131
Hüquqşünas alimlər dövlət, mülki və cinayət hüququna, məhkəmə
quruluşuna, hüquq tarixinə dair əsərlər üzərində işləyirdilər.
50-ci illərin
əvvəllərində Azərbaycan dilində cinayət hüququ məsələlərinə dair ilk əsərlər nəşr
olundu.
Azərbaycanın iqtisadçı alimlərinin tədqiqatları sənayenin və kənd
təsərrüfatının iqtisadiyyatı ilə bağlı məsələlərin, habelə iqtisadi fikir tarixinin
öyrənilməsinə yönəldilmişdi. İqtisadçılar neft sənayesinin iqtisadiyyatını,
Azərbaycanın xalq təsərrüfatının və iqtisadi fikir tarixini öyrənirdilər. Lakin iqtisad
elmi və hüquqşünaslıq müasir inkişaf tələblərindən çox geri qalırdı.
Memar alimlər və sənətşünaslar memarlıq abidələrini, dekorativ-tətbiqi
sənət, musiqi və teatr mədəniyyəti ustalarının fəaliyyətini öyrənmək sahəsində
qiymətli tədqiqatlar aparmış, "Azərbaycan Dram Teatrı" (1962), "Azərbaycan
memarlığının tarixi" (1963), "Azərbaycan xalçası" I cild (1961) və s. əsərlər nəşr
etdirmişlər.
Azərbaycan dilçiləri iki hissədən ibarət "Azərbaycan dilinin qrammatikası"
(1959-1960), bircildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" (1964),
"Orfoqrafiya lüğəti" (1960), "İzahlı dilçilik lüğəti" (1969) nəşr etdirmişdilər.
Akademik M.A.Şirəliyevin "Bakı dialekti" əsəri çapdan çıxmışdı. Azərbaycan
dilçilərinin Azərbaycan dilinin tarixi, leksikologiyası və dialektologiyası sahəsində
əsərləri mühüm əhəmiyyət kəsb edirdi.
Ədəbiyyatşünaslar tərəfindən müasir sovet ədəbiyyatı və Azərbaycan
klassiklərinin ədəbi irsi geniş tədqiq olunurdu. Xalq şairi, akademik S.Vurğun
1954-cü ilin dekabrında Moskvada sovet yazıçılarının II Ümumittifaq qurultayında
sovet poeziyasının yaradıcılıq problemlərini dərin elmi-nəzəri əsaslarla yüksək
səviyyədə işıqlandırmaq şərəfinə nail olmuşdu. H.Araslının "XVII-XVIII əsr
Azərbaycan
ədəbiyyatı
tarixi",
M.Quluzadənin
"Nizami
Gəncəvi",
Ə.Mirəhmədovun
"M.F.Axundov",
K.Məmmədovun
"Əbdürrəhimbəy
Haqverdiyev", K.Talıbzadənin "Abbas Səhhət", M.Arifin "Cəfər Cabbarlının
yaradıcılıq yolu", Q.Qasımzadənin "Azərbaycan ədəbiyyatında xalqlar dostluğu",
Ş.Qurbanovun "Puşkin və Azərbaycan poeziyası", M.Əlioğlunun "Cəlil
Məmmədquluzadənin dramaturgiyası" kimi monoqrafiyaları nəşr olundu. 1957-
1960-cı illərdə üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi", 1963-cü ildə "Azərbaycan
sovet ədəbiyyatı tarixi oçerkləri", 1967-ci ildə "Azərbaycan sovet ədəbiyyatı
tarixi" kimi fundamental əsərlər çap edildi. "Kitabi-Dədə Qorqud" (1950),
"Koroğlu" dastanları (1949), beşcildlik "Azərbaycan nağılları" (1960-1964),
beşcildlik "Azərbaycan dastanları" (1965-1977) nəşr olundu. Böyük Azərbaycan
şair və nasirlərinin əsərləri oxuculara çatdırıldı. Nizaminin və Azərbaycan
ədəbiyyatının digər klassiklərinin yaradıcılığı haqqında monoqrafik əsərlər yazıldı.
132
Respublika Əlyazmaları Fondunun yaradılmasının xüsusi əhəmiyyəti var
idi. Qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan
xalqının və ölkənin başqa xalqlarının ədəbiyyatlarının qarşılıqlı əlaqələri ilə
oxucuları tanış etmək üçün mühüm elmi dəyəri olan bir sıra əsərlər nəşr
olunmuşdu.
§4. ƏDƏBĠYYAT
Azərbaycan ədəbiyyatı müharibədən sonrakı dövrdə də ictimai-siyasi
həyatla sıx əlaqədə inkişaf edirdi.
Azərbaycan Yazıçılar İttifaqının bilavasitə ədəbi prosesə fəal müdaxiləsi
gücləndi. Təşkilatın qurultay və plenumlarında, xüsusi müşavirələrində nəsr,
poeziya və dramaturgiyanın yaradıcılıq problemlərinə həsr olunmuş müzakirələr
keçirilirdi.
Poeziya, xüsusilə siyasi lirika fəal mövqe qazanmışdı. S.Vurğun, S.Rüstəm,
R.Rza, M.Rahim, O.Sarıvəlli, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli və başqaları
müasirlərinin daxili aləmini əks etdirən lirik və epik əsərlər yazdılar. S.Vurğunun
"Muğan" və "Zəncinin arzuları", R.Rzanın "Lenin", M.Rahimin "Leninqrad
göylərində", S.Rüstəmin "Qafurun qəlbi" kimi poemaları yazıldı.
Azərbaycan romanının da mövzu dairəsi genişləndi, müasir həyata və tarixi
keçmişə həsr edilmiş yeni əsərlər oxuculara çatdırıldı. Müharibə zamanı
Sevastopol şəhəri müdafiəsinin iştirakçısı olan Ə.Əbülhəsən qələbədən sonra
"Müharibə" romanının birinci hissəsini çap etdirdi. S.Rəhimov müharibə
ərəfəsində başladığı "Saçlı" romanını bitirdi. M.Hüseynin "Abşeron",
M.Süleymanovun "Yerin sirri", Mir Cəlalın "Yaşıdlarım", Ə.Vəliyevin "Gülşən"
əsərləri nəşr edildi.
Xalq tarixinin mühüm səhifələrinə, azadlıq uğrunda mübarizə mövzusuna
maraq gücləndi. M.S.Ordubadinin "Dumanlı Təbriz" epopeyasının son hissəsi çap
olundu, "Qılınc və qələm" oxuculara təqdim edildi. M.Hüseyn "Komissar"
povestini tamamladı, S.Rəhman isə "Nina" romanını yazdı.
Dramaturgiya sahəsində də müasirliyə maraq gücləndi. İ.Əfəndiyevin
"Bahar suları", İ.Qasımovun "Xəzər üzərində şəfəq" C.Məcnunbəyovun "Böyük
məhəbbət", S.Rəhmanın "Aydınlıq"' Ə.Məmmədxanlının "Şərqin səhəri" əsərləri
oxucularda böyük maraq oyatdı.
Müharibədən sonrakı ilk illərdə Azərbaycan ədəbiyyatı əsasən uğurla
inkişaf etmiş, nəsrdə, poeziyada və dramaturgiyada əhəmiyyətli əsərlər
yaradılmışdı. Bununla belə həmin illərdə dəbdə olan konfliktsizlik "nəzəriyyəsi"
sənətin inkişafına, onun həyatla əlaqəsinin möhkəmlənməsinə ciddi əngəl törətmiş,