TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə61/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   57   58   59   60   61   62   63   64   ...   219

129 

 

eroziyası  hadisələrini  aşkar  etmək  və  ona  qarşı  mübarizə  tədbirləri  hazırlamaq 



məqsədilə 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradıldı. 

Respublikanın  zooloqları Azərbaycanın faunasını öyrənmək, onun  yenidən 

bərpası  və  təsərrüfat  məqsədilə  heyvan  ehtiyatlarından  istifadə  olunması  üçün 

tədqiqatlar  aparırdılar.  "Azərbaycan  florası"  toplusu  hazırlandı  və  nəşr  edildi 

(1950-1961). 

Respublikanın  torpaq  örtüyünün  öyrənilməsinə,  gübrələrin  səmərəli 

tətbiqinin  elmi  əsaslarının  hazırlanmasına,  şoran  torpaqların  meliorasiyasına  çox  

fikir  verilirdi.    Torpaqşünasların  Kür-Araz  düzənliyinin  və  Lənkəran  zonasının 

şoran  və  bataqlıq  torpaqlarının  istifadəyə  verilməsi  və  meliorasiyası  sahəsindəki 

işləri, eləcə də Azərbaycanın dağlıq rayonları torpaqlarının eroziyası ilə mübarizə 

üzrə tədqiqatları böyük elmi dəyərə malik idi. 1958-ci ildə Türyançay, 1965-ci ildə 

Göy göl, 1968-ci ildə Pirqulu, 1969-cu ildə Hirkan və Şirvan qoruqları yaradıldı. 

Dənli bitkilərin yeni növlərini almaq

 

və mövcud növlərini dəyişdirmək prosesinin 



öyrənilməsi  sahəsində

 

səmərəli  işlər  aparılırdı.  Azərbaycanda  seleksiyaçılar 



tərəfindən yüksək məhsuldar buğda növləri yetişdirilmişdi. 

Alimlər  kənd  təsərrüfatı  heyvanlarının  məhsuldarlığını  artırmağın  bioloji 

əsaslarını hazırlamaq sahəsində mühüm işlər görürdülər. F.A.Məlikovun rəhbərliyi 

altında  mütəxəssis  alimlər  tərəfindən  yarımzərif  yunlu  qoyun  cinsi  -  Azərbaycan 

dağ merinosu yetişdirmək işi başa çatdırıldı. 

Zoologiya 

sahəsində 

alimlərin  tədqiqatlarının  əsas  istiqamətləri 

respublikanın faunasını öyrənmək idi. Elmlər Akademiyasının Zoologiya İnstitutu 

balıqçılıq  təsərrüfatı  sahəsində  qiymətli  tədqiqatlar  aparırdı.  Zooloqların 

tədqiqatlarında  kənd  təsərrüfatı  heyvanlarının  məhsuldarlığını  artırmağın  bioloji 

əsasları məsələləri mühüm yer tuturdu. 

Zooloq  alimlərin  böyük  əməyi  sayəsində  dördcildlik  "Azərbaycan  faunası" 

toplusunun birinci cildi çap olundu (1966). 

Tibb  sahəsində  də  nailiyyətlər  əldə  edildi.  Ürək-damar  xəstəliklərinin 

səbəbləri, profilaktikası və müalicəsi məsələləri tədqiq olunurdu. 

Fəhlələrin, kolxozçuların və şagirdlərin əmək və təhsilinin  sanitar-gigiyena 

şəraitini  yaxşılaşdırmaq  sahəsində  aparılan  elmi  tədqiqatlar  peşə  xəstəliklərinin 

profilaktikasına böyük fayda verdi. 

Traxoma,  brusellyoz,  bağırsaq  xəstəlikləri  ilə  mübarizə  məsələləri 

müvəffəqiyyətlə öyrənilirdi. 

Lakin  təbiət  elmlərinin  və  texniki  elmlərin  inkişafında  ciddi  nöqsan  və 

çatışmazlıqlar da vardı. Geofizika rüşeym halında idi. Müasir fizika və texnikanın 

daha  çox  perspektivli  problemləri  heç  işlənilmirdi.  Qeyri-üzvi,  xüsusən  də  üzvi 

kimyanın bir sıra istiqamətləri ləng tədqiq olunurdu. 



