TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə54/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   50   51   52   53   54   55   56   57   ...   219

114 

 

Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə edilib (1956, 12-26 aprel), 



xalq  düşməni  kimi  ölüm  cəzasına  -  güllələnməyə  məhkum  olundu.  Məhkəmədə 

M.C.Bağırov  ittihamnamənin  qərəzli  olduğunu  bildirsə  də,  öz  günahlarını  etiraf 

edərək  demişdi:  "Mənim  əsas  səhvim  odur  ki,  Sumbatov,  Borşov,  Qriqoryan, 

Markaryan  və  başqalarına  göz  yummuşam,  onların  iç  üzünü  tanımamışam.  Mən 

onlara inanaraq XDİN orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqım qarşısında 

günahlarım  o  qədər  böyükdür  ki,  məni  güllələmək  azdır,  asmaq  azdır,  məni 

şaqqalamaq, parça-parça etmək lazımdır".

35

 



1954-cü il  fevralın 14-16-da  Azərbaycan  KP-nin XX qurultayı  keçirildi  və 

akademik  İ.D.Mustafayev  MK-nın  birinci  katibi  seçildi.  İmam  Daşdəmir  oğlu 

Mustafayev  (25.02.1910-10.03.1997)  Zaqatala  qəzasının  Qax  kəndində  anadan 

olub.  Görkəmli  bioloq-alim,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  akademiki 

(1950),  1934-1940-cı  illərdə  AKTİ-də  işləmiş,  1940-cı  ildən  Sov.İKP  üzvü  idi. 

1940-1954-cü  illərdə  Azərbaycan  SSR  Dövlət  nəzarəti  komissarının  birinci 

müavini,  xalq  torpaq  komissarının  birinci  müavini,  Azərbaycan  SSR  kənd 

təsərrüfatı  naziri,  AKP  Gəncə  Vilayət  Komitəsinin  birinci  katibi  və  AKP-nin 

birinci  katibi  (1954-1959-cu  illərdə)  işləmişdi.  Sadıx  Rəhimov  Azərbaycan  SSR 

Nazirlər  Sovetinin  sədri,  yazıçı  Mirzə  İbrahimov  Ali  Sovetin  Rəyasət  Heyətinin 

sədri təyin olundular. 

İ.D.Mustafayev,  M.İbrahimov,  S.Rəhimov  və  həmkarları  yeni  şəraitdə 

respublikanın,  xalqın  vəziyyətini  yaxşılaşdırmağa,  milli,  mənəvi  dəyərlərin, 

mədəniyyətin,  elmin,  təhsilin  inkişaf  etdirilməsinə,  xalq  təsərrüfatının  tərəqqisinə 

nail  olmağa  cəhdlər  göstərdilər.  Sənayenin  sürətlə  inkişafı,  yeni  iş  yerlərinin 

açılması,  kəndli  gənclərin  Bakıya  axını  nəticəsində  paytaxtın  iqtisadi-ictimai 

həyatında  azərbaycanlı  kadrların  rolu  artdı,  sosial-siyasi  sahədə  vəziyyət  yeniliyə 

doğru  dəyişməyə  başladı.  Beynəlmiləl  şəhər  kimi  məşhurlaşmış  Bakı 

azərbaycanlılaşmağa doğru tərəqqi yoluna düşdü. Respublikada kənd təsərrüfatına 

göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa başladı. 

Azərbaycan  rəhbərliyi  Mərkəzi  hökumət  qarşısında  respublikada  istehsal 

olunan  pambığın  emalı  üçün  yerlərdə  müvafiq  zavodlar  və  fabriklərin  tikilməsi 

məsələsini  qaldırdı.  İ.D.Mustafayev  xatirələrində  yazır:  "Məsələ  onda  idi  ki,  biz 

respublikada istehsal olunan pambığın və eləcə də neftin bir tonuna büdcədən əlavə 

10  rubl  pul  alırdıq  və  həmin  məhsulların  9-10  faizi  Azərbaycana  qalırdı.  Mən 

məsələnin  həlli  üçün  o  zaman  N.Xruşşova  müraciət  etdim  və  o  mənim  təklifimi 

rədd  edərək:  "Nədir,  yoldaş  Mustafayev,  Rusiya  kəndlisi  ac-yoxsul  vəziyyətdə 

yaşadığı  halda,  siz  istəyirsiniz  Azərbaycanda  yağ-bal  içində  üzsünlər?  -  "deyə 

cavab vermişdi".

36

 



İctimai-siyasi  ab-havanın  mülayimləşməsi  şəraitində  respublikada 

Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs edildi. 




115 

 

Bu  məsələnin  mətbuatda  açıq  müzakirəsi  keçirildi.  1956-cı  ildə  Azərbaycan  SSR 



Ali  Soveti  1937-ci  ildə  qəbul  edilmiş  Konstitusiyaya  respublikada  dövlət  dilinin 

Azərbaycan dili olması barədə maddə əlavə etdi.

37

 

Rəsmi sənədlərin, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün 



konkret  tədbirlər  görüldü.  Elmi  işçilərin,  aspirantların  sayı  xeyli  çoxaldı.  1957-

1959-cu  illərdə  "İncəsənət"  almanaxı,  1958-ci  ildən  Azərbaycan  və  rus  dillərində 

"Bakı"  axşam  qəzeti,  uşaqlar  üçün  "Göyərçin"  jurnalı  çap  olunmağa  başlandı. 

1956-cı ildə Bakı telestudiyası işə düşdü. 

Azərbaycan  xalqının  milli  şüurunun,  özünü  dərindən  dərketmə  ruhunun 

oyanması,  ədəbiyyatda  da,  incəsənət  aləmində  də  yaradıcılıq,  əsl  insan  azadlığı 

iqliminin  təşəkkülü  görünürdü.  İctimai  hadisələri  tənqidi  təhlilə  çağıran  cəsarətli 

mövzular  meydana  çıxırdı.  Bəxtiyar  Vahabzadənin  "Gülüstan",  Rəsul  Rzanın 

"Qızılgül olmayaydı" poemaları bu illərin məhsulu idi. 

Stalinin  şəxsiyyətinə  pərəstişin  aradan  götürülməsi  ilə  həqiqətən  sovet 

ölkəsinin ictimai-siyasi həyatında mülayimləşmə başlanmışdı. Ölkədə yeni kütləvi 

tədbirlər,  islahatlar,  partiya  və  cəmiyyətdə  nüfuz  qazanmaq  məqsədi  daşıyan 

dəyişikliklər başladı. Partokratik inzibati-amirlik üsuli-idarəsinin ictimai tərəqqiyə 

əngəl  olan, köhnə  siyasi bürokratiya  sisteminin  ifrat  cəhətlərini,  partiya-təsərrüfat 

fəallarına  qarşı  repressiyanı,  cəmiyyətdəki  vahiməni  aradan  qaldırmağa  cəhdlər 

göstərilməli  idi.  Mövcud  siyasi  sistemin  qüsurları,  əsasən  Stalinin  şəxsiyyətinə 

pərəstişin nəticəsi partiya həyatında "Lenin prinsipləri"nin pozulması kimi qələmə 

verildi.  Sov.İKP  XX  qurultayında  (1956,  fevral)  sosialist  demokratiyasını 

dərinləşdirməklə  sistemi,  kollektiv  rəhbərliyi,  partiyadaxili  demokratiyanı,  xalqla 

əlaqəni genişləndirmək tədbirləri  müəyyən  olundu.  Partiyanın Mərkəzi Komitəsi 

"Şəxsiyyətə  pərəstiş  və  onun  nəticələrini  aradan  qaldırmaq  haqqında"  (1956,  30 

iyun)  qərar  qəbul  etdi.  Stalinizm,  şəxsiyyətə  pərəstiş  tənqid  olundu,  onun 

təzahürləri  göstərildi,  lakin  bu  hadisəni  törədən  səbəblər,  mövcud  rejim  üçün 

əlverişli  olmadığından,  tam  açıqlanmadı.  Faktiki  cəhətdən  partiya  nəzarətindən 

çıxmış  və  siyasi  sistemə  həddindən  çox  təzyiq  gücünə  malik  olan  Daxili  İşlər 

Nazirliyi,  Dövlət  Təhlükəsizlik  və  başqa  güc  orqanları  nəzarət  altına  alındı.  Bu 

orqanlar, habelə partiya aparatı 1953-cü ilin iyun ayında hakimiyyət uğrunda daha 

çevik  hərəkət  edən  Xruşşovun  səyi  ilə  vəzifəpərəstlikdə,  millətçilikdə,  xarici 

kəşfiyyatla  əlaqədə  təqsirləndirilib  həbs  edilmiş  L.P.Beriyanın  əlaltılarından 

təmizləndi.  Azərbaycanda  güc  orqanlarına  rəhbərlik  etmiş  Y.D.Sumbatov-

Topuridze, X.Qriqoryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev, K.Markaryan da 

öz qanlı əməllərinə görə 1956-cı ilin aprelində güllələnməyə məhkum olundular. 

Repressiya  illərində  cəzaya  məruz  qalanların  işlərinə  yenidən  baxılması 

üçün  komissiyalar  təşkil  olundu.  Bəraətvermə  prosesi  başlandı.  Bu  proses 

repressiyalarda ən ümdə, stalinizmi təqsirləndirmək, hakim partiyanı, sovet  siyasi 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə