyyənləşdirmək üçün tədqiqatlar
aparırdılar.
Azərbaycan fizikləri yarımkeçiricilərin düzləndirici və digər elektrik
xassələrini, habelə mayelərin, başlıca olaraq neftin və neft məhsullarının
mikrostrukturunu, fiziki, termodinamik və optik xassələrini öyrənmək sahəsində
maraqlı işlər görürdülər.
Respublikanın fizik və riyaziyyatçıları tərəfindən kvant fizikasını və
kosmoqoniyanı öyrənmək sahəsində vacib işlər aparılırdı. Beləliklə, Azərbaycanda
qədim Şamaxıda Sovet İttifaqı üzrə ən böyük astrofizika rəsədxanalarından birinin
bünövrəsi qoyuldu.
Riyaziyyat üzrə tədqiqat işləri Azərbaycan SSR Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutunda və Hesablama Mərkəzində, habelə ali
məktəblərin 20-dən artıq riyaziyyat kafedrasında aparılırdı.
Respublika riyaziyyatçıları öz tədqiqatlarını funksional təhlil problemi,
inteqral tənliklər nəzəriyyəsi sahəsində aparırdılar. Onlar həmçinin tətbiqi
xarakterli məsələləri araşdırırdılar. 1954-cü ildə qazın və qazlı neftin süzülməsinin
riyazi məsələləri tədqiq olunurdu. A.X.Mirzəcanzadə tərəfindən tətbiqi əhəmiyyəti
olan sahələrdə zəif və isti plastik mayelərin hərəkəti haqqında mürəkkəb riyazi
məsələlər həll edilmişdi.
44
Energetika sahəsində respublika alimləri tərəfindən Azərbaycanın
hidroenergetika ehtiyatlarını öyrənmək və aşkar etmək, onlardan düzgün istifadə
olunmasının şərtlərini hazırlamaq üçün böyük iş
aparılırdı. Respublika
Akademiyasının Energetika İnstitutu SSRi Elmlər Akademiyasının Avtomatika və
Telemexanika İnstitutu ilə
birlikdə neft hasilatını və qazma proseslərini
avtomatlaşdırmaq sahəsində mühüm işlər görürdü. Lakin fizika-riyaziyyat
elmlərinin vacib nəticələri istehsalatda ləng tətbiq olunurdu.
Respublikanın
təkindəki faydalı qazıntıların geoloji quruluşunun
öyrənilməsi uğurla davam edirdi. Yeni neft yataqları, yeni filiz və qeyri-filiz
faydalı qazıntı yataqları, mineral su mənbələri kəşf edilmişdi.
Azərbaycan alimləri seysmologiya məsələlərinə böyük diqqət yetirirdilər.
1949-cu ildə Şamaxıda, Gəncədə, Naxçıvanda və Lənkəranda seysmik stansiyalar
yaradıldı.
45
128
1945-ci ildə böyük elmi-tədqiqat mərkəzi - Elmlər Akademiyasının
Coğrafiya İnstitutu yaradıldı. Azərbaycanın təbii sərvətlərinin dərindən
öyrənilməsində uğurlu fəaliyyətə başlandı.
Azərbaycan geoloqları diqqəti neft geologiyasının, mədən və qeyri-mədən
faydalı qazıntılarının, stratiqrafiyanın, petroqrafiyanın və tektonikanın daha çox
aktual məsələləri üzərində cəmləşdirdilər. Geoloqların səmərəli işlərinin nəticələri
öz əksini yeddicildlik "Azərbaycan geologiyası" toplusunda tapdı (1954-1960-cı
illər). İqlimşünaslıq, hidrologiya, geomorfologiya və coğrafi biliklərin digər xüsusi
sahələri inkişaf etdi. "Azərbaycan Sovet Sosialist Respublikasının Atlası"
hazırlandı.
1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təşkil
edildi. Onun gördüyü işin mühüm xalq təsərrüfatı əhəmiyyəti var idi. Azərbaycan
neftçilərinin neft çıxarmaq texnologiyasını təkmilləşdirməsi nəinki Azərbaycanda,
digər müttəfiq respublikalarda da neft sənayesinin inkişafına təsir göstərdi. Dəniz
sahələrində neft yataqlarının istismarı məsələlərinə mühüm diqqət yetirilirdi.
Alimlər tərəfindən respublikanın enerji ehtiyatları aşkara çıxarılır, onlardan
düzgün istifadə olunması şərtləri müəyyənləşdirilir, mövcud enerji sistemlərinin
səmərələşdirilməsi üsulları işlənilib hazırlanır, neft sənayesi energetikasının
mühüm məsələləri öyrənilirdi.
Neftin
kimyəvi tərkibinin öyrənilməsinə dair işlər Azərbaycan
kimyaçılarının diqqət mərkəzində dururdu. R.H.İsmayılov, V.S.Qutırya,
V.S.Əliyev, Ə.C.Ləmbəranski və başqalarının rəhbərliyi altında katalizatorun
"qaynar" təbəqəsində katalitik krekinq prosesi işlənib hazırlandı.
46
Azərbaycanda
ilk dəfə olaraq reaktiv mühərriklər üçün yanacaq istehsalı və yüksək keyfiyyətli
dizel yanacaqlarının alınması texnologiyası mənimsənildi.
Respublikada kimya elminin inkişafında Y.H.Məmmədəliyevin çox böyük
rolu olmuşdur. Onun aviasiya benzinlərinin yüksəkoktanlı komponentlərini
hazırlamağın yeni üsullarını öyrənmək təklifi elmə dəyərli töhfə idi.
Azərbaycan kimyaçı alimlərin tədqiqat obyektlərindən biri Zəylik
yataqlarının aluniti idi. Qeyri-üzvi kimyaçılar respublikanın mineral xammalını
öyrənmək üçün bir sıra qiymətli işlər görmüşdülər.
Kimya elmləri sahəsində tədqiqatlar neftin və neft məhsullarının emalının
yeni texnoloji proseslərinin, neft qalıqlarının dərinləşdirilmiş emalının öyrənilməsi
və
işlənilməsinə,
mineral-xammal
ehtiyatlarından
istifadə
olunmasına
yönəldilmişdi.
Nəbatatçıların səyləri respublikanın florasını öyrənməyə və xalq
təsərrüfatında ondan istifadə etməyin genişləndirilməsinə, kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığını artırmağın həllinə köməklə əlaqədar bitkilərin
fiziologiyası və mühafizəsi məsələlərinin tədqiqinə yönəldilmişdi. Torpaqların