130 

 

İctimai  və  humanitar  elmlər  sahəsində  müharibədən  sonrakı  illərdə  irəliyə 



doğru  ciddi  addımlar  atılmışdı.  Azərbaycan  ərazisinin  arxeoloji  öyrənilməsi 

genişlənirdi.  Qədim  və  erkən  orta  əsrlər  tarixinin  bir  çox  öyrənilməmiş 

məsələlərini  işıqlandıran  maraqlı  arxeoloji  materiallar  əldə  edilmişdi.  Bu  işdə 

1946-cı  ildə  S.M.Qazıyevin  başçılığı  altında  Azərbaycan  SSR  Elmlər 

Akademiyasının Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatlar 

mühüm  əhəmiyyətə  malik  idi.  Ekspedisiya  tərəfindən  14  mədəni  qat  tədqiq 

edilmişdi.  

 Abşeron yarımadasının qərbində, Qobustan rayonunda böyük elmi qiymətə 

malik  çoxlu  qayaüstü  təsvir  aşkar  olunmuşdu.  1947-ci  ildən  İsak  Cəfərzadənin 

rəhbərlik  etdiyi  arxeoloji  ekspedisiya  dünya  əhəmiyyətli  bu  abidənin  tədqiqinə 

başlamışdı. Qayaların və daşların bir çoxunun səthində insan və heyvanların kontur 

şəklində təsvirləri saxlanmışdır.

47

 Bu təsvirlər Daş dövrünün sonundan orta əsrlərə 



qədərki  tarixi  əhatə  edir.  Örənqala,  Qəbələ,  Köhnə  Gəncə,  habelə  Bakıdakı 

Şirvanşahlar sarayında, Qarabağda, Şirvanda aparılan qazıntılar nəticəsində dəyərli 

məlumat və materiallar əldə olunmuşdu. 

Respublika  tarixçiləri  Azərbaycanın  qədim  tarixinin,  xüsusən  Midiya  və 

Qafqaz  Albaniyası  tarixinin  öyrənilməsi  məqsədilə  vacib  tədqiqatlar  aparırdılar. 

Azərbaycan  tarixinə  dair  yeni,  qiymətli  mənbələr  nəşr  olundu.  Azərbaycan 

tarixinin  öyrənilməsində  1949-cu  ildə  "Azərbaycan  tarixinin  oçerkləri"nin  nəşri 

irəliyə doğru mühüm addım idi. Lakin bu kitabda Azərbaycanın qədim, orta əsrlər 

və  yeni  tarixinin  bir  sıra  probleminin  işlənilməsinin  elmi  səviyyəsi  hələ  yüksək 

deyildi, bir sıra müddəalar mübahisəli, bəziləri isə yanlış idi. Ən qədim, ilk orta və 

XIX-XX  əsrlərdə  inqilablar  və  vətəndaş  müharibəsi  problemləri  dərin  və  əsaslı 

tədqiqini gözləyirdi. 

Respublika tarixçilərinin çoxillik tədqiqatlarının nəticəsi olaraq 1958-1963-

cü  illərdə  üçcildlik  "Azərbaycan  tarixi"  nəşr  olundu.  "Azərbaycanda    Sovet  

hakimiyyəti    uğrunda    fəal    mübarizlər",  (1958),  "Azərbaycan    Kommunist 

Partiyasının  tarixi"    (I    hissə),  "Azərbaycan  Kommunist  Partiyası  tarixinin 

oçerkləri"  (1964)  kitabları  çap  edildi.  Lakin  ideoloji  təzyiqlə  əlaqədar  bəzi 

problemlər hakim konsepsiya mövqeyindən şərh olunurdu. 

Azərbaycan  fəlsəfəsi  və  ictimai  fikir  tarixini  öyrənmək  sahəsində  də 

müəyyən işlər görülmüşdü. Heydər Hüseynovun "XIX əsrdə Azərbaycanda ictimai 

və fəlsəfi fikir tarixindən" (1949) monoqrafiyası ciddi maraq doğurmuşdu. 

Respublika filosofları tərəqqipərvər Azərbaycan mütəfəkkirlərinin - Nizami  

Gəncəvinin,  Xaqani   Şirvaninin,  M.F.Axundovun, H.Zərdabinin və başqalarının 

ictimai-siyasi  və  fəlsəfi  görüşlərinin  elmi  tədqiqi  ilə  məşğul  olurdular. 

A.O.Makovelskinin  "Qədim  yunan  atomçuları"  əsəri  üzərində  iş  başa  çatmışdı.   

1966-cı ildə "Azərbaycanda fəlsəfi fikir tarixinin oçerkləri" nəşr olundu. 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə