118
cəmiyyət üzərində şəxsi amirliyini gücləndirdi. Xruşşov "volyuntarizmi" dövrü
başlandı.
Milli oyanış əlamətləri hiss edilən respublikaların, o cümlədən
Azərbaycanın rəhbərliyinə qarşı təqiblər başlandı. Mərkəz xalqı qorxutmaq, özünə
tabe saxlamaq üçün növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı.
Ermənistan SSR və Azərbaycan SSR-in DQMV erməni əhalisi Dağlıq Qarabağın
Ermənistana verilməsini tələb etməyə başladı. Ermənistanda antitürk əhvali-
ruhiyyəsi yenidən qızışdırıldı. Yerevan Pedaqoji İnstitutunun əyani və qiyabi
Azərbaycan bölmələri bağlandı. Yerevan Azərbaycan Pedaqoji Texnikumu
Azərbaycanın Xanlar rayonuna köçürüldü. C.Cabbarlı adına Dram Teatrı,
Azərbaycan dilində çıxan rayon qəzetləri və b. nəşrlər bağlandı. Ermənistanda
"Qarabağ hərəkatı" xeyli leqallaşdırıldı. 1958-ci ildə erməni katolikosu II Vazgen
Bakıya səfəri zamanı respublika Nazirlər Sovetinin Sədrinə Dağlıq Qarabağın
Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, hər
səhər şəhərin mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına icazə
verilməsini təklif etmiş, lakin rədd cavabı almışdı. Ermənilərin Moskvada güclü
arxası olduğunu bilən, özlərinin təkləndiyini hiss edən azərbaycanlılar həyəcan
içində idi. Lakin mərkəz sərhəd dəyişikliklərinin mübahisəli ərazilər olan digər
respublikalarda arzuedilməz reaksiyalar doğuracağından çəkinərək, Azərbaycanda
məkrli siyasətindən çəkindi.
Azərbaycan SSR rəhbərliyi millətçilik siyasəti həyata keçirməkdə
təqsirləndirildi. Sov.İKP MK Azərbaycanda partiya təşkilatının işini yoxlamaq
üçün Bakıya 26 nəfərdən ibarət komissiya göndərdi. Həmin günlərdə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə respublikanın
"millətçi" rəhbərləri dəvət edilmədi.
Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas
olmadan, qondarma ittihamlarla Azərbaycan SSR rəhbərliyini ciddi tənqid etdi.
Azərbaycan KP MK-nın 1959-cu ilin iyulunda keçirilən XI plenumunda
İ.D.Mustafayev vəzifəsindən azad edildi. V.Y.Axundov Azərbaycan KP MK-nın
birinci katibi seçildi. Vəli Yusif oğlu Axundov (14.05.1916-1986) Bakıda anadan
olub. Tibb alimi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1969)
seçilmişdi. O, tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946-
1949), Azərbaycan SSR səhiyyə nazirinin müavini (1949-1952), AKP-də şöbə
müdirinin müavini (1953-1954), Azərbaycan SSR səhiyyə naziri (1954-1958),
AKP MK katibi (1958), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958-1959)
işləmişdi.
Uğursuz islahatlar, Sov.İKP XXII (1961, oktyabr) qurultayında elan etdiyi
yaxın gələcəkdə SSRİ-də kommunizm qurulacağı haqqında utopik ideyalar
N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona
119
qarşı müxalifət formalaşırdı. 1961-ci ildə qəbul olunmuş nizamnaməyə görə,
partiyanın seçkili orqanlarına bir nəfərin dalbadal iki dəfədən çox seçilməsini
qadağan edən maddə daxil edilməsi də rəhbər partiya vəzifəlilərinin ona qarşı
birləşməsinə səbəb olmuşdu. Hakimiyyəti əldə saxlamaq üçün Xruşşov partiyanı
parçalamaq,
siyasi məsələlərin həllində təşkilatların birgə fəaliyyətini
məhdudlaşdırmaq, onların diqqətini təsərrüfat məsələlərinə, islahatlara operativ
rəhbərliyə yönəltmək istədi. Sov. İKP MK-nın 1962-ci il Noyabr plenumu rəhbər
partiya orqanlarının istehsalat prinsipi üzrə yenidən təşkil edilməsini qərara aldı.
Mərkəzi komitələrdə iki büro - sənaye, tikintiyə və kənd təsərrüfatına rəhbərlik
üzrə bürolar yarandı. Azərbaycanda da AKP MK-ya bilavasitə tabe olan sənaye-
istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon partiya komitələri
təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xruşşov
partiya və dövlət nəzarətini birləşdirməkdə partiyanın nəzarət funksiyasını da xeyli
zəiflətdi. Lakin onun xüsusən 1958-ci ildən, SSRİ Nazirlər Sovetinin sədri
olduqdan sonra xeyli intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı
qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14
Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev Sov. İKP
MK-nın birinci (1966-cı ildən Baş) katibi seçildi.
60-cı illərin ortalarında partiya, onunla birlikdə sovet, həmkarlar ittifaqları
və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu. Sov.İKP və
respublika KP Mərkəzi Komitələrində bürolar birləşdirildi, kənd, rayon partiya
komitələri bərpa olundu. İqtisadiyyata partiya rəhbərliyi gücləndirildi.
Milli dəyərlərə diqqət artdı. Bu işdə 1966-1967-ci illərdə AKP MK katibi
vəzifəsində işləmiş Şıxəli Qurbanovun və onun həmfikirlərinin önəmli xidməti
olmuşdu. 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Seyid Məhəmməd
Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu. Mütərəqqi
fikirli yaradıcı gənclər üçün 1967-ci ildə "Ulduz" jurnalının nəşrinə başlandı.
Novruz bayramı "Bahar bayramı" adı ilə rəsmi şəkildə qeyd edildi. Ədəbiyyatda
yeni milli motivlər, tənqidi ruh qüvvətləndi.
Milli-azadlıq uğrunda mübariz nəsil yetişməkdə idi. 60-cı illərin
əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən bir qrupu
Əbülfəz Əliyevin rəhbərliyi ilə gizli siyasi mübarizəyə başlamışdılar. Onlar gizli
özək təşkil edərək, üçlük qruplar yaradır və tələbə gəncləri azadlıq uğrunda
mübariz ruhda tərbiyələndirməyə çalışırdılar.
44
1962-ci il dekabrın 17-də 95 nəfərin iştirak etdiyi gizli yığıncaqda "Milli
Azərbaycan Qərargahı" (MAQ) təşkil olundu. Onun sədri Oqtay Rəfili, sədr
müavini Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda şöbələri yaradıldı. Təşkilat
üzvlərinin əksəriyyəti vəzifəli şəxslər idi. Başlıca məqsəd rəhbər vəzifələrdə
azərbaycanlıların olmasına, respublika büdcəsinə ayırmaların Moskvada deyil